Gəzsən bu dünyanın hər qarışını,
İzləsən çiskinli qar yağışını,
Sevsən baharını, sevsən qışını -
Anadan müqəddəs varmı dünyada?
Odur gözlərində şəfəq dolduğum,
Çox vaxtı küsdürüb, çox vaxt yorduğum.
Cavab ver sözümə qurban olduğum -
Anadan müqəddəs varmı dünyada?
Həyatda min cürə gəlin, qız, sona,
Hamısı birlikdə qurbandı ona.
Ruhu tanrı verir, canı da ana -
Anadan müqəddəs varmı dünyada?
Quran ayəsidi onun hər sözü,
Evin çırağıdır o şəfəq gözü.
Onu əziz tutub peyğəmbər özü -
Anadan müqəddəs varmı dünyada?
Hər anı fikirlə yüklənir başı,
Onunçün fərqi yox övladın yaşı.
Çox şirin olsa da ömür yoldaşı -
Anadan müqəddəs varmı dünyada?
Dünyadı ən böyük sehir də, sirr də
Neçə min məlum var bir kiçik sirdə.
Bir başı papaqlı atadan, bir də
Anadan müqəddəs varmı dünyada?
Uduzmazsan əməl etsən sözünə,
Bir günəş görərsən baxsan gözünə.
Heç zaman ağ olma ana üzünə -
Anadan müqəddəs varmı dünyada?
Övladın hər səhvi onu yaralar,
Saçı bəyaz olar gözü qaralar.
Göydə yaradandı, yerdə analar,
Anadan müqəddəs varmı dünyada?
Məhəbbət eşqiylə coşur, çağlayır,
Qəlbinə dünyanı çəkib bağlayır.
Çalışıb könlün al, görsən ağlayır -
Anadan müqəddəs varmı dünyada?
22 aprel 2009
Övladsız qoymasın Tanrım heç kəsi
Oğuldu atanın gücü, dirəyi,
Oğuldu atanın çırpan ürəyi.
Hər anı, hər yerdə odu dirəyi,
Olmayır uşağın yaxşısı, pisi,
Övladsız qoymasın Tanrım heç kəsi.
Ağırdı həsrəti, ağırdı dağı,
Nə qədər ağlasan güləcək yağı.
Kim istər mənasız boş yaşamağı,
Kəsilsin həyatdan ana naləsi,
Övladsız qoymasın Tanrım heç kəsi.
Evin söykəndiyi bircə dayaqdı,
O varsa xoşbəxtlik ayıq-sayaqdı.
Ailə ağacdırsa, uşaq yarpaqdı,
Heç quru ağacın olmaz kölgəsi,
Övladsız qoymasın Tanrım heç kəsi.
Mənasız ömürlə bezdirmə, Allah,
İnsana dərd verib əzdirmə, Allah,
Bu ağır yük ilə gəzdirmə, Allah,
Gəlsin hər obadan bir körpə səsi,
Övladsız qoymasın Tanrım heç kəsi.
Belə yaşamaqdan ölmək yaxşıdı,
Yüz yazıb-pozmaqdan görmək yaxşıdı.
Vallahi, dünyada gülmək yaxşıdı,
Gəzsin hər ocaqda uşaq kölgəsi -
Övladsız qoymasın Tanrım heç kəsi.
22 aprel 2009
Müəllif:Elvin Mütaliboğlu
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
DİQQƏT! Sosial şəbəkələrdə söyüş söyənlər cəzalanacaq
Şuşanın elektrik enerjisi ilə təminatı ilə bağlı VACİB AÇIQLAMA - VİDEO
Türk qəhvəsinin tarixi
Bu şəhərlərdə hər şey var, insan yoxdur-FOTO
Musiqidən alınan keyfin sirri açıldı
Uşaqları xaricə aparmaq qaydası açıqlandı
Flora Kərimovadan Aygünə sərt cavab: "Dünənki cücə..."
Döymələri ilə sərvət qazanırlar - FOTO
Bu ölkədə benzin sudan ucuzdur
Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” - VİDEO
Hava haqqında - 23.11.2013
Qısa saçlar üçün hörük modelləri
ŞOK QƏRAR: Dollara qadağa qoyuldu
Biz anlayaq ki, bizi anlasınlar
Qəbul imtahanlarının vaxtı açıqlandı
Qadının yataqda 10 səhvi
Bakı birinci oldu!
İslamiada: Azərbaycan liderlər arasındadır - CƏDVƏL
Meyiti tapılan neftçinin kimliyi bilindi
Şah plov (foto resept)
Həyatınızı asanlaşdıracaq praktik məlumatlar
Messi Trabzona gəlir
İstanbuldakı partlayışı terrorçu qadın törədib
ABŞ-da Azərbaycanla bağlı veriliş yayımlandı
Trampı zəhərləməyə cəhd edən şəxs Kanadaya qaçarkən tutuldu
İtaliyada iki avroya ev almaq mümkün olacaq
Uzunboylu kişilər niyə qısaboylu qadınlara üstünlük verir?
Sərrast deyimlər
Öldüyü deyilən gənc qız dəfn mərasimində dirildi - FOTO
Nazirlikdən gecikdirilmiş ödənişlərlə bağlı açiqlama
Ermənistanla sərhəd kəndlərində su hovuzu tikildi
Bu ölkənin əhalisi 150 min azalıb
Peyzaj ustası olan retuşçu
Pudinqli peçenye (foto resept)
Güzgünü parladan xiyarın bilinməyən faydaları
Bakıda işçi axtarılır - Maaş 7,2 min dollardır
Hədiyyə ilə bağlı etiket qaydaları-2
Karantində olan Ronaldudan koronavirusla bağlı böyük jest
Tez qırılan saçlar üçün maskalar
Bülent Ersoy Demet Akalın haqqında bunları dedi-FOTO
Bakı delfinariyası
Tramp 20 illik Ramazan ənənəsini pozdu
Dua Lipa hər kəsi təəccübləndirdi-FOTO
Kartoflu konvert (foto resept)
Ziyafət donları
Məşhur aktyor Şon Konneri vəfat etdi
Qız ataları bunları bilməlidir
58 tələbəmiz dünyanın ən yaxşı 20 universitetində oxuyacaq
Nazirlikdən “Son zəng”ə pul yığılması xəbərinə reaksiya
Nökərin cavabı
- ŞƏRHLƏR