Qoç - yaxın ətrafınızdakı insanların gizlətməyə və pərdələməyə çalışdıqları məqamları görməyə, aşkarlamağa çalışın. Boş söhbətlərə qatılmayın. Nə isə deməzdən əvvəl yaxşı düşünün. Başqalarının sirlərini faş etməyə can atmayın. Əks təqdirdə qalmaqal qaçılmaz olacaq.
Günün ikinci yarısında səfər və ya gəzinti yaxşı nəticə verəcək. Güzəştə hazır olsanız, yaxınlarınızla münasibətləriniz pis olmayacaq. Kiçik məqamlara və xırda işlərə görə mübahisə etməyin.
Axşam saatlarında dostlarla görüşə bilərsiniz.
Buğa - uğurlu zamandır. İntuisiyanız güclü olsun. Situasiyadan asılı olaraq davranış modelini sürətlə dəyişmək, gərəkli sonuca nail olmaq üçün çeviklik nümayiş etdirmək gərəkdir. Yeni biliklər və bacarıqlar əldə edə bilərsiniz. Müttəfiqlərinizin yardımları ilə peşəkar müstəvidəki problemləri həll edə bilərsiniz.
Günün ikinci yarısında şəxsi münasibətlərdə sərvaxt olun. Gəzintiyə çıxmaq üçün pis zaman deyil. Yola çıxarkən darıxmayacağınıza əmin olun. Yaxşı dostlarla istirahət etməyə çalışın.
Əkizlər - gün qarşınızda çətin məsələlər qoyur. Bu problemlərin öhdəsindən uğurla gələ bilərsiniz. İntellektual səviyyəniz yüksəkdir. Yaddaşınız sizi aldatmayacaq. Diqqətə layiq məsələləri unutmayın, qulaqardına vurmayın. Bilik və təcrübə əldə edilməsində aktiv olun. Problemlərin həllinə yaradıcı yanaşın. Qarşınızda geniş imkanlar yaranır.
Yeni tərəfdaş və ya müttəfiq qazana bilərsiniz.
Xərçəng - mahiyyət etibarilə pis deyil və saatlarınızı xoş keçirə bilərsiniz. Qarşınıza çətin, əldə edilməsi məşəqqətli hədəflər qoymayın. Cari işlərlə, situativ zərurətlərlə kifayətlənin. Gərəkli istiqamətdə addım-addım irəliləyin. Bu gün sizə yardım edəcək insanlar hələ uzun müddət yardımçı və müttəfiqiniz kimi qalacaq.
İntuisiyanız yüksək səviyyədə olacaq. Ondan yararlanın. Əlverişli məqamdan istifadə edərək maraqlı tanışlığa nail ola bilərsiniz.
Şir - gündəlik yaşamınızda yeniliklər və dəyişikliklər barədə düşünün. Şəraitin formasına nəzər salın. Yeni işə başlamaq olar. Amma potensial və imkanlarınızı dəyərləndirəndə səhvə yol verməyin. Həddən artıq ağır iş və ya genişmiqyaslı layihə sizdə ifrat yorğunluq yarada bilər.
Günün ikinci yarısında yaxınlarınız sizə dürüst məsləhətlər verəcək, mənasız və absurd ideyaların illüzorr olduğunu göstərməyə çalışacaqlar. Axşam saatlarını əzizlərinizlə ünsiyyətə həsr edin.
Qız - bütün işləri qısa zamanda həll etmək istəyi məntiq və situasiyanın şərtlərinə zidd olmaqla yanaşı, çox qeyri-effektiv qərar ola bilər. Bununla yanaşı, rasional davranışınız və qənaətcilliyinizi bəziləri bəyənməyə bilər. Qıcıqlanan insanlara fikir verməyin.
Günün ikinci yarısında vəziyyətdən faydalanmaq imkanlarınız var. Ətrafınızdakı insanların bəziləri inciyə bilər.
Axşam saatlarında bəzi şəxslər sizə xoş olmayan mövzuda söhbətə başlayacaqlar. Enerji səviyyənizin aşağı olması aktiv hərəkətlərə imkan vermir.
Tərəzi - ən yaxşı məziyyətlərinizi nümayiş etdirməyə çalışın. Eqoist və təşəxxüslü davranaraq yaxın ətrafınızdakı insanları qıcıqlandırmayın. Bir qədər təvazökar olun, kölgəyə çəkilin.
Dəyər verdiyiniz insanların ön plana çıxmalarına şərait yaradın.
Günün ikinci yarısında yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Məqsədə çatmaq üçün konkret addımlar atın.
Qohumlar və yaxınlarla ünsiyyət axşam saatlarına yaxın sizi sevindirəcək. Əks cins mənsubunun yardım istəyini qulaqardına vurmayın. Əlavə gəlirdən yararlanaraq ailə üzvlərini sevindirin.
Əqrəb - günün ilk yarısında emosiyalarınıza nəzarət edin. Yaxın ətrafınızdakı insanları təxribata çəkməyin, qıcıqlandırmayın. Təmkinli davranın. Soyuqqanlı və məntiqli olsanız, yaranan problemləri həll edə bilərsiniz.
Günün ikinci yarısında situasiyada nizam artacaq. Fiziki və emosional baxımdan özünüzü daha yaxşı hiss edəcəksiniz.
Çoxdan başa vurmaq istədiyiniz işə qayıtmaq olar.
Yaxınlarınızın yardımlarından imtina etməyin. Onlar qayğınıza və səmimi hisslərinizə bel bağlayırlar.
Oxatan - daha aktiv işləmək bəzi məsələlərə yenidən baxmaq və müəyyən işləri yenidən görmək istəyi yaratsa da, təmkinli olun. Bütün işlərə vaxt, enerji və ya imkan çatdıra bilməzsiniz. Şərait ilk baxışdan uğurlu təsir bağışlasa da, genişmiqyaslı layihəni ertələyin.
Günün ikinci yarısında ifrat yorğunluq hissi yaranmasın deyə emosional olmayın, bütün hədəflərə çatmağa can atmayın. Bütün diqqəti bir işə yönəldin.
Oğlaq - günün ilk yarısında maliyyə məsələləri ön plana çıxacaq. Bir qədər əvvəl xərcləriniz çox olduğundan gəlirləri artırmaq zamanıdır. İndi yeni işlərə başlamaq üçün ən yaxşı zaman olmasa da, əlavə gəlir mənbəyi arayın.
Günün ikinci yarısında ideyalarınızı reallaşdırmaq üçün əlverişli imkanlar arayın.
Situasiyanı nəzərə alın. Belədə ailə üzvlərinizin yaxın gələcəklə bağlı nigaranlıqları yaranmaz. Axşam saatlarını sevdiyiniz insanla gəzintiyə həsr edin.
Dolça - Yaşananlara sərt reaksiya verməyin, yumor hissini unutmayın. Ən kiçik maneələrdən depressiyaya qapılmayın. Xırda çətinliklər əhvalınızı korlamasın.
Yeniliklər əxz etməkdən, məlumatlar əldə etməkdən çəkinməyin. Bu gün əldə edəcəyiniz xəbərlər sonradan karınıza gələcək.
Günün ikinci yarısı məsələlərin dostlar və həmfikirlərlə müzakirəsi üçün əlverişlidir. Parlaq, maraqlı fərdlərlə tanışlıq da istisna deyil. Axşam saatlarında qonaq qəbul etmək olar.
Balıqlar - təmkinli davranın, soyuqqanlı və məntiqli olun. Bədxahlarınızla rəqibləriniz sizə qarşı yeni, məkrli plan qurublar. Yaxşı bələd olmadığınız insanlardan biri etimadınızdan sui-istifadə etməyə çalışacaq. Sadəlövhlük edərək "saf" qərarlar verməyin.
Saatlar keçdikcə peşəkar fəaliyyətinizlə bağlı maraqlı təkliflər alacaqsınız. Daşınmaz əmlakla əməliyyatlar və maliyyə məsələlərinin həlli üçün münasib zaman deyil.
Günün ikinci yarısında passiv olmayın. Süstlük və tənbəllik bu gün əsas düşmənlərinizdir.
Axşam saatlarında gəzintiyə çıxın. Normal istirahət etməyə çalışın.
XƏBƏR LENTİ
Fırça və süngərin təmizlənməsi
Hitlerin dünyanı silkələyən kitabı nəşr ediləcək
Yaponlar bu dəfə də heyrətləndirdi
Bakıda satılan qəribə "kukla"-VİDEO
Alişan doğulacaq körpəsindən danışdı
Möhtəşəm ziyafət donları
Muzeyin görünməyən tərəfi
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO
Edgy tərzi necə olmalıdır?
Xəzər dondu
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Evdə istifadə edə biləcəyiniz 4 praktik məsləhət
Dəbdən düşməyən ayaqqabılar (2)
Sinem Kobala 30 minlik təklif-FOTO
"Jet Sosyete"nin yayımı təxirə salındı-SƏBƏB
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Aspirin maskası və dəriyə faydası
Azərbaycanda virus yayılandan indiyədək 153 baş iribuynuzlu heyvan tələf olub
Qat-qat xəmirdən çiçək(foto resept)
Dərinin sağlamlığını və gözəlliyini qoruyan qidalar
Ordu tarixində ilk: Bir qadın…
Bədənindən kətan kimi istifadə edən qadın
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Prezidentdən inanılmaz TƏLİMAT: deputatların telefonları yığışdırıldı
10 milyardlıq xəzinə tapıldı
Nüsret evlənir?-FOTO
Heyvanlar aləmindən
Son DƏQİQƏ: Koronavirusun yayılması Bu Tarixdə Dayanacaq
İştah kəsən 5 qida
Sağlam ayağı kəsən həkim istintaqa ifadə verib
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Dadlı piroq (foto resept)
İvana Sert efirə qayıdır
Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb
“Bakı Metropoliteni” hərəkət qrafikini dəyişir
Günün ulduz falı
Dünyanın ən zəngin varisləri: onların arasında azərbaycanlı da var
Keşiş: Qarabağı verməliyik
Bakı bir səyyahın dilindən
Maraqlı faktlar
14 kq-lıq yeniyetmə-FOTO
Geyim mağazaları ilə bağlı YENİLİK
Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO
29-30 iyulda keçirilmiş imtahanların nəticələri açıqlanıb
Onurğa üçün idman hərəkətləri
"Acı hayat"ın aktrisası ərə getdi
Peyğəmbər karikaturaları barədə KİV-ə xəbərdarlıq
Leysan yağacaq
Bu çiçəklər təəccüb doğurur
Messi "Real"a qarşı zədəli halda oynayıb