Sərçələr büzüşüb sırayla budaqda
hələ çox soyuq var, soyuq var qabaqda?...
Havalar buludlu,
gün çıxmır haçandı
bir ay da ötüşsə
bahara nə qaldı?...
Əlimdə bir ovuc, bir ovuc ümid var
uçurur küləklər
isladır yağışlar...
nə qəşəng soyuqdu,
yoxsa bu tanışdı?
ovcunu aç görüm kibritim alışdı?...
İlahi, bu nədir,
bəyaz qar yağır ki,
Yerlə göy barışdı, barışdı axır ki?...
Əllərim üşüsə gələcəm həvəslə
açarsan donunu
bir çəkim nəfəslə...
Süzürsə göyərçin, durursa səmada
qəfil bir mayallaq vurursa səmada
onundur demək ki,
onundur azadlıq
bəlkə bir...
bəlkə bir oyundur azadlıq?!...
Bilirdin?
Ay ancaq gecələr çıxırmış
çay adlı güzgüdə özünə baxırmış...
Bəs sənə...
mən sənə özümçün baxarsam
gələrsən yanıma,
gələrsən çağırsam?...
Gün çıxdı,
dünyanın əhvalı dəyişdi
Bu günəş dünənki o batan günəşdi?...
Gəmilər qayıtdı,
gəl məni qarşıla
çox qala bilmədim mən sənsiz,
bağışla!...
Xilas olmaq üçün
özünü pəncərəyə çırpan sərçə kimi olarsan bəzən;
sınar qol-qanadın
yorulub əldən düşərsən
vücudunda zərrə qədər də tab olmaz;
səsini başına atıb
boğula-boğula qışqırarsan:
Məni sıxma belə, ey həyat
məndən sənə şərab olmaz!
Dönər başın - dönük çıxan dostların kimi,
qaralar gözlərin
Başını qaldırıb baxarsan ki,
daha mavi deyil göy üzü;
dənizə yağan yağmur kimi olarsan bu zaman;
nəyinə lazımsan ki dənizin...
Fələyin çərxi elə təsr dövran edər ki,
əlindən tikəsi alınan itlərsayaq
üstünə cumar dərdlər;
ard-arda
mırıldaya-mırıldaya...
Ürəyinin atəşini söndürmək yenə səmanın ümidinə qalar,
başını qaldırıb gözlərsən:
ya yağa, ya boş-boş guruldaya...
Bütün sözlərdən küsər,
susarsan birdəfəlik
lap yenicə ölmüş adam kimi olarsan
lal-mat
bircə kəlməlik belə sözün olmaz
Ax, başıdaşlım, ax
Rəbbinlə də elə pozmusan ki, aranı
Ona da dönməyə üzün olmaz!
İlqar Kamil
XƏBƏR LENTİ
Qadın.Netlə birlikdə hamiləlik (XXIV həftə)
Kral ailəsində İŞİD təşvişi
İnstaqram-da daha bir YENİLİK
Sevgi belə görsənir
"Microsoft" ucuz telefon nümayiş etdirib
Ancelina Coli ailəsi ilə Los-Anceles küçələrində - FOTO
Hisə verilmiş ətli lavaşarası (foto resept)
Bəşər Əsəd Suriyanı təmsil edəcək heyətlə görüşdü
Şəxsi kosmetoloqu Beyonsun cavanlıq sirrini açdı - FOTO
2000 il əvvəl ağıllı telefonlar olub? – İlginc tapıntı/FOTO
25 müasir mətbəx dizaynı (1)
Azərbaycan səfirliyi Maydanla bağlı bəyanat yaydı
Heç vaxt görüşmədiyi kişi ilə ailə həyatı qurdu
Arıqlayan adamların baş bəlası
Dünyanın ən maraqlı 4 şəfalı su hövzələri
Hamiləliyin son dövründə bunu etmək təhlükəlidir
Prezident İlham Əliyev Azərbaycan qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
Sarımsaqlı göbələkli spagetti
MTRŞ telekanallara xəbərdarlıq etdi
Qadın 6 uşaq dünyaya gətirdi: 2 oğlan, 4 qız
Siqareti atdıqdan sonra izləməli olduğunuz yollar
Microsoft şirkəti Surface planşetlərinin ikinci nəslini təqdim etdi
"Qanlı Ay" tutulması nə vaxtdır?
Üz ifadəsi yalanı aşkar edir
Ev alarkən nələrə diqqət etməliyik?
Məşhur müğənni vəfat etdi-SƏBƏB
Azərbaycanda əhalinin sayı açıqlandı
Ölkə ərazisindəki restoran, kafe və çay evlərinin fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Qızlar, ərə getməyin!
Toyuq ciyərindən qəlyənaltı(foto resept)
Unutmamalıyıq...
İstirahət günü hava əhvalınızı korlaya bilər - XƏBƏRDARLIQ
Braziliyalı rəssamın əl işləri
Azərbaycanlı körpəni erməni gülləsindən möcüzə qurtardı
Hicabılı xanımlar üçün toy donları
HAVA necə olacaq?- 9 fevral
Dünyanı dəhşətə salan öldürücü virus
Heydər Əliyev Fondu Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları çatdırıb - FOTO
Bu gölə gedənlər daşa dönürlər
Hücuma keçən düşmən hərbçiləri məhv edildilər
Günün ulduz falı - 03.10.2013
Əhalinin işini asanlaşdıracaq yenilik
Bir ildir Yaşarsızıq, unutmadıq
Şahzadə ilə evlənən aktrisanın ilk TOY FOTOLARI - CANLI
Ulduzların gözəllik sirrləri
Təmizlik zamanı yol verilən səhvlər
Bişməyən bisküvit (foto resept)
Belə muzey dünyada ilk dəfə açıldı
Qorxuram...
Şəxsi məlumat kompromat kimi - MÜZAKİRƏ















- ŞƏRHLƏR