Sərçələr büzüşüb sırayla budaqda
hələ çox soyuq var, soyuq var qabaqda?...
Havalar buludlu,
gün çıxmır haçandı
bir ay da ötüşsə
bahara nə qaldı?...
Əlimdə bir ovuc, bir ovuc ümid var
uçurur küləklər
isladır yağışlar...
nə qəşəng soyuqdu,
yoxsa bu tanışdı?
ovcunu aç görüm kibritim alışdı?...
İlahi, bu nədir,
bəyaz qar yağır ki,
Yerlə göy barışdı, barışdı axır ki?...
Əllərim üşüsə gələcəm həvəslə
açarsan donunu
bir çəkim nəfəslə...
Süzürsə göyərçin, durursa səmada
qəfil bir mayallaq vurursa səmada
onundur demək ki,
onundur azadlıq
bəlkə bir...
bəlkə bir oyundur azadlıq?!...
Bilirdin?
Ay ancaq gecələr çıxırmış
çay adlı güzgüdə özünə baxırmış...
Bəs sənə...
mən sənə özümçün baxarsam
gələrsən yanıma,
gələrsən çağırsam?...
Gün çıxdı,
dünyanın əhvalı dəyişdi
Bu günəş dünənki o batan günəşdi?...
Gəmilər qayıtdı,
gəl məni qarşıla
çox qala bilmədim mən sənsiz,
bağışla!...
Xilas olmaq üçün
özünü pəncərəyə çırpan sərçə kimi olarsan bəzən;
sınar qol-qanadın
yorulub əldən düşərsən
vücudunda zərrə qədər də tab olmaz;
səsini başına atıb
boğula-boğula qışqırarsan:
Məni sıxma belə, ey həyat
məndən sənə şərab olmaz!
Dönər başın - dönük çıxan dostların kimi,
qaralar gözlərin
Başını qaldırıb baxarsan ki,
daha mavi deyil göy üzü;
dənizə yağan yağmur kimi olarsan bu zaman;
nəyinə lazımsan ki dənizin...
Fələyin çərxi elə təsr dövran edər ki,
əlindən tikəsi alınan itlərsayaq
üstünə cumar dərdlər;
ard-arda
mırıldaya-mırıldaya...
Ürəyinin atəşini söndürmək yenə səmanın ümidinə qalar,
başını qaldırıb gözlərsən:
ya yağa, ya boş-boş guruldaya...
Bütün sözlərdən küsər,
susarsan birdəfəlik
lap yenicə ölmüş adam kimi olarsan
lal-mat
bircə kəlməlik belə sözün olmaz
Ax, başıdaşlım, ax
Rəbbinlə də elə pozmusan ki, aranı
Ona da dönməyə üzün olmaz!
İlqar Kamil
XƏBƏR LENTİ
Ailənin dağılmasına səbəb olacaq bəzi təhlükələr
"Qadınların yanınamı gedirsən? Qamçını unutma!" - Nitsşe
Ermənilərdən yeni oğurluq
Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı həkimdən AÇIQLAMA
Ukrayna Avropada koronavirusdan gündəlik ölüm sayına görə ikinci yerə çıxdı
Uşaq bağçalarındakı vəziyyətə niyə diqqət yetirilmir?
Ətli, makaronlu yemək (foto resept)
Azərbaycanda yeni medal təsis edilib
Qadınlarımız adətlərə qurban gedir - 11 TEZİS
Məşhur müğənni intihar etdi-SƏBƏB
Müəllimlərin işə qəbulunda yenilik - VİDEO
DİM 24-25 iyunda keçiriləcək imtahanlarda iştirak edəcək şəxslərin NƏZƏRİNƏ
2011 Gəlinlikləri
Evsiz ailə qalmayacaq
Biz niyə bizi istəməyən insanlara asılıb qalırıq?
Dünyanın maraqlandığı balaca qızın yeni görüntüsü
"Avropa İttifaqı-Azərbaycan əlaqələri öz nəticəsini verir"
Bu günün hava proqnozu
72 yaşlı "Rembo"yaralandı
Limonlu piroq (foto resept)
Bitməyən sevgini əks etdirən şəkillər
Günün qoroskopu: İşlərinizi qaydasına salın
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi seroloji testlər keçirəcək
Hayde Bruneder: "Azərbaycan gimnastları böyük irəliləyişlərə nail olublar"
Peyğəmbərin uşaqlığından bəhs edən film nümayişə başlayır
Kişi və qadın həmrəyliyi
Üzüm pəhrizi
Düymələr
Tam müasir və komfortlu avtobuslar gətiriləcək
Özcan Deniz 9 ildən sonra İlk Dəfə
ASAN-dan onlayn yenilik
Prezidentlərin görüşünün vaxtı açıqlandı
Ətək sinir sıxılmasına səbəb olur
Tibbin aciz olduğu xəstəlik- FOTO
İlham Əliyev xəbərdarlıq etdi, ucuzlaşma başladı
Uşaq arabaları və oturacaqları
Peraşki (foto resept)
Uşaqlar üçün vanna otaqları
Dəri əşyaları təmizləməyin sadə yolu
Geomaqnit qasırğası zəifləməyə başlayacaq
Ed Sheeran illik qazancını açıqladı
Hava xəbərdarlığı edildi
Mərciməyin faydaları
Akula sörf taxtasındakı uşağa hücum etdi-VİDEO
“Twitter qatili”nə ölüm hökmü verildi
Meyvə və tərəvəzlərdən qızına geyim hazırladı
Polis əməkdaşlarına dövlət mükafatları təqdim olundu
Beş yaşlı rəssam əsərləri ilə varlandı (FOTO)
İnternetə güzəşt olacaq
Qısa zamanda varlanmaq üçün ƏN İDEAL ÖLKƏLƏR
- ŞƏRHLƏR