Dünya yeni yarananda bu qaydanın necə olduğunu bilmirəm, amma müasir dövrümüzdə bu ən gözəl adət və xoşbəxtlik sayılır. Gələcəkdə xoşbəxt olub olmayacağımızı bilmədiyimiz halda, hamımız ailə qurmağa can atır, bunu ən böyük səadət sanırıq. Məhz bu niyyətimiz bizi ata evimizi tərk edib yad bir evə doğmalaşmağa məcbur edir. Bu yeni ocaqda öz səadətimizi tapacağımıza elə inanırıq ki, o inamla hər çətinliyə dözürük. Təki bircə ailəli olaq.
Bu “evdəyişmə qanunu“, “ailə qurmaq“ və yaxud “ərə getmək“ şəklində ifadə olunur. Yəni dilimizdə bu birləşmələr bir- birinin sinonimi kimi işlənir. Mənim fikrimə gəldikdə isə bu iki anlayış bir-birinin tam əksi, yəni antonimidir (Heç kimi mənim kimi düşünməyə məcbur edə bilmərəm. Bu fərdi yanaşmadır).
Əgər “Səadət“ adlı bir nəzəriyyə yazılıbsa, ailə qurmaq bunun praktikası hesab oluna bilər. Bu praktikanı həvəssiz, könülsüz, müəllimlə razılaşmadan, pis qiymətlə həyata keçirmək isə artıq “ərə getmək“ hesab olunur. Məncə, ailə qurmaq deyəndə onun içində bütün yaxşılıqlar da gedir. Ərə getmək isə bu prosesin məcburi halda, adətdən boyun qaçırmamaq xətrinə həyata keçirilən formasıdır.
Ailə qurmaq – bütün ömrün boyu şirin qayğılarla ovunmaq, bu qayğıları qram-qram toplayıb sevinc yaratmaq, ərə getməksə- bir dünya arzularının anbaan məhv olmağını sükutla seyr etməkdir. Əgər sadəcə, ərə getmisənsə, deməli, sən yalnız “qadınsan otur yerində“ kimi ifadənin ağırlığı altında əziləcəksən. Əsil ailədə sevincinə sevinən, qəmini səninlə bərabər çəkən həqiqi dostlar yaşayırlar. Ərə gedənlərin isə bu məqamlarda heç kəsi olmur, bütün hisslərini tək yaşayır. Əsil ailədə dünyaya gələn övladlar ata-ananın bir – birinə bağlılığını daha da artırır. Sadəcə, ərə getmisənsə onda uşaq doğmağınla sənə ancaq ərinin nəslini artırmaq vəzifəsini öhdəsinə götürmüş biri kimi baxırlar. (Əgər bu qabiliyyətdən məhrumsansa onda səni qaytaracaqlar ata evinə) Bu cür anaların heç öz övladına belə analıq etmyə icazəsi olmur. Ana övladı üçün dayə rolunu oynayır, onu yedirir, altını təmizləyir və çimizdirir. Tərbiyəsinə isə anadan başqa hamı qarışır. Nənə, bibi və digərləri uşaqla əylənir, gəzməyə aparırlar. Uşaq da onları sevir, anasını isə xidmətçi kimi görür. Ana buna etiraz edə bilmir, çünki onda eşitdiyi “dədən evindən uşaq gətirməmisən“ sözləri olur. Ailə qurmusansa özünə təzədən valideyn tapmış olursan, ərə getmisənsə əksinə, öz valideynlərindən də uzaqlaşırsan. Çünki “gəlinin dədəsi evində nə işi var“ deyib səni oraya getməyə qoymayacaqlar. Ərə gedən qızlar ata- ana üçün ömürlük cəzaya məhkum edilmiş məhbus , əri üçün qul, uşaqları üçün dayə, qayınana üçün yad qızı, baldız üçünsə yalnız və yalnız düşməndir. Ərə gedən qız günün birində kiminsə qəzəbinə tuş gəlir, təhqir olunur və əvvəllər ziyarətə buraxılmadığı ata evinə qovulur. Ümidsiz şəkildə çölə atılır. Digər bir hal da mövcuddur. Bu cür müti qadın xəstələnib yatağa düşərsə qayğısına qalan olmaz, dünyasını dəyişsə belə yoxluğuna təəssüflənən olmaz. Onu əvəz edən başqa birinin tapılması isə o qədər də uzun çəkməz.
Əgər qadına evin bəzəyi, ona övlad kimi bir xoşbəxtliyi bəxş edən varlıq kimi, dəyərli bir şəxs kimi baxılırsa demək o qadın, ailə qurub. Bütün bu gözəlliyin əksini yaşayanlar isə, sadəcə, ərə getmiş hesab olunurlar. Elə bu pis tərəfləri nəzərə alaraq deyirəm:
- Qızlar, əvvəlcə tanıyın, sonra bütün hisslərinizlə bir-birinizə bağlandığınız və mənəvi yaxınlıq duyduğunuzla ailə qurun. Ürəyindən gəlinə hökmranlıq etmək və nəslini artırmaq istəyi keçənlərin, eyni zamanda yığdığı cehizi vaxtında verib dünyadan rahat köçmək arzusu ilə yaşayanların xətrinə diri ikən məhv olmağa doğru addım atmayın. Bir sözlə; qızlar, ərə getməyin, ailə qurun.
Pərvanə Bayramqızı
XƏBƏR LENTİ
İlham Əliyev UNESCO-ya şərt qoydu
Ali məktəblərdə II qrup üzrə yerlər boş qalacaq - AÇIQLAMA
Dahi yetişdirməyin yolu tapıldı: sən demə, o uşaqlar 10 qat...
Ermənistan KİV: “Paşinyan ABŞ səfirliyinin binasında gizlənir”
Görənləri heyrətə salan dodaq makiyajı
"Hamilə qalım, siqareti atacam", - deyənlərə bəd xəbər
Hava haqqında
Azərbaycanlı professordan KORONAVİRUSLA bağlı ŞOK AÇIQLAMA: 1 aydan sonra...
Deputatların etik davranış qaydaları haqqında qanun qəbul olunub
Ekzoplanet aşkarlandı-FOTO
Putin açıqlama verdi
Övladlarını təqlid etdilər - FOTO
Qızılı rəngli gəlinliklər
Ürəyinizə yağ tökün
"Qarabağ" 3 xalı 1 qolla qazandı-Video
Ceki Çan 10 milyonluq mülkləri əlindən alındı
Göz qripinə diqqət etmək lazımdır!
Dərman qiymətlərinin tənzimlənməsi ilə bağlı TƏKLİF
Qadın.Net-lilərin ilk körpə həyacanı
Makiyaj ustasından dodaq makiyajı
Məşhur müğənni itinin ayı balası olduğunu öyrəndi-FOTO/VİDEO
Bakıda qurbanlıq heyvanların satılacağı ünvanlar - SİYAHI
Bu ilin dəbi
Stüardessanın qəribə hərəkəti birmənalı qarşılanmadı
NASA-dan mühüm açıqlama
Kələm qutabı (foto resept)
"Erkenci kuş"a Yeni Aktyor daxil oldu-FOTO
Yüksək iradəli uşaqlar
Bədən dili bizi ələ verir (1)
Pensiyaçılara ŞAD XƏBƏR
2017-nin bahar dəbi
Gözətrafı qırışlar üçün yağlar (1)
Şakira paylaşdığı FOTO ilə təəccübləndirdi
Azərbaycanda karantin rejimi belə yumşaldılacaq - RƏSMİ AÇIQLAMA
Bu gün 5 min ildə bir olan hadisə baş verəcək
Vaşinqtonun görməli yerləri
Küləkli günlər nə vaxtadək davam edəcək?
Ramazanda hava necə olacaq? - PROQNOZ
Temperatur 5-10 dərəcə azalcaq
Məşhurların sevdiyi yoqa
Seda Sayanın 30 min manatlıq Paris Tətili
“Sədərək” ticarət mərkəzindəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
Düşmənin məhv edilən döyüş texnikaları - SİYAHI
Zövqlü don modelləri
Ən gənc tələbə
Demet Akalın qızını məktəbə göndərməyəcək
Bakıda pulsuz internet olacaq
Cəbhədə şiddətli atışma
EMİN: "Seçim qarşısında qalsam, biznesi seçərdim"
Duyğu Şənyürək















- ŞƏRHLƏR