Beyons təkcə öz nadir üslubu və məlahətli melodik səsliylə deyil, eyni zamanda möhtəşəm bədən quruluşu ilə məşhurdur. Ona həsəd aparan və 36 yaşında da onun kimi görünmək istəyən qızların sayı gündən-günə artır. Pop-musiqisinin kraliçası gündəlik qidanlanmasını diqqətlə izləyir və ciddi pəhriz sisteminə əməl edir. Sirr deyil ki, ideal zahiri görkəmə tək nail olmaq mümkün deyil, bu məsələdə də ulduza şəxsi kosmetoloqu köməklik göstərir.
Qadin.Net bu yazıda oxucuları 36 yaşlı Beyonsun dəriyə qulluq üsullarıyla tanış edir.
Kraliçanın kosmetoloqu, həmçinin "L'Oréal Paris"in vizajisti və ambassadoru Con Barnet bildirib ki, ulduzun üzünə və bədəninə yalnız o toxuna bilər:
"Dəri baxımına adi qayda ilə başlayın, onlar tədricən vərdiş halına keçəcək. Beləliklə dəriyə qulluq bütün mənalarda sizin üçün hobbi və ya xoş proses olacaq".
Vizajist sadə və aydın məsləhətlər verir, amma razılaşın ki, gündə bir dəfə qaydaları yerinə yetirmək və nəmləndirici krem istifadə emək dəri üçün vacib prosedurlardır. Odur ki, bəzən belə sadə şeyləri xatırlatmağa dəyər:
"Göz altı kremləri nəinki göz ətrafına, həm də bütün üzə çəkmək lazımdır. Məsələ ondadır ki, bu məhsulun tərkibində dərinin daha dərin qatlarına daxil olan aktiv maddələr var. Nəticədə qan dövranını gücləndirir, xırda qırışları azaldır və dərini nəmləndirir. Lakin standart qulluğu dəyişməzdən əvvəl kosmetoloqla məsləhətləşmək lazımdır. Çünki kremin yüksək konsentrasiyası dəri məsamalərinə dola və sızanaq yarada bilər. Eyni zamanda əl və ayaq, boyun və dekolte nahiyəsini üçün nəmləndirici kremlər istifadə edin".
Məşhur kosmetoloq bildirib ki, dəriyə qulluq sadəcə kosmetik prosedurlarla bitmir. Əgər siz sağlam qidalamırsınızsa, gün ərzində 2 litrə yaxın su içmirsinizsə, onda üz üçün bahalı maskalar, cürbəcür pilinq, digər möcüzəvi kosmetoloji qulluqların heç bir faydası olmayacaq".
Barnet haqlı olaraq onu da qeyd edib ki, gözəllik orqanizmin daxildən qaynaqlanır. Odur ki, daxildən necə göründüyümüz haqqında düşünməyə dəyər.
Kosmetoloq xanımlara hər səhər tərkibində çoxlu sayda faydalı K vitamini olan yarım litr kələm suyu içməyi məsləhət görüb:
"K vitamini orqanizmdə mübadilə proseslərinə görə cavab verir, metabolizmi sürətləndirir, regenerasiya (Orqanizmin itirilmiş və zədələnmiş üzvlərini və toxumaları bərpa etməsi) proseslərinə təsir edir və hüceyrələri bərpa edir". (publika.az)
XƏBƏR LENTİ
Modern qonaq otağı modelləri
Ermənistanda savaş başladı
Təmiz bir dəri üçün beş qulluq məsləhəti
Qara nöqtələr üçün qəhvə maskası
Bu günün hava proqnozu
Azərbaycanda yay vaxtına keçid ləğv olundu
Yaşıl çay necə içilməlidir?
Yeni sanksiyalar: hədəf Rusiya
Bu müəllimlər üçün yeni müsabiqəyə başlanılır
Murat Bozdan qəribə addım
Prezidentdən Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı SƏRƏNCAM
Almaniyaya miqrantlarla yanaşı UNO-lar da gəlməyə başlayıb
Abort qadağan edildi
"Aydınlanma səyahəti" kitabından seçmələr (2)
Hansı pasiyentlərin evdə müalicəsinə icazə veriləcək?- AÇIQLAMA
Trampın tərəfdarları Konqresin binasına belə daxil oldu - VİDEO
Xərçəng xəstəliyinin əlamətləri
Bunları edərək özünüzü bədbəxt etməyin!
Kollaj texnikası ilə çanta hazırlayaq
Məşhurların qidalanma sirləri
Hamilələrə necə davranmalı?
Qubada şəhid olan hərbi qulluqçu dəfn edilir
Azərbaycan filmləri qardaş ölkədə
Qış üçün tərəvəz kürüsü (foto resept)
Bakıda ucuz avtomobillər satılır
Selena Gomez yeni FOTO-larını paylaşdı
Bu il 10 min ailə dağılıb
Boksçularımız dünya çempionatının növbəti mərhələsində
Castin Biber xanımından danışdı-FOTO
Arqan yağı maskası
Bilik gününə hazırlıq: Gül mağazalarında indidən canlanma yaşanır
Mehriban Əliyeva iki şəhid ailəsinə yeni ev tikilməsi ilə bağlı göstəriş verdi - FOTO
Bişmiş tərəvəz salatı (foto-resept)
"Qarabağ" azarkeşlərinə möhtəşəm sürpiz
1000 manat istəyənlərin nəzərinə
“İrəli” İctimai Birliyi və ASAİF Gürcüstandakı gənclərlə görüş keçirib
Azərbaycanın Hərbi Komandanlığı işğal altında olan mülki əhaliyə müraciət etdi
Qubada zəlzələ olub
Yağış suları Gəncədə 2 evi yararsız hala saldı
İran Xəzər sahilində AES tikəcək
Acı bibərlə bağlı yeni faktlar
"Oscar" 30 ildən sonra İLK DƏFƏ
Bu kitab rekord vurdu
Kann festivalı başlandı - FOTO
Günün ulduz falı
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
ABŞ-da "Qara Cümə" xəbərdarlığı
Tulumba (video resept)
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb