...Niyaz yuxudan hıçqırıq səsinə ayıldı. Xalidə obaşdan ayılıb böyründə Niyazı gördükdə dəhşətə gəlmişdi. Özünü ələ alıb başına gələnləri bir-bir xati xatırlamışdı və ancaq indi anlamışdı ki, öz əli ilə öz evini yıxıb. Niyaz hövlnak halda qalxıb əlinin arxası ilə gözlərini ovxaladı, özünü heç nə olmayıbmış kimi göstərdi. Xalidə əlləri ilə üzünü örtüb ağlayırdı. Niyaz etinasız halda mızıldandı:
-İşə düşmüşük də, yatmağa da qoymur...
Xalidə daha da kövrəldi, hündürdən hönkürdü. Niyaz insafa gəlib Xalidənin əllərini üzündən götürdü, onu ovundurmağa çalışdı:
-Yenə uşaqlıq edirsən.
Xalidə başını Niyazın sinəsinə dayayıb sızıldayırdı. Birdən yumruqlarıyla onun sinəsini döyəcləməyə başladı. Niyaz qıza acıqlandı:
-Yaxşı, dəlilik eləmə, yekə qızsan.
-O heç vaxt belə soyuq danışmamışdı. ”İlahi, bu nədir, yoxsa Niyazın mənə olan məhəbbəti bura qədər imiş..”
Birdən hıçqırığını kəsib geri çəkildi, düşündü, Niyazın gözlərinə baxdı və bu gözlərdə onun ürəyini sakitləşdirəcək heç nə görmədi:
-Alçaq!
Niyaz doğurdan da alçaq adam idi və onun alçaqlığını gözlərinin içinə çox demişdilər. Odur ki, Xalidənin sözləri ona təsir etmədi.
Xalidə indi əsəbi idi. Acığından dodaqları səyriyir, başına gələnlərin nəticəsini dərk etdikcə dünyanın ən alçaq sözlərini Niyaza deməyə hazırlaşırdı. İndi o, dünənki kimi sərxoş deyildi və gücü ancaq buna çatırdı. Niyaz elə bil Xalidənin ürəyindən keçənləri duydu və duyan kimi də qızın könlünü almaq üçün onu qamarlayıb özünə tərəf çəkdi, sinəsinə sıxdı. Xalidə çırpındı, onu hədələyib ağır sözlər dedi. Balaca, gücsüz əllərini düyünləyib onun üz-gözünü döyəclədi, qəfəsə düşmüş quş kimi çırpındı.
Günəş göydən od ələyəndə, şəhər camaatı sərin bir yer axtaranda və bağlara, çimərliklərə axışanda Niyaz müəllim dayısının "Volqa"sını şəhərə tərəf qovurdu. Xalidə sürətlə şütüyən maşının arxasında oturub xısın-xısın ağlayırdı, fikirləşirdi: "Zərnişan soruşsa, deyərəm ki, rəfiqəm dərsdə meyit görəndə özündən getmişdi. Apardıq evlərinə, səhərə kimi hamımız onun yanında qaldıq".
Niyaz maşını instituta çatmamış saxladı. Xalidə ləng halda sağ qapıya tərəf süründü, düşüb bir əli qapıda Niyaza baxdı ki, bəlkə bir söz deyə. İnsafsız Niyaz elə bil ağzına su almışdı. Xalidə dözmədi:
-Niyaz.
Niyaz müəllim dinmədi, könülsüz-könülsüz başını qaldırıb Xalidəyə baxdı. Xalidə Niyazın onun üçün məhv olmuş gözlərini görəndə nəfəsi təngləşdi, boğulan kimi oldu. O, aldandığını və atıldığını ancaq indi duya bilmişdi.
Bu əhvalatdan 5 ay keçmişdi. Bu müddətdə Xalidə dərddən əriyib çöpə dönmüşdü. Əzab qızın hələ çox dərd görməyən ürəyinə ağrı gətirmişdi. Qız heç kimin üzünə baxmırdı, hamıdan qaçırdı. Elə bilirdi ki, Niyazın onun başına gətirdiyi oyunu bilməyən yoxdur. Əslində, bu məsələni Xalidə və Niyazdan başqa heç kəs bilmirdi. Axı hardan biləydilər ki?! Niyaz hər şeyi elə həmin günü də unutmuşdu. Xalidə də öz sirrini açıb camaata danışmayacaqdı ha.
Qərəz, bu son ayda Xalidənin görkəmi tamam dəyişmişdi. Gözləri torbalanmış, üzü çil tökmüş, ağırlaşmışdı. Elə bil ki, bu qız heç vaxt gözəl olmamışdı. Xalidə dərdini gizlədirdi, əzabları gündən-günə artır, onu lap əldən salırdı. Düzdür, anası ilə Zərnişan görəndə ki, qız günü-gündən əriyir, üstünə düşüb onu sıxma-boğmaya salmışdılar. Ancaq Xalıdə bir söz deməmiş, tərsliyinə salıb onları acılamışdı.
Bu neçə ayda Niyaz müəllim Xalidəni bir dəfə də olsun itirib-axtarmamışdı, onların qrupundakı dərsi başqa müəllimə vermişdi və institutda üz-üzə gələndə üzünü turşudub ötmüş, Xalidəni tanımaq istəməmişdi. Xalidə əlini hər şeydən üzmüşdü. Yaman bədbinləşmişdi. Beynində dəhşətli fikirlər dolaşırdı. O, özünə qəsd etmək istəyirdi və bu özünə qəsd etmək fikrini Xalidənin təsadüfən eşitdiyi bir xəbər daha da şiddətləndirdi: Niyaz müəllim evli idi, uşaqları da vardır.
Xalidə üzünü pis tutub hər şeyi anasına, bacılarına da danışardı, deyərdi ki, "Günahım budur, bu da mənəm. Ölməli iş tutmuşam, hökm sizindir. Ölməliyəm-öldürün, qalmalıyam-qoyun qalım".
Xalidənin başqa çıxış yolları da var idi, ancaq o bu yolları bilmirdi!
Xalidə bir də istədi ki, canını dişinə tutub hər şeyi açıb Zərnişana desin. O da insan idi, Xalidəni bağışlayardı. O həkim idi və ona bəlkə kömək də edərdi. Amma o bunu da etmədi. Ona görə ki, ağzıbütöv adam deyil. Bir yaxşılıq etsə, sabah onu açıb-ağardacaq və o başa düşürdü ki, bu ört-basdır ediləsi şey deyil. Bəs sabah ərə gedəndə nə olcaq?! Saçını qırxıb yola salmazdılarmı? Bu, ölümdən betər deyildimi? Axı o qız deyildi və qız adı ilə köçüb bu adı ləkələməyə kim ona haqq vermişdi??
Xalidə özünü aldatmaq istəmirdi. Aldada da bilməzdi. Qorxurdu, ikinci dəfə günah işləməkdən qorxurdu...
Neçə gün idi ki, Xalidə evdən çıxır, amma dərsə getmirdi. Sahilə gəlir, skamyalardan birində oturur, düşünür, hey düşünürdü.Nə qədər çalışsa da günahını özünə bağışlaya bilmirdi. Artıq adamlardan qaçır, heç kəsi görmək istəmirdi. Bir axşam Xalidə heç evə də qayıtmadı...
Bir həftə sonra Xalidənin meyiti dənizin dibindən tapıldı...
Son
(Samir Kazımoğlunun "Ağrı" adlı əsərindən bir parça)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
2015-2016-cı illər gəlinlik modelləri
Bu gün səni istədim
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 277 yeni yoluxma
Ramiz Fətəliyevə “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni verilib
Çəkisizlik immuniteti azaldır
Məşhur aktrisa tarazlığını qoruya bilmədi-FOTO
Demi Mur hər kəsi təəccübləndirdi-FOTO
Hande və Murat bu evdə yaşayacaq-FOTO
Bakıda tıxaca səbəb olan piyada keçidləri
Buğa bürcü qadınına nə hədiyyə etməli?
Pis xəbərlərin faydası da var
Üzüm bağının altından görün nə çıxdı - FOTO
Ledi Qaqadan gözlənilməz açıqlama
Dilənçi qızın hekayəsi
50 dən çox sahibkar “McDonalds”ı məhkəməyə verdi
Pensiyalar nə vaxt veriləcək? - Nazirlikdən açıqlama
1 sözdən ibarət kitab
Ərdoğan bu gün Bakıya gəlir
Təhsil Nazirliyindən orta məktəblərdə bu günə olan koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA
"Qəbələ" "İnter"ə qarşı
Çox düşünmə xəstəliyi
Uşaq evinin bütün sakinləri ailələrə verildi - FOTO
Gözləmək də bir sənətdir...
İyulda hava necə olacaq?
Yayda saçların qurumasının qarşısını necə alaq?
UNO gecə İsveç gölündən su çəkdi - VİDEO
Bakıya QAR yağacaq?
Lazımsız boşqablarla evinizi bəzəyin
Günün qoroskopu: çalışın, risk etməyəsiniz
"DAN ULDUZU" instrumental ansamblının konserti keçiriləcək
Paşinyan bu dəfə Trampa gileylənir
“Eurovision-2019” Qüdsdə keçiriləcək
İrina Şeykin gözəllik sirləri
Bu gün “Üç aylar” başlayır
"Ezo gəlin" şorbası (foto-resept)
Təbiətlə insan birləşərsə..
Arıqlamaq üçün səhərlər nə yeməli?
Erməni türk sərhədi açılır?
Nikolas Keyc 4 günlük xanımından boşana bilmir-SƏBƏB
Yeni orfoqrafiya lüğəti nə zaman nəşr olunacaq?
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
İlham Əliyev "Çay evi"ndə
Qovun bəhməzinin hazırlanması (foto resept)
"Zerkalnı" nömrə həvəskarlarına şad xəbər
Təhsil Nazirliyindən universitetlərə onlayn tədrislə bağlı TƏKLİF
"Qarabağ"ın vitse-prezidenti: "Əlimizdə fakt yoxdur"
Co Bayden bu gün ilk prezident brifinqini keçirəcək
Azərbaycanda 56 nəfər koronavirusdan sağaldı, üç nəfər vəfat etdi
Dörd gün tətil olacaq!
Malayziya kralı Moskva gözəli ilə evləndi - FOTO
- ŞƏRHLƏR