Gecəni gec yatmışdı.Səhər açılmış,qaynanası onu oyatmadan Farizi yola salmışdı.Belə günlərdə Hicran balaca oğlunun yanına uzanıb yatardı.Onun körpə qoxusundan,mışıl-mışıl yatışından canına bir rahatlıq gələrdi.Gözlərini açdı,saata baxdı.Gec idi.Saat on idi artıq.Tələsik yerindən durmaq istədi,bu gün bazar günü olduğunu və axşamkı əhvalatı xatırladı. Yenidən uzandı.Əlini balasının saçlarına çəkdi.Ürəyi sıxıldı,verdiyi qərar ona ağır gəldi.Balalarına yazığı gəldi.Axı o özü də anasız idi.Səlimə ona nə qədər qayğıkeş olsa da,o ,öz anasını arzulamşdı həmişə.İndi bu tifilləri necə anasız qoysun?Necə qıysın ciyərparalarına?Dərin bir ah çəkdi.Farizin ona etdikləri yenə də yadına düşdü.Gözləri yol çəkdi,fikrə getdi.
Bir gün istixanaya bir kişiylə gəldi Fariz.İçəri keçdilər.Kişinin istixana bitkilərindən yaxşı başı çıxırdı deyəsən.Onlar içəridə xeyli söhbətləşdilər.Çıxanda Fariz kişini yola salıb,anası ilə Hicranı səslədi.Onlar gəldilər.Farizin əlində bir bağlamada bitkilər üçün gübrə vardı.Əlindəkini yerə qoyub,anasına tərəf döndü:
-Ay ma,bu dərmanı hər vedrəyə bir qaşıq tökürsünüz,qarışdırırsınız.Hər pamidor ştilinin dibinə bir litr tökürsünüz.Başdan ayaga kimi.
Hicran bilirdi ki,belə dərmanlar çox zəhərli olur,onunla belə yaxından təmas insana çox zərərlidir.Lakin etiraz etmədən işə başladılar.Tez-tez asqırmaga başladı.Burnu çox qıcıqlanırdı.Dodaqları belə acışırdı.Fariz o başa-bu başa gedir,Hicranın əsəbləşdiyini hiss edirdi.Hicran dözə bilməyib dedi:
- Axı ,bu zəhrimarı çöldə həll edib ,şlanqla da suvarmaq olardı da,niyə bu qədər əziyyət verirsin bizə?Bir də ki,bəs bu insanlara zərər deyil,bunu niyə verirsən bu bitkilərə,yeyənlər yazıq deyil?
-Qorxma,heç kəsə heç nə olmaz!Əlində işini gör!
Hicran çox asqırır,gözləri sulanırdı.Dodaqaltı söylənirdi.
-Sənin nə vecinə,indi çıxıb gedəcəksən,Biz gör nə qədər burda iş görməliyik,məgər görmürsən,nə günə düşmüşük?
Zərnişan arvad da artıq şikayətlənirdi.Elə bu zaman Hicran kürəyinə dəyən zərbədən yerə sərildi.Ağrıdan nəfəsini belə çəkə bilmədi.Sanki ,öləcəkmiş kimi heç cür nəfəs ala bilmir,sanki boğulurdu.Onu Fariz ayaqqabılı ayağı ilə,təpiklə vurmuşdu.Ona elə gəlirdi ki,Hicran yalandan asqırır,iş görmək istəmir.Lakin hava doğrudan da boğucu idi.Əslində, gəlib məsləhət verən adam bərk-bərk tapşırmışdı ki,gübrəni çöldəki çəndə həll etsinlər.Lakin Fariz bu uzun-uzadı işi görməyə hövsələ eləməmişdi.Çünki,onun gedəsi yeri var idi.
Hicran ayağa durmaq istəyərkən Fariz yenə də onun yanına gəldi.Hicrana elə gəldi ki,Fariz onu yerdən qaldıracaq,lakin,Fariz ayağı ilə ona toxunub dedi:
- Dur aaz,artistlik eləmə!
Eşitdiyi söz Hicrana bayaq dəyən zərbədən də ağır gəldi.Qaynanasının köməy ilə ayağa qalxdı.Evə gəldi.Zərnişan arvad oğluna söylənsə də,gəlininə acıgı tutur,onu işini sakit görməməsində günahlandırırdı.
Hicran gözündən axan yaşı silə bilmirdi,qolu aldığı zərbədən yuxarı qalxmırdı.Evə getdi.Uşaqlar yenə da anasını ağlar gördülər.Bir tərəfə çəkilib oturdular.Hicran isə divarın dibində oturub ,divara söykəndi.Uşaqların görkəmi onu daha da sarsıtdı.Özündən zəhləsi getdi.Ağrıyan kürəyini sakit etmək istədi.Lakin ağrı dözülməzdi.Beləcə orada nə qədər ağladıgını bilmədi.
Hər dəfə belə şeyləri Səliməyə danışanda,Səlimə onu sakitləşdirər,daha pis ailələri misal gətirib dözməyi tövsiyə edərdi.Belə şeyləri bir dəfə də olsun Əhməd kişiyə deməzdilər.Onun edəcəklərndən qorxardılar.
Bütün bunlar Farizin yolunu azması iləmi əlaqardar idi? Niyə bu qədər əzazil oldu Fariz,Hicran anlaya bilmirdi.İndi də belə bir məsələ çıxdı ortaya."Gör kimdən ötrü məni nə günə saldı bu?"-deyə düşünürdü.
Odur ki,indi Hicran artıq ata evinə getməyin yersiz oldugunu düşünür,bu zülmə birdəfəlik son qoymaq istəyirdi.
Azərlə,Asəf durmuşdular,Nahid də oyanıb anasının yanında uzanmışdı.Anasının pəjmürdə halı,uşağı lap qorxudurdu.Hicran qalxıb yır-yıgış elədi.Övladlarına səhər yeməyi verdi.Hava xoş idi.Gün çıxmışdı.Ona görə də uşaqları həyətə çıxartdı.Özü isə ev işlərini görməyə başladı.Tələsirdi.Kiminsə gəlib ,onu fikrindən daşındıracağından narahat idi.Odur ki,dayanmadan bütün işləri qurtarıb,hər yeri səliqəyə salmaq istəyirdi.Bəzən başı işə elə qarışırdı ki,fikrində tutduğunu belə unudurdu.Nəhayət yeməyi bişirdi.Uşaqlar hələ yemək istəmirdi,başları oynamağa qarışmışdı.Hicran paltarını yığıb hamam otağına keçdi.Həmişə Heyran xalanın dediyi söz yadına düşdü:”Evini təmiz saxla,vaxtsız qonağın gələr.Özünü təmiz saxla,vaxtsız ölümün gələr.”
Hamamlanıb çıxmışdı.Paltarlarını səliqə ilə geyinmiş,saçlarını qurudub daramışdı.Uşaqları yanına çağırdı.Onları bir-bir öpüb oxşadı,üst başlarını qaydaya saldı.Onları yenidən həyətə yolladı.Özü isə evdəki dərmanların bir neçəsini götürüb otaga keçdi.Ürəyində xəfif bir çırpıntı,eyni zamanda buz kimi soyuq bir laqeydlik də vardı.Sanki ölümə meydan oxuyurdu.Divanda əyləşdi.Suyu və dərmanları yanına qoydu.Fikrə getdi:”Bu da son.Bu da arzuların bitdiyi yer.Məyər mən həyatımı beləmi təsəvvür edirdim?Məyər mən bunun üçünmü gecə-gündüz oxuyurdum.Niyə atama qulaq asmadım,İlahi?Niyə onun sözlərini eşitmədim?Nə bağladı gözümü?Sevgimi?Məhəbbətmi?Axı mən niyə tələsdim ailə qurmağa? Axı mən Farizdən ötrü dəli-divanə deyildim.Mənim nə yaşım vardı ki?Bəs mən niyə arzularımın dalınca getmədim?Axı mən həkim olacaqdım.Axı mən tamam başqa bir həyat yaşamalı idim.Bu taledirmi?Qismərdirmi?Bəs onda,niyə bu qədər arzularımın əksi oldu?Bəs onda niyə bu qədər acı,ədalətsiz oldu? Indi mən bu addımı atsam,bəs mənim balalarıma kim baxacaq?Kim onların nazını mənim kimi çəkə biləcək? Yox,bu fikrimdən məni kimsə döndərə bilməyəcək! Bu sondur artıq.Daha dözə bilmirəm,məni heç kim anlamır.”
Hicran gözündən axan yaşları silib,dərmanları içməyə başladı.İki,üç,beş,on.Artıq sayı itirdi.Mədəsində bir ağırlıq hiss etdi.Başı gicəllənirdi sanki.Fərqinə varmadan içmişdi dərmanları.Dərmanın kağızlarını aparıb zibil vedrəsinə atdı. Gəlib divana uzandı.Yenə də keçmişləri xatırladı.Uşaqlıq illərinə döndü.Sən demə uşaq vaxtı dünyanın xoşbəxti imiş Hicran.Qoca babası onu gəzməyə aparar,dondurma alar,baba nəvə bir yerdə yeyər,sonra parkda gəzərdilər."Eh..Kaş o illər olaydı"-deyə düşündü.
Hicran bərk yuxuya getmişdi.Lakin üzündən ağrı içində olduğu görsənirdi.Uşaqlar evə gəlib bir neçə dəfə onu səsləsələr də,Hicran eşitməmiş, yenidən həyətə çıxmışdılar.Onlar heç nə başa düşməsələr də,analarının heç vaxt belə bərk yatdığını görmədikləri üçün çaşıb qalmışdılar.
Zərnişan qızıgildən qayıdanda həyətdəki sakitliyə çaşıb qaldı.Uşaqlar həyətdə oturmuş,Hicran isə görünmürdü.Azər nənəsini görüb yanına qaçdı:
-Nənə,anamı çağırırıq ,cavab vermir,yatır.
Onun yaraşıqlı ağ üzü heyrət içində idi.Qırmızı dodaqları bir cüt gilası xatırladırdı.
Zərnişan təlaşla içəri keçdi.Gəlinini divanda uzanmış gördü.Əvvəl elə bildi yatıb,amma ona baxanda rənginin agappaq olduğunu görüb qorxdu.Tez yaxın gəldi.Əlini gəlininə tərəf uzadıb əlindən tutdu.Əli buz kimi idi,amma nəfəs alırdı.Hicran sanki üşüyürmüş kimi büzüşmüşdü.Zərnişan həyəcandan,qorxudan nə edəcəyini bilmədi.Ətrafda heç nə gözə dəymirdi.Həyətə qaçdı.Elə bu zaman Fariz də gəldi.Maşını küçədə saxlayıb həyətə girəndə anası ilə rastlaşdı.Zərnişan qıpqırmızı olmuşdu:
- Razı qaldınmı tutdugun işdən?Get bax .Arvadın ölür.Sənə demişdim ki,bəsdi,yığışdır bu dava-şavanı.
Bu sözü eşidən Fariz evə qaçdı,ona yaxınlaşdı.Əlini üzünə yaxınlaşdırdı.Buz kimi idi.Fariz onu yavaşca silkələyərək oyatmağa çalışdı.Bir neçə dəfə onu səsləsə də,cavab almadı.Qorxudan ürəyi bərk-bərk döyünməyə başladı.Bir an dayanmadan,maşına əyləşib həkim gətirməyə yollandı.
Ardı var...
XƏBƏR LENTİ
“Twitter” psixi pozuntusu olan insanları tanıyır
Məktəbə uyğunlaşmanı necə asanlaşdırmalı?
Bu günün hava proqnozu
COVID-19-un daha yoluxucu hala gəldiyi AÇIQLANDI
44 min insan koronavirusdan şəfa tapıb
ABŞ Dağlıq Qarabağa dair Vyana görüşünü yüksək qiymətləndirir
Granola (foto-resept)
Şəhər sakinləri “həşərat istilası”nın əsarətində - VİDEO
Azərbaycanı İrəvanda təriflədilər
Günün ulduz falı
Putinin Qarabağ səyləri
Brend çanta modelləri
Kanye Uestdən qəribə açıqlama
Eşq
Azərbaycan ordusu döyüşə hazır vəziyyətə gətirildi
Alışdığımız görünüş, yoxsa reallıqmı?
Bu nənəni 2 milyon nəfər izləyir - FOTO
Həyatını mobil telefon qutaran əsgərin ailəsi danışdı - VİDEO
Arzuların arzusu
“Biz qayıdırıq, gözlə, Xocalı!” - VİDEOÇARX
Hər gün qatıq yesəniz...
Ağılı başdan alan virus tapıldı
450 gün açıq kosmosda qaldı, məhv olmadı
Yay üçün donlar
3 il boyunca "hamilə olan" qadın
Şuşaya gedən yeni yol nə zaman istifadəyə veriləcək? - RƏSMİ
Zövqlü don modelləri
3500-cü ildən gələn qadın:"Yadplanetlidən hamilə qalmışam”
İran Ermənistan arasında mərmi qalmaqalı
Barış Arduç “Çukur”da
Hər gün 1 qaşıq zeytun yağı yesəniz...
Özbək şorbası (foto resept)
Aktauda Heydər Əliyevin xatirəsi yad edilib
Pulu qənaətlə necə xərcləməli?
Azərbaycan polisinə "nömrə" gəlmək neçəyədir?
"Traktorsazi"nin yeni baş məşqçisi var
Ebola məğlub olur
Rollara görə inanılmaz dəyişikliklərə məruz qalan aktyorlar
Gələn ay qeyri-iş günlərinin sayı açıqlandı
Harri və Meqan 15 milyonluq villaya köçdülər
Cardi B son halı ilə QORXUTDU-FOTO
Təhsil Nazirliyindən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
Günün ulduz falı
Selena Gomezdən yeni FOTOsessiya
Çox sevildiyi üçün boşanmaq istəyir-Qadından qəribə addım
İspaniyadan Azərbaycana Qarabağ dəstəyi
Bakının mərkəzində "ayı" peyda oldu
İnsanlığın öldüyü yer
Yazmağı öyrənirəm - 5
TQDK bu gün cavabları elan edəcək
- ŞƏRHLƏR