Hicran heç vaxt bu evdə daxili rahatlıq duymamışdı.Bu evi doğma ocagı kimi sevə bilmirdi. Bunun üçün həmişə özünü günahlandırırdı. Lakin səbəbini anlamırdı ki,axı heç vaxt bu evdə bir dəfə də olsun özünü sərbəst, rahat,öz evindəki kimi hiss etməyib. Daima kimin isə tapşırıgını yerinə yetirib,kiminsə qulluğunda durub,kiminsə icazəsi olmadan öz atası evinə belə gedə bilməyib. Heç vaxt bu ailə üzvləri ilə könüldən,ürəkdən gələn səmimiliklə söhbət edib,nə sevincini,nə kədərini bölə bilməyib.İndi geri qayıtmışdır.Gərginlik içində,min fikir içində.Özünü alçalmış hesab edirdi.Geri qayıtmaq heç istəmirdi.Lakin dayısının söhbətindən sonra ölümə belə gedərdi.Lakin ölüm də ona həmdəm olmadı.Onu bu zülmdən qurtara bilmədi.
Hicran bu gecəni necə keçirəcəkdi, bilmirdi.Bu gecə onun üçün qəbirə,zindana girməkdən çətin,qorxulu gəlirdi.O, həyat yoldaşına nifrət edirdi.Ürəyində bir damcı məhəbbət,hörmət qalmamışdı.Amma yenə də məcburən onunla bir yataqda yatmalı idi. Sinəsində bərk sıxıntı var idi.Sanki ürəyi dayanacaqdı.Əsəbi gərginlikdən bədənində bir titrəmə vardı.Sanki bütün vücudu əsirdi.Fikirləri qarmaqarışıq ev işlərini görür,axşam yeməyi hazırlayırdı.
Dayısı onunla birlikdə gəlsə də evə keçməmişdi.Qaynanası Zərnişanla bir az söhbətdən sonra hər kəslə vidalaşıb getmişdi.Hicran böyük oglu Azəri bağrına basıb ətrini ciyərlərinə çəkmiş,kövrəlmişdi.Lakin övladından bu istiliyi,bu həsrəti hiss eləməmişdi.Oğlu ona soyuq nəzərlərlə baxaraq uşaqların yanına getmişdi.Bu da Hicrana çox pis təsir etmişdi.Sanki ona baxan heç doğma balası deyildi.Kim bilir, Hicranın yoxluğunda övladına nələr deyib,nələr anlatmışdılar.Beləcə, Hicranın ürəyinə bir sıxıntı da buradan gəlmişdi.
Qaynanası onunla soyuq davranır,ötkəm səslə danışırdı.Bu, onu daha da gərginləşdiridi.Axı bu hadisələr onun gözü qabagında baş vermişdi,nədən Hicranı bu qədər günahkar bilirdi,niyə ona ürəyi yanmırdı,bilmirdi Hicran. Hicran heç kəsə pislik etməmişdi. Söylənib danışanda da yalnız tapdalanan haqlarını tələb etmiş, onlardan alicənablıq,ən azından həssaslıq,səmimilik tələb etmişdi. Başqa bir qəbahəti yox idi.Bəs indi qaynanası niyə belə edirdi, bilmirdi.
Axşam tərəfi Fariz evə gəldi.Həmişəkindən fərqli olaraq mehriban görünməyə çalışır,uşaqlarla zarafat edir,televizorun kanallarını tez-tez dəyişmirdi.Gözü Hicranda idi.Hicran bunu duyur, əsəbləşirdi. "Güya məni birinci dəfə görür, həmin adamam da. Yumruqladığın,təpiklədiyin. İndi istəyirsən ki,mən də sənə baxam,güləm?Ya səni əzizləyəm.Necə edim axı bunu.Mən bəyəm insan deyiləm? Həmişə hər şeyi sənin istəyinlə etməliyəm?Ürək hər şeyi bagışlamır axı. Nə qədər "bagışlayıram" desə də, içəridə bir düyün qalır. O düyün sagalmır,əgər qarşındakı insan heç olmasa səhvinin onda birini anlayırsa, dəyişirsə,onda sagalar bəlkə bu düyün".
Axşam yeməyi səssizlik içində keçdi.Uşaqlar sanki hər şeyi anlayırmış kimi danışmırdılar.Hicran onların yerini hazırladı,süfrəni yığışdırıb,qabları yudu.Fariz onları öpüb oxşadı,öz yataq otağına getdi.
Uşaqlar yatdıqdan sonra Hicran kiçik oğlunun yanına uzanmaq istədi.Qaynanası ötkəm səslə dedi:
-Niyə gedib öz otağında yatmırsan? Nə qədər uzadacaqsınız bu işi?
Hicran tərs nəzərlərlə qaynanasına baxdı.Qəzəbdən artıq dayana bilmirdi:
- Bunu başqa cür də demək olardı!-deyib otaqdan çıxdı. Üzünə dəyən sərin meh sanki yanan ürəyinə bir su çilədi.Yaxında görünən uca dağlara baxdı.Dağdan enən maşınların işıqları havada bir-birini əvəz edərək,qəribə mənzərə yaradırdı.Sanki göydən ulduzlar düşürdü.Hicran başını qaldırıb göyə baxdı.Göy üzü ulduzlarla dolu idi.Uşaq vaxtı qonşuları Yeganə ilə ulduzlara baxıb danışdıqları söhbətlər yadına düşdü: "Hicran, bax,mənim düz başımın üstündə bir yekə ulduz var.Atam deyir ki,hərənin göydə bir ulduzu olur.Mənim ulduzum bax odur.Düz başımım üstündəki". Hicran başını qaldırıb nə qədər göyə baxdısa,başının üstündə ulduz görmədi:
"Bəs mənim ulduzum niyə yoxdu? Hanı mənim ulduzum?" Bir xeyli göyə baxandan sonra başının üstündə bir balaca,gözə zorla dəyən bir ulduz tapdı.Amma o da tamamilə başının üstündə deyildi.Hicran nə qədər yerini dəyişsə də, o ulduzun tam altında ola bilmədi. Kədərləndi. Yeganəyə həsədlə baxdı. Onun hər şeyi vardı.Çoxlu gəlincikləri,hələ başının üstündə ulduzu da var.Amma mənim nə o qədər gəlinciyim yoxdu,nə də ulduzum".
Hicran kədər qarışıq bir təbəssümlə gülümsündü.Yuxarı,yataq otağına sarı baxdı. Fariz yenə də televizora baxır,arabir həyətə boylanaraq Hicranın gəlib-gəlmədiyini bilmək istəyirdi. Hicranı həyətdə görüb aşağı düşdü:
-Gəl yataq,artıq gecdir,səhər tezdən durmaq lazımdır,işə gedəcəyəm.
Hicrana sarı gəldi.Onu qucaqlamaq istədi.Hicran geri çəkildi.Ayaqlarını sürüyə-sürüyə yuxarı,yataq otagına getdi.Fariz də gəldi.Ona yaxınlaşdı:
-Bagışla,bir də belə şeylər olmayacaq.Söz verirəm.- Hicran ağlayırdı.Bunun belə olmasını arzulayırdı.Lakin bilmirdi ki,bundan sonra daha da betər şeylər gələcək başına.Çarəsiz yerinə uzandı.Bu gərginlik,əsəb dolu günün bitməsini istədi.Fariz yerinə uzandı.Ona tərəf yaxınlaşdı.Hicran var səsilə bağırmaq,onu itələyib qaçmaq istəsə də səsini içinə salıb susdu.Ona toxunan əl sanki başqa bir adamın əli idi.Hicran təcavüzə uğramış kimi hönkürüb ağladı.
Günlər ayları, aylar illəri əvəz etsə də bu evdə Hicran öz xoşbəxtliyini tapa bilmədi.İllər ona bir az cəsarət, gələcəyə ümid verdi. O ümidi ki,övladları böyüyəcək,hərəsi bir ev olacaq.Hicran da onlara baxıb sevinəcək.Hicran üçün artıq şəxsi həyat,daxili aləm maraqlı deyildi. Onun üçün yalnız balaları var idi.Həyatının qalan hissəsi isə ozünə aid deyildi.O həyat pis, ya yaxşı da olsa davam etməli idi!
XƏBƏR LENTİ
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Mağara otel
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İspan dili 24-cü dərs
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
Azərbaycanda həkim koronavirusdan vəfat edib - FOTO
ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir - RƏSMİ
Bu gün səni istədim...
Dəniz havasına azacıq "düzəliş"
Həssas dərilər üçün makiyaj tövsiyələri
Schuizu balıq (foto resept)
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
“Facebook” pullu olacaq?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Hava XƏBƏRDARLIĞI
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO
İslandiyada hər kəsə eyni maaş veriləcək
Beyin üçün məşğələ
Susamasaydınız, nə baş verərdi?
Cim Kerri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Quşüzümlü portağal şirəsi (foto resept)
Mənim əl işlərim
“Whatsapp”da YENİLİK - Barmaq izi...
Düzgün duruş üçün dartınma hərəkətləri
Ukraynada bütün rusdilli məktəblər ləğv edildi
Gürcüstanda azərbaycandilli radio açıldı
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Selena Gomez İlk Dəfə Xəstəliyindən Danışdı
Məşhur aktrisa vəliəhdini açıqladı
2018 məzunları üçün saç modelləri
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Badamlı balıq (foto resept)
Onu sevməyən insan tapmaq çətin...
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Necə nəfəs alırıq?
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Serenay 7 milyonluq izləyicilərini sevindirdi
Apteklər bağlanır
Bakıda torpaq ucuzlaşıb
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Qürub çağı
Kukla sənəti
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
Rusiya Ukraynanı parçalamaq istəyir?
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
İmmuniteti gücləndirən 5 ərzaq
- ŞƏRHLƏR