Uşaqların yanına getmədi.Artırmada dayandı.Bankaları stolun üstə qoydu.Gözlərini sildi.Dünyaya nifrət edirdi.Ayaqyalın, başıaçıq anasının qəbri üstə qaçmaq istədi.Anasının baş daşını qucaqlayıb aglamaq,dərdini ona danışmaq istədi. İstəyirdi desin ki,"ay ana,məni niyə tək qoydun bu dünyada,sənsiz görürsənmi,nələr gəlir başıma.Niyə məni də özünlə aparmadın ay ana?Niyə elə məni dünyaya gətirəndə ölmədin?Ölürdünsə,gərək onda öləydin,mən də səninlə birgə öləydim ay ana". Ürəyindəki acıları onunla bölüşmək istədi.Bir an anasının rəsmi gözü önündə canlandı.Qara, məsum gözləri ilə naməlum bir nöqtəyə baxırdı.Ağappaq üzü,qırmızı,biçimli ,gülümsər dodaqları vardı. Anasının o qədər gözəl,o qədər saf siması var idi ki, ,sanki,göydən enmiş bir mələkdi.Səlimə ona nə qədər mehriban,qayğıkeş olsa da,anasının o olmadıgını bildikdən sonra,sanki bir az çəkingən olmuşdu.Ürəyindəkiləri Səliməyə desə də,sanki,incəliyi ilə ona çatmadığını hiss edirdi,ya bəlkə ona elə gəlirdi.Bu hisslərlə bəzən özünü tamam yalqız hiss edirdi.
Hicran köksünü ötürdü. Düşündü ki,yaxşı ki,görmür bu günlərimi.Yuxarı evin pəncərəsinə baxdı.Qaranlıq idi.Fariz hələ də orada idi.Lakin,bu zaman Hicran onu qısqanmırdı, sadəcə olaraq etdiyi səhvin nə qədər böyük olduğunu anlayırdı. Vaxtında atasının məsləhətinə qulaq asmamasının peşmanlığını çəkirdi.Axı nə o,nə də ailəsi belə təhqirlərə,belə sözlərə layiq deyildi.Dəfələrlə boşanmaq istəmişdi,mümkün olmamışdı.Gah Fariz roldan-rola girər,özünü peşman göstərər,gah qaynanası gəlib saatlarla danışıb Hicranı evə gətirərdi
Hicran xəyalından ayrıldı .Demək bütün bunlara səbəb Aynur müəllimə imiş.Onu özü tapmşdı.Böyük oğlu Azərə əlavə olaraq rus dili öyrətmək istəyirdi.Məktəblərində bu dərs çox zəif keçilirdi.Aynur isə onun atasıgillə qonşu idi.Uşaqlıqdan bir yerdə böyümüşdülər.Gah Aynurgildə,gah da öz evlərində o qədər evcik-evcik,qaçdı-tutdu oynamışdılar ki. Aynur ailə qurmuş olsa da,bir neçə ildən sonra boşanmışdı.İndi anasının yanına qayıdıb,orada yaşayırdı.Rus dilindən uşaqlara evdə dərs deyirdi.Buna görə də Hicran ona müraciət etmişdi.
İnsanların necə vəfasız,necə dönük olduqlarına mat qalmışdı.Bəs, mənim gözümə necə baxacaq bu qız,ürəyi şeytan ürəyidimi deyib,düşünürdü.Amma o qədər əsəb içində idi ki,bir gözü qapıda Farizi gözləyirdi.Baldızının dediyi sözlər qulağında tez-tez təkrarlanırdı.
Qaynanası qıpqırmızı olmuşdu.Gəlinini hələ bu qədər əsəbi görməmişdi.Hicran sanki,ətrafını da,balalarını da unutmuşdu.Hər şeyi töküb qırmaq,dağıtmaq istəyirdi.O qısqanmırdı.O mədəniyyətdən,alicənablıqdan çox uzaq olan,nə ailəsinin,nə balalarının qədrini bilməyən həyat yoldaşının daha bir iyrənc hərəkətinə dözə bilmirdi.Bu uşaqlar onun deyilmi,niyə özünü onlara bir yaxşı ata nümunəsi kimi göstərmir, niyə onların gələcəkdə kim olacağını ağlına gətirmir,deyə düşünüb dəli olurdu.Düşündüklərini hərdən dilə gətirir,üzünü qaynanasına tutub onu sual yagışına tuturdu.
Birdən maşın səsi gəldi,ikisinin də nəzəri qapıya çevrildi.Fariz idi.Qapıdan girən kimi,heç kəsə nəzər salmadan əynini soyunub vanna otağına keçdi. Zərnişan arvad gözləri ilə Hicrana yalvarırdı sanki.O isə,artıq belə şeyləri nəzərə alacaq halda deyildi.O, kişilərin yolunu azmasını çox eşitmişdi,bəs, ona verilən bu zülm nə idi,anlamırdı.Hicran tələsik onun telefonunu götürdü.Lakin istifadə etməyi bilmirdi.Onun heç vaxt telefonu olmamışdı.Əlində tutdugu telefona nifrətlə baxdı.Sanki bütün günahlar onda idi.Fariz otağa keçdi.Telefonu Hicranın əlində görüb heyrətləndi.Bir az gülümsəmək istədi,lakin Hicranın qəzəbli səsi onu diksindirdi:
- Hə, demək bununla mənim günümü qara eləmisən, hə?- Deyərək telefonu var gücü ilə divara çırpdı.
Fariz bu hərəkəti gözləmirdi, əsəbdən, harınlıqdan Hicranı bir göz qırpımında öldürmək,başını bədənindən ayırmaq istədi.İrəli şığıdı,yumruğu ilə Hicranın sifətinə vurdu.Başına,üzünə daha bir neçə zərbələr,şillələr vurdu.Səsə çöldən Zərnişan arvad gəldi,oglunu dartışdırdı:
- Əə,dəlimi olufsan,öldürəcəksənmi,xalxı,qac görüm.
Hicranın zərbələrdən dili ağzında yandı.Lakin ağlamadı,baldızından eşitdiklərini Farizə dedi və izahat istədi:
- Məni nə qədər alçaldacaqsan?Mən sənin uşaqlarının anası deyiləm?Neçə vaxtdır nə zülmlər verirsən mənə,deyirəm dözüm,bu gün düzələr,sabah anlayar.Amma yox ,sən daha da irəli gedirsən, hə?Elə bilirsən heç nə edə bilmərəm hə?
Zərnişan arvad gəlini sakitləşdirmək istəsə də mümkün olmurdu.Fariz yenidən Hicrana yaxınlaşdı,dişlərini qıcıldadaraq dedi:
- De görüm, bunları sənə kim deyib?Kim?-gözü hədəqəsindən çıxacaqdı sanki,nəfəsi tıxanırdı,elə bil xeyli məsafəni qaçaraq gəlmişdi.
Hicran ağrıdan əlini üzündən çəkə bilmirdi,amma yenə də dava etmək,hər şeyə birdəfəlik son qoymaq istəyirdi:
- Deməyəcəyəm kim deyib,öldürsən də deməyəcəyəm,od olmasa tüstü çıxmaz.Demək mən uşaga müəllim tuturam ,sən də ağlına gələni edirsən, hə.O utanmaz da hələ mənim balamla danışır,ona evində dərs keçir, hə?Nə qədər utanmaz insanlarsınızmış.Elə o da,sən də!
Hicran qorxmurdu. Get-gedə qızışırdı.Farizin hərəkətləri ,özünün əziyyətləri gözünün qabağına gəldikcə,dünyanın altını üstünə çevirmək istəyirdi.Fariz isə ondan əl çəkmir,sözü kimin dediyini bilmək istəyirdi.
Elə bu zaman olaca]ın qapısı açıldı,Əhməd kişi içəri girdi.O ya özünü bilməməzliyə qoydu,ya da səsi eşitməmişdi.Çox güman ki,araya düşən sükut zamanı darvazadan girmişdi.Hamı donub qaldı.Farizin rəngi ağappaq olmuşdu.Əllərində yüngül titrəyiş hiss olunurdu.Həm tutdugu əməllərdən,həm də Əhməd kişinin zəhmindən qorxuya düşmüşdü.Zərnişan arvad da özünü itirmişdi, elə dili söz tutar tutmaz :
- Xoş gəlifsən.-dedi.
Hicran isə birtəhər özünü ələ alıb atasıyla görüşdü və onu görməməsi üçün özünü çay hazırlamaqla məşğul kimi göstərdi.Əhməd kişi uşaqlarla bir-bir görüşüb ,onlarla zarafat etdi.Donub qalmış uşaqlar bir söz demədən babalarına sığındılar.Evdəkilərin üzündəki çaşqınlıgı sezsə də,nə baş verdiyini anlamadı. Belə bir hadisənin baş verməsi onun ağlına da gəlməzdi.O,kürəkəninin o deyən insan olmadığını bilsə də,işgüzarlığına görə ona hörmət edirdi. (Hicranla Səlimə, olub keçənləri çox vaxt ondan gizləyər,bir hadisə törədəcəyindən qorxardılar.)Həm də bu gözəl nəvələrinin atası idi axı.Üstünü vurmadı.Özünü bilməməzliyə vurdu.Ailədə olan şeydi,deyib, özünü sakitləşdirdi.Hicran atasının xasiyyətini bilirdi.Bilirdi ki,əsl həqiqəti atasına desə,atası uf demədən Farizi öldürər.Ona görə də ona bildirməməyə çalışdı.Sonra özü bu məsələyə bir son qoyacaqdı.
Yanağının kənarına dəyən zərbədən ağzını çətinlikıə açırdı,qıc olmuşdu sanki bir tərəfi.Onun ağrısından çox qəlbinin harayı yandırırdı onu.Onun xəyalları,arzuları məhv olmuşdu.Gənclik,qızlıq dövründəki Hicran ölmüşdü sanki.
Saçı ilə birtəhər üzünü örtüb atasına çay apardı.Onlar televizora baxır,söhbət edirdilər.Fariz quzuya dönmüşdü,Hicranın sakit durması,atasına bir söz deməməsi, onu az da olsa ürəkləndirmişdi.Əhməd kişi qızının qəribə davranışından bir az narahat oldu.Amma üzündəki şişi görmədi.Hicran otaqdan tələsik çıxdı.Yox ,o bu dəfə atasıgilə getməyəcəkdi,onun fikri başqa idi bu dəfə.Bilirdi ki,ora getsə gec-tez onu geri gətirəcəklər.
Gecəni səksəkə içində yatdı.Xeyli gözünə yuxu getmədi.Əynini geyinib həyətə çıxdı.Göyün üzü ulduzlarla dolu idi.Gəncliyində ulduzlu səmalara baxmaqdan doymazdı.Artırmada döşək salıb bacıları ilə uzanar,göydəki ulduzlara tamaşa edər,gah da saymağa başlayardı.Həmişə də bəlli bir yerdə çaşar dayanar, gülüşərdilər.Ağ saçlı nurani Hüseyn babaları onlara baxar,ag bığlarının altından gülümsəyərdi.Çox xoşbəxt idilər ata-baba ocağında.Bu ocağa bu nurani qocanın hənirtisi,nəfəsə də bir istilik,bir rahatçılıq verirdi. Köksünü ötürdü.Hava çox da soyuq deyildi.Baharın gəlişi özünü göstərirdi. Havada xoş bir ətir vardı.Baharı da sevirdi.Ağacların yeni yarpaqladığı,çəmənlərin yenicə göyərdiyi vaxtı gənc qızlara bənzədirdi Hicran. Nazik qəlbli idi.Gözəlliyi,incəliyi,saflığı çox sevirdi, qiymətləndirirdi. İndiki həyatında isə bunlara yer yox idi.Necə böyük səhv etdyini dəfələrlə anlayar və bütün bunları etdiyi səhvin cəzası kimi qiymətləndirərdi.Lakin artıq heç bir şeylə sakitləşdirə bilmirdi özünü.Axşamdan verdiyi qərarı həyata keçirəcəkdi.Lakin indi yox.Sabah bütün işlərini bitirib ,balaları ilə vidalaşdıqdan sonra.
Ardı var...
XƏBƏR LENTİ
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Feysbuk-da səsli köməkçi
Evlilikdən sonra sevgi azalır?
Dazlaşma problemi olanlar, çarə tapıldı
Qanvermə aksiyası başa çatdı
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Onların sayı 70,4 milyona çatacaq
Kişi kollektivində davranış
ABŞ-da Zika virusu daşıyıcıları artıb
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Azərbaycan efirində rekord
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
Ağızla eşidə biləcəyik
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Fermadakı köhnə maşınlar əsl xəzinə imiş
Məsləhət istəyirəm
Şirin xəmirdən hazırlanan tortlar
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Beren Saatdan gözlənilməz gizli eşq etirafı - Mən idim...
“BTS”-in onlayn konserti olacaq
Məşhur aparıcı komaya düşdü-SƏBƏB/FOTO
Qadının əməli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Günün ulduz falı - 04.09.2013
Gözəllik ondur,doqquzu dondur
Laçın rayonunun işğalından 26 il ötür
Yeni eynək trendi; cat eye
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Bu gün niyyət axşamıdır - Ramazan təqvimi - FOTO
DİN vətəndaşlara müraciət etdi
Yeni ilə indidən hazırlaşın
Yuxu yozmaları gərçəkdirmi?
İşləmək istəyirsiniz?
Uşaqlarda D Vitamini
Piroq
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Növbəti erməni yalanı ifşa edildi
Whatsapp-dan unikal yenilik
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
Türk dizayner Ferrari 458 İtalia-nı dəyişdirir
Əmək pensiyasının minimum məbləği artırıldı
Çox pul gətirən yeni işlər
Hazal Kaya Alinin ikinci evliliyi imiş-FOTO
127 kq arıqladı, ölümdən qurtuldu - FOTO
Qadın.netin "xarici" xanımları (IV hissə)
Qonaq otağı dekorasiyası
Günün ulduz falı
Meksika naxışları tortlarda
Təhsil İdarəsindən rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı AÇIQLAMA
- ŞƏRHLƏR