Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Arzu Əliyeva və "Bakı-2015" ilk Avropa Oyunlarının açılış mərasimini izləmək üçün paytaxtımıza gələn Monako knyazı, Qreys Kellinin oğlu, Monako Şahzadəsi II Albert iştirak ediblər.Birinci Avropa Oyunları zamanı şəhərimizin sakinləri və çoxsaylı qonaqları üçün növbəti hədiyyə Heydər Əliyev Mərkəzində bütün dünyada ziyarətçilər tərəfindən böyük maraqla qarşılanan "Qreys Kelli: Şahzadə və stil ikonası" sərgisinin təşkil edilməsi oldu.Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində xarici ölkələrdən Bakıya səfər edən tanınmış ictimai-siyasi və idman xadimləri ilə görüşdü.Mehriban Əliyeva və II Albert sərginin açılışını bildirən rəmzi lenti kəsdilər.Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar və Monako Şahzadəsi II Albert sərgi ilə tanış oldular.Azərbaycanda ilk dəfə keçirilən bu nadir sərgi tanınmış Hollivud aktrisası və Monako şahzadəsi Qreys Kellinin həyat yoluna həsr olunub.Heydər Əliyev Mərkəzindəki sərgi premyera ilə də yadda qalacaq. Bakı tamaşaçılarına ümumilikdə 200-dən artıq eksponat təqdim edilir. Bu eksponatlar sırasında həyatını avtomobil qəzasında itirən şahzadənin sevimli avtomobilləri də var. Onlar ilk dəfə məhz Bakıda nümayiş olunur. Sərgidə Qreys Kellinin müxtəlif filmlərdə çəkiliş zamanı, eləcə də Monako şahzadəsi olduqdan sonra mərasimlərə geyindiyi libasları, onların hazırlanması tarixçəsi, həmçinin bu geyimlərlə bağlı maraqlı faktlar izləyicilərə çatdırılır. Qreys Kelliyə məxsus aksesuarlar sırasında onun sevimli ayaqqabıları, boyunbağıları, əlcəkləri, çantaları var. Sərgidəki libaslar, Qreys Kellinin geyimləri və aksesuarları onun milyonların sevimlisinə və kumirinə çevrilməsinə səbəb olan xarakterini bir daha açmağa imkan verir. Bir vaxtlar Qreys Kellinin "Mən köhnə paltarlarıma köhnə dostlarım kimi sədaqətliyəm" sözləri qəzet və jurnallarda sitata çevrilmişdi. Sərgi bu sözlərin müəllifi Qreys Kellinin timsalında sadəlik və stil ikonası olmağın sirlərini öyrənməyə imkan verir."Qreys Kelli: Şahzadə və stil ikonası" sərgisi ilk dəfə 2007-ci ildə Monakoda açılıb və onu 135 min tamaşaçı izləyib. Bundan sonra ekspozisiya Paris, Moskva, Roma, San-Paulo, Toronto, Bendiqo, Astana, Monreal, Doylestaun və Apeldorn şəhərlərində təqdim olunub.Qreys Kelli Hollivudun məşhur kino ulduzlarından olub. O, 1951-1956-cı illərdə Qari Kuperlə birlikdə çəkildiyi "Günorta çağı" filmi daxil olmaqla 11 ekran əsərində rol alıb. Qreys Kelli tanınmış rejissor Alfred Hiçkokun sevimli aktrisası idi. A.Hiçkok gözəl aktrisanı bir neçə filmində baş rola çəkib. Qreys Kelli "Kənd qızı" filmində yaratdığı obraza görə "Oskar" mükafatına layiq görülüb. O, həmçinin iki dəfə "Qızıl qlobus" mükafatını qazanıb. 1955-ci ildə Kann Film Festivalı zamanı Monako knyazı III Renye ilə tanışlığı isə onun həyatının axarını dəyişdirib. Qreys Kelli bu tanışlıqdan bir il sonra III Renye ilə evlənərək kino karyerasına son qoyub. Üç övlad anası olan şahzadə Qreys ictimai fəaliyyətlə, xeyriyyəçiliklə məşğul olub. Həm aktrisalıq, həm də Monako şahzadəsi olduğu dövrlərdə özünəməxsus tərzinə, mükəmməl geyim zövqünə görə diqqəti cəlb edib.
Heydər Əliyev Mərkəzindəki bu sərgi ziyarətçilər üçün iyunun 13-dən noyabrın 1-dək açıq olacaq.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
İşğaldan azad edilmiş ərazilərdə yaradılan hospitalların sayı bilindi - RƏSMİ
Azərbaycanda koronavirusa daha üç yoluxma faktı qeydə alındı
Azərbaycan Müdafiə Nazirliyi: "Ermənilərə zərbə endirməyə davam edəcəyik"
Allahın möcüzəsi: bir gözündə xəritə, o biri gözündə qartal
Hollivudun ən istedadlı aktyorunu seçildi
Hindistan qozu yağını istifadə edə biləcəyiniz 3 hal
TƏBİB-dən həyəcan təbili çalındı: “Arxa küçələrdə toplaşırlar.”
Kosmosda tapılan və Yer əşyalarına bənzəyən 25 fiqur
Gözəl üzüklər
İdeal saç və geyim rəngi
Oynaqları gücləndirən 4 məşq
Dünyanı qorxudan xəstəlik
Boyunda duz yığıldığını göstərən əlamətlər
Xoruz ili hansı zodiak illəri üçün düşərli olacaq?
Azərbaycanlı zəvvarlardan xəbər var
Pentaqon Ukraynaya yardım edəcək
İstefa Davudoğlunun, yoxsa Ərdoğanın qərarıdır
İtaliya ölkəmizə yeni səfir təyin etdi
Ekranın mavi işığı korluğa səbəb ola bilər
BÜRCLƏR bizə nə vəd edir? - 28 APREL
“Quş qripi” ilə bağlı növbəti monitorinq başladı
Messiyə 500 milyon avroluq təklif gəldi
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Yeni qulaqcıq nəbz və təzyiqi ölçəcək
İş axtaranların nəzərinə!
Kartof zənbilində balıq (foto resept)
Türkiyədə daha 16 nəfər koronavirusdan ölüb
Saat modelləri
Türkiyəyə şok ittiham
Cəbhənin Xocavənd istiqamətində düşmənin canlı qüvvəsi məhv edilib - VİDEO
Şeymanın 16 yaşında dedikləri TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
Yanan tankdan sağ çıxan əsgərimiz: “Səngərə çatanda öz üzümü görmək istədim, amma...” - VİDEO
Dünyanın ən bahalı yeməkləri
Nişan və toy şəkərləri
Payız tətili başladı
Günün ulduz falı - 22.09.2013
Qlobal istiləşmə - Afrikada rekord istilər
Acundan Şeymaya daha bir TƏLƏB
Hava haqqında
Demet Canın hədiyyəsindən danışdı-FOTO
52 uşağın arzusunu reallaşdırdı - FOTO
Millimiz FİFA reytinqində irəlilədi
Udduğu 6 milyonu belə xərcləyir-FOTO
Kerem Bursin Serenay və Cem sevgisinə Münasibət Bildirdi
Zeyn Malik və Cici Hadidin qızı doğuldu - FOTO
Saçlarda Sombre dəbi
Rühəngiz Allahverdiyeva yeni imicdə-FOTO/VİDEO
Azərbaycanlı astroloqdan "Dünyanın sonu" AÇIQLAMASI
Siz hansı bürcün xarakterindəsiniz-TEST
Zəngilan rayonunun görüntüləri - VİDEO















- ŞƏRHLƏR