İnsan beyninin dincəlməsi üçün olduqca müstəsna rola malik olan kitablar arasında gün keçirmək çox insanların sevimli məşğuliyyətidir. Bəzi insanlar onlarda nostalji hisslər yaradan köhnə kitabları vərəqləməyi, onları oxumağı daha çox sevir. Bəzi insanlar isə sırf peşələri ilə əlaqədar köhnə kitablar, sənədlər arasında gün keçirməli olurlar.
Lakin kitabsevərlər, eyni zamanda köhnə kitab, sənədlər arasında gün keçirməyə məcbur olan insanlar bilməlidirlər ki, yeni çapdan çıxan kitabların insan sağlamlığına zərəri olmasa da, köhnə kitablar, sənədlər tozlarla bol olduğundan onlar insan səhhətində bir çox problemlər yarada bilərlər.
Qadin.Net xəbər verir ki, köhnə kitabları insan səhhəti üçün təhlükəli sayan həkim-mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva trend-ə bildirib ki, kitab tozu hazırda ən geniş yayılmış allergenlərdəndir: "Allergiya simptomları kəskin respirator virus infeksiyalarının simptomlarını xatırladır. Buna görə də həkim səhv olaraq soyuqdəymə xəstəliyinin müalicəsi məqsədilə dərman preparatları təyin edir. Amma bu xəstənin vəziyyətini yüngülləşdirmir. Bu xəstəliyin ən ağır forması allergik bronxial astma, anafilaktik şok, həzm sisteminin allergik zədələnməsi ola bilər".
Y.Abdiyeva deyib ki, kitab tozlarına olan allergiya xoşəgəlməz simptomatika ilə müşayiət olunur, o, insana diskomfort yaradır, tənəffüs orqanlarının təhlükəli xəstəliklərinin inkişafına şərait yaradır. Mikroskopik hissəciklərin tərkibindəki zərərli maddələr astmatik tutmaların yaranmasını sürətləndirir:
"Toz - ən güclü qıcıqlandırıcılardan biri hesab edilir, onunla mübarizə aparmaq çətindir. Mikrohissəciklər asanlıqla mebel, xalça, yumşaq oyuncaqlar üzərində toplanır, tənəffüs yollarına asanlıqla daxil olurlar. İstənilən yaşda olan insanlar üçün nəinki ev, həm də kitab tozları təhlükəlidir, onlarda saprofitlər, onların həyat fəaliyyəti və parçalanma məhsulları yerləşir. Mikrohissəciklər kif sporları toplayır, asanlıqla burun-udlağa, bronxlara, ağciyərlərə daxil olur, burun yollarında, gözlərin sklerasında çökürlər".
Y.Abdiyeva qeyd edib ki, belə tozların fəsadlarından daha çox əziyyət çəkənlər gündəlik olaraq çox sayda kitablarla, xüsusilə köhnə kitab və sənədlərlə təmasda olan insanlardır.
Onun sözlərinə görə, belə şikayətlərlə müraciət edən pasiyentlərin əsasən arxiv, kitabxana, muzey işçiləri olur.
Həkim bildirib ki, kitab mağazalarının satıcıları da risk qrupuna daxil olsa da, yeni çap olunan kitablar az hallarda mənfi simptomların ortaya çıxmasına şərait yaradır: "Zirzəmilərdə, köhnə binalarda yaranan artıq dərəcədə rütubət neqativ reaksiyaların yaranma riskini artırır. Kif göbələklərinin sporları kitab tozuna olan allergiyanı artırır. Çox hallarda kitab tozuna qarşı yaranan allergiya insanın vəziyyətini pisləşdirir, tənəffüs orqanlarının xəstəliklərinin gedişini kəskinləşdirir, orqanizmin sensibilizasiyasını gücləndirir".
Y.Abdiyeva qeyd edib ki, bu hallarda əsas əlamətlər boğazda diskomfort, acışma olur, burundan sulu, iysiz və rəngsiz selik praktik olaraq dayanmadan axır, göz qapaqlarında və sklerada qızarma və dəri qaşınması, səsdə xırıltı, bəlğəm xaric edilmədən allergik öskürək, bronxial astma əlamətlərinin güclənməsi, gözlərin yaşarması, boğulma tutmaları, hava çatışmazlığıdır. İmmunitetin zəifləməsi zamanı allergenlərə yüksək həssaslıq olduqda insanda hətta anafilaktik şokun da yaranması mümkündür: "Məhz saralmış səhifələrində çox həcmdə qıcıqlandırıcı maddələr olan köhnə sənədlər, kitablar və jurnallar allergiklər üçün təhlükəlidir. Kitablar əldən-ələ keçdikcə, - əgər onlardan qeyri-düzgün istifadə edilərsə, - "zərərli kitablar"a çevrilir, yoluxucu xəstəliklərin daşıyıcıları olurlar. Laborantlar çox vaxt məşhur kitabxanalardakı kitabların səhifələrində xəstəlik törədicisi olan mikroblar - difteriya, qızılı stafilokk, streptokokk çöpləri və xüsusilə tez-tez vərəm çöpləri aşkar ediblər.
Yoluxucu xəstəliklərin törədicilərinin kitablara necə daxil olduğuna gəldikdə, Y.Abdiyeva deyib ki, onlar kitablara öskürmə və asqırma zamanı tüpürcəklə, daha çox tüpürcəklə isladılmış barmaqla səhifələrin vərəqlənməsi zamanı baş verir. Lakin kitablara xəstəlik törədicilərini milçəklər də daxil edə bilər. Kitabların müxtəlif xəstəlik törədicisi olan mikroblarla yoluxması onlara tozların çökməsi və səhifələrin dəri xəstəlikləri olan xəstələrin barmaqları ilə vərəqlənməsi, tüklərinin səhifələrin arasına düşməsi nəticəsində baş verir: "Ən xoşagetməz hal odur ki, mikroblar kağızlarda uzun müddət yaşayırlar və uzun müdət də xəstəlik törədici gücünü saxlayırlar. Belə ki, vərəm çöpləri səkkiz aya qədər, streptokokk, stafilokokk törədiciləri üç aydan çox, difteriya çöpləri bir aydan çox yaşayırlar".
XƏBƏR LENTİ
Bitkilər və təbabət (7)
Yağış yağacaq
Azərbaycanda daha 20 nəfər koronavirusdan öldü: 2075 yeni yoluxma
14 il əvvəl...
Məşhur aktrisanın bir gözü kiçilir-SƏBƏB
Məktəblərdə dərsliklərin paylanılması başa çatdı
Kakoslu, peçenyeli rulet (foto resept)
Kişilər üçün sadə məsləhətlər
Moskvadan uçmaq olmur
Sürücülərin diqqətinə: başlanır!
Dövlət qulluğunda hər vəzifə üzrə 5 ildən bir attestasiya keçiriləcək
Günün ulduz falı - 09.09.2013
Devid Bekhem məhkəməyə düşdü - FOTO
Dubayda at nalı formasında göydələn tikilir
Əlilliyə səbəb olan genetik xəstəliklər
Buraxılış imtahanlarının keçirilmə qaydası nə vaxt dəyişdiriləcək?
Azərbaycanda 3 Rusiya universitetinin filialı açılacaq
BÜRCLƏR bizə nə vəd edir?- 2 fevral
Azərbaycanın və Özbəkistanın Elmi Tibb kitabxanaları arasında memorandum imzalanacaq
Tulin Şahin 1 saata 50 min qazanır-FOTO
2012-ci ilin qol saatları
Martın ilk gününün havası
Sadəliyimizlə toyumuza işıq saçaq
Facebook əməkdaşları insanların ismarışlarını oxuyurlar
Günün ulduz falı - 08.08.2013
Küftəli borş (foto resept)
Sevgidə bəxti gətirməyən filosoflar
Daşınmaz əmlak bazarında SON QİYMƏTLƏR
Sürpriz salatı (foto resept)
Emin Ağalarov qarda çimdi – FOTO
Kate Middletonun saç aksesuarları
Havada koronavirusu müəyyən etmək mümkün olacaq
Messi "Real"a keçir?
Selin Dion geyimi ilə HEYRƏTLƏNDİRDİ-FOTO
Sadə və səliqəli dırnaqlar
Koronavirusa görə "Semaşko"da 7 nəfər saxlanılır
İşğaldan azad edilmiş Cəbrayılın daha bir kəndindən görüntülər - VİDEO
Bu il Azərbaycanda uşaqlara qoyulan ən populyar adlar
Bakıda satılan qəribə "kukla"-VİDEO
Bənzərsiz səs-Müslüm Maqomayev
Rəsm cəkməyi öyrənək-3
"Məhərrəm və Səfər aylarında toy qadağan deyil" - QMİ
Azərbaycanda daha 544 nəfər koronavirusa yoluxdu, səkkiz nəfər vəfat etdi
Günün qoroskopu: Mübahisə etməyin!
Alimlər koronavirusdan qorunmaq üçün sosial məsafə məsələsini tənqid etdilər
İki metrlik QAR YAДћDI-FOTO
Su çərşənbəniz mübarək!
Enrike İqlesias ilk dəfə ata oldu-FOTO
Günün qoroskopu:Təmkinli olun!
Düyü şorbası (foto resept)














