16 yaşındaykən bir səhər atam məndən onu avtomobillə 30 kilometr uzaqlıqdakı bir kəndə aparmağımı istədi. Ancaq onu oraya apardıqdan sonra avtomobili baxılması üçün yaxındakı bir təmirxanaya qoymalı idim. Avtomobil istifadə etməyi hələ yeni öyrənmişdim və avtomobildən istifadə etmək üçün çox da fürsətim olmamışdı. Onun üçün bu təklifi dərhal qəbul etdim. Atamı kəndə apardım və günortadan sonra saat dörddə onu götürməyə söz verdim. Sonra avtomobili təmirxanaya qoydum. Bir neçə saat vaxtım vardı. Mən də təmirxananın yaxınında bir kinoteatrda film izləməyə qərar verdim. Lakin orada çox vaxt keçirdiyimin fərqində deyildim. Saat altı olmuşdu. Bu səbəbdən iki saat gecikmişdim.
Atam kinoya getdiyimi öyrənsə, mənə hirslənə bilərdi. Daha avtomobildən istifadə etməyimə icazə verməzdi. Ona təmirxanada avtomobilin işinin uzun sürdüyünü söyləməyə qərar verdim. Görüşəcəyimiz yerə çatanda atamın küçədə oturduğunu gördüm. Gecikdiyim üçün üzr istədikdən sonra ona avtomobilin işinin uzandığını söylədim. Bu zaman atamın mənə necə baxdığını əsla unuda bilmərəm.
Atam dedi:
- Mənə yalan danışdığın üçün çox kədərləndim, oğul.
-Nə demək istəyirsən, ata? Mən doğrusunu deyirəm.
Atam mənə təkrar baxdı.
- Sənin gecikdiyini görüb təmirxanaya zəng etdim və bir problem olub-olmadığını soruşdum. Mənə sənin hələ avtomobili götürməyə gəlmədiyini söylədilər. Yəni avtomobil ilə əlaqədar bir problem olmadığını bilirəm.
Birdən nə qədər böyük bir səhv etdiyimi anladım və atama həqiqəti dedim. Atam məni kədərli bir şəkildə dinlədi.
-Əsəbiyəm, amma sənə deyil, özümə. Əgər sən bu qədər ildən sonra mənə yalan söyləyə bilirsənsə, demək ki, mən yaxşı bir ata ola bilməmişəm. Öz atasına belə yalan söyləyə bilən bir uşaq yetişdirmişəm. Evə piyada dönəcək və bu vaxt ərzində nəyi səhv etdiyimi düşünəcəyəm.
- Ata, axı evə 30 kilometr yol var və hava da artıq qaralıb. O qədər yolu gedə bilməzsən.
Atam nə üzr istəməyimə, nə etirazlarıma, nə də digər söylədiklərimə qulaq asmadı.
Onu peşman etmişdim və həyatımın ən acı, ən ağrılı dərslərindən birini almaq üzrəydim. Atam tozlu yollarda getməyə başladı. Mən də arxasından avtomobil ilə onu izləyirdim. Ondan üzr istəyir və avtomobilə minməsini xahiş edirdim. Təəssüf ki, məni eşitməzliyə vurur və kədərli bir şəkildə getməyə davam edirdi. 30 kilometr boyunca 10 kilometr sürətlə onu izlədim. Atamın həm fiziki, həm də mənəvi olaraq bu qədər çətinlik çəkməsinə şahid olmaq həyatımın ən kədərli və acı verən dərsi oldu. Aldığım bu dərsdən sonra əsla yalan danışmadım.
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR