Uşaqlar heç nə başa düşməsələr də təlaş içində idilər.Analarına nə olmuşdu?Niyə oyanmır,niyə qalxıb onlara yemək vermirdi? Hicranın gözlərinə bənzəyən,tünd qəhvəyi gözlərində kədər qarışıq bir təşviş vardı .Onlar nənəsinə,gah da anasına baxırdılar.Zərnişan arvad çox narahat,həm də əsəbi idi.Gəlininə bərk acıgı tutmuşdu.Gözü pəncərədə, qapıda qalmışdı.
Fariz təcili yardım məntəqəsinə çatıb hövlnak içəri girdi.Dili söz tutar-tutmaz, vəziyyəti izah etdi.Həkimlər tələsik təcili yardım maşınına əyləşib onlara getdilər.Fariz isə çox təlaşla onların arxasınca maşını sürüb getdi.
Hicran gözünü açanda başının üstündə ag xalatlı, nur sifətli qadını, bir də baldızı Rəfiqəni gördü.Heç nə anlamadı bir an.Ona nə olmuşdu,niyə bu qədər çox yatmışdı?Bunlar niyə gəlmişdi?Mədəsindəki agrıdan,üst-başının su içində oldugundan sanki indi xəbər tutdu. Bir an hər şeyi xatırladı.Başı bərk agrayırdı,yaddaşı sanki yüz illik yuxudan ayılmış kimi pozuq idi.Ətrafa göz gəzdirdi,uşaqları axtarırdı.Amma gözünə dəymədi balaları.Onları Heyran xalagilə aparmışdılar.Rəfiqəyə isə Fariz yolda zəng etmiş,vəziyyəti ona xəbər vermişdi.
Rəfiqə eşitdiyi xəbərdən qorxsa da,gəlinlərinə bərk əsəbləşmişdi.Onun bu hərəkətini yersiz və yüngüllük kimi qiymətləndirdi.Onun fikrincə, qadın dözümlü,götürümlü olmalı,kişinin qabağında haqlı-haqsız dillənməməli idi.Çünki özü də çox əziyyət çəkmişdi.Yoldaşı əzazil adam idi.Acı dilli idi.Lakin həssaslığı da var idi.Qarşısındakı insanı tez anlayar,hər kəsə əlindən gələn köməyi edərdi.Lakin bircə xoşuna gəlməyən sözə güllə kimi açılar,qarşısındakı insanı sözlə öldürərdi.Buna görə də Rəfiqə dünyanı belə görür,hamını da özü kimi,ərin qarşısında lal-dinməz olmalı oldugunu düşünərdi.Lakin onu unudardı ki,hər kişi də belə həssas və anlayışlı olmur.Bəzən kişinin bircə sözdən qadını anlaması,onun yüz acı sözünü yuyub aparır.Farizdə isə bunlar yox idi.Öz istədiyi kimi düşünər,öz istədiyi kimi qiymət verərdi.Hicranın bu qədər qohum-əqrəbasına hörmətlə yanaşmasına,nənəsinə,bacılarına yetirdiyi qayğıya bir dəfə də olsun qiymət verməmiş,Allahın bir "sağ ol"unu belə deməmişdi.
Həkim Hicranın mədəsini yumuş,bir neçə iynə vurmuşdu.Hicranı sanki yenidən yuxu aparmaq istəyir,gözləri yumulurdu.Rəfiqə ilə həkimin söhbətini ala-çula eşidirdi.Həkim onun təzyiqini bir də ölçdü.Hələ də normallaşmamışdı.Hicran etdiyi işdən və nəticədə ölmədiyindən çox utanırdı.Çox peşman olmuşdu.Ağlamaq istəyirdi.Bu dünya başına dar idi sanki. Bu dünyada yaşamağı bacarmırdı sanki.Bu dünya onun düşündüyü kimi sakit və mülayim deyildi.Onun gücü çatmırdı artıq ətrafında yaşananlara.
Hicran yenidən yuxuya getdi.Qaynanası soyuq baxışlarıyla ona baxırdı.Sanki üzündəki ifadə ilə gələnlərə "Görün,necə bir çətin adama rast gəlmişəm" demək istəyirdi.Həkimlər qorxulu bir şey olmayacagını deyib,yatıb bir az istirahət etməsini tövsiyə edib getdilər.Rəfiqə də yoldaşı Sadiq ilə birlikdə evlərinə getdi.Getməzdən əvvəl anası ilə bir az söhbət etdi:
- Sən heç bir şeyə qarışma,nəvələrinə bax,bir də gözün üstündə olsun,birdən sabah qalxar,yenə bir dəlilik edər.
Anası qəzəb dolu bir səslə dedi:
-Nəyə qarışıram ki,görmürsən qardaşının hoqqalarını.Bunun da tutduğu işə bax,gəlib bir mənə məsləhət eləməmiş,gürpədən gəlinin ovcuna qoymağına bax.Çox günüm ag idi,indi də belə.
-Denən, az, başın xarabdı,qardaşından söz eşitmisən,gəl bir bizə de ,bir gənəş,gör bu sözü demək olar,ya yox.
Onlar Şəlalənin bu hərəkətini qınayır,onu düşüncəsizlikdə günahlandırırdılar.Lakin onun içərisindəki kin-küdurətdən xəbərləri yox idi.Xəbərləri yox idi ki,Hicran ona nə qədər hörmət etsə də,bir o qədər Hicrana nifrəti böyüyürdü.Bəlkə də bunun səbəbini özü də bilmirdi.Çünki o,ətrafındakı yaxşı insanlara həmişə paxıllıq hissi ilə baxardı.
Hicran gözünü açdı.Bir an hər şey yadına düşdü.Ürəyində elə bir sıxıntı var idi ki,sanki havası çatmırdı.Yerindən qalxıb,yatağında oturdu.Başı gicəllənirdi.Halsız idi.Uşaqlar yatağında yatırdılar.Gecə Fariz uşaqları nənəsigildən gətirmiş, yatırtmışdı. Özündən, balalarından utandı.Etdiyi hərəkətə çox peşman oldu.”Bu balalarımı kimə qoyub gedirdim, ilahi?Sənə çox şükür,Ya Rəbbim, mənə qıymadın.Yoxsa bunlaramı qıymadın?Bu məsum körpələrimi anasız buraxmadın.İlahi,keç günahımdan!Bir də bu səhvi təkrar etmərəm.Nə yaman agılsızlıq etdim.Ay Allah,özümü necə biabır etdim.Balalarımı qorxutdum.Mən nə yaman pis adamam.Məyər mən balalarım üçün yaşamıram?Məyər mən onlara qurban olmaga hazır deyiləm?Bəs onda niyə hər əzaba dözüb,onları düşünmədim mən?”
Bu fikirlərlə gözündən sel kimi yaşlar tökürdü.Yerindən qalxdı.Yıxılacaqdı sanki.Zorla özünü ələ alıb,bir-bir övladlarına yaxınlaşdı.Onları qucaqladı,qoxladı,öpdü.Bu zaman qaynanası otağa daxil oldu. Soyuq ifadə hələ də üzündə idi:
-Necəsən indi?-deyə soruşdu.
-Yaxşıyam,sag ol.Bir az halsızam.
-Farizə demişəm,get bir-iki gün anangildə qal.İstirahət elə,gələrsən. - Ötkəm səslə dedi.
Hicran bu səsin soyuqlugundan üşüdü sanki.Qaynanasına baxdı.Onun gözünqə rəhm axtardı,sevgi axtardı.Yox idi,yalnız qəzəb var idi.Üzüldü. "Demək, yenə də məni günahkar bilir" deyə düşündü.Hicran gözləyirdi ki,qaynanası oğlunun qarasınca deyinəcək,onu günahkar biləcək,gəlininə verdiyi əziyyətə görə onu qınayacaq.Yox,əsla, bir kəlmə belə bir söz eşitmədi.
Fariz həyətdə gözləyirdi.Hicran birtəhər hazırlaşıb,kiçik oğlu Nahidlə atasıgilə getdi.O biriləri oyadıb geyindirməyə halı yox idi.Zərnişan "Qoy onlar qalsın,sonra göndərərəm" demişdi.Hicran ürəyində razı olmasa da,halsızlıqdan,ürəkbulanmasından onları geyindirib hazırlamağa gücü çatmadı.Uşaqlar da gec yatmışdılar.Ataları gələnə qədər Heyran nənəgildə oynamışdılar.Heyran arvad onları yedirtmiş,yanlarında oturub,nigarançılıqla xəbər gözləmişdi.Farizin gəlişindən sonra sakitləşsə də,getməmişdən nəvəsini xeyli danlamışdı. O,Hicranı çox istəyir,nəcib bir insan oldugunu başa düşürdü.
Bəzən Hicrangilə gedər,Hicran onu çimizdirər,saçlarına xına qoyar,sonra yuyub darayar,onu səliqəyə salardı.Paltarlarını yuyub ütüləməmiş verməzdi.Buna görə də onu sevər,əzizləyərdi.İndi baş verənlərə çox pis olmuş,nəvəsindən incimişdi.
Hicran maşında bir kəlmə də olsa Farizlə danışmadı,ona baxmadı.Fariz isə siqareti-siqaretə calayır,həyəcanlı görünrdü.Onu düşündürən,həyəcanlandıran Hicranın atasıgildə deyəcəkləri idi.Dogrularımı söyləyəcəkdi,yoxsa bir yalan danışıb Farizin canını qurtaracaqdımı?Bilmirdi.Amma bu axrıncı fikrinin gerçəkləşməsini istəyirdi.Hicran həm əsəbdən,həm ürəkbulanmasından,həm də siqaretin qoxusundan tamam halsızlamışdı.Onlar Əhməd kişinin evinə çatdılar.Hicran maşından düşdü.Fariz kiçik oglunu və çantanı əlinə alıb,ölümə gedən insan kimi əlacsız addımlayırdı.Həyətdə Əhməd kişini gördülər.O,həyətdə agacın altında oturmuşdu.Fikirli idi.Səsə qapıya tərəf döndü.Qızı ilə yeznəsini görüb ayağa durdu.Onlara sarı gəldi.Qızını bu halda görüb,təşvişə düşdü:
-Nə olub ,ay qızım,bu nə haldı?
Hicran atasını görəndə və bu sözünü eşidəndə,özünü ağlamaqdan zorla saxladı:
-Heç,ay ata,bir az soyuqlamışam deyəsən,gəldim ki,mamam bir az məni müalicə etsin.
Atası onu qucaqlayıb öpdü,qızdırmasını yoxlamaq üçün əlini qızını alnına qoydu.
-Buz kimisən ki?!- deyib balaca Nahidə tərəf getdi,yeznəsinə əl verib görüşdü.Nahidi ondan alıb öpdü,oxşadı.Yeznəsi ilə hal-əhval tutdu.Fariz özünü zorla ələ alıb danışır,bir gözü Hicrana baxırdı.
Onlar pilləkənləri qalxdılar.Səlimə işdə idi.Doğum evində işləyirdi.Xəstələrə yemək paylayırdı.Bacısı Aidə ilə Vəsilə evdə, qardaşı Siyavuş məktəbdə idi.Hicran birtəhər evə keçib uzandı.Bacıları onu öpüb oxşadılar.Hicran ağlayır,heç nə demirdi.Qızlar dəqiq nə oldugunu anlamasalar da, onun niyə bu vəziyyətdə olduğunu anladılar.Ailədə pis bir şeyin baş verdiyini sezdilər.Vəsilə balaca Nahidi öpüb qucağına aldı.Aidə isə anasına zəng eləməyə getdi.Fariz yuxarı çıxmayıb,işə tələsdiyini deyib getdi.Əhməd kişi yuxarı çıxıb qızının yanına gəldi:
-Niyə xəstələnibsən,a qızım,deməmişəm həyətdə iş görəndə qalın geyin,başını ört.
Qızın ağladıgını hiss edib,duruxdu.Daha heç nə demədi.O biri otaga keçdi.Ürəyinə nəsə damdı elə bil.Qızını heç vaxt belə görməmişdi.Siqaret çıxarıb eyvana çıxdı,yandırıb fikrə getdi.Səbirsizliklə Səlimənin gəlişini gözlədi.Bilirdi ki,qızı ona heç nə deməyəcək.Körpəlikdən uşaqlar nə sözləri olsa ilk əvvəl analarına deyər,Səlimə də Əhməd kişiyə deyərdi.Bu qayda hələ də belə idi.
Səlimə Hicranı dinləyib ağlayır, nə edəcəyini bilmirdi.Lakin bu dəfə Əhməd kişidən gizlədə bilməyəcəyini düşünürdü.Onun ciyərparası, bacısının yadigarı ölümdən dönmüşdü.Ya başqa cür olsa idi?Səlimə Hicranı qucaqladı,bagrına basıb ağladı:
-Ay qızım,bəs sən məni heç düşünmədin,bəs demədinmi,mən neyləyərəm sənə bir şey olsa.
Qızlar da onlara baxırdı,kövrəlirdilər.Bilirdilər ki,anaları Hicranı daha çox sevir. Səlimə bir az toxdayıb,Əhmədin yanına gəldi.Hadisəni ona danışdı.Əhməd kişini elə bil ilan vurdu.Ürəyi sinəsindən çıxacaqmış kimi döyünməyə başladı.Bir an iki gün öncə qızıgilə getdiyini və qızının bir az qəribə davranışını xatırladı.Bir də Farizin niyə belə tez getməsinin səbəbini indi başa düşdü.
Fariz qaynatasının həyətindən çıxıb maşına əyləşdi.Maşını işə salıb yola düşdü.İki ev aşağıda yaşayan Aynur müəlliməgilin həyətinin önündən keçəndə həyətə boylandı.Qapı örtülü olsa da Aynurun küçəyə çıxacağına ümid etdi.Lakin o görsənmədi,küçəyə çıxmadı.Fariz düşdüyü vəziyyətə çox əsəbləşirdi.Düşünürdü ki,”Bunun nəyi çatmır axı,nə istəyir məndən,geyimi-kecimi,yeməyi-içməyi,isti evi.Kişinin işinə niyə qarışmalıdı bu? Bircə bunu ona kimin dediyini bilsəydim,boğazını üzərdim". Siqaret yandırdı.Siqaretin dumanında Aynuru gördü sanki.Ürəyi gənc bir oğlan kimi döyünməyə başladı.Aynuru yola gətirmək üçün nə qədər bahalı hədiyyələr almışdı ona,nə qədər şirin sözlər demişdi.Bu görüşün çoxları həsrətində idi əslində.Aynur müəllimə bahalı hədiyyə almağa öyrəşmişdi.Onu bəyənən,həsrətindən alışıb-yanan çox idi.Onunla münasibət yaratmaq üçün ona çoxlu bahalı hədiyyələr alıb göndərərdilər.O,bu hədiyyələrdən imtina etməzdi.Lakin görüş hər kəsə nəsib olmazdı.Aynur hədiyyə yağışını uzadar,görüşə ümidlər verər,lakin hər kəslə görüşməz,uzun-uzadı telefonla danışardı.Bütün bunlardan Hicranın xəbəri olmamış və o,sevimli balasını bu qadının yanına rus dili fənnini öyrənməyə yollamışdı.Onu əvvəlki kimi saf bir qadın bilmişdi.Bu da Fariz üçün əla fürsət yaratmış,onunla tanış olmuş və bu görüş nəsib olmuşdu.Onun ilanı yuvasından çıxaran şirin dili Aynuru yola gətirmişdi.İndi evdə nə qədər qalmaqal olsa da,bu görüşün təəssüratı onu xoşbəxt edirdi.Yeni bir görüş arzulayırdı.Və bunun üçün yeni bir hədiyyə almağı düşünürdü.Bu fikirlə də telefonu götürüb nömrəni yığdı.
Ardı var
XƏBƏR LENTİ
2015-2016-cı illər gəlinlik modelləri
Bu gün səni istədim
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 277 yeni yoluxma
Ramiz Fətəliyevə “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni verilib
Çəkisizlik immuniteti azaldır
Məşhur aktrisa tarazlığını qoruya bilmədi-FOTO
Demi Mur hər kəsi təəccübləndirdi-FOTO
Hande və Murat bu evdə yaşayacaq-FOTO
Bakıda tıxaca səbəb olan piyada keçidləri
Buğa bürcü qadınına nə hədiyyə etməli?
Pis xəbərlərin faydası da var
Üzüm bağının altından görün nə çıxdı - FOTO
Ledi Qaqadan gözlənilməz açıqlama
Dilənçi qızın hekayəsi
50 dən çox sahibkar “McDonalds”ı məhkəməyə verdi
Pensiyalar nə vaxt veriləcək? - Nazirlikdən açıqlama
1 sözdən ibarət kitab
Ərdoğan bu gün Bakıya gəlir
Təhsil Nazirliyindən orta məktəblərdə bu günə olan koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA
"Qəbələ" "İnter"ə qarşı
Çox düşünmə xəstəliyi
Uşaq evinin bütün sakinləri ailələrə verildi - FOTO
Gözləmək də bir sənətdir...
İyulda hava necə olacaq?
Yayda saçların qurumasının qarşısını necə alaq?
UNO gecə İsveç gölündən su çəkdi - VİDEO
Bakıya QAR yağacaq?
Lazımsız boşqablarla evinizi bəzəyin
Günün qoroskopu: çalışın, risk etməyəsiniz
"DAN ULDUZU" instrumental ansamblının konserti keçiriləcək
Paşinyan bu dəfə Trampa gileylənir
“Eurovision-2019” Qüdsdə keçiriləcək
İrina Şeykin gözəllik sirləri
Bu gün “Üç aylar” başlayır
"Ezo gəlin" şorbası (foto-resept)
Təbiətlə insan birləşərsə..
Arıqlamaq üçün səhərlər nə yeməli?
Erməni türk sərhədi açılır?
Nikolas Keyc 4 günlük xanımından boşana bilmir-SƏBƏB
Yeni orfoqrafiya lüğəti nə zaman nəşr olunacaq?
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
İlham Əliyev "Çay evi"ndə
Qovun bəhməzinin hazırlanması (foto resept)
"Zerkalnı" nömrə həvəskarlarına şad xəbər
Təhsil Nazirliyindən universitetlərə onlayn tədrislə bağlı TƏKLİF
"Qarabağ"ın vitse-prezidenti: "Əlimizdə fakt yoxdur"
Co Bayden bu gün ilk prezident brifinqini keçirəcək
Azərbaycanda 56 nəfər koronavirusdan sağaldı, üç nəfər vəfat etdi
Dörd gün tətil olacaq!
Malayziya kralı Moskva gözəli ilə evləndi - FOTO
- ŞƏRHLƏR