Biz əyləncə məkanlarına gözəl hislər yaşamaq, şüurumuzun həyəcanını qorxu filmlərdəki kimi əyləncəli şəkildə hiss etmək üçün gedirik. ''Amerika maşınları'' adını almış attraksionlarda oturmaq bizi qışqırmağa vadar edir, əyləncə məkanlarında əylənirik və bütün bunlar sanki bir illuziyadır və biz tamam təhlükəsiz vəziyyətdə əylənirik. Əslində isə bu məkanlar heç də təhlükəsiz deyil, onlar həyati təhlükə daşıyır. Bunu isə yalnız o hissləri yaşayan və görən yaxşı bilir.
Xəbərimin məqsədi bu təhlükəni azacıq da olsa sizlərə xatırlatmaqdır. Qiyabi tanışlıq üçün sizə baş vermiş 10 ən dəhşətli hadisəni təqdim edirəm. Məncə, ani əyləncə üçün təhlükəyə yaxın getməyə dəyməz. Başlayaq 10-cudan.
10. Koroliya adası
Ohayo ştatında yerləşir. 9 iyun 1991-ci ildə ölüm Koroliya adasında ''əylənməkdə'' idi. Təsadüfən məkanın hovuzuna biri düşür və su nasosunda ölümlə çırpınarkən 20 yaşlı Uilyam Xeytkout onu qurtarmağa cəhd edir. Bu zaman parkın işçisi Darrel Robertson da ona qoşulur. Lakin elektrik vurması nəticəsində hər ikisi ölür. Bu hadisədən bir müddət sonra 32 yaşlı Teyylor Kendi eyni məkanın attraksionundan düşərək parçalanır. Nəticədə 1 il ərzində 4 insanın həyatına son qoymuş əyləncə məkanı heç bir şey olmamış kimi insanları ''əyləndirməyə'' davam edir.
9. Oukvud tematik parkı
Uels adasında yerləşir. 2004-cü ilin aprelində 16 yaşlı Xeyli Uiliams ailəsi ilə birlikdə Oukvud parkına istirahətə gəlir. O, Hyodru su slaydlelərində sürüşmək istəyərkən 30 m hündürlükdən yerə düşür. Daxili orqanlarının parçalanması nəticəsində dünyasını dəyişir. Park 400 min ABŞ dolları dəyərində cərimə olunur. Araşdırmalardan məlum olur ki, Xeylinin sürüşdüyü oturacaq heç də təhlükəsizliyə zəmanət vermir və kəmərləri zədəli imiş.
8. Ekşın park
Nyu-Cersidə yerləşir. Əyləncə məkanları arasında "ən təhlükəli və insan həyatını düşünməyən park" adlandırılır. Seçilən yer qasırğaların mərkəzi olmaqla yanaşı, təhlükəli attraksionları, sərxoş müştəriləri, laqeyd işçiləri ilə ad qazanıb. Fəaliyyətə başladığı gündən 6 insan attraksionlarda, 3-ü suda həlak olub, 1 nəfər elektrik vurmasından ölüb. Hovuzunda çimən yaşlı bir müştəri isə buz kimi suda iflic olaraq dünyasını dəyişir. 1998-ci ildə isə istirahətə gələn biri dağlararası bir nəfərlik kabinənin Alp dağlarına çırpılması nəticəsində zədə alaraq həlak olur. Parkı bağlamağa məcbur olurlar. Lakin çox keçmədən yeni adla - ''Dağ Dəfinəsi'' adı ilə yenidən fəaliyyətə başlayır.
7. Diskaveri Kov tematik parkı
Florida ştatında yerləşir. Bu məkan ''Dəniz dünyası'' adı ilə tanınır. İstənilən növ balıq və delfinlərlə əyləncə buranın özəlini təşkil edir. Çoxları üçün burada istirahət etmək bir arzudur. Lakin 59 yaşlı britaniyalı turist Kita Klarka üçün istirahət əsl faciə oldu. Parkda əylənən Klarka faciə nəticəsində əllərini və ayaqlarını itirir. Hemofiliyadan əziyyət çəkən qadın 3 gün komada qalır, sonra isə dünyadan köçür...
6. Çiklon
Çiklon kənd dağlarında 1927-ci ildə ABŞ-ın tarixi məkanı kimi düzəldilib. Açılan gündən 1 günlük səyahət 9 dollara imiş. İnkişaf etdikcə parka çevrilib, qiymətlər qalxıb və turist axını başlayıb. Lakin ölüm buradan da yan keçməyib və 5 insanın həyatına son verib. Son olaraq 53 yaşlı xanımın ölümündən sonra bağlanmasına qərar verilib.
5. Qulliver dünyası
İngiltərədə yerləşir. 2002-ci ildə 15 yaşlı Salma Salim 6 m-lik hündürlükdən karuselin arasına düşür. Yerindəcə vəfat edir. Araşdırmalardan məlum olub ki, Salim anası ilə oturmaq istəyib, amma işçilər buna imkan verməyib. Səbəb təhlükəsizlik kəmərinin heç də təhlükəsiz olmaması imiş. Hadisədən sonra məkan böyük məbləğdə cərimələnib.
4.Corciyenanın 6 bayraq Parkı
Corciyada yerləşən məkan 2008-ci ildə 17 yaşlı Aziya Lişonun həyatına son qoyub. Belə ki, saatda 80 km ilə hərəkət edən vaqonda qız zədə alır, ona köməyə gələn işçini isə yerindəcə əzir...
3.Kentukki krallığındakı 6 bayraq parkı
Kentukki ştatında yerləşir. Məkanın bir zamanlar ''super adamın güc qülləsi'' adını almış attraksionunu indi ''qaniçən'' adlandırırlar. Belə ki, attraksion öz sərnişinlərini 17 m hündürlüyə qaldırıb sürətlə yerə endirirmiş, bu minvalla güclü sürət və baş gicəlləndirici yerə düşmə təkrar olunur. 21 iyun 2007-ci ildə 13 yaşlı Keyt Lasiterin boğazına kəmər dolanır. Özünü itirən Keyt boğazından kəməri çıxarmaq istəyərkən əks istiqamətə düşür və ayaqları attraksionun içinə girir. Cərrahların səyi ilə Keytin ayaqları kəsilir .Və attraksion yerindən götürülür.
2. "Boyük vedrə" attraksionu
Londonda yerləşir. Burada bədbəxt hadisə 1972-ci ildə keçirilən Böyük Britaniya festivalı zamanı olub. Əyləncə məkanında insanları əyləndirən vaqon relsdən çıxır, 5 uşağın həyatına son qoyur, çoxlu yaralanan olur. Məkan ömürlük bağlanır.
1.''6 bayraq altında böyük əyləncə'' parkı
Nyu-Cersidə yerləşən məkanın ''ruh açarı'' adlanan qorxu otağı məhşur imiş. Otaqda işçilərin məqsədi turistləri əyləncəli şəkildə qorxutmaq imiş. Bu qorxu anında qəflətən otaqda yanğın başlayır və ilk əvvəl hamı bunu bir əyləncə kimi başa düşür. Dərk edəndə isə artıq gec olur və insanlar otaqda yanıb kül olur. Hətta meyidləri dişlərindən ayırd etmək mümkün olub. Təəssüf ki, bu faciədən məkan sahibləri özlərini qurtara bilib, kimsə məssuliyyətə cəlb olunmayıb...
Sonda siyahımı məzəli bir hadisə ilə tamamlayıram və hamınıza xoş əyləncələr arzulayıram.
Bu hadisə tanınmış italyan fotomodel Fabio ilə bağlıdır. Fabio Appalon dağlarındakı əyləncə məkanında hündür relslər üstə olan attraksiondan sürətlə gedərkən havada uçan qazla necə toqquşursa, qan içində əyləncəsinə son verir. Məlum olur ki, toqquşma nəticəsində qaz modelin burnunu dişləyib. Fabioda ciddi bir zədə olmasa da yazıq qaz qorxusundan yerə düşüb və yerindəcə həyatını itirib...
XƏBƏR LENTİ
Son 45 ildə İLK DƏFƏ - İraqlı qız dünya gözəllik yarışmasında - FOTO
Yay vaxtına keçid bizə nə verir?
Ali təhsildə yenilik
Yadda qalan günlər
Yediklərimiz dərimizə necə təsir edir?
İctimai Şuranın sədr müavini: “Distant dərslər təhsil prosesinin tənəzzülü ilə nəticələnə bilər”
İlgün, İlig...-Uşaqlara bu adlar qoyula bilər
HAVA necə olacaq?- 25 APREL
Koronavirusu daha rahat keçirməyin üsulu məlum oldu
Macar kababı (foto reept)
Hikmət Hacıyev: “Dünən Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb”
Cəbhədə nə baş verir?
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
"ASAN Xidmət" Mərkəzinin təşkilatçılığı ilə "Sən azərbaycanlısan" adlı konsert keçirildi
Bakıda yol qəzaları günün ən çox hansı saatlarında baş verir?
Məşhur müğənnidən gözlənilməz ETİRAF-FOTO
Türk aktrisa oğurluqda ittiham olunur-FOTO
Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar" - FOTO
Azərbaycan ordusu şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı
Alişan və Buse birlikdə veriliş aparacaqlar
Münasibəti məhv edən 5 xəta
Azərbaycanda teatrında yenilik
Sabahın hava proqnozu
Qohumla ailə qurmaq düzgündürmü?
“Ağıllı” saatlar üçün antivirus
Alimlər beyin skaneri yaratdılar
Günün qoroskopu: adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur
Dolunay Soysert çəkiliş vaxtı ciddi xəsarət aldı-FOTO
Oriqami ilə gül düzəldilməsi
Tənbəllikdən xilas ol
Hacı Şahin şəhidlərimizdən yazdı: "Bu olay onu göstərdi ki..."
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi
Milyarderlər harada dincəlirlər?
Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”
4000 miqrant xilas olundu
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi prosesi başa çatıb
Ərdoğan Quran oxudu - VİDEO
Pedaqoji təhsili olmayanlar üçün yeni qaydalar hökumətə təqdim edilib
Xərçəng xəstələrinə tövsiyələr
Stüardessanın qəribə hərəkəti birmənalı qarşılanmadı
Azərbaycanda iki gün iş olmayacaq!
VI sinfin bəzi dərsliklərində ciddi qüsurlar var
Hicablı xanımlar üçün
Bakıda misilsiz endirim başladı
Cazibədarlığınızı artıran davranışlar
Naxçıvanda orduya əmr verildi
Aleyna Tilki Bakıya gəlir - Pulsuz konsert
Bu rayonlarda sərt karantin rejimi ləğv edildi
Makiyaj fırçalarını necə təmizləməli?
Vəhşi qəbilələri müdafiə edən mütəxəssis elə onların atdığı oxdan öldü
- ŞƏRHLƏR