Futbol üzrə UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
Qadin.Net bildir ki, Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazirliyin şəxsi heyəti mayın 31-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.
Bu müddət ərzində ölkəmizə gələn əcnəbi qonaqların, turistlərin və azarkeşlərin təhlükəsizliyinin təmini, futbol azarkeşləri üçün Dənizkənarı Milli Parkda yaradılan "Fanzone"da, habelə "Sahil" bağı və "Qış Parkı"nda təşkil edilən əyləncə məkanlarında asayişin və təhlükəsizliyin təmin edilməsi, xidmətə cəlb edilən polis əməkdaşları tərəfindən yüksək səviyyədə təmin edilir.
Hər hansı bir təxribatın və qanunazidd hərəkətlərin qarşısını əvvəlcədən almaq üçün qeyd edilən ərazilərə daxil olan hər bir şəxs polis postlarında ciddi yoxlamadan keçirilir.
Həmçinin, "FAN" zonaya dəniz istiqamətindən kənar müdaxilənin qarşısını almaq məqsədi ilə polis patrul kateri sutkalıq xidmətə cəlb edilib.
Qeyd edək ki, final oyununa qədər "Çelsi" və "Arsenal" komandalarının təlim-məşq bazalarına təhlükəsiz şəraitdə hərəkət etmələri, habelə şəhərdə nəqliyyatın düzgün nizamlanması üçün əlavə yol-patrul naryadları xidmətə cəlb ediliblər. Bununla yanaşı gələn qonaqların Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisində qarşılanması, onların təhlükəsiz şəraitdə qaldıqları ünvanlara çatdırılmaları üçün polis postları yaradılıb. Respublika ərazisində strateji əhəmiyyətli obyektlərdə, o cümlədən xarici diplomatik nümayəndəliklərin yerləşdiyi ərazilər, qonaqların yaşadıqları məkanların mühafizəsi gücləndirilib.
Yerli azərkeşlərin stadiona daşınması üçün metronun "Qara Qarayev" və "28 May" metrostansiyalarının qarşısında yaradılan avtodayanacaqlarda təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həmin yerlərdə polis əməkdaşları xidmətə cəlb edilib.
Oyun günü xarici azərkeşlərin stadiona təyin olunmuş yerlərdən daxil olmaları və onlar üçün ayrılmış sektorlarda yerləşdirilməsini təmin etmək üçün polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Vətəndaşlardan və şəhərimizin qonaqlarından UEFA Avropa Liqasının finalına qədər və oyunu başa çatandan sonra "FAN" klub, habelə digər əyləncə məkanlarında, oyununun keçiriləcəyi Bakı Olimpiya Stadionunun ərazisində polisin hüquqazidd halların qarşını almaq üçün verdiyi qanuni əmr və göstərişlərinə əməl etmələri xahiş olunur
XƏBƏR LENTİ
İşğaldan azad edilən ərazilərimizin nə qədər sakini var? - SİYAHI
Tələbələrin ali məktəblərə qeydiyyatı başlayıb
HAVA necə olacaq?
Koronavirusla bağlı SON STATİSTİKA
Ronaldinyo Jan-Klod Vandam və Tayson ilə "Kikboksçu" filmdə oynayacaq
Bakıda idmançının qaydasız döyüşdə rinqdə ölməsi ilə bağlı açıqlama
Dünyanın ən bahalı və lüks göydələni
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ
Zəngilan rayonunun görüntüləri - VİDEO
Leyla Əliyeva balaca Zəhraya şeir həsr edib
Arıqlamağa kömək edən salat
Hulusi Akardan Qarabağdakı Ortaq Mərkəzlə bağlı AÇIQLAMA: “Generallarımız və işçilərimiz oradadır”
Sabah 27Лљ isti olacaq
Türkiyədə rusiyalı jurnalistlərlə birlikdə Aytac Carçıyeva da saxlanılıb
Daha nəyin qiyməti qalxdı?
Günün qoroskopu: prosesdən də razı qala bilərsiniz
Zülmə dayan deyək!
Balaca xanımlarımız üçün...
Günün ramazan təqvimi (9 iyul)
Bakıda bu möhtəşəm mənzərəni qaçırmayın - FOTO
Əvəlik şorbası (foto-resept)
Xərçəngə qalib gəlib Türkiyə gözəli oldu!-FOTO
"Sevgi hormonu" ideal ağrıkəsicidir
Milçəklər ən çox hansı qan qrupunu sevir?
Bitkilərə qulluq
Qadın boksçumuz beynəlxalq turnirdə 1-ci oldu
Uşaqlarla əylənməyin yolları-1
Üzümlü kələm salatı(foto resept)
Hamilə qadınlar üçün zərərli olan qidalar
Ronaldunun nişanlısını tənqid atəşinə tutdular
Vətən müharibəsində 10 medal alan əkiz qardaşlar - VİDEO
Ən çox bu avtomobillər oğurlanır
Törətmədiyi cinayətə görə 15 il həbsdə yatdı
Aşura bu gün dünyada aktualdırmı?
Valideynlərə təcili kömək -6
İrəvan qorxuya düşüb
Eldar Əzizov vəzifəli şəxslərə xəbərdarlıq etdi
Acun Cem Yılmaz və Serenayın qonağı oldu - VİDEO
Qadının dodaqları çürüdü-SƏBƏB/FOTO
Batil evlilik inancları
Nazirlik pensiyaların veriləcəyi tarixi açıqladı
Qarpızdan zəhərlənməmək üçün...
Britaniyada Santa Klausa maska taxmamağa icazə verildi
"iPhone"nun qiyməti düşür
Ayrı yatmaq sevgini öldürürmü?
Fatih Terim koronavirusa yoluxdu - FOTO
Uşaqların həyatı üçün təhlükəli olan bezlər - VİDEO
Həftənin ilk iş günü hava necə olacaq?
Arda Turan sevgilisinə evlilik təklifi etdi-FOTO
Qarın bölgəsindəki yağları əridən detoks