Dənizkənarı Milli Parkda qadın polislər xidmət edəcək.
Milli.Az bu barədə DİN-ə istinadən xəbər verir.
DİN rəhbərliyinin göstərişi əsasında əhalinin və turistlərin ən çox istirahət etdiyi yerlərdən biri - Dənizkənarı Milli Parkda təhlükəsizliyin, əmin-amanlığın formaca yeni müstəvidə təmin edilməsi məqsədi ilə qadın polis əməkdaşları da bayram və istirahət günlərində xidmətə cəlb ediliblər.
Bu məqsədlə sentyabrın 30-dan Əlahiddə Çevik Polis Alayının qadın əməkdaşları kişi həmkarları ilə birlikdə Dənizkənarı Milli Parkda xidmətə başlayıblar. Xidmətdən əvvəl onlara müvafiq təlimat verilib, insanlarla ünsiyyət zamanı Daxili İşlər Orqanları Əməkdaşlarının Etik Davranış Kodeksinin müddəalarının xüsusi diqqətdə saxlanılması, polisin işgüzar imicinin və yüksək nüfuzunun qorunmasının vacibliyi bir daha nəzərlərinə çatdırılıb.
Qeyd edək ki, insan hüquq və azadlıqlarının qorunması, milli qanunvericilikdən, nazirliyin müvafiq əmr və göstərişlərindən, digər normativ-hüqüqi aktardan irəli gələn vəzifələrin icrası, vətəndaş-polis münasibətlərinin daha da təkmilləşdirilməsi, həmçinin gender balansının gözlənilməsi DİN rəhbərliyinin daim diqqət mərkəzində saxladığı prioritet istiqamətlərdəndir.
Yeri gəlmişkən hazırda daxili işlər orqanlarında 3300 qadın əməkdaş xidmət aparır. Onlar əsasən Daxili Qoşunlarda, Əlahiddə Çevik Polis Alayında, istintaq, təhqiqat, kadrlar və yetkinlik yaşına çatmayanlarla iş, pasport-qeydiyyat, informasiya-kommunikasiya, statistika, beynəlxalq əməkdaşlıq, maliyyə, tibb, təhsil, kargüzarlıq sahələrində, "102" və "Təhlükəsiz Şəhər" qurumlarında, "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərirlər.
Qadın əməkdaşlar kişi həmkarları ilə bərabər cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması kimi mühüm vəzifələri layiqincə yerinə yetirir, öz fədakarlıqlarını əsirgəmirlər.
XƏBƏR LENTİ
Həftəsonu yağış var
Səhərin 10 dəqiqə məşqi
ÜST rəhbəri: "Koronavirusdan qorunmağın ən yaxşı vasitələrindən biri..."
Azərbaycan Ginnesin rekordlar kitabına düşə bilər
Necə qonşusunuz? (test)
Günün qoroskopu: bacarıq və biliklərinizdən yararlanın
Vurulan təyyarə siyasətə düşdü
Azərbaycan əhalisinin sayı açıqlandı
Bir neçə rayonda qaz problemi olacaq
Milli Azərbaycan Tarixi Muzeyində yeni eksponat
Rusiyada quş qripi yayıldı
Energetika Nazirliyinin strukturu təsdiq edildi
Saç tökülməsinin qarşısını alan qidalar
Aşiq olanda bədəndə nələr baş verirmiş?! - Maraqlı faktlar
OpenSSL-in probleminin səbəbkarı danışdı
Moskva Vahid Mustafayevi alqışlayır
TƏBİB sədri: “Əgər koronavirusa qarşı peyvənd hazırlanarsa…”
"Facebook Messencer"də YENİLİK
İspan aksesuarları
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
Kraliça II Elizabet Azərbaycan Prezidentinə məktub yazdı
"Bilik günü" ərəfəsində ailələr sevindirildi
Qadın bədəni ilə bağlı maraqlı faktlar
Evdə idmanla məşğul olmaq üçün hansı alətlər lazımdır? - QİYMƏTLƏR
Две знаменитости в одном фильме
Məşhur milyarder vəfat etdi
Aclıq, yoxsa özünə qəsd?
Cəbhədən SON XƏBƏR
Demək Akalın qəzəbləndi-FOTO
Dodaq ətrafı qırışları necə yox etməli?
Azərbaycanın Qaynanasının vəfatından 10 il ötür
Uşağınız yemək yedikdə yorulursa...
Tatuajla bağlı sensasiyalı açıqlama
Manat bir qədər bahalaşdı
Rihanna keçmiş sevgilisinə qayıtdı-FOTO
1 həftəyə qarındakı yağları necə əritməli?
"Qadınlar məni qısqanır" - FOTO
Şimal bölgəsinin sakinləri Qusarda səyyar "ASAN xidmət"dən yararlana biləcəklər
Dilənçilik,yoxsa "sənət"- dilənçilik
NASA Yupiterin "böyük qırmızı ləkə"sinin həqiqi rəngini aşkara çıxarıb
Günəş ləkələri üçün qatıq və cəfəri maskası
Bu dondurmaların istehsalına qadağa qoyuldu - Təhlükə doğuranların adları
Manatın MƏZƏNNƏSİ
O mesajlar niyə göndərilir? - Müdafiə Nazirliyi açıqladı
Culyetta Drueni və Viktor Hüqo
Yaz dekorasiyası
Hava haqqında - 26.09.2013
Girovlarımızdan xəbər var
Gün var əsrə bərabər: ötənləri yada salaq
Azərbaycanın bəzi yerlərində yağış yağacaq














