
İqtisadçı ekspert Vüqar Bayramov avtomobillərin qiymətinin artacağı ilə bağlı proqnoz verib.Milli.Az Qafqazinfo ya istinadən xəbər verir ki, o bu barədə facebook hesabında yazıb.
Ekspert bildirib ki, Vergi Məcəlləsinə edilən son dəyişikliklərə görə, Azərbaycana xaricdən gətirilən avtomobillərə görə ödənilən aksiz vergisini məbləğləri artırılır:
”Belə ki, mühərrikinin həcmindən asılı olaraq bütün növ avtomobillərin ölkəyə idxalına tətbiq edilən vergilər dəyişdirilir. Yeni dəyişikliklərə əsasən, mühərrikinini həcmi 2 000 kubsantimetrə qədər olan avtomobillərdə mühərrikin hər kubuna görə aksiz vergisinin məbləği 15 qəpikdən 20 qəpiyə, mühərriki 2000-300 kubsantimetr olan avtomobillərdə 1 manatdan 1,5 manata, 3000-4000 kubsantimetr olan avtomobillərdə 2 manatdan 4 manata, 4000-5000 kubsantimetr avtomobillərdə 4 manatdan 8 manata, mühərrikinin həcmi 5 000 kubsantimetrdən artıq olan avtomobillərdə isə 4 manatdan 10 manata qaldırılıb. Son dəyişikliklərə diqqət yetirəndə bəlli olur, mühərrikinin həcmi daha bahalı olan avtomobillərdə daha yüksək qiymət artımları müşahidə ediləcək. Məsələn, mühərrikinin həcmi 5 000 kubsantimetrdən artıq olan avtomobillərdə qiymət artımları hətta 10 min manatdan da yüksək olacaq. Xüsusən də yeni istehsal olunan, işlənməmiş avtomobillərdə daha ciddi qiymət artımlarının olacağı gözlənilir. Mühərrikin həcmi 4000-5000 kubsantimetr olan avtomobillərdə isə qiymət artımları 6600 manatadək yüksələcək. Bu növ avtomobillərdə orta hesabla 5000 manat qiymət artımı olacaq. Mühərrikin həcmi 2000 kubsantimetrə qədər olan avtomobillərdə isə cüzi xərc artımları gözlənilir. Bu avtomobillərin ölkəyə idxal xərci 100 manatdan çox artmayacaq. Əgər bu avtomobillərdə qiymət artımı müşahidə ediləcəksə, o zaman o süni qiymət artımı olacaq”.
Onun sözlərinə görə, 2013-cü ildə ölkəmizə 103 min avtomobil idxal olunmuşdu: “Bunların 94 mini minik avtomobilləri idi. Güman olunur ki, 2014-cü idə avtomobil idxalı əvvəlki il ilə müqayisədə 30 faizdən artıq azalıb. Bu isə daha çox ötən ilin aprelində ölkəmizdə Avro-4 standartların tətbiqi ilə bağlı istehsal ili köhnə olan avtomobillərin idxalına tətbiq edilən qadağa ilə bağlı idi. Avtomobil idxalına tətbiq edilən aksiz vergilərinin artırılması bu il avtomobil idxalını azaltmaqla yanaşı, ölkəmizə daha çox mühərrik həcmi kiçik olan maşınların gətirilməsinə səbəb olacağı gözlənilir. Bu isə o deməkdir ki, qiymət artımları mühərrik həcmi böyük olan avtomobillərə tələbin azalmasına səbəb olacaq ki, bu da bahalı maşınların satışında durğunluq ilə ifadə olunacaq. Əksinə, mühərrik həcmi kiçik olan avtomobillərin satışının çoxalacağı gözlənilir”.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Şokolad souslu peçenye (foto resept)
SSRİ-nin ilk gözəllik kraliçası-FOTO
Kəsmikli kartof (foto resept)
"Safeguard" öz antibakterial gücünü "Ən uzun təmiz əllər zənciri" ilə nümayiş etdirdi...
Onkoloqlardan vacib XƏBƏRDARLIQ: gecələr belə yatın
Putin Ərdoğanın Qarabağ probleminin həlli ilə bağlı təklifini qəbul edib
At şampununun saçlarımıza təsiri
Menstruasiya ağrılarını azaldan ərzaqlar
Beren Saatdan Uşaq Açıqlaması-FOTO
Cəbhədə vəziyyət gərgindir!
Yoluxucu xəstəliklərdən qorunmağın yolları
Hadisə bütün qadınlara səsləndi
Azərbaycanın məşhur aparıcısı azadlıqda
"Nadir Şah" romanı səhnələşdiriləcək
Çin qəbiləsinin qadınları-FOTO
Apple yenə də Samsungu vurdu
Bekhemin malikanəsinin tikintisi dayandırıldı - FOTO
Bir günə 20 min artdı - Əcnəbilərin “Qarabağ” marağı...
Məktəblər yenidən bağlanacaq? - RƏSMİ AÇIQLAMA
Paris Hilton Kraliçanın qoxumu çıxdı
HAVA necə olacaq?- 25 fevral
Həftənin ilk iş günündə hava necə olacaq?
Yeni Zelandiyada şəhər satışa çıxarıldı
Yeni dərman - banan
Neon dırnaqlar
Milli Ordunun yaranmasından 102 il ötür...
Günün qoroskopu: Ağlınızı işlədin!
Boksçu Məhəmməd Əli üsyan etdi
Sərin yay donları
Dodaq yemə vərdişi
Folqada dana dili (foto resept)
Gülben Ergen bu mahnıya 150 min xərclədi
21 uşaqlı ailədə Yeni İl xərci-5000 dollar
Döşlərinizi Tibet üsulu ilə böyüdün!-3
Donuz qripi təhlükəsi: şəxsi gigiyenaya riayət edin
Stresdən xilas olmağın yolları
Azərbaycan Xəzərin şərq sahilləri ilə qaz ixracına hazır olduğunu təsdiqlədi
Dünyanını "lənətləyən" rəssam
Ramazan ayının 18-ci gününün imsak və iftar vaxtları
Daha bir bank bağlandı
HAVA necə olacaq?
Xoşbəxt ailənin formulu: yalnız sevgi kifayətdirmi?
90 yaşlı nənə şəkil çəkməyə başlayarsa...
Azərbaycan ordusu Bərdəni atəşə tutan “Smerç”i məhv etdi - VİDEO
Beren Saat Kənanı təbrik etdi-FOTO
10 ölçülü kainat necə açıqlanır?
Müdafiə Nazirliyi: Gərgin döyüşlər davam edir
Hamilə xanımlar, oriental rəqs edin
Badamcıq əməliyyatı
Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]