
Azərbaycana idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə tətbiq olunan aksiz dərəcələrinin artırılması nəzərdə tutulur.
APA-nın məlumatına görə, Vergilər nazirinin müavini Natiq Əmirov Milli Məclisin iqtisadi siyasət komitəsinin iclasında deyib ki, bununla bağlı Vergilər Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.
Dəyişikliyə əsasən, ölkəyə idxal olunan minik avtomobillərində mühərrikin həcmi 2000 sm³-dək olduqda, mühərrikin həcminin hər sm³-ə görə 0,15 manatdan 0,20 manata qədər artırılacaq. Əgər indi mühərrikin həcmi 3000 sm³-ə qədər olduqda, 300 manat və əlavə olaraq mühərrikin həcminin 2001-3000 sm³ hissəsi üçün hər sm³-ə görə 1 manat aksiz dərəcəsi tətbiq olunurdusa, dəyişiklik qəbul olunduqdan sonra belə avtomobillər üçün 400 manat və əlavə olaraq 2001-3000 sm³ hissəsi üçün hər sm³-ə görə 1,5 manat aksiz dərəcəsi ödəniləcək. Bundan başqa, hazırda mühərrikin həcmi 4000 sm³-dək olduqda aksiz dərəcəsi 1300 manat və əlavə olaraq 3001-4000 sm³ hissəsi üçün hər sm³-ə görə 2 manat təşkil edirsə, qanun layihəsi təsdiqlənəndən sonra aksiz dərəcəsi müvafiq olaraq 1900 manat və əlavə olaraq 3001-4000 sm³ hissəsi üçün hər sm³-ə görə 4 manat olacaq. Hazırda qüvvədə olan qanunda mühərrikin həcmi 4000 sm³-dən çox olduqda bəndinin əvəzində yeni qanun layihəsinə iki bənd - mühərrikin həcmi 5000 sm³-dək olduqda və 5000 sm³-dən çox olduqda əlavə edilib. Belə ki, dəyişiklik məqbul sayılsa, aksiz dərəcəsi mühərrikin həcmi 5000 sm³-dək olduqda 5900 manat və əlavə olaraq 4000-5000 sm³ hissəsi üçün hər sm³-ə görə 8 manat, mühərrikin həcmi 5000 sm³-dən çox olduqda 13900 manat və əlavə olaraq 5000 sm³-dən çox olan hissəsi üçün hər sm³-ə görə 10 manat təşkil edəcək. İndi istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrdə mühərrikin həcminin hər sm³-ə görə aksiz dərəcəsi 1 manatdırsa, dəyişiklikdən sonra bu kateqoriya üzrə aksiz dərəcəsi 3 manat olacaq.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Nazirlikdən tədris ilinin başlama tarixi ilə bağlı AÇIQLAMA
Rusiyanın peyki xarab oldu
Stil ikonu olmaq üçün 7 qayda
Düzgün yuxu vərdişi
Türkiyənin Baş naziri: Bundestaq böyük səhv etdi
Şimşək çaxdı - UNO şəhərə endi -VİDEO
Castin Trüdonun OXŞARI tapıldı-FOTO
“Son zəng” açıqlaması
Kişi sonsuzluğunun müalicəsində mühüm yeniliklər
Avtomobillərin dövlət texniki baxışına təqdim olunma qaydaları dəyişib
Somonlu yumurta salatı (foto-resept)
İstanbul Universiteti koronavirusun yeni müalicə metodunu tapdı - ABŞ hərəkətə keçdi
Hamilə olan Fahriyənin son halı - FOTO
HAVA necə olacaq? 18 MAY
Düşüncə dərsi (3)
Allahşükür Paşazadə Qurban bayramı ilə bağlı fətva verilməməsinə aydınlıq gətirdi
Sabundan hazırlanmış incəsənət
Kaliforniyanın yeni qubernatoru da aktyor olacaq?
Bakı yol polisindən sərt açıqlama: "Kimliyindən asılı olmayaraq..."
2016-cı ilin rəngləri
Tələbələrə smartfon qadağası
Azad Söz (10-cu hissə) SON
Ən böyük mavi almaz tapıldı
İşinizə yarayacaq ixtiralar
Məşhur professordan açıqlama: "Xaş yeyin!"-VİDEO
"Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Minsk Qrupu çərçivəsində mümkündür"
Lavaşlı-kəsmikli piroq (foto resept)
Muncuqla işlədiyim tablolar
Komandir: "Əvvəlki günlərə nisbətən ermənilər sakitləşiblər"
Xoşbəxtlik ətrafımızdadır
BÜRCLƏR bizə nə vəd edir?-3 Yanvar
Uşaq şeirləri
Paris moda həftəsində məşhurlar
Azərbaycanlı nazir xərəklə məhkəməyə aparıldı
Bakıya hava müjdəsi
51 kq Arıqlayıb Britaniya Gözəli Oldu-FOTO
Bakı bulvarının vəfalı gözəlləri
Depressiyaya təbii zərbə
"Aşk tesadüfleri sever 2"nin treyleri yayımlandı - VİDEO
Rəqəmli yayımın analoq yayımdan hansı üstünlükləri var?
Darıxdırıcı həyatı dəyişdirmək üçün nə etməli?
Sağlamlıq haqqında bilmədiyiniz faktlar
Hava haqqında - 05.09.2013
İlk görüşdə bunları yeməyin
20 dollara aldığı divandan sərvət çıxdı
Mart ayının qeyri-iş Günləri
Yağ yandıran içki
Ronaldo oğlunu kubokla vurub - VİDEO
Qadin.Netlilərin körpələri (1)
Putin Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi ehtimalından danışdı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]