Salam əzizim, olar qarşında dayanıb səni seyr edim? Hə, məhz bu dəfə sənə tamaşa etmək istəyirəm. Bilirəm, fikirləşəcəksən ki, nə oldu bəs əvvəllər…? Haqlısan əzizim. Biz beləyik də, vaxtında hər şeyi anlasaydıq nə dərdimiz? Mən vicdansız da o birilər kimi qədrini indi bilməyə başlamışam. Başa düşürəm, çox gecdir, amma əlacım nədir? Yəqin incimərsən, deyilmi? Çünki mən kimiləri o qədər görmüsənki…
Ehhhh! Gündə səni açıb-örtməkdən təngə gətirmişdik. Sən yazıq bir dəfə dillənmədin ki, axı belə olmaz, mənə də istirahət lazımdır. Vallah, təmkininə heyranam. Bu qədər dözümü haradan toplamısan, hə? Yoxsa dünyanın gərdişini sakitcə seyr etmək üçün Allah səni elə lal, səbrli yaradıb?
İndi əllərimi qoyub qalxıram yanına. İcazə verərsən, ayaqlarımı sinəmə sıxıb başımı “köksünə” qoyum? …Ahh, şüşənin istiliyi ürəyimi də isitdi.
Uşaq vaxtı nəfəsimi hopdurub üstündə evcik şəkilləri çəkməyim yadındadır? Yox olub itənə kimi elə təsəvvür edirdim ki, həmin o əyri- üyrü evin içində yaşayıram. Hətta evin yanındakı ağaca dırmaşıb alma da dərirəm. Böyüdükcə xəyallarım da özünə yer tapmırdı: ürəklər, plus, minus, nə bilim, bərabər işarələri çəkməyə başladım. Gah kimisə üyərimə “yapışdırırdım”, gah da kiməsə minus qoymaqla hirsimi üstünə tökürdüm. Sən zavallı da hirslənmək əvəzinə ürəyimi ələ alıb nəvaziş göstərərdin: səhərlər mehi içəriyə ötürüb pərdəylə başıma sığal çəkəndə mən başıboş bunu anlamayıb hirslə pərdəni kənara itələyib səni örtərdim. İllah da ağcaqanadlar, milçəklər qonaq gələndə səndən necə hayıf çıxacağımı bilmirdim. Milçək öldürənlə hücum çəkib əzişdirəndə yazıq şüşələrin az qalırdı çilik- çilik olsunlar…
İndi əzizim, heç bilmədim səni əvəzləmək kimin ağlına gəldi. Məndən olsaydı səni qoruyar, ömrümün sonuna kimi nazınla oynayardım. Amma nə edim, ixtiyarın əlimdə deyil. Birazdan ustalar gəlib səni dəyişəcəklər. Nə bilim, deyirlər təzə qohumun qanacaqlı, mərifətlidir- içəri səs ötürmür. Guya ki, sən səsləri otağa gətirməklə yatmış hirsləri yuxudan oyadırsanmış?! Bir də acığın tutmasın, deyirlər ki, yaman qocalmısan. Yox, əzizim, biz səni əldən salıb qocaltdıq.
Təəssüf, səni daha yaxından anladığım bir zamanda itirmək məcburiyyətindəyəm. Gəl, sonuncu dəfə nəfəsimi sənə hopdurub heç vaxt demədiyim sözlərimi yazım. Bilirəm ki, səni bundan sonra heç kəs silməyəcək. Bax, yazıram – “Dünya bir pəncərədir, hər gələn baxıb gedər. Böyük varlıqsan ki, səbrlə bizi seyr edib hər hərəkətimizə dözmüsən. Biz isə bir dəfə də olsun sənin “dünyanın pəncərəsini” açıb baxa bilmədik. Ona görə bizi bağışla!”
… Səninçün çox darıxacam. Görəsən, ərköyün sahibindən ötrü darıxacaqsanmı?
Ülviyyə Heydərova
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Nefrotik sindrom
Qaraciyər yağlanmasından qoruyan tövsiyələr
Qışda sağlam hamiləlik keçirmək üçün...
Qırmızı mərcidən şorba–püre (foto resept)
Məşhur cütlük barışdı-FOTO
Valideynlərə təcili kömək -1
Prezidentlərin görüşü gözlənilir
Animasiya rekord gəlir qazandı
AFFA-dan "İnter"ə ağır cəza
Çörəyin qiymətini özbaşına kim QALDIRIR?
"İstanbullu gelin"in məşhur cütlüyü ayrıldı-FOTO
Hansı ölkə necə nahar edir?
Düşmənin zabit heyətini aparan maşın məhv edildi - VİDEO
Hava haqqında
Həzm sistemini gücləndirən üsullar
Yaponiyalı gimnast Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıb
Şeyma Subaşı Ən Böyük Peşmanlığını Etiraf Etdi
Sallanan qolları sıxlaşdıran məşq təklifləri
Qış gəldi - harada dincələk?
Xəzərdən Bakını gözləyən təhlükə
Yaşayış yeri haqqında arayış elektronlaşdı
Heyvansevərlər üçün filmlər
Sezen Aksu atasını itirdi
Pandemiya dövründə boşananların sayı AÇIQLANDI
Quyruq yağının faydaları
2016-ya damğa vuracaq hadisələr - PROQNOZ
Gözlərə ziyan vuran vərdişlər
Gəlin makiyajı trendi
Ailənizi xoşbəxt edin
Nikah yaşının qaldırılması lazımdırmı?
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü oldu
Xocalıda öldürülən 63 uşağın xatirəsi əbədiləşdirildi - FOTOLAR
Balaca qız uşaqları üçün ətəyin toxunması
HAVA necə olacaq?-23 Oktyabr
Azərbaycan şəhid verdi
Bakıda küləkli hava olacaq
Kıvanç və Başak şantaş olunur
Keçmiş sevgilinizlə qarşılaşdıqda nə etməlisiniz?
Cəbhədə erməni əsgər öldürülüb
Millət vəkili: “2021-ci il “Qarabağ ili” olacaq”
İnstaqramda əsəbləri korlayan profil sahibləri
Azərbaycanda çəkilən siqaretin sayı açıqlandı
Lavaşlı-kəsmikli piroq (foto resept)
Gəncəyə məxsus suvenirlərin satış məntəqəsi yaradılacaq
Sən yalnızlıq nədir bilirsənmi?
"Oskar" mükafatları paylanır
150 minlik nişan üzüyü ilə gündəm oldu-Əslində isə-FOTO
Cennerin aylıq gəliri TƏƏCCÜBLƏNDİRDİ
Kokos suyu sağlamlığın unikal iksiridir
Çavuşoğlu NATO XİN rəhbərləri ilə Qarabağı müzakirə etdi