Yer kürəsi öz oxu ətrafında bir az yavaş fırlansaydı və ya orqanizminizdəki qan indikindən daha yavaş axsaydı, nə olardı? Bəs Günəşdən gələn işıq yer üzünə bu qədər yüksək sürətlə çatmasaydı? Bəlkə bu mövzular haqqında heç düşünməmisiniz, ancaq bütün bu hadisələrin ən uyğun sürətdə baş verməsi həyatımızı davam etdirməyimiz üçün labüd ünsürdür.
Biz heç fərqində olmadan, həm bədənimizdə, həm də ətrafımızda yaşamağımız üçün lazımi proseslər məhz lazımi sürətdə həyata keçir. Bu sürətdə, məsələn, beyin hüceyrələrinin sürətlə bir-birləri ilə rabitə qurmalarında, göz, qulaq, burun, dil və dəridən gələn siqnalların sürətlə elektrik impulsuna çevrilib sinir hüceyrələri vasitəsilə beyinə göndərilməsində, bitkilərin fotosintez kimi kompleks prosesi həyata keçirməsində, bizdən milyonlarla kilometr məsafədə olan Günəşin işığının böyük sürətlə bizə çatmasında, səsin sürətində və başqa bir çox hadisədə görə bilərik.
Bu proseslərdə bir saniyəlik gecikmə belə insanlara böyük zərər verər, lakin gecikmə heç vaxt baş vermir. Bütün proseslər Allah’ın izni ilə ən uyğun sürətdə, qüsursuz həyata keçir. Biz də bu sayədə heç bir çatışmazlıq olmadan həyatımıza davam edirik.
Kainatdakı sürət
Sürət kainatın yaradılışından başlayır: atomun sürəti
Həyatdakı sürəti, əvvəlcə, kainatın ən kiçik quruluş vahidi olan atomda təhlil edək. Hər atom bir nüvə və nüvənin ətrafında orbitlərdə fırlanan elektronlardan təşkil olunub. Nüvənin içində isə proton və neytron adlandırılan başqa zərrəciklər var. Elektronlar atomun nüvəsinin ətrafında, orbit adlanan yollarda çox böyük nizamla, fasiləsiz fırlanırlar. Elektronların sürəti çox fərqlənir. Ən güclü mikroskopların belə görməyəcəyi qədər kiçik sahədə fırlanan onlarla elektron nüvənin ətrafında müxtəlif orbitlərdə saniyədə 1000 km sürətlə fırlanırlar. Bu sürət bir saniyədə İstanbuldan Antalyaya getmək deməkdir. Bundan əlavə, bu yüksək sürətə baxmayaraq, elektronlar bir-birləri ilə toqquşmurlar.
Planetlərin fırlanma sürəti
Günəş sisteminin quruluşunu təhlil etdikdə hər təfərrüatda çox həssas nizam və incə əyarla qarşılaşırıq. Əgər planetlərin fırlanma sürəti bir az yavaş olsaydı, onda planetlər sürətlə Günəşə doğru cəzb olunar və nəticədə, Günəş tərəfindən böyük partlayışla udulardılar. Bunun tərsi də mümkün olardı. Əgər planetlər daha sürətlə fırlansaydı, bu dəfə də Günəşin cazibə qüvvəsi onları saxlaya bilməz və planetlər kosmosa sovrulardılar.
Halbuki, bu həssas müvazinət hər an, hər saniyə qüsursuz işləyir. Bundan əlavə, hər planet üçün ayrıca həssas müvazinət qurulduğuna da diqqət çəkmək lazımdır. Çünki planetlərin Günəşlə aralarındakı məsafə kimi kütlələri də fərqlidir. Ona görə, hər birinin öz fırlanma sürəti var.
Rəbbimiz bütün həyati funksiyalar üçün möhtəşəm sürət yaratmışdır. Allah’ın izni ilə, bir anda sona çatacaq bu sürət sayəsində bütün kainat mövcudluğunu davam etdirir
Yerin fırlanma sürəti
Yer 24 saatlıq müddətdə öz ətrafında fırlanır və bu sayədə gecə ilə gündüz qısa olur. Qısa olduqlarına görə gecə ilə gündüz arasındakı temperatur fərqi də azdır. Yerin öz oxu ətrafındakı yüksək fırlanma sürəti yer üzündəki temperaturun mütənasib paylanmasına səbəb olur. Beləcə, bir çox canlının yaşaması üçün ideal temperatur mühiti formalaşır. Əgər bu sürət lazımi səviyyədə olmasaydı, yer üzü canlıların həyatı üçün əlverişsiz olacaqdı.
Yağış damcısının sürəti
Hər yağış damcısı Allahın rəhməti ilə yer üzünə narahatlıq verməyəcək sürətlə düşür. Halbuki, yağış damcısı böyüklüyündə və ağırlığındakı hər hansı cismi 1200 metrdən buraxdıqda getdikcə düşmə sürəti artır və yerə təqribən saatda 558 km sürətlə düşür.
Ancaq yağış damcısının yer üzünə düşmə sürəti saatda 8-10 km-dir. Yağış damcılarını tədqiq edən alimlər bu damcıların atmosferin sürtünmə təsirini artıran və yerə düşməsini yavaşladan formada olduğunu aşkar ediblər.
Əgər yağış damcıları saatda 558 km sürətlə yağsaydı, toqquşduğu hər şeyi dağıdar və Yerdə canlılar yaşaya bilməzdi.
Orqanizmdəki sürət
Gözün sürəti: Siz bu cümləni oxuyub bitirənə qədər gözünüzdə təqribən 100 milyard (100.000.000.000) əməliyyat həyata keçirildi. Saatda 500 km sürətlə beyinə impuls göndərən 600 min sinirlə beyinə birləşən göz eyni anda 1.5 milyon impuls qəbul edib bunları tənzimləyir və beyinə göndərir.
Gözə gələn işıq şüaları buynuz qişadan, göz bəbəyindən və daha sonra göz büllurundan keçir. Şəffaf təbəqənin qabarıq üst səthi və göz bülluru işığı sındırır və cismin (şəkilin) görüntüsü tərsinə çevrildikdən sonra tor qişaya göndərilir.
İşığa həssas hüceyrələr (reseptorlar, kolbacıq və çöpcüklər) işığı elektrik siqnallarına çevirir və sinir uclarını qıcıqlandırırlar. Tor qişadan gələn görüntü orijinalından fərqli olaraq tərsinə çevrilmiş və tərs tərəfdədir. Ancaq beyin yenidən görüntünü şərh edərək düzünə çevirir. Bu elektrik siqnalları beyinə cismin növü, ölçüsü, rəngi, məsafəsi haqqında xəbər göndərir və bütün bu ardıcıl əməliyyatlar saniyənin 1/10-i qədər qısa müddətdə həyata keçirilir. Görmə prosesi baş verərkən bir saniyədə həyata keçirilən əməliyyatları heç bir müasir kompyuter yerinə yetirə bilməz.
Ürəyin sürəti: Biz heç fərqində deyilkən orqanizmimizdəki 100 trilyon hüceyrə, damarlarımızda dövr edən qan və bütün orqanlarımız qeyri-adi sürətlə funksiyalarını yerinə yetirirlər.
Ürək dəqiqədə 70 dəfə və hər ilə təqribən 37 milyon dəfədən çox hərəkət edən əzələdir. Bir insanın həyatı boyu təqribən 2.5 milyard dəfə döyünür və təqribən 300 milyon litr qan vurur. Ürək siz yatdıqda belə saatda təqribən 340 litr qan vurur. Başqa sözlə, ürəyimiz avtomobilin yanacaq çənini 1 saatda 9 dəfə doldurar. Fiziki hərəkətlər zamanı, məsələn, qaçarkən ürək sürətini daha da artırır və saatda təqribən 2270 litr qan vurur. Əgər ürək belə sürətlə işləməsəydi və bu qədər çox işi qısa müddətdə görə bilməsəydi, qan orqanizmin hər tərəfinə lazımi vaxtda vurulmaz və bu da bütün orqanların funksiyalarını yerinə yetirməsinə mane olardı.
Qanın laxtalanma sürəti: Bədənimizin hər hansı yerində qanaxma olduqda yara yerindəki zülallar, fermentlər və hormonlar sürətlə öz aralarında rabitə qurub laxtalanma mexanizmi əmələ gətirirlər. İlk yardımı trombosit adlanan qan lövhəcikləri göstərir. “Fon Villebrand” adlı zülal isə qəza yerini işarələyərək trombositləri gördükdə qarşılarını kəsir və hadisə yerində dayanmalarını təmin edir. Hadisə yerinə gələn ilk trombosit xüsusi maddə ifraz edərək digər dəstələri də köməyə çağırır. Bu zaman orqanizmdəki 20-yə yaxın ferment birləşərək yaranın üstündə trombin adlı zülal hasil etməyə başlayırlar. Trombin ancaq açıq yara olan yerdə hasil edilir. Bu zülal tam vaxtında hasil edilməli və tam vaxtında da hasilatı dayandırılmalıdır. Başlama və dayandırılma əmrini trombini hasil edən fermentlər verirlər.
Burada bəhs etdiyimiz fermentlər, zülallar cansız, şüursuz, kor atomların müxtəlif şəkildə düzülüşündən ibarət maddələrdir. Bunların hər biri yaralanma hadisəsinin əvvəlindən öz vəzifələrini yerinə yetirərək təcili axan qanı dayandırmaq üçün təşkilatlanır, dərman və lazımi zülallar hasil edir, kömək üçün digərlərinə xəbər göndərir, digərləri xəbərin mahiyyətini anlayıb sürətlə hadisə yerinə gəlir və hər biri öz funksiyasını tam yerinə yetirir.
Sistem ən kiçik təfərrüatına qədər qüsursuz və sürətlə işləyir. Əgər bu həyati əhəmiyyətli sistemdə çatışmazlıq olsaydı, ürək, ağciyər və beyin kimi orqanlara gedən yollarda tıxanma və qan itkisindən ölüm baş verərdi.
Nəticə
Burada çox kiçik hissəsini təhlil etdiyimiz, ancaq bütün həyatımıza hakim olan bu mütənasib sürət uca Allahın insanlara rəhmətinin dəlillərindəndir. Həm öz bədənimizdə, həm də kainatın hər guşəsində həyat üçün lazımi proseslərin ən uyğun sürətlə baş verməsi, bəlkə də heç fərqinə varmadığımız nemətdir. Hər prosesin sürətinin ehtiyaca uyğun, həssas şəkildə tənzimlənməsi sayəsində həyat mükəmməl ahənglə davam edir. Allah hər şeyi yoxdan yaratmışdır və hər şeyi hər an qoruyur.
R. Əkbərov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Son 45 ildə İLK DƏFƏ - İraqlı qız dünya gözəllik yarışmasında - FOTO
Yay vaxtına keçid bizə nə verir?
Ali təhsildə yenilik
Yadda qalan günlər
Yediklərimiz dərimizə necə təsir edir?
İctimai Şuranın sədr müavini: “Distant dərslər təhsil prosesinin tənəzzülü ilə nəticələnə bilər”
İlgün, İlig...-Uşaqlara bu adlar qoyula bilər
HAVA necə olacaq?- 25 APREL
Koronavirusu daha rahat keçirməyin üsulu məlum oldu
Macar kababı (foto reept)
Hikmət Hacıyev: “Dünən Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb”
Cəbhədə nə baş verir?
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
"ASAN Xidmət" Mərkəzinin təşkilatçılığı ilə "Sən azərbaycanlısan" adlı konsert keçirildi
Bakıda yol qəzaları günün ən çox hansı saatlarında baş verir?
Məşhur müğənnidən gözlənilməz ETİRAF-FOTO
Türk aktrisa oğurluqda ittiham olunur-FOTO
Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar" - FOTO
Azərbaycan ordusu şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı
Alişan və Buse birlikdə veriliş aparacaqlar
Münasibəti məhv edən 5 xəta
Azərbaycanda teatrında yenilik
Sabahın hava proqnozu
Qohumla ailə qurmaq düzgündürmü?
“Ağıllı” saatlar üçün antivirus
Alimlər beyin skaneri yaratdılar
Günün qoroskopu: adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur
Dolunay Soysert çəkiliş vaxtı ciddi xəsarət aldı-FOTO
Oriqami ilə gül düzəldilməsi
Tənbəllikdən xilas ol
Hacı Şahin şəhidlərimizdən yazdı: "Bu olay onu göstərdi ki..."
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi
Milyarderlər harada dincəlirlər?
Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”
4000 miqrant xilas olundu
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi prosesi başa çatıb
Ərdoğan Quran oxudu - VİDEO
Pedaqoji təhsili olmayanlar üçün yeni qaydalar hökumətə təqdim edilib
Xərçəng xəstələrinə tövsiyələr
Stüardessanın qəribə hərəkəti birmənalı qarşılanmadı
Azərbaycanda iki gün iş olmayacaq!
VI sinfin bəzi dərsliklərində ciddi qüsurlar var
Hicablı xanımlar üçün
Bakıda misilsiz endirim başladı
Cazibədarlığınızı artıran davranışlar
Naxçıvanda orduya əmr verildi
Aleyna Tilki Bakıya gəlir - Pulsuz konsert
Bu rayonlarda sərt karantin rejimi ləğv edildi
Makiyaj fırçalarını necə təmizləməli?
Vəhşi qəbilələri müdafiə edən mütəxəssis elə onların atdığı oxdan öldü
- ŞƏRHLƏR