Sinir sisteminiz və görmə sinirləriniz vasitəsilə, əslində, qeyri-adi sürətlə görə biləcəyinizi bilirdinizmi? Bəs bu sürətə mane olan nədir? Sinir hüceyrələri nə məqsədlə bu sürəti azaldırlar? İnsan orqanizmi günbəgün kəşf edilən yeni möcüzəvi xüsusiyyətləri ilə birlikdə yaradılış möcüzəsidir.
İnsanın üstün yaradılışı ilə bağlı tədqiqatlar aparan elm adamları insan orqanizminin sirlərini günbəgün açırlar. Bir müddət əvvəl Pensilvaniya Universitetində sinir sisteminin sürəti ilə bağlı təcrübələr keçirilib.
Görmə sürəti necə müəyyən edildi?
Tədqiqatçılar görmə sürətini müəyyən etmək üçün təcrübədə istifadə etdikləri donuzların tor qişalarına elektrodlar yerləşdiriblər. Gözə daxil olan işıq tor qişada ardıcıl kimyəvi reaksiyalar nəticəsində elektrik impulsuna çevrilir və görmə sinirlərinə ötürülür. Çünki beyin işığı deyil, ancaq elektrik impulslarını şərh edə bilir. Daha sonra gözdəki sinir hüceyrələrindən çıxan akson adlı sinir çıxıntıları beyinin arxasında yerləşən görmə mərkəzinə elektrik impulsları ötürürlər. Tədqiqatçıların hesablamalarına görə, məlumat ötürmə əməliyyatları donuzlarda 875 kilobit sürətlə baş verir.
Elm adamları insanda məlumat ötürülmə əməliyyatlarının 10 dəfə sürətlə baş verdiyini deyirlər. İnsanın görmə prosesi saniyədə 8.75 meqabitlik sürətlə işləyir. Tədqiqatı aparan Vijay Balasubramanian insanın potensialının, əslində, saniyədə 10 meqabitdən çox olduğunu bildirir. Elə isə insanın görmə sinirləri nə üçün potensialından zəif işləyir?
Sinir sisteminin enerjiyə qənaəti
Hər sinir hüceyrəsi öz funksiyasını 1 millisaniyədə (saniyənin mində biri) yerinə yetirir. Ancaq elm adamları insan orqanizminin enerjiyə qənaət etmək üçün sürəti bilərək zəiflətdiklərini deyirlər. Buna baxmayaraq, çox sürətlə görürük. Ancaq daha sürətlə görsək, bu, artıq enerji sərfinə və bizim tez yorulmamıza səbəb olar.
Göründüyü kimi biz fərqinə varmadan belə bizim əvəzimizə enerjiyə qənaət edən sinir hüceyrələrimiz açıq-aşkar şüur və ağıl nümayiş etdirirlər. Şüursuz atomlardan meydana gələn sinir hüceyrələrimiz uca Allah`ın sonsuz ağlının və elminin saysız-hesabsız dəlillərindən biridir.
Sinir hüceyrələrinin sürətlərini məhdudlaşdırmasını sürəti saatda 300 km-ə çatan, ancaq yanacağa qənaət etmək üçün yavaş gedən avtomobilə bənzətmək olar. Unutmaq olmaz ki, avtomobilin sürətini mühakimə qabiliyyəti olan ağıllı sürücü tənzimləyir. Sinir hüceyrələri isə şüursuz atomlardan ibarət mikroskopik vahidlərdir. Bu, onları yaradan Allahın sonsuz ağlının açıq-aydın göstəricisidir.
Beyin necə enerji sərf edir?
Sinir hüceyrələrinin enerjiyə qənaət etmək üçün bu cür tədbir görməsi belə bir sual doğurur: sinir hüceyrələri enerjiyə nə qədər qənaət edir? Çünki insan beyninin kütləsi bütün insan bədəninin sadəcə 2%-ini təşkil edir. Ancaq beyin işləyərkən bədəndəki enerjinin 20%-dən istifadə edir. Xüsusilə sinir yolları yüksək enerji sərf edir, ona görə insan daha sürətlə görmək istəsəydi, bunu bacarardı, ancaq daha çox enerji sərf etdiyi üçün yorulardı. İnsanın tor qişasının hər hüceyrəsi saniyədə 13 bit əməliyyat sürəti ilə işləyir, bu yolla belə insan hərəkət edən cisimləri görə bilir. Hərəkət edən cisimləri görmək vacib olduqda fövqəladə iş rejiminə keçən göz məlumatları daha sürətlə əməliyyatdan keçirməyə başlayır. Tor qişadakı qanqlionar hüceyrələr adlanan hüceyrələr hərəkətli və hərəkətsiz hüceyrələr olmaqla iki qrupa bölünür. Hərəkətli cisimləri sürətlə görmək lazım gəldikdə hərəkətli hüceyrələr işə başlayır, beləliklə, sürət ancaq lazım gəldikdə artırılır.
İnsan gözü saniyədə 10 milyon bit əməliyyat keçirmək qabiliyyətinə malikdir. Mütəxəssislərin fikrincə, görmə sinirləri şirkətlər arasında qurulan ezernet şəbəkəsi sürəti ilə məlumat göndərə bilir.
İnsanın hər iki gözü eyni anda, eyni sürətlə, iki müxtəlif bucaqdan aldığı görüntünü xətasız şəkildə birləşdirib, elektrik impulsuna çevirərək beyinə göndərir.
Hüceyrələr qənaət etməyi necə bilirlər?
Qənaət ağıl və məntiq sahibi olan insanların sınama-yanılma metodu ilə müəyyən etdikləri, məsrəfləri azaltmaq üçün əl atdıqları yoldur. Ancaq bu məqalədə enerjiyə qənaət edənlər təhsilli, ağıllı, məntiqli insanlar deyil, gözlə görünməyən, kiçik, beyni, ağlı və şüuru olmayan bioloji varlıqlar – sinir hüceyrələri, elektrik impulsları ötürən sinir yolları və rabitə sürətini tənzimləyən kimyəvi maddələrdir. Şübhəsiz ki, bir problemə qarşı tədbir görmək, həll yolu gətirmək ağılın göstəricisidir. Bütün kainata hakim olan bu sonsuz şüur və ağıl aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allah yaratdığı hər şeydə elmini və ağlını təcəlli etdirir.
R.Əkbərov
XƏBƏR LENTİ
Türkiyədə "Azərbaycan - İslam incisi" adlı fotosərgi açıldı
Bakı sakinləri, qəpikləri unudun!
Prezidentdən baş nazirə güldürən qalstuk sualı
Bu sezon hər yer "Tropik"
Kədəri aradan qaldıran qidalar
Gəncədə dağıdılan binalardan biri tarixi fakt kimi saxlanıla bilər - VİDEO
Qısa zaman ərzində çəki atmayın!
Qabaqlı toyuq kotleti (foto resept)
Ərdoğan: "Ermənistan odla oynayır"
Murat Bozun yeni sevgilisi anasına görə diqqət çəkdi-FOTO
Yaya hazırsınızmı?
Qış gəldi, xoş gəldi!
Qapılar
Kolleclərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı
Azərbaycanda hava şəraiti dəyişəcək
Çindən ŞOK XƏBƏR: koronavirus yenidən yayılmağa başladı
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
iPad satışları azalır
Azərbaycanda 3 nəfər koronavirusdan sağalıb evə buraxıldı
Putin Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi ehtimalından danışdı
Günün qoroskopu: mühüm informasiya ala bilərsiniz
İnstaqramda SAXTAKARLIQ: FOTOLARDA gözlənti və reallıq
Türkiyədə parlament seçkilərində erməni namizədlər
Uşaqlarda ən çox rast gəlinən 5 ürək xəstəliyi
Qara zirənin faydaları
Fransada Wi-Fi yasaqlandı
Modadan küsdürən nümunələr
Adriana Limanın pəhriz siyahısı
Saç tökülməsinin qarşısını alan üsullar
2013-cü il məzun gecəsi paltarları
Günün qoroskopu: rutinlik və cansıxıcılığın hədlərindən kənara çıxın
Brent neftinin qiyməti 48 dolları ötdü
Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ
Münasibətlərdə ən əsas problem və həlli
İranda güclü zəlzələ olub
Körpələrdə qaz yaradan qidalar
“Hababam sinfi”nin məşhur aktyoru VƏFAT ETDİ
Nikol Kidman pərəstişkarlarını yeni pişiyi ilə tanış edib - VİDEO
Günün ulduz falı
Rubl Rusiyadakı azərbaycanlıları ağır günə salıb
Əhaliyə verilən təbii qaz bahalaşacaq? - SOCAR-dan AÇIQLAMA
Prezident ailəsi ilə Romada şəhər gəzintisində - FOTO
Azərbaycan ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur - RƏSMİ
Mart gəldi, dərd gəldi?
Nəzrinin payız kolleksiyasından seçmələri
Kadir Doğulu
Gizli otaqlar
Klaç çanta modelləri
Sahibi ilə birlikdə it də karantinə salındı
Yer əhalisi çoxalır
- ŞƏRHLƏR