Statistika göstərir ki, insanlar arasında vaxt öldürməyin ən populyar vasitəsi televizora baxmaqdır.
Britaniya mətbuatının yazdığına görə, yerli alimlər bu vərdişin insana son dərəcə zərərli olduğunu bir daha sübut edib. Yeni araşdırma göstərib ki, televizor qarşısında keçirilən hər saat ürək çatışmazlığı xəstəliyi riskini ciddi şəkildə artırır. Gündə 4 saat televizora baxan insanlarda bu risk ümumiyyətlə, televizordan uzaq olanlarla müqayisədə düz 28% çoxdur.
Gün ərzində altı saatdan az yatmağın, erkən yaşda ölüm ehtimalını artıra biləcəyi bildirildi.
İngilis və İtalyan alimlərinin etdiyi araşdırmada ,müntəzəm şəkildə az yatan şəxslərin 25 illik müddətdə erkən ölüm ehtimalının , “ideal”olaraq qəbul edilən 6 ilə 8 saat yatanlardan yüzdə 12 nisbətində daha çox olduğu irəli sürdü.
Nəticələri Sleep jurnalında yayımlanan araşdırma, ayrıca 9 saatdan uzun yuxuyla erkən ölüm arasında bağlantılı olduğunu göstərdi. 1 milyon yarım insan arasında aparılan araşdırma gün ərzində 5 saat yuxunu çox insanlar üçün yetərsiz olduğunu bildirdi
Yeni doğulmuş uşaqların öyrənmə prosesinin yuxuda belə davam etdiyi bildirildi.
İtalyan La Stampa qəzetində olan xəbərə görə, Florida Universiteti Elim adamlarının yeni doğulmuş 26 uşaq üzərində apardığı araşdırma, gün ərzində orta hesabla 18 saat yatan uşaqların,yuxularında belə məlumatları bir süngər kimi əmdiklərini irəli sürdü.
1-2 günlük uşaqların göz qapaqlarına, onlar yatar kən bir səs müşaəti ilə bir miqdar hava üflənən araşdırmada ,təqribən 20 dəqiqə sonra 26 uşaqdan 24-ünü sadəcə səsi eşitdiklərində gözlərini qırpdıqları müşahidə olundu.Bu vaxt uşaqların beyin dalğalarında da dəyişikliklər olduğunu müəyyən edən elm adamları, yuxuda öyrənmənin yeni doğulmuş uşaqlara xas olduğuna, yeniyetmələrin belə bir bacarığı olmadığını bildirdi.
Ekspertlər, araşdırmanın, otizm və disleks kimi xəstəlikləri olan körpələrə erkən diaqnoz qoyulmasına kömək ola biləcəyini də dedilər
Hamilə qadınlar siqaret çəksə cərimələnəcək

Bu qadağa İtaliya hökümətindən gəlib. Bunu dünya şöhrətli italyan professoru Ciorlandino siyasətçilərdən ciddi surətdə tələb edib.
“Gələcək ana dodağına siqaret aparanda bətnindəki körpə tüstüdən əziyyət çəkir. Əgər bu ananın öz hüququdursa, bəs körpənin hüququnu kim qorumalıdır?”-tanınmış professorun əsas arqumenti budur: ”Körpə ana bətnində buna qarşı mübarizə apara bilmir, özünü qoruya bilmir. Gəlin biz o körpəni qoruyaq. Axı o körpələr bizim gələcəyimizdir!”
Beləliklə, hamilə qadınlar siqaret çəksə, onlar yüksək məbləğdə cərimə olunacaqlar. Üstəlik, hamilə qadınların yanında siqaret çəkənləri də xüsusi cərimələr gözləyir.
Dünyaya körpə gətirməyə hazırlaşan əziz analar, siqareti tullayın. Qoy sizin körpələriniz sağlam böyüsün. Axı, onlar bizim gələcəyimizdir!

Mobil telefonların üzərindəki aktiv bakteriyalar unitazın su bakının qulpundakı bakteriyalardan düz 18 dəfə çoxdur.
«The Daily Telegraph» yazır ki, 30 mobil telefon üzərindən götürülmüş analiz bu aparatların üzərində sağlamlıq üçün ciddi təhlükə yarada biləcək bakteriyaların toplandığını göstərib. Üstəlik, telefonlar üzərindəki bakteriyalar daha sürətlə yayılır.
Ekspertlər mobil telefonların tez-tez sterilizə olunmasının vacibliyini bildirir. Onları ən azı spirtli salfetlərlə mütəmadi olaraq silmək tövsiyyə olunur.
Mütəxəssislər bildirir ki, əksəriyyət bu suala «xərçəngdən» cavabı verir. Amma əslində zərif cinsin nümayəndələri arasında cəmi 27% süd vəzinin xərçəngindən dünyasını dəyişir.
Təkcə ABŞ-da hər il yarım milyon qadın …ürək-damar sistemindəki çatışmazlığın qurbanı olur. Məsələ ondadır ki, qadınlarda ürək problemləri kişilərdəki kimi ağrı və digər ənənəvi simptomlarla müşayiət olunmur. Bu səbəbdən ürək əksəriyyət xanımların heç yadına düşmür. Alimlər bildirir ki, qadınlarda ürək çatışmazlığı özünü ürəkbulanma, baş ağrısı, ürək döyüntüsü şəklində büruzə verir.
Rusiya mətbuatı xəbər verir ki, alimlər qadınların da uzunömürlülüyündə nikahın rolunu üzə çıxarıb. Bu sahədə araşdırma aparan Amerika alimləri müəyyənləşdiriblər ki, qadının əhvalını ən çox yüksəldən amillərdən biri kişinin öz günahını etiraf etməsidir. Bu, ümumilikdə xanımın səhhətinə müsbət təsir göstərir. Əgər kişi xanımının xətrinə dəyən kimi ondan üzr istəyir, günahını boynuna alırsa, cəmi 5 dəqiqədən sonra qadının əsəbləri sakitləşir, əsəbdən pozulmuş qan təzyiqi və ürək döyüntüsü qaydaya düşür.
Dondurma sümüklərin inkişafına kömək edir
Hər gün 100 qram dondurma insan orqanizmi üçün faydalıdır. Əsasən yayın ən gözəl diserti olan bu məhsul uşaqlarda sümüklərin inkişafına yardım edir. Türkiyənin İnönü Universitetinin tibb mərkəzinin baş diyetoloqu Aygül Güvənin sözlərinə görə, dondurmanın tərkibində maqneziyum, dəmir və fosfor kimi minerallarla yanaşı A, B, C, D, E qrupu vitaminlərdə var. “Sütdə olan kalsiyum və fosforun miqdarı dondurmanın tərkibində daha da çoxalır. Bunun üçündə hər gün 100 qram dondurma uşaqların inkişafı üçün önəmlidir. Amma bu miqdarın artırılması bir çox xəstəliklərlə yanaşı artıq çəkiliyədə yol aça bilər”. Dondurmanın daha bir xüsusiyyəti isə onun başqa şirniyyatlara nisbətən daha az kalorili olmasıdır.
Həkim şokoladlı dondurma yerinə meyvəli, limonlu, fındıq, badam və ya fıstıqlı dondurmalara daha çox üstünlük verməyi məsləhət görüb.
Təbii ki, bütün bunlar üçün dondurmanın sanitar, gigiyenik qaydalara əməl edilərək hazırlanması əsas şərtdir.
Ağız və diş sağlamlığına diqqət etməyənlərdə infakt riski yüksək olur. Belə ki, onların infarkt olma riski gündə iki dəfə dişlərini fırçalayanlarla nisbətən 70 faiz çoxdur. İngiltərədə aparılan araşdırmalar zamanı belə bir nəticə əldə olunub ki, ürək xəstəlikləri ilə diş-damaq xəstəlikləri arasında əlaqə son 20 ildə artıb.
Araşdırma zamanı 11 mindən artıq insanın həyat tərzi, ağız və dişə qulluq etmələri tədqiq edilib. Bu nəticələr ölüm göstəriciləri ilə müqayisə edilib. Bundan əlavə dişlərinə qulluq etməyənlərin qanlarının tərkibində də müxtəlif birləşmə və maddələrində normadan artıq olduğu müəyyən edilib.
Cavanlıq iksiri
Finlandiyalı ekspertlərin apardığı araşdırma,gün ərzində bir parça pendir yeməyin yaşlanmaya bağlı olaraq sinir sistemində yaranan xəstəliklərin müalicəsində təsirli olduğu təsbit edildi.
Ekspertlər belə dedi: Yaxşı bakteriyalar baxımından sıx olan köhnə pendirlər probiyotik cəhətdən daha zəngindir.
Bu pendirlərin içindəki bakteriyalar yaşlanmanı gecikdirici xüsusiyyətə də sahibdir əsasən yaşlılar mütləq köhnə pendir yeməlidir.
Hətta bir ədəd banan çox xeyirlidir
20 qadın və kişi arasında eksperiment aparıldı.
Onların hamısına bir banan yemək tapşırıldı. 20 dəqiqədən sonra iştirakçıların qanda olan xolesterinin səviyyəsini yoxladılar. Məlum oldu ki o xeyli azaldı.
Bununla əlaqədar ekspertlər belə nəticəyə gəldilər ki, banan aterosklerozun, ürək-damar xəstəlikilərinin inkişafi riskini azaldır, damarları gücləndirir.
Bu meyvənin xeyiri onun tərkibinə daxil olan fruktooliqosaxaridlərdədir.
Fruktooliqosaxaridlərin tərkibində kalori yoxdur, o fibra kimi təsir göstərmir və xolesterinin səviyyəsini azaldır.
Onu da qeyd etmək lazımdır ki, tibb işçilərinin apardıqları araşdırmalara əsasən televizor uşaqlara həm müsbət həm də mənfi təsir göstərə bilər.
Həkimlərin çoxu isə hesab edir ki, cizgi filmlər ağrıkəsici effekti göstərmir, sadəcə uşaqların fikrini yayındırır və ağrını passivləşdirir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Berlin “soyqırım” deməyibmiş
Tarixin ən çılğın kral və kraliçaları
Koronavirusla bağlı son STATİSTİKA
Cakondamı, Səbinəmi?
Azərbaycanda camaata qida əvəzinə zəhər satırdılar
Yağlı yeməklərdən QAÇIN! - Beyini “iflic edir”
Akvarium çətir (özün düzəlt)
Dekabrda donacağıq?
Gicitikanın faydası və çayı
"Grammy": mərasim və qaliblər
Nanəli ayran (foto-resept)
Yerdə maqnit qasırğası başladı
Kiyevdə toqquşmalar zamanı 77 nəfər həlak olub
40 yaşından sonra gözəlliyi necə qorumaq olar?
iPad 5 artıq hazırdır?
Yuxular və yuxuyozmalar (6)
Səsverməyə ayı balası ilə gəldi – FOTO/VİDEO
Şotlandiya müstəqilliyə "yox" dedi
Ermənistana məcburi eniş edən azərbaycanlılarla bağlı ilginc detal
İlham Əliyev bir qrup hərbçini “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif etdi
Azərbaycanda küləyin sürəti saniyədə 34 metrə çatıb - FAKTİKİ HAVA
Diqqət! Diqqət! Danışır Bakı!
Ronaldinyo borc içindədir-SƏBƏB
Qurban Qurbanov: "Dediklərimin canlı şahidi olduq"
Nanə çayının faydaları
Zoe Kravitzin gözəllik sirləri
Qeysəriyyə əməliyyatı haqda nə bilirik?
Daun sindromlu model beynəlxalq gözəllik müsabiqəsinin qalibi oldu-FOTO
Şagirdlərə şad xəbər
Diplom ala bilməyən tələbələrə güzəşt ediləcək? - VİDEO
Kıvanç Tatlıtuğ izəyicisini məhkəməyə verdi
Hamiləlikdə qidalanma və çox yaşanan problemlər
Təkcə siqaret çəkənlərin tutulduğu xəstəlik
Günün ulduz falı - 24.08.2013
Dünyanın ən uzun tuneli bugün açılacaq
Koronavirusla bağlı təhlükəli fırıldağın üstü açılıb
I Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan hərbçilərinin dəqiq sayı açıqlandı
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
"Tısbağa" poğaça (foto resept)
Çəkini niyə azalda bilmirik?
Azərbaycan tarixindən yüz şəxsiyyət-75
"WhatsApp"da yeniliklər
Gürcüstan Dövlət Gənc Tamaşaçılar Teatrı Bakıya gəlir
SOS: Ebola virusu Azərbaycana yaxınlaşır
Dəhşətli vulkan görüntüləri
Saç dərisini dəyişdirmək istəyən qıza həkimlər "YOX" dedilər-SƏBƏB
Hərbi Akademiyanın magistraturasına qəbul olmaq istəyənlərin nəzərinə
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı şəhərindəki filialı tələbə qəbulu elan edir
Qubada qədim qəbirlər tapılıb
Dörd "virtual Madonna" bir səhnədə-VİDEO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]