Artıq 3 çərşənbəni geridə qoyub ən önəmli çərşənbə olan axır çərşənbəni,yəni Torpaq çərşənbəsini gözləyirik.
İstəyirəm sizə bizim kənddə axır çərşənbənin necə keçirildiyindən danışım.
Həmin gün qızlar və oğlanlar 2-3 evdə dəstə ilə toplanıb çərşənbəni qeyd edirdilər .Qızlar yığılan evin əl damında mütləq yellənçək asardılar.
Hər həyətdə tonqal ,qalanardı,hamı tonqalın üstündən hoppanırdı.
Xəlvətcə qapı pusmağa gedirdik .Nə eşitsək yozmağa çalışırdıq.Hamı çalışırdı həmin axşam yaxşı söz danışsın ,yoxsa gənc qızlar küsürdülər.
Sonra ən maraqlısı çilə çıxartma başlayırdı.Cavan qızlar hamı susub otururdu,bir gəlin başçı olurdu.Ortaya böyük bir sandıq qoyurdular,üstünə 1 yanan lampa 1 qab bulaq suyu,su mis qabda olurdu,1-də qırmızı ipək parça. 1 balaca qız (hələ aybaşı görməmiş) oturardı sandığın üstündə.Qırmızı parçanı atardılar onun başına,başçı kimə işarə etsə o,niyyət tuturdu ,balaca qız suya baxırdı orda nə görsə onu deyirdi.Həmin deyimi kənddə olan yaşlı qadınlar yozardılar.Sizləri inandırım həmin yozmaların çoxu düzgün olurdu.Yəni çox qızların taleyi həmin yozmalardakı kimi olurdu.
Birdə təzə gəlinləri suya çıxardırdılar həmin gün ,qız-gəlin hamısı yığışardı bulağın başına .Əvvəlcə gəlinin başına su tökərdilər,sonra şirni paylayardılar,o gündən sonra gəlin bulaqdan su gətirməyə gedə bilərdi.
Lap birinci çərşənbədən axırıncı çərşənbəyə kimi yumurta döyüşdürürdülər. Yumurta döyüşdürməsində nəinki uşaqlar, hətta kişilər də fəal olurdu. Axırıncı çərşənbədə mütləq qırmızıya boyanmış yumurta olardı süfrədə.
Hamı aş bişirirdi yanında da bozartma (aşqara bilmirdik).Şirniyyat da təkcə irəvan kətəsi bişirilirdi.
Ən çox sevinən nişanlı qızlar olardı, çünki həmin axşam onlara Bayram payı gedirdi.
Gecə saat 12-dən sulaşma başlayırdı, səhər 12-yə kimi.Başqa qızlar qaçıb gizlənsəydi olardı amma nişanlı qız mütləq bayıra çıxmalıydı ki, nişanlısı onu sulasın .
Xanımlar siz çərşənbə əlamətləri haqda nə bilirsiz yazın.Gəlin birləşək qoymayaq adətlərimiz unudulsun.
XƏBƏR LENTİ
Dəri pencəklər
Atatürk Azərbaycan səhnəsində
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilin idman təşkilatçısı elan edilib
Qarabağ mətbəxi- "Səbzi plov" (foto-resept)
TQDK-dan Facebook xəbərdarlığı
Parlaq və ləkəsiz dəri üçün maska
İlk körpə həyəcanı
Ağstafa sakinin 201 yaşlı royalı-VİDEO
Nüfuzlu "Əl-Fəcr" qəzetində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında geniş məqalə dərc edilib
Qarpız haqqında bilmədikləriniz
Ece Erkenin sözləri məsxərəyə qoyuldu-FOTO
Ölümcül virus İsrailə də çatdı
Rusiyada quş qripi yayıldı
Mehriban xanım David dö Rotşild ilə görüşdü-FOTO
Bezeli vafli tortu (foto resept)
Görmə problemindən ən çox kimlər əziyyət çəkir?
İş axtaranların nəzərinə: Bukingem sarayında aşpaz vakansiyası var
Qadınlığa gedən 4 yol
Çempionlar Liqasının oyunları telekanallarda
Kağız halva-7
Limondan 7 gözəllik sirri
Muraddan Aslıya mesaj: "Bir ömür gözləməyə hazıram"
Sensasiya: Marsda su tapıldı
Nemət Pənahlı sərbəst buraxıldı
Alimlər xolesterinin mədəyə təsirini izah etdilər
Fərqli ayaq bilərzikləri
Türkiyədə 27 nəfəri belə partlatdılar
Həyətimizi özümüz bəzəyək
Medvedevdən Obamaya iPhone çağırışı
Uşaq köpəyi, köpək uşağı xilas etdi
Corabdan qar adam (özün düzəlt)
Məşhur aktyor tanınmaz halda
İmmuniteti gücləndirən 5 ərzaq
Dünyanı ŞOKA SALAN uşaq - VİDEO
Sahibini izləyən robot-çamadan təqdim edildi
Rezin əlcək koronavirusdan qoruyur? - ÜST AÇIQLADI
"Sənət aləmində dostum yoxdur"
Mübariz İbrahimovun şəhadətindən 7 il ötür
Məşhur müğənni fili övladlığa götürdü-FOTO
Xalq artisti Mirzə Babayevin 100 illik yubileyi keçiriləcək
Albalı pudinq (foto resept)
Ceyms Uorlik kimə işləyir?
Bakının bir hissəsində internet çökdü
Əllərimizdəki təqlid edilməz yaradılış
İnformasiyanı haradan alırsınız?
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
Kaya Çilingiroğlu Hülya Avşardan danışdı
Məşhur aktrisa ana oldu-FOTO
Qar yağacaq
Fraktal həndəsə
- ŞƏRHLƏR