Artıq 3 çərşənbəni geridə qoyub ən önəmli çərşənbə olan axır çərşənbəni,yəni Torpaq çərşənbəsini gözləyirik.
İstəyirəm sizə bizim kənddə axır çərşənbənin necə keçirildiyindən danışım.
Həmin gün qızlar və oğlanlar 2-3 evdə dəstə ilə toplanıb çərşənbəni qeyd edirdilər .Qızlar yığılan evin əl damında mütləq yellənçək asardılar.
Hər həyətdə tonqal ,qalanardı,hamı tonqalın üstündən hoppanırdı.
Xəlvətcə qapı pusmağa gedirdik .Nə eşitsək yozmağa çalışırdıq.Hamı çalışırdı həmin axşam yaxşı söz danışsın ,yoxsa gənc qızlar küsürdülər.
Sonra ən maraqlısı çilə çıxartma başlayırdı.Cavan qızlar hamı susub otururdu,bir gəlin başçı olurdu.Ortaya böyük bir sandıq qoyurdular,üstünə 1 yanan lampa 1 qab bulaq suyu,su mis qabda olurdu,1-də qırmızı ipək parça. 1 balaca qız (hələ aybaşı görməmiş) oturardı sandığın üstündə.Qırmızı parçanı atardılar onun başına,başçı kimə işarə etsə o,niyyət tuturdu ,balaca qız suya baxırdı orda nə görsə onu deyirdi.Həmin deyimi kənddə olan yaşlı qadınlar yozardılar.Sizləri inandırım həmin yozmaların çoxu düzgün olurdu.Yəni çox qızların taleyi həmin yozmalardakı kimi olurdu.
Birdə təzə gəlinləri suya çıxardırdılar həmin gün ,qız-gəlin hamısı yığışardı bulağın başına .Əvvəlcə gəlinin başına su tökərdilər,sonra şirni paylayardılar,o gündən sonra gəlin bulaqdan su gətirməyə gedə bilərdi.
Lap birinci çərşənbədən axırıncı çərşənbəyə kimi yumurta döyüşdürürdülər. Yumurta döyüşdürməsində nəinki uşaqlar, hətta kişilər də fəal olurdu. Axırıncı çərşənbədə mütləq qırmızıya boyanmış yumurta olardı süfrədə.
Hamı aş bişirirdi yanında da bozartma (aşqara bilmirdik).Şirniyyat da təkcə irəvan kətəsi bişirilirdi.
Ən çox sevinən nişanlı qızlar olardı, çünki həmin axşam onlara Bayram payı gedirdi.
Gecə saat 12-dən sulaşma başlayırdı, səhər 12-yə kimi.Başqa qızlar qaçıb gizlənsəydi olardı amma nişanlı qız mütləq bayıra çıxmalıydı ki, nişanlısı onu sulasın .

Xanımlar siz çərşənbə əlamətləri haqda nə bilirsiz yazın.Gəlin birləşək qoymayaq adətlərimiz unudulsun.
XƏBƏR LENTİ
Dəhşətli epidemiya ilə bağlı xəbər yayıldı
Kann mükafatı alan, həbsdə yatan, qocalar evində ölən rejissorumuz
2013-2014 mövsümü üçün payız-qış kostyumları
"5 il əvvəl, Yeni ildə həyatım tamamilə dəyişdi" - Kənan - FOTO
Qəbrdən oğurlanan cəsəd-QƏRİBƏ ADƏT
Zökəmi unudun
BÜRCLƏR bizə nə vəd edir? -13 MAY
Moruqlu napoleon tortu(foto resept)
İşə velosipedlə getməyin faydaları
Hava necə olacaq?
Ed Şiran izləyicilərini TƏƏCCÜBLƏNDİRİB-FOTO
2018-in gəlin saç düzümləri
Küçələrdə qapıları yalayan seksual manyak peyda olub - FOTO
Ordumuz bir sıra strateji yüksəklikləri işğaldan azad etdi
Bu obyektlər yaxın günlərdə açıla bilər - Nazir açıqladı
Saytımızın ƏN-ləri IV HİSSƏ
Dünyanın ən kök adamı öldü
Sabah havanın hərarəti 36 dərəcəyə çatacaq
VB 6 Pəhrizi (Vegan Before 6)
Uşaqları xaricə aparmaq qaydası açıqlandı
Daşaltı əməliyyatından 23 il ötür
Hamilə olduğunu zənn etdi, əslində isə-ŞOK Görüntü
Uşaqların əl işi olan oyuncaqlar
Letolojika
Körpələr ayda neçə kilo almalıdır?
Messi 6-cı dəfə "Qızıl buts" aldı
Cəbhədə durum gərgindir
Bakıdakı Andranik qalmaqalının kökü tapıldı
Qadın.Netlilərin tərcümeyi-halı - 6
Günün qoroskopu: düşünməyin ki, bütün dünya sizin əleyhinizə qalxıb
Zövqlü geyim dəstləri
Konsert həvəskarlarının nəzərinə
Birinci xanımın baharı
Cütlüyün təyyarə sərgüzəştləri təəccübləndirir-FOTO
Atalar və oğullar savaşına yeni baxış
Ancelina Colinin boşanmadan sonra ilk sessiyası - FOTO
Etirazçılar Paşinyanın mənzilinə basqın etdilər - VİDEO
Bu yay şagirdlər üçün böyük surpriz hazırlanır
Çində 600 milyon nəfər internetdədir
2020 Grammy Musiqi Mükafatları: Qırmızı Xalça
Küçəyə atılan it özünə iş tapdı
Facebook pullu ola bilər
Məşhur cütlük ayrıldıqdan sonra-FOTO
Azərbaycanda daha bir günəş elektrik stansiyası işə düşdü
İstirahət gününün HAVAsı
Hava ilə bağlı ŞOK AÇIQLAMA: dəhşətli istilər olacaq
Meqanın qardaşı növbəti məktubuyla sarayda səs-küy yaratdı-FOTO
Miselyar su nədir?
Burun əməliyyatından əvvəl nə etməli?
BÜRCLƏR bizə nə vəd edir? - 3 MART















- ŞƏRHLƏR