Artıq 3 çərşənbəni geridə qoyub ən önəmli çərşənbə olan axır çərşənbəni,yəni Torpaq çərşənbəsini gözləyirik.
İstəyirəm sizə bizim kənddə axır çərşənbənin necə keçirildiyindən danışım.
Həmin gün qızlar və oğlanlar 2-3 evdə dəstə ilə toplanıb çərşənbəni qeyd edirdilər .Qızlar yığılan evin əl damında mütləq yellənçək asardılar.
Hər həyətdə tonqal ,qalanardı,hamı tonqalın üstündən hoppanırdı.
Xəlvətcə qapı pusmağa gedirdik .Nə eşitsək yozmağa çalışırdıq.Hamı çalışırdı həmin axşam yaxşı söz danışsın ,yoxsa gənc qızlar küsürdülər.
Sonra ən maraqlısı çilə çıxartma başlayırdı.Cavan qızlar hamı susub otururdu,bir gəlin başçı olurdu.Ortaya böyük bir sandıq qoyurdular,üstünə 1 yanan lampa 1 qab bulaq suyu,su mis qabda olurdu,1-də qırmızı ipək parça. 1 balaca qız (hələ aybaşı görməmiş) oturardı sandığın üstündə.Qırmızı parçanı atardılar onun başına,başçı kimə işarə etsə o,niyyət tuturdu ,balaca qız suya baxırdı orda nə görsə onu deyirdi.Həmin deyimi kənddə olan yaşlı qadınlar yozardılar.Sizləri inandırım həmin yozmaların çoxu düzgün olurdu.Yəni çox qızların taleyi həmin yozmalardakı kimi olurdu.
Birdə təzə gəlinləri suya çıxardırdılar həmin gün ,qız-gəlin hamısı yığışardı bulağın başına .Əvvəlcə gəlinin başına su tökərdilər,sonra şirni paylayardılar,o gündən sonra gəlin bulaqdan su gətirməyə gedə bilərdi.
Lap birinci çərşənbədən axırıncı çərşənbəyə kimi yumurta döyüşdürürdülər. Yumurta döyüşdürməsində nəinki uşaqlar, hətta kişilər də fəal olurdu. Axırıncı çərşənbədə mütləq qırmızıya boyanmış yumurta olardı süfrədə.
Hamı aş bişirirdi yanında da bozartma (aşqara bilmirdik).Şirniyyat da təkcə irəvan kətəsi bişirilirdi.
Ən çox sevinən nişanlı qızlar olardı, çünki həmin axşam onlara Bayram payı gedirdi.
Gecə saat 12-dən sulaşma başlayırdı, səhər 12-yə kimi.Başqa qızlar qaçıb gizlənsəydi olardı amma nişanlı qız mütləq bayıra çıxmalıydı ki, nişanlısı onu sulasın .
Xanımlar siz çərşənbə əlamətləri haqda nə bilirsiz yazın.Gəlin birləşək qoymayaq adətlərimiz unudulsun.
XƏBƏR LENTİ
Balıq küftəsi (foto resept)
Son 3 gündə Azərbasycanda 4 zəlzələ baş verib
2015-ci il Nobel Sülh Mükafatı siyasi təşkilata verildi
Düyü suyunun faydaları
Yuxular bizə nə deyir?
Lavaşarası sosiska (foto resept)
Azərbaycanda insanların qripə yoluxması vəziyyəti dəyərləndirildi
Yaponlar "kosmos lifti" hazırlayırlar
Emin Əmrullayev özəl təhsil müəssisələrinin tədris ilinə hazırlığı ilə maraqlanıb.
İmmunitet sistemini zəiflədən hallar
Xəsislik - Allaha güvənməmək, israf isə...
Şambali (foto resept)
Bakı Rusiyadan ad istəyir
Bu nasazlıqlara görə 50 manat cərimə oluna bilərsiniz
Türkiyəyə səfər edənlərin nəzərinə: Pasportlarınıza fikir verin
21 uşaqlı ailədə Yeni İl xərci-5000 dollar
Viktoriya zövqlü modelyer seçilib
Nişan üzükləri
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb
İspan dili 7-ci dərs
Bakıda 1000 manata yolka
Koronavirusun yoluxuculuğu hansı mühitdə ŞİDDƏTLƏNİR?
Kəlbəcərin Aşağı Ayrım kəndindən görüntülər - VİDEO
MN: “Cəbhənin Ağdam istiqamətində ordumuzun zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib”
Bakıda ən çox hansı kitablar oxunur? – SORДћU NƏTİCƏLƏRİ
Ceki Çan koronavirusa görə karantinə alındı
İlk istilik batareyası təqdim edildi
Koronavirusla bağlı SON STATİSTİKA
Taksi sürücülərinə qarşı reyd keçirilib
Közlənmiş badımcan qızartması (foto resept)
Kənd təsərrüfatı siyahılaşdırılacaq
Azərbaycanda icbari tibbi-sığorta tətbiq olunacaq
Murat Boz bu reklamdan 3 milyon qazanacaq
Hansı xəstələrə pulsuz dərman verilməlidir?
Bir ildir Yaşarsızıq, unutmadıq
Müəllimlərin işə qəbulu üzrə elektron qeydiyyat başa çatdı - VİDEO
Azərbaycandakı uzunömürlülərlə bağlı MARAQLI MƏLUMATLAR aşkarlanıb
Kobenin xanımı faciədən sonra ilk dəfə yazdı-FOTO
"Diriliş Osman"ın bəş qəhrəmanları bəlli oldu-FOTO
Mart ayı üçün bayram və tarixi günlər
Evini zibilxanaya döndərənlər...
Zarafatlar bizi cəhənnəmlik edə bilər
70 yaşlı Vera Wangın karantin şəkilləri
Bakıya yağış, rayonlara sulu qar və qar yağacaq
BÜRCLƏR bizə nə vəd edir? - 17 APREL
Çalışan analara məsləhətlər
Əl işlərim, hazırladığım geyimlər
Qucağa öyrəşən uşaqlara necə davranmalı?
Barışdıqdan sonra ilk dəfə-FOTO
Hava necə olacaq?
- ŞƏRHLƏR