Qaçmaq. Hər şey sadə bir hərəkət kimi görünə bilər. Sadəcə çıxıb getmək, küsülü bir uşaq kimi. Hərdən sahilinə qayıtmayan bir dalğa kimi yox olmaqdır. Mesaj verməkdir, söz deməkdir. Hərdən gəl barışaq deməkdir. Qaçmaq bir zaman mövqedir, ətrafını qiymətləndirməkdir, mühitə reaksiyadır.
Çarəsizliyin göstəricisi, əlacsız olmağın ağrılı təzyiqidir. Bacarmırsan və qaçırsan. Uğursuzsan, ondan qaçırsan? Bəlkə daha böyük uğursuzluğa qaçırsan bilmirsən, amma əlindən gələn başqa bir şey yoxdur.
Yeni cəhdlərdən qaçırsan yəqin. Eqonu tapdalatmaq istəmirsən ola bilsin. Ehtimal ki, eqoistsən. Qaç ki qaçasan. Bacardığın qədər uzağa qaçasan. Eqondan! Sonsuz bir akt kimi görünə bilər eqondan qaçmaq, onu itirmək, azdırmaq asan deyil, amma ondan uzaqlaşdıqca istədiyinə çata bilərsən. Məhz həmin yeni cəhdlərin üfüqü parlaya bilər. Maraqlı səslənir. Amma sən sadəcə olduğun yerdən, beyninin içindən qaçırsan. Düşüncələrini gəmirəm şübhələrdən qaçırsan və həqiqətən çatacağın haranınsa olduğuna inanırsan. Sən sadəcə üfüqün cəhətindən xəbərsiz balıqçı kimi qayığınla bilmədiyin istiqamətə “qaçırsan”. Orda isə quru yoxdu. Bu cəhd yeni bir cəhd kimi çox uğursuzdur. Bəlkə də bundan qaçmalısan.
Qaçmaq bəzən etirazdır qərarlarına qarşı. Otağının pəncərələrinə köhnə qəzetləri yapışdırıb ətrafdan qaça bilərsən. Evinin qapısını içəridən kilidləyib, açarı balkondan atıb insanlardan qaça bilərsən. Amma beyninin içindən qaça bilməzsən. Qaç ki qaçasan. Hara qədər? Boğazında düyünlənən sözlər hələ də ordadır. Dodaqlarına qədər qaçırlar. Danışmasan da. Onlar gec-tez azad olacaq, çünki beyninin içindən ki qaça bilməzsən. Sən yox, artıq başqa birisi oturub orda. Evin ehtiyat açarı da ondadır bəlkə. Sən də axmaq kimi ondan qaçırsan.
İndi mən deyim, amma sən inanma, çox vaxt özünü aldatmaqdır qaçmaq. Yoxluğuna bir don geyindirib səhnəyə buraxmaq.
Tural Babayev
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Fənərbağça"lılara üzücü xəbər
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Aclıq çəkmədən 60 kq arıqladı-FOTO
Yarımbarmaq əlcək modelləri
Orqanizmdə vitamin balansının pozulması
Dadlı tost (foto-resept)
Şumaxerin həyatı ilə bağlı xoş xəbər
Hindistanda ikibaşlı ilan aşkar edilib - VİDEO
Ehramda təyyarə boyda gizli otaq tapıldı - Sensasiyalı kəşf -FOTO
Demet akalın boşandı-FOTO
FİFA-da korrupsiya qalmaqalı böyüyür
Hadise tanınmaz halda – FOTO
Şokoladlı badam halvası (foto resept)
Ulduz futbolçu: "Azərbaycan dilini..."
Nəfsinə hakim çıx, iradəli ol!
Şəkər zərərlidir, yoxsa yağ?
Günün ulduz falı
Ramazan ayının 25-ci gününün duası
İdmansız 49 kq arıqladı-FOTO
Facebook istifadəçiləri "nəyi" və "niyə" bəyənir?!
Hündürdaban ayaqqabılar
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Stressə qidalarla qalib gəlin!
Qadin.Netlilərin "16 yaşında özünə məktub"ları (1)
Məşhur müğənni İlk Dəfə Ana oldu-FOTO/VİDEO
Onu unutmağı bacarın...
Günün qoroskopu: biri sizdən sui-istifadə etməyə can atır
Karpov erməniləri rüsvay etdi
Sufi İdris Şahdan xoşbəxtliyin açarı
Elmar Məmmədyarovdan Qarabağ AÇIQLAMASI: "Vaxt çatıb"
Serj Sarkisyan : "Müharibə çıxış yolu deyil"
Alişan oğlunu ilk dəfə TƏTİLƏ apardı-FOTO
Prezidentin köməkçisi onun adından açılmış saxta sosial şəbəkə hesablarını ifşa etdi
Halit Ergençdən Ozan Güvənlə bağlı gözlənilməz addım - FOTO/VİDEO
Günümüzün xəstəliyi: Təqlid
Ali Baş Komandan: “Biz əsgərlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik”
Firefox-lu ilk LG
Kral ailəsinə gəlin getmək Meqana asan olmayacaq
Hava haqqında
Tarkan 10 il sonra Rusiyada - 1,3 milyon alacaq
BÜRCLƏR bizə nə vəd edir? -2 İyun
Çox çay içmək kişilərə zərərlidir
Demet Akalının tərlikləri qiymətinə görə diqqət çəkdi-FOTO
Bel ağrısı
Məşhur aktrisa ana oldu-FOTO
Palto modelləri
Velosiped sürməyin 5 faydası
"Fənərbağça" Azərbaycana gəlir
Hansı insanlar daha çox yaşayırlar?
"Taxt oyunları"nın 31 yaşlı ulduzu öldü-FOTO















- ŞƏRHLƏR