Uzun zamandır yeni xəbərlər yazmırdım. Sentyabrın gəlişi ilə qərara gəldim ki, yenidən başlayım sizlərə maraqlı məlumatları ötürməyə, öz öyrəndiklərimlə, oxuduqlarımla sizləri də tanış etmək mənimçün böyük bir zövqdür. Təki oxuyub maariflənəsiniz
Məşhur yazıçılardan biri deyib ki, "Qadın elə bir varlıqdır ki, onun haqqındakı mövzu hər zaman yenidir." Həqiqətən də belədir. Qadın haqqında nə qədər danışsan da, mövzu uzandıqca uzanır. Mən özüm qadın cinsi nümayəndəsi olsam da, nə zaman bu haqda mövzu yazıb hazırlamaq istəsəm, baxıram ki, adicə sadə bir məsələ haqqında o qədər yazılar yazılıb ki, oxumaqla bitmir.
Həmin mövzulardan biri də, ən bəyəndiklərimdən olan "Qadınlıq qaydaları, ədaları" mövzusudur ki, hesab edirəm saytımızı ziyarət edən hər bir xanım bu qaydalardan, ədalardan xəbərdar olmalıdır, yaxud özünü bu istiqamətdə inkişaf etdirməlidir.
Qadın təbiətinə zəriflik, yumşaqlıq, incəlik xas olduğuna görə, o hərəkətlərini də təbii olaraq həmin təbiətə uyğunlaşdırmalıdır. Bəzi qadınlar var ki, həyat şəraiti onları dəyişir, yaşadıqları psixoloji zədələrdən, yaxud istəmədikləri itkilərdən sonra qadınlıq ədalarını unudurlar. Bəzən də müşahidə etmişəm ki, çox gözəl görünüşlü xanımlar var ki, əkscinslərin "qadın gücsüzdür", "əşi, qadındır da" ifadələrinə dözməyərək özlərini yanlış olaraq güclü olmağa məcbur edirlər. Nəticədə ortaya onların təbiətinə yad olan bir görünüş çıxır. Təbiilikdən uzaqlaşırlar. Bəs bunların qarşısını almaq üçün qadınlar nələri bilməlidirlər?
Nəyi etməməlisiniz?
1. Danışarkən öz əl-qol hərəkətinizə nəzarət etməli, kişilər kimi ani və kobud jestlərdən qaçmalısınız.
2. Yerişinizə diqqət etməli, geniş addımlar atmamalısınız.
3. Səs tempinizə qulaq asmalı, onun yüksək və kobud çıxmasını əngəlləməlisiniz. Danışarkən gəvələmək də lazım deyil, təbii, daxilinizdən gələn qadın səsi ilə danışın yetər.
4. Çox ucadan gülməyin, sevincinizi bayağı, qaba ifadə etməyin.
5. Qəzəb, acı, nifrət, inad kimi xüsusiyyətləri göstərən üz ifadəniz olmasın. Bu qadına yaraşmır.
6. Hər söhbətə, müzakirəyə girməyin. Ola bilər ki, həmin müzakirədə məsuliyyətsizlik, qəzəb, yüngül davranış olsun və xoş niyyət olmasın.
7. Burnunuzla oynamağı unudun. Bəzən xanımlar fərqində olmadan cəmiyyət içində burunlarına əl vururlar. Bu, bir qadın üçün gözəl görünmür.
8. Yad insanların içində nişanlınız və ya yoldaşınızla əl-qol hərəkətləri etməyin, başına sığal çəkməyin.
9. Başqalarının çiyninə əlinizlə şappıldatmaq vərdişiniz varsa, yox edin.
10. Yüksəkdən bağırmayın və fit çalmayın.
11. Lətifə dinləyərkən kişilər kimi şaqqanaq çəkib gülməyin.
12. Yemək yeyərkən səliqəyə diqqət edin. Pintilik etməyin və ağzınızı marçıldatmayın.
13. Nə isə içərkən başınız arxaya əyilməyək qədər için.
14. Oturuşunuza diqqət edin. Oturarkən ayaqlarınızı aralamayın və ayağı ayaq üstünə mindirməyin.
Qadın hər zaman nələrə diqqət etməlidir?
1. Əlləri;
2. Yerişi;
3. Səsi;
4. Gülüşü;
5. Xoruldamamaq və quruldamamaq;
6. Füsunkarlıq, xumarlıq;
7. Üz ifadəsi;
8. Söhbət ədası;
9. Tərbiyə, təhsil.
Xəbərdə yazılan qaydalardan özünüzdə əskiklik görürsünüzsə, onları inkişaf etdirin. Yox, əgər, başqa əlavə qaydalarınız varsa, bizimlə də bölüşməyi unutmayın. Hər zaman qadın kimi qalın.
XƏBƏR LENTİ
Dünyanın ən gözəl qəsrləri bunlardır
Qeyri-adi skamyalar
Zoğal kompotu (foto resept)
Bir ton ağırlığında adamyeyən timsah - FOTO
Azərbaycanlı rəssamın əsərləri Parisdə maraq oyadıb
ATƏT Qarabağdan narahatdır
Dağlıq Qarabağdakı sülhməramlılar hansı vəzifələri yerinə yetirəcək?
Qaraciyərin təmizlənməsi
Bu şəkil üçün 179,4 milyon $ saydılar
Prezident çempionumuza qızıl medal verdi
Nardaranda baş verən hadisələrlə bağlı rəsmi açıqlama
Selfi çəkməmək üçün fərqli üsuldan istifadə edən ailə
Toxumağı öyrənək. Dərs - 1
Bakılılar yeraltı keçiddən niyə qorxurlar?
Günün qoroskopu: Qətiyyətli olun!
Qanadlı dostları üçün ev düzəltdi
Mumiyalarla bağlı yeni kəşf
Yay və yoğur
20 illik dostluq bitdi
Prezident İbrahim Məmmədovla bağlı sərəncam verdi
Dünyada minlərlə insan bu günü gözləyir
Yeni hobbi axtaranlar üçün maraqlı fikirlər
Pomidorlu qəlyanaltı(foto resept)
Kevin Petersonun distopiya rəsmləri
Sabah bu ərazilərdə qaz olmayacaq
Bəhram Bağırzadənin vəziyyəti necədir?
Məşhur cütlüyün evində səslər yüksəlib
Tailand silkələndi
Papua-Yeni Qvineyada güclü zəlzələ olub
"Küləklə sovrulan"ın əfsanəvi kostyumu satıldı
Vikinglərin "Günəşdaşı" əfsanə deyilmiş
Limon pəhrizi ilə arıqlayın
Uşağınız aşiq olub?
Ölkədaxili otellər
HAVA necə olacaq?
Hamilə qalma şansını artıran qidalar
Mətbəxdə köməyinizə çatacaq tövsiyələr
Angelina Jolie "Harper’s Bazaar" dərgisində
Son 10 ilin sərin avqustu müşahidə edilir
Ağciyərə faydalı olan bitkilər
Kremli peçenye (foto resept)
“WhatsApp”dan xoş xəbər
Erməninin başını partladan güləşçimiz danışdı
Çinlilər 12 dollarlıq "ağıllı bilərzik" göstərdilər
Azərbaycanda qadın pilotlar hazırlanacaq
Bakıya gəlməyə daha ehtiyac qalmadı
"WhatsApp" bombanı partlatdı
Balqabaqlı aş
Məşhur aktyor Evləndi-FOTO
Qan rəngində axan çay görənləri dəhşətə gətirdi - VİDEO
- ŞƏRHLƏR