Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanatla ordumuzun hərbi cəbhədəki qələbəsi diplomatik cəbhədə də rəsmiləşdirildi.
Bəyanata müvafiq olaraq, Dağlıq Qarabağda sülhməramlılar yerləşdirilib və proses, onun səbəbləri hazırda geniş müzakirə olunur.
Ümumi mənzərə onu deməyə əsas verir ki, bəzi hallarda sülhməramlı missiyanın mahiyyəti düzgün başa düşülmür və ya ümumiyyətlə, təhrif edilir.
Sülhməramlı missiya nədir?
Qeyd edək ki, BMT mandatlı və bu mandatdan kənarda olan qüvvələr münaqişə tərəfləri ilə razılaşdırılmış qaydada münaqişə bölgəsində sülhü təmin etmək məqsədilə fəaliyyət göstərirlər.
Hazırda sülhməramlı qüvvələr Kosovo, Əfqanıstan, İraq, Haiti, Kipr, Livan, Suriya, Cənubi və Şimali Sudan, Mali, Kot-divuar və digər münaqişə bölgələrində müvafiq missiya yerinə yetirirlər.
Ümumilikdə, BMT mandatlı 13 sülhməramlı missiya mövcuddur, bundan başqa, BMT mandatı altında fəaliyyət göstərməyən daha yeddi sülhməramlı missiya var.
Sülhməramlıların missiyası situasiyadan asılı olaraq fərqlənir. Lakin bütün sülhməramlı missiyalar öz fəaliyyətində beynəlxalq hüquqa və BMT-nin baza prinsiplərinə əsaslanırlar, münaqişə bölgələrində sülhün və təhlükəsizliyin təmin edilməsinə dəstək verirlər.
Missiyalar bir-birindən fərqlənsə də, hər bir əməliyyata aid olan ümumi cəhətlər mövcuddur:
- Sülhməramlılar müvafiq bölgəyə münaqişə tərəflərinin hər ikisinin razılığı əsasında yerləşdirilir;
- Sülhməramlılar qərəzsiz və neytral olmalıdır;
- Sülhməramlılar yalnız mandatlarının hüdudları çərçivəsində və özünümüdafiə məqsədilə silah istifadə edə bilərlər;
- Əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə dəstək göstərilməsi missiyanın başlıca vəzifəsidir;
- Keçid dövrünün çətinlikliklərinin aradan qaldırılmasına və tərəflər arasında əlaqə üçün yerli qarşılıqlı işlək mexanizmlərinin yaradılmasına dəstək göstərilir;
- BMT sülhməramlıları olmayan missiyaların fəaliyyəti üçün müəyyənləşdirilən hüquqi baza və onların həyata keçirdiyi sülhməramlı əməliyyatlar beynəlxalq hüquqa əsaslanır;
Hazırda Dağlıq Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsinin hüquqi bazası Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış birgə bəyanatdır.
Dağlıq Qarabağa yerləşdirilən sülhməramlı kontingent Rusiya silahlı qüvvələrinin 15-ci əlahiddə sülhməramlı motoatıcı briqadasının hərbçiləridir. Həmin briqada Rusiyada BMT mandatı altında sülhməramlı missiyalarda iştirak üçün xüsusi yaradılmış yeganə heyətdir.
Sülhməramlı missiya Dağlıq Qarabağa dəqiq və konkret məqsədlə yerləşdirilib: dövlət başçılarının birgə bəyanatında nəzərdə tutulmuş vəzifələrin icrasına dəstək göstərmək.
XƏBƏR LENTİ
Dərin quyuda iki gün qalan təqaüdçü qadın xilas edildi - VİDEO
Serenay və Cem Yılmaz karantin vaxtı görüntüləndi
Göz rənginə görə makiyaj
Su israfının qarşısını necə alaq?
Hərəkət edən rəsmlər
Sılanın məhkəmə tarixi məlum oldu-FOTO
Hollandiyada ermənilərə qarşı mitinq keçirilib
Tom and Jerry
2014-cü ilin ziyafət geyimləri
Ermənilərin Gürcüstanda fırıldağı: ikinci Qarabağ?
Ağıllı qızlar niyə tənhadırlar?
Ermənilər tərəfdə döyüşən PKK-çıların əksəriyyəti məhv edilib
Heydər Əliyev Fondunun 15 illik yubileyidir - FOTO
Polşa höküməti istefa verdi
Azərbaycanda seysmik təhlükə: AMEA iş başında
Ramazanın 27-ci gününün duası
İlham Əliyev xalq yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edib
Bakıdakı bərbad küçə ilə bağlı gülməli təklif
Ermənilər küçələrə çıxdı
Qadin.Netlilərin həyata keçən və keçməyən arzuları (3-cü hissə)
Saakaşvili Azərbaycanı “təhlükə zonasına” saldı
Azərbaycanlı tələbələrdən unikal ixtira-VİDEO
Bitki yağları haqqında
Gonbullar əlil hüququ aldılar
Düşmən Ağdam kəndini atəşə tutdu
Onlar bir zamanlar sinələrdə parlardı...
Körpələrin zehnini inkişaf etdirən faktorlar
Məktəbli formaları indi neçəyədir?
Bazar gününü gözəl keçirmək üçün tövsiyələr
Norveç kralı karantinə yerləşdirilib
Azərbaycanda idman federasiyası dağılır?
Hökumətdən manat həmləsi
Qarabağsayağı göyərti kətəsi (foto resept)
Bu kənddə yerin altında namaz qılırlar
Buraxılış imtahanı təxirə salındı-SƏBƏB
Burcu Güneşin TOYU olacaq-FOTO
Qida formasında bijuteriyalar
Arıqlamaq üçün məşhur sirri
Gəlinlik ayaqabısının seçimi
Yoldaşının telefonuna baxan qadına CƏZA
Dəqiqlik üçün darçın, stress üçün qoz
Günün qoroskopu: bulanıq suda balıq tutmaq olar
"QazEL"lər xəttdən çıxarılır
Onu görən gözlərinə inana bilmir-FOTO
Azərbaycanı, hər birimizi böyük təhlükə gözləyir
Yolumuz Şuşayadır - VİDEO
O, yeni fenomendir
Maraqlı dəstlər
Naxçıvan dolması (foto resept)
MN: “Cəbhənin Ağdam istiqamətində ordumuzun zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib”