Aprelin 2-də Parisin Vlll rayonundakı “Rus dünyası” qalereyasında “Qadın incəsənəti” (Femme art) Assosiasiyasının təşkilatçılığı ilə Türkiyədən, Kiprdən və Gürcüstandan olan qadın rəssamların əsərlərindən ibarət sərgi açılıb. Sərgidə ölkəmizi əməkdar rəssamı Əsmər Nərimanbəyova təmsil edib.
Əsərləri sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanan Əsmər Nərimanbəyova müsahibəsində deyib: “Assosiasiyanın ən mühüm cəhəti qadın rəssamları öz ətrafında birləşdirib onların əsərlərindən ibarət sərgilər təşkil etməsidir. Bugünkü sərgidə Gürcüstandan beş, Türkiyədən dörd, Kiprdən iki rəssamın, Azərbaycandan isə yalnız mənim rəsm əsərlərimin dünyanın mədəniyyət beşiyi sayılan Parisdə nümayiş olunması çox təqdirəlayiq haldır. Assosiasiya digər ölkələrdən olan qadın rəssamların əsərlərinin dünyanın müxtəlif yerlərində sərgilərini təşkil edir”.
Rəssam qeyd edib ki, sərgi dinamik xarakter daşımaqla yanaşı, mövzularının çalarlığına görə iştirakçılar tərəfindən maraqla qarşılanır. Assosiasiyanın sədri Şükran Üst qadın rəssamları vaxtaşırı Türkiyəyə dəvət edir, onların yaradıcılığına hərtərəfli şərait yaradır. Mən “Rus dünyası” qalereyasının rəhbərliyi ilə danışıqlar apararaq bugünkü sərginin təşkilinə yardımçı oldum.
“Qadın incəsənəti” Assosiasiyasının sədri Şükran Üst isə müsahibəsində bildirib: “Rəhbərlik etdiyim qurum 2007-ci ildə şəxsi təşəbbüsümlə yaradılıb. Assosiasiyanın Türkiyədə 12, digər ölkələrdə isə 5 şöbəsi var. “Qadın incəsənəti” müxtəlif millətlərin rəssamlıqla məşğul olan yaradıcı qadınlarını öz ətrafında birləşdirib. Hazırda 28 ölkədən qadın rəssam Assosiasiyanın üzvüdür. Burada fəaliyyət göstərməyə məhdudiyyət qoyulmayıb. Qapımız hamının üzünə açıqdır. Assosiasiyanın məqsədlərindən biri də rəssamların təmsil etdikləri ölkələri dünyaya tanıtmaqdan ibarətdir. Digər məqsədimiz isə dünyaya sülh mesajı verməkdir. Dünyanı qadınlar və onların sənətləri gözəlləşdirəcək.
Sərgidə 50-yə yaxın rəsm əsəri nümayiş etdirilir. Onların arasında Ə.Nərimanbəyovanın yağlı boya ilə çəkdiyi əsərlər tamaşaçılar tərəfindən daha böyük maraqla qarşılanır.
Sərgi aprelin 5-dək davam edəcək.
Mənbə: ANS PRESS

XƏBƏR LENTİ
Göbələkli toplar (foto resept)
Antiseptik yoxdursa, araqdan istifadə etmək olarmı?
Qadınların təcavüzə məruz qaldığını göstərən don
Boyun düzləşməsi əlaməti
Hava limanına tez-tez yolu düşənlərə şad xəbər
Fizika üzrə Nobel mükafatı laureatı AMEA Fizika İnstitutunda olub
Bülənt Ərsoydan Azərbaycanla bağlı paylaşım
Əsirlikdə olan Bayram Kərimov ailəsinə xəbər göndərib
Adel də BOŞANIR-FOTO
Düyülü kabak yeməyi (foto-resept)
Günün ulduz falı
Həyatımın bir anından dosta məktub
ABŞ-ın beş prezidentinin qələbəsini öncədən xəbər vermiş professordan yeni PROQNOZ
Məşhur cütlük evləndi - FOTO
Təyyarədə ilan şoku
"Eurovision 2014"-də iştirak edəcək ölkələrin adları açıqlandı
Ürək üçün 5 faydalı qida
Məşhur futbolçunun qızıldan telefonu
Balaca qızlarımıza saç düzümləri
Çay evlərində ömrünüzü çəkirsiniz?..
Bloqer özünü əlibastr ilə çəlləkdə basdırdı - VİDEO
Azərbaycanda YENİ QAYDA: Uşaqlarınız üçün etibarnamə almalısınız
Kompüter monitorları alan azalır
Yerətrafı orbiti ən çox çirkləndirən ölkə
Beyazın yeni işi TƏƏCCÜBLƏNDİRDİ
Ukrayna nüvə enerjisinə keçir
Əylənməyə getdi, əlil arabasında qayıtdı-FOTO
Pendirli "Vol-au-vent" (foto-resept)
Aktyor Atatürkün evində evləndi - FOTO
Gözəl göz makiyajları
Soyuducuda saxlanılması qadağan olunan 12 qida məhsulu
Timoşenko koronavirusa yoluxdu, vəziyyəti ağırdır
Azərbaycanda növbə mədəniyyətsizliyi və biz...
"Zalım İstanbul" serialına yeni aktyor dəvət edildi-FOTO
Pələnglərlə bağlı həyəcan təbili çalındı
Ruh nədir?
"Supermen" olmaq istəyirsiniz?
ÜST-dən çağırış: “2020-ci ildə hamı qrip əleyhinə peyvənd olunsun”
AСЃar sayağı xaçapuri (foto resept)
Kəsmikli xvorst (foto resept)
Ağıllı saatlar: telefondan qola
Quzuqarnı şorbası (foto resept)
İnsanları geyindirən kitabxana
5G gəlir
Günün ulduz falı
Qulaq cingiltisi beyin şişindən xəbər verə bilər
Bahar əks olunmuş tortlar
Dünya sonda belə görünəcək
Şuşa məscidində ilk azan oxuyan əsgərimiz - VİDEO
Evdə saçı necə ombre etməli?

- ŞƏRHLƏR