
Fransanın Kalvodos regionunun Aşağı Normandiya departamentində, La Manş sahilində yerləşən Dovil şəhəri beynəlxalq sərgilərə və festivallara ev sahibliyi etməsi ilə məşhurdur. Ona görə də Amerika filmləri festivalı təşkilat komitəsinin və Lüsyen Barryer qrupunun təşkilatçılığı ilə gənc istedadlı azərbaycanlı rəssam Məryəm Ələkbərlinin fərdi sərgisinin bu şəhərdə keçirilməsi heç də təsadüfi deyildir.
Fransanın məşhur aktrisası Jülyet Binoşun himayədarlığı ilə Dovilin məşhur "Royal Barryer" və "Normandi Barryer" otellərində Məryəmin 73 rəsm əsərindən ibarət sərgi təşkil olunub və qısa bir vaxtda sakinlərin və şəhərin qonaqlarının böyük marağına səbəb olub.
"Royal Barryer" otelində sərginin açılışı ilə bağlı təntənəli mərasim keçirilib.
Mərasimi açan Lüsyen Barryer qrupunun nümayəndəsi Loran Russən gənc azərbaycanlı rəssam Məryəmin rəsm əsərlərindən ibarət sərginin 39-cu Amerika kino festivalının keçirildiyi bir vaxta təsadüf etdiyini diqqətə çatdırıb, istedadlı rəssamın əsərlərinin əsas qayəsindən söhbət açıb, adlı-sanlı rəssamların onun işlərinə yüksək qiymət verdiyini qeyd edib. Bildirilib ki, Məryəmin əsərlərində ecazkar təbiətin təsviri gənc rəssamın təbiətə vurğuluğundan xəbər verir.
Tədbirdə çıxış edən Azərbaycanın Xalq Rəssamı, Fransa və İspaniya İncəsənət Akademiyasının üzvü, Beynəlxalq Rəssamlar Federasiyasının və Rusiya Rəssamlar Akademiyasının vitse-prezidenti Tahir Salahov gənc rəssamın əsərləri ilə çoxdan tanış olduğunu, Məryəmin özünəməxsus təkrarolunmaz yaradıcılığının məhsulu olan rəsm əsərlərindən ibarət sərginin Fransanın Dovil şəhərində təşkil edilməsindən məmnunluq hissi keçirdiyini vurğulayıb.
T.Salahov Məryəm Ələkbərlinin müxtəlif vaxtlarda İtaliyada, Rusiyada və digər ölkələrdə nümayiş etdirilən sərgilərinin tamaşaçılarda doğurduğu böyük maraqdan danışıb. O, qeyd edib ki, Məryəmin əsərlərində dünyaya özünəməxsus baxışın olduğu açıq-aydın hiss edilir. Bu baxışdan irəli gələn dünyagörüşü rəssamın yaradıcılığında ifadə olunur. Bu da onun qəlbinin aynasıdır. Bu aynadan Məryəmin yaradıcılıq iradəsi, istedadı və bacarığı görünür. Gənc rəssamın əsərləri dünyanın müxtəlif ölkələrində keçirilən sərgilərdə nümayiş etdirilib və həmişə də böyük uğurlar qazanıb.
Rəssamlıq sənətində orijinal yol tutduğunu, dünyanın müxtəlif rənglərini ağ kətana köçürən istedadlı rəssamın əsərlərinin əsas qayəsini təbiət təsvirləri, qadın portretləri və natürmortlar təşkil etdiyini diqqətə çatdıran T.Salahov Məryəmin əsərlərinin gələcəkdə də müəllifinə daha böyük uğurlar qazandıracağına əminliyini bildirib.
Məryəmin sərgisindən söhbət açan Dovil şəhərinin meri Filip Ojie deyib: "Hesab edirəm ki, Məryəm Ələkbərlinin rəsmləri həqiqi bir üslubdur. Bunu mənə gördüklərim deyir. Əlbəttə, hər bir rəssamı xarakterizə edən də onun üslubudur. Həmişə deyirlər ki, bugünkü rəssamlar keçmişdə yaşamış rəssamların davamçılarıdır. Gənc rəssamın əsərlərinə bu nöqteyi-nəzərdən qiymət verir və ona yaradıcılıq uğurları arzulayıram".
Sərginin iştirakçısı Jak Kronje Məryəmin əsərlərindən aldığı təəssürat barədə AzərTAc-a verdiyi müsahibəsində deyib: "Mən bəstəboy gənc qızın yaratdığı rəsm əsərlərinə, sözün əsl mənasında, valeh oldum. Yaşının az olmasına baxmayaraq, onun bu qədər əsər yaratması, xüsusilə təbiət təsvirləri diqqətimi daha çox cəlb etdi. Özünəməxsus orijinal üslubu olan rəssamın təbiət təsvirlərində rəng seçimi onun peşəkarlığından xəbər verir. Gənc rəssamın əsərlərindən hiss olunur ki, onun öz rəsm dünyası var və bu dünyanı olduğu kimi dərk edərək ağ kətana köçürür. Biri-birindən tamamilə fərqli olan qadın portretləri onun bir rəssam kimi peşəkarlığından xəbər verir. Bir sözlə, Azərbaycanın bu istedadlı gənc rəssamına yeni yaradıcılıq uğurları diləyirəm".
Tədbir iştirakçılarına Məryəmin dünyanın tanınmış incəsənət xadimləri ilə görüşlərindən və yaradıcılığından bəhs edən albom paylanmış, gənc rəssamın sərgisi barədə videoçarx nümayiş etdirilib.
Sərginin açılışında Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, bələdiyyə idarəsinin rəsmiləri, tanınmış aktyorlar, şəhər ictimaiyyətinin nümayəndələri, Məryəmin ailə üzvləri və digər qonaqlar iştirak ediblər.
Sonda Azərbaycan incəsənət ustalarının ifasında musiqi səslənib.
Mənbə: Trend.az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Qaymaqlı sosuda dadlı dairəciklər(foto resept)
İlk körpə həyəcanı
Bir həftəyə 4 kq arıqladan pəhriz
Yeni ildə qatarla səfərə çıxmaq istəyənlərə şad xəbər
Gecə lampaları
Azərbaycanda nikahdankənar uşaqların sayı azalıb
Braziliyalı Azərbaycan klubunda
Ən çox sevdiyim hobbi
Cəfəri maskası
Beyinin sevdiyi qidalar
Serenaya məhkəmədən rədd cavabı
Ekspert: "Azərbaycanda 10 ildən sonra avtomobillərin sayı 3 milyona çatacaq"
"Barselona" - "Deportivo" matçı ilə bağlı şok iddia
HAVA necə olacaq?- 18 APREL
Narahatlıq hissini artıran vərdişlər
Azərbaycanda 300-400 məktəbli filmə çəkilir
"Gəlinlik dəbi" moda həftəsində qeyri-standart gəlinliklər təqdim edildi-FOTO
Apteklər eyni dərmanı niyə müxtəlif qiymətə satır?
Bir neçə gün sonra Azərbaycanda hava soyuyacaq
Kaylinin qızı ən gənc sahibkar oldu - VİDEO
Kağızdan portretlər
Azərbaycanda fizika sahəsində nanoölçülü tədqiqatlara başlanılır
Dişləri ağardan sadə və effektli ÜSUL
Ebru Şallının 3 qızıl qaydası
Rusiyada kosmosdan reklam göstərmək üçün lazerlər sınaqdan keçirildi
Həcc savabına bərabər namaz
Tatar çakçakı (foto resept)
Prezidentin köməkçisi ermənilərin “fake” “suriyalı döyüşçü” yalanını ifşa etdi
Arı südünün faydaları
7 general Silahlı Qüvvələrin sıralarından ehtiyata göndərilib
Ermənistanda təkcə maaşla yaşamaq mümkün deyil
102 yaşlı azərbaycanlı qalib
Xəzərdə neftçi meyiti tapıldı
Xalq artisti ola bilməyən aktyorun son arzusu...
Leyla Əliyeva nərə balıqlarının Xəzərə buraxılması mərasimində -FOTO
Günün qoroskopu: Əzmkar olun!
Günün ulduz falı
Gələn il pulsuz qalacağıq
Vanqanın qorxulu xəbərdarlığı
Bakıda Quran Gecəsi keçiriləcək
Bakıya girişi bağlayırlar
Devid Bekhem ailəsi ilə Xorvatiyada dincəlir-FOTO
Azərbaycanda 40-dan çox orta təhsil müəssisəsi ləğv olundu - SİYAHI
Nyu-Yorkdakı Azadlıq heykəli bağlandı
Mədə-bağırsaq xəstəlikləri yay aylarında aktivləşir
Milyarderin sevgilisi FOTOsunu paylaşdı
Visente del Boske: "Onlar çox təhlükəli yığmalard
Saç dəbi: Qırmızı ombre
5 saniyəyə enerji yığan batareya hazırlandı
Güllü paltar modelləri















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]