Moskva. Fərid Əkbərov – APA.Rusiya paytaxtında Şərq xalqları incəsənəti muzeyində Azərbaycanın əməkdar rəssamı Rasim Babayevin (1927-2007) “Həqiqət axtarışında” adlı sərgisi açılıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, sərgi Rusiya Mədəniyyət Nazirliyi, Şərq xalqları dövlət incəsənət muzeyi və “Mərcani” Fondu tərəfindən təşkil olunub.Sərginin açılış mərasimində çıxış edən muzeyin direktoru Aleksandr Sedov son illər Şərq xalqları dövlət incəsənət muzeyinin Moskva ictimaiyyətinə bir sıra postsovet ölkələrindən, Orta Asiya və Cənubi Qafqaz ölkələrində olan rəssamların əsərlərini təqdim etdiyini bildirib: “Bu seriyadan olan növbəti sərgi də Rasim Babayevin əsərlərindən ibarət sərgidir”.Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu çıxışında “Mərcani” Fonduna Azərbaycan incəsənətinin Rusiyadakı təbliğinə görə təşəkkürünü bildirib. Səfir Rasim Babayevi şəxsən tanıdığını, onun əsrarəngiz rəssam olduğunu və böyük yaradıcılıq irsi qoyduğunu söyləyib.Açılış mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfirinin humanitar məslələlər üzrə müşaviri Nigar Axundova, “Mərcani” Fondunun prezidenti Rüstəm Süleymanov, dramaturq və tərcüməçi Lev Yakovlev, layihənin kuratoru Svetlana Xromçenko, heykəltaraş Fazil Nəcəfov və digər iştirakçılar rəssamın yaradıcılığı və xatirələri barədə danışıblar. Rasim Babayevin oğlu Elmir Babayev sərginin təşkilatçılarına və sərgiyə gələn tamaşaçılara atasının yaradıcılığına verdikləri qiymətə görə təşəkkürünü bildirib.Sərgidə Rasim Babayevin 60-a yaxın əsəri nümayiş olunub. Onun yaradıcılığı təkcə vətənində deyil, ölkə hüdudlarından kənarda da tanınır. Rəssamın əsərlərinin mövzusu müxtəlifdir. Onun bir sıra əsərləri 1970-ci illərdə yerli incəsənət aləmində bir hadisə olub. 1980-cı illərdə isə Rasim Р’abayev Abşeron rəssamlar məktəbinin ən məşhur rəssamlarından biri kimi tanınıb. Sərgiyə gələnlər üçün Rasim Babayevin əl işlərindən ibarət kataloqlar hazırlanıb. Sərgidə təqdim olunan əsərlər isə rəssamın ailəsi tərəfindən, o cümlədən Dövlət Şərq xalqları muzeyi və “Mərcani” Fondu tərəfindən təqdim olunub.Qeyd edək ki, sərgi noyabrın 10-a kimi davam edəcək.
XƏBƏR LENTİ
Bakıda çörək daşınmasında qadağa olacaq?
Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib
Yağış yağacaq
Zaç Posendən yeni kolleksiya
Kristina Aqilera makiyajsız fotosessiya edib
Özünü zombiyə çevirdi
İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu necə olacaq? - RƏSMİ
Azərbaycanda sevilən aktrisa ərəb dünyasını fəth etdi
Meqan Markl atasından danışdı-FOTO
Gökhan Özen - "Milyoner"
Can Yaman və Demet BARIŞDI-FOTO
Azərbaycan yeni Olimpiya rekorduna doğru
Rövnəq Abdullayev göstəriş verdi, milliyə yeni baş məşqçi
Prezident İlham Əliyev sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı fərman imzaladı
Zaman səyyahı gələcək dünyaya gedib çəkdi, paylaşdı – Şok FOTO
Təqaüdçülərə ŞAD XƏBƏR
2 ilə təəccübləndirən dəyişiklik
Ferhat Göçərin xanımından SƏRT İRAD
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
Başabəla vitamin
Günün ulduz falı - 23.01.2014
Selena Gomez 5 milyonluq ev aldı-FOTO
Günün qoroskopu: Mübahisə etməyin!
Günün ulduz falı
“Taxt-tac oyunları”nın məşhur aktyoru vəfat edib
Aslı Enver ilk dəfə şəxsi həyatından danışdı
Toyuq içlikli bibər(foto resept)
Qripdən sağalmağı sürətləndirən üsullar
Dustaqların hansı hüquqları var?
20 illik dostluq bitdi
Alimlər suni yağış yaradırlar
Şeyma Subaşı FOTOsuna görə tənqid edildi
Evdə hazırlanan bədən spreyi
“Android” istifadəçilərinin DİQQƏTİNƏ
Xakerlər 11 min nəfərin pasport məlumatlarını oğurladılar
Kosmosda şəffaf qalaktika kəşf olundu
Louise Ebel
Kəsmikli-şokoladlı peçenye (foto resept)
Sabahın HAVAsı
“Zombi” qadın hər kəsi TƏƏCCÜBLƏNDİRİR
Diqqət! Piştaxtalarda yoluxmuş ətlər ola bilər
Asteroidə o qızın adını verdilər
Hülya Avşarın evinə girən oğruya 10 il həbs
Oğlan uşaqları üçün yataqlar
Azərbaycanda Ermənistan mənşəli məhsullar satılır?
Laçın rayonunun yeni giriş tablosu
Qarın bölgəsindəki yağları əridən detokslar
Azərbaycanda karantin rejimi yenidən yumşaldılır: SMS icazə ləğv edilir - RƏSMİ
Biznesmenin 275 minlik hədiyyəsi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Əti süni şəkildə bahalaşdırıblar - Nazirlikdən AÇIQLAMA















- ŞƏRHLƏR