13 gündür ki, dünyanın diqqəti Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarına yönəlib. Bu beynəlxalq idman yarışında Azərbaycan da təmsil olunur.
Milli.Az Trend-ə istinadən bildirir ki, təəssüf ki, öz içimizdə ilk günlərdə Azərbaycan idmançılarının yaxşı nəticə göstərməməsinə sevinənlər də oldu. Maraqlıdır, burada sevinməli nə vardı? İdmançılarımızın uğursuzluqlarına, Azərbaycan bayrağının yüksəklərdə dalğalanmamasına, himnimizin səslənməməsinə necə sevinmək olar axı? Bir qrup uğursuz insan var ki, cəhənnəmə gedən özünə yoldaş axtaran kimi, hər kəsin uğursuzluğuna sevinir. Əslində, hər tip insanı başa düşmək olar. Lakin öz içimizdə özümüzə qənim kəsilənləri, uğurumuza qəzəblənib, uğursuzluğumuza sevinənləri anlamaq olmur. İnsanın müvəqqəti uğursuzluğu hər kəsin uğursuz olmasını arzulamağa əsas vermir.
Azərbaycan idmançılarının artıq cari Olimpiya Oyunlarında bir sıra nailiyyətlər qazandığını uğursuzluğa sevinən insanlar da görürlər.
Belə ki, Azərbaycan olimpiada tarixində ilk dəfə Rio-2016-da 6 idman növündə medal qazanıb - cüdo, kayak, kanoe, yunan-Roma güləşi, taekvondo və boks (iki boksçumuz ən azı bürünc medalı təmin edib). Bu göstərici London-2012-də 4 idman növü üzrə - ağır atletika, yunan-Roma güləşi, sərbəst güləş, boks - qeydə alınmışdı.
Artıq aktivimizdə 8 medal - 4 gümüş, 4 bürünc var. İki boksçumuzun da ən azı iki bürünc medalı təmin etdiyini nəzərə alsaq, medalların sayı 10-a çatır. Qeyd etmək lazımdır ki, sərbəst güləşçilərimizin də bir neçə medal qazanmaq şansı çoxdur. Əlavə bir medal Azərbaycanın növbəti rekorda imza atması deməkdir. Ümumiyyətlə, olimpiadalar tarixində ən yaxşı göstəricimiz 2012-ci il Yay Olimpiya Oyunlarında qeydə alınıb - 10 medal (2 qızıl, 2 gümüş, 6 bürünc).
Həmçinin Azərbaycan Rio-2016-da 4 növdə - triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növləri üzrə yarışlarda debüt edir.
Heç də bütün ölkələr bütün idman növləri üzrə yüksək göstərici əldə edə bilməz və bunu gözləməyə də dəyməz. Hər bir ölkədə bir və ya bir neçə idman növü ənənəvi xarakter daşıyır. Bu mənada Azərbaycanda güləş artıq ənənəvi və populyar idman növlərindən biridir.
Onu da qeyd edək ki, bu il Azərbaycan tarixində ilk dəfə olaraq kayak və taekvondo üzrə Olimpiya medalı qazanıb.
İstənilən idmançımız cəmi bir qızıl medal qazanarsa, hazırda qızıl medalsız ölkələr arasında ən yaxşı göstəriciyə malik Azərbaycan turnir cədvəlində təqribən 20 pillə irəliləyəcək.
Hər bir idmançı karyerasında daim qələbəyə səy göstərir. Əgər bunu edə bilirsə, lap legioner idmançı olsa belə, deməli, o, Vətənə, millətə özümüzdən olan bir para bədxahlardan daha xeyirli insandır.
Əminik ki, idmançılarımızın nailiyyətləri davamlı olacaq. Qarşıda hələ böyük ümidlə medal gözlədiyimiz bir sıra idmançılar var. İnanırıq ki, bayrağımız Rio-de-Janeyroda ən yüksək pillədə dalğalanacaq və himnimiz səslənəcək.
Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Qar Azərbaycana qayıdır
Azərbaycanda hansı mobil telefon dəbdədir?
Mobil rabitə 94 faizə çatdı
Putin Qarabağ məsələsini şəxsi nəzarətinə götürüb
Mahsun Kırmızı gülün çəkdiyi film hər kəsi ağladacaq-FOTO
AYB-nin qurultayının keçirilmə vaxtı bəlli oldu
Hadisənin klipi plagiat çıxdı-VİDEO
Qəribə qadağaları olan 6 ölkə
Düşmən təcavüzü nəticəsində Azərbaycanın verdiyi mülki itkilər açıqlandı - RƏSMİ
İtə ataram, yada satmaram !
Saçların elektriklənməsinin səbəbi və həlli yolu
Ön cəbhədə pulemyotlar işə düşdü
Hava haqqında
Ana südünü necə artıra bilərsiniz?
Bədənini yara basan qadının qeyri-adi arzusu - FOTO
Uğursuzluğun 10 əsas səbəbi
Alimlərdən inanılmaz kəşf
Sızanaq yaranmasına mane olan maska
Qoyun ili nə vəd edir?
Putindən Əliyevə dəvət
Çebureki və lobyalı aş
Bu hallarda körpəni həkimə aparın
Köməkçi nitq hissələri. Qoşma
İtaliyada iki avroya ev almaq mümkün olacaq
Modelin qaşları diqqət çəkir-FOTO
Buzadırmanma üzrə ölkə çempionatı başlanıb
Zaqatalada Heydər Əliyev Mərkəzi tikilir
Kobud kişilərin oxumalı olduğu yazı
BÜRCLƏR bizə nə vəd edir?- 12 Dekabr
Həkimlər valideynlərə xəbərdarlıq edir
Bu şəhərdə hər kəs xoşbəxtdir!
Özünü inandıra bilənlər...
Təhsil Nazirliyi TQDK-nın mövqeyini cavablandırdı
Tovuzun ən yaşlı nənəsinin uzunömürlülüyünün sirri nədədir?
Twitter rekord vurdu
Tramp: “Seçki günündən sonra daxil olan bülletenlər sayılmayacaq”
Azərbaycandakı erməni əsirlərə xəbərdarlıqsız baş çəkildi
"Dünya Gözəli - 2014" seçiləcək
Hava haqqında
TƏBİB: “Təqaüddə olan həkimlər belə işə cəlb oluna bilər”
Azərbaycanda daşınmaz əmlak UCUZLAŞACAQ
Hava haqqında
Şirin yuxu üçün ortopedik yastıqlar
Kəsmikli və ərikli bulkalar (foto resept)
Cəbhədə vəziyyət gərginləşdi
Vahid tarif sistemi tətbiq olunacaq
Kimin nə qədər qazandığı məlum oldu-SİYAHI
Peşə məktəblərinin tələbələri maaş alacaqlar
Xəbərdarlıq: Türkiyədən gələn bu qida məhsullarını almayın
Kişilər niyə aldadır? (1)














