Hüquqi dövlətlərdə qanun pozucularına qarşı cəza eynidir - azadlıqdan məhrumetmə. Məhkumların saxlanıldığı cəzaçəkmə müəssisələrindəki şərait və cəza çəkənlərə qarşı münasibət isə müxtəlifdir. Azərbaycan həbsxanaları üçün xarakterik olan hallardan biri də məhkumların işsizliyi ilə bağlıdır. Dustaqlar türmədə hər hansı bir işlə məşğul olmaq və dil öyrənmək istəyirlərsə, bu, qanunlara görə mümkündür.
Əvvəllər həbsxana daxilində məhbuslar üçün iş yerləri, tədris kursları fəaliyyət göstərirdi. Hazırda isə daxilində iş yeri və ya hansısa məşğuliyyət dərnəyi olan həbsxanalar demək olar ki, yoxdur. İşsizlik isə dustaqlar üçün böyük problemdir. Araşdırmalar göstərir ki, məhkumların əksəriyyətinin hüquqları ilə bağlı yetərincə bilgiləri yoxdur. Bu səbəbdən çox vaxt qanunla onlara verilən hüquqları tələb edə bilmirlər. Halbuki Cəzaların İcrası Məcəlləsinin 10-cu maddəsinə görə, cəzaların icrası və çəkilməsi zamanı məhkumların qanunvericiliklə nəzərdə tutulan hüquq və azadlıqları təmin olunmalıdır.
Məhkumların hüquq və azadlıqları yalnız qanunvericiliklə müəyyən olunan qaydada məhdudlaşdırıla bilər. Hər bir məhkum cəzanı insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə çəkmək, ictimai faydalı əməklə, bədən tərbiyəsi və idmanla məşğul olmaq, istirahət etmək, pensiya və ya sosial müavinət almaq hüququna malikdir. Həmçinin onlar hüquq və azadlıqlarının müdafiəsi üzrə qanunvericiliklə müəyyən edilən qaydada təklif, ərizə və şikayətlə dövlət dilində və ya başqa dildə müraciət etmək, zəruri hallarda isə bu məqsədlər üçün cəzanı icra edən müəssisə və ya orqan tərəfindən təqdim edilən tərcüməçi xidmətindən istifadə etmək, cəzanın icrası və çəkilməsi ilə əlaqədar barəsində qəbul edilən qərarlara dair öz rəyini bildirmək və ya onlardan şikayət etmək, dini ayinlərin icra edilməsində iştirak etmək, hüquqi və psixoloji yardım almaq hüququna malikdir.
Bəs hazırda Azərbaycan türmələrində məhkumlar üçün hansısa məşğuliyyət dərnəkləri, iş yerləri varmı? Bunu öyrənmək üçün Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə məktub ünvanladıq. Aldığımız cavab-məktubda son bir il ərzində 1000 nəfər məhkumun işlə təmin edildiyi bildirilir: “Azadlıqdan məhrum edilmiş şəxslərin hüquqları Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 10-cu maddəsində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əmri ilə təsdiq edilmiş Cəzaçəkmə Müəssisələrinin Daxili İntizam Qaydalarında öz əksini tapıb.
Məhkumların ictimai faydalı əməyə cəlb olunmaları ilə bağlı həyata keçirilən tədbirlər sahəsində Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən müəyyən irəliləyişlərə nail olunub, əvvəlki illə müqayisədə son bir il ərzində daha 1000 məhkum işlə təmin edilib. Bununla belə, daha geniş məhkum kütləsinin əməyə cəlb olunmasının zəruriliyi nəzərə alınaraq yeni iş yerlərinin təşkili istiqamətində tədbirlər görülür. Bu məqsədlə aidiyyəti beynəlxalq təşkilatlar, dövlət və özəl qurumlar, habelə vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq edilir. Bu sahədə həyata keçirilən son tədbirlər Avropa Qonşuluq Siyasəti çərçivəsində həyata keçirilən ”Ədliyyə sahəsində islahatlara dəstək Proqramı" üzrə 16 cəzaçəkmə və 4 məntəqə tipli cəzaçəkmə müəssisəsində əlavə iş yerlərinin təşkili olunmasıdır. Azərbaycan Respublikasının ədliyyə naziri birinci dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun xüsusi nəzarəti altında həyata keçirilmiş tədbirlər nəticəsində bir neçə cəzaçəkmə müəssisəsində yeni istehsal sahələri yaradılıb, digərlərində isə köhnə avadanlıqlar müasirləşdirilib, fərdi əmək sahələri yeni dəzgah və alətlərlə təmin olunub. Cəza çəkənlərin mövcud imkanlar hesabına haqqı ödənilən əməyə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir. Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən ayrı-ayrı müəssisələrində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyi ilə birgə cəza çəkənlər üçün dil və kompüter kursları təşkil olunub. Kursları bitirən məhkumlar müvafiq sertifikatlar alır və cəza çəkdikdən sonra bu biliklərdən istifadə edirlər".
XƏBƏR LENTİ
Çoxuşaqlı ana sadə qaydaya əməl etməklə 45 kq arıqladı - FOTO
Tamer Qaradağlı sevgi xəbərlərinə münasibət bildirdi
Çiy şorbalar
Bu ada kişilər üçün qadağandır - FOTO
Daha bir məşhur sosial şəbəkədə canlı yayım dönəmi başlayır
Sanders Klintona qalib gəldi
Mikrodalğalı Soba
Oruc zamanı diş ağrısı çəkməmək üçün
Sevgiyə həsrət
Ukrayna ordusu daha 3 yaşayış məntəqəsini azad edib
Əsl eşq budur - 40 il gözləsələr də, evləndilər - FOTO
Görkəmli bəstəkar Qara Qarayevin ad günüdür
İlham Əliyev: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”
Qapılar
“Arka Sokaklar” serialına yeni aktrisa gəlir - FOTO
Çin tibbinə görə gecə oyandığınız saatın gizli mənası
Model olduğunu düşünənlər peşəsinə TƏƏCCÜBlənirlər-FOTO
Babasil
Almalı piroq
Conni Depp "qara siyahı"ya düşdü
TQDK-dan unikal yenilik
3 günə 5 kq arıqladan kartof pəhrizi
Azərbaycan sanskiyalarla üz-üzə
Xərçəngdən qorunmağın təbii yolları
Püskürən vulkanın altında evləndilər - VİDEO
Azərbaycana qar yağacaq
"Kainat gözəli-2017" kim oldu?
Bakıda qatı dumanın SƏBƏBLƏRİ
Corc Floydun qızı “Disney”in səhmdarı oldu - FOTO
Sosial şəbəkə fenomeni köhnə şəkillə hər kəsi təəccübləndirdi - FOTO
Azərbaycan finala keçə bilmədi - İlk dəfə
Saçlara qulluq üçün 3 maska
Pelosi: "Tramp ABŞ-ın daxili düşmənidir"
Məşhur endokrinoloqdan CİDDİ XƏBƏRDARLIQ
Koronavirus peyvəndinin qiyməti bəlli oldu
Bakıda küçə ticarəti, qəzet və jurnalların səyyar satışı qadağan olundu
Günün qoroskopu:Uğurlu gündür!
Pensiyaçılara ŞAD XƏBƏR
Qayalar üstündə möhtəşəm qala
Razyana çayının faydaları
Metro istifadəçilərinə ŞAD XƏBƏR
Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 92 yeni yoluxma
Əlillərin reabilitasiyası ilə bağlı yenilik
Qeyri-iş günlərinin sayı artırıldı
Gülmək istəyənlər üçün komediya filmləri
Günün ulduz falı
Ramazan ayının 19-cü gününün duası
"Ceyms Bond" istirahətdə
Cəbrayılın işğaldan azad edilmiş daha bir kəndinin görüntüləri - VİDEO
Azərbaycanda nikaha girən işsiz cütlükdən biri dövlət tərəfindən işlə təmin ediləcək