Hazırda ölkə ərazisində, xüsusilə paytaxt Bakıda quzu ətinin 14 manatadək bahalaşması müşahidə olunur. Hər il olduğu kimi, bu il də bahalaşmanın bayram ərəfəsində qeydə alınması, ekspertlər tərəfindən işbazların fürsətdən istifadəsi kimi qiymətləndirilir. Digər iddialara görə, bölgələrdə mal-qara arasında bəzi xəstəliklər səbəbindən heyvanlar tələf olur...
Qadin.Net xəbər verir ki, məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Vüqar Hüseynov modern.az-a açıqlama verib.
V.Hüseynov bildirib ki, təmsil etdiyi qurum heç bir kənd təsərrüfatı məhsulunun qiymətinin müəyyənləşməsində iştirak etmir:
"Sərbəst bazardır, qiymətlər tələb və təklifə uyğun formalaşır. Bayramla əlaqədar tələbat artdığına görə ola bilər ki, kimlərsə qiymətləri süni şəkildə qaldırıb. Amma ölkə üzrə - istər rayonlarda, istərsə Bakıda bizim apardığımız monitorinqlər göstərir ki, bahalaşma bəzi yerlərdədir. Kimlərsə bayramda tələbatın artmağından istifadə edərək, qiymətləri bahalşadırıb. Məsələn, öz müşahidəmə əsasən deyim ki, dekabrın 31-də Gəncədə quzu ətinin kiloqramı 10 manat 50 qəpik, Şəkidə hətta 9 manata idi. Amma Bakıda quzu əti 2-3 nöqtədə fərdi sahibkarlar tərəfindən 14 manata satılırdı. Bu isə ölkə üzrə ətin bahalaşması demək deyil. Məsələn, 20-ci sahə ərazisində ilboyu quzu ətinin kiloqramı 14 manatadır".
Nazirlik rəsmisi heyvanların baş sayının azalması iddialarına da aydınlıq gətirib:
"Ümumiyyətlə, sahibkarlar qış aylarında hava şəraiti ilə əlaqədar heyvanları bazara çıxarmırlar. Həm də heyvanların balavermə dövrüdür deyə, onları daha çox qoruyurlar. Bu səbəbdən də fərdi təsərrüfat sahibləri indiki vaxtda heyvanları satmağa maraq göstərmir. Ümumilikdə ölkəmizdə ətlə təminetmə səviyyəsi 100 faiz olmasa da, yüksəkdir. Heyvandarlığın inkişafına dair dövlət proqramı hazırlanır. Bu proqram tətbiq olunanda ölkədə özünü ətlə təminetmə səviyyəsi 100 faizə çatdırılacaq. Bu, əsas hədəflərdən biridir".
V.Hüseynov heyvanların baş sayının azalmasına xəstəliklərin təsiri məsələsinə münasibət bildirib:
"Heyvan xəstəliklərilə bağlı illik tədbirlər planımız var. Baytarlıq Xidməti tərəfindən proqrama uyğun olaraq, mütəmadi işlər aparılır. Məsələn, fərdi təsərrüfatçı bilməlidir ki, oktyabr ayında müəyyən xəstəliklərə qarşı yoxlama aparılmalıdır. Əgər xəstəlik aşkarlanıbsa, vaksin vurulmalıdır. Biz bununla bağlı maarifləndirmə işləri aprırıq. Fərdi təsərrüfatlara xəstəliklərlə bağlı yoxlamaların vaxtı barədə məlumat veririk. Vaksinlərin bir hissəsi dövlət hesabına vurulur, digər hissə var ki, təsərrüfat sahibləri özləri müraciət edir. Bizdə nəzarət funksiyası yoxdur, biz xidmət göstəririk. Amma ümumilikdə nə Kənd Təsərrüfatı Nazirliyinin çağrı mərkəzinə, nə də Baytarlıq Xidmətinə haradasa kütləvi xəstəlik yayılması və tələfat olması barədə müraciət daxil olub. Tam əminliklə deyə bilərik ki, epizodik vəziyyət sabitdir".
XƏBƏR LENTİ
"Yarım kalan aşklar" serialının ilk tanıtım çarxı
"Qarabağ"ın daha bir potensial rəqibi müəyyənləşdi
Makiyajsız məşhurlar
Hava haqqında - 12.10.2013
Azərbaycana koronavirus üçün ekspres testlər gətiriləcək? - RƏSMİ
Ceyhun Bayramovla Mövlüt Çavuşoğlu arasında telefon danışığı olub
Cəbhə xəttində gərginlik: düşmən silahı susmur
"Disney" 5 milyon bağışladı-FOTO
Rusiyalı Veranın əl işləri
Dadlı yumurta (foto resept)
Taner Ölmez sevgilisinə evlilik təklifi etdi-FOTO
"Məhərrəm və Səfər aylarında toy qadağan deyil" - QMİ
Azərbaycanda pensiyaların ödəniş tarixi dəyişdi
Monika Belluçidən yeni FOTOlar
Aromaterapiyanın faydaları
Fanatlığın beləsi də olur: sutkada 23 saat əzab
Dekorasiyada yaşıl rəng trendi
Cəbhədən yeni xəbər
Kərəm Bürsinin tərəf müqabili o olacaq
Məşhur aktyora qəribə sual verdilər
Moskvada koronavirusa yoluxma azalmaq bilmir: Qaydalar iki aylıq sərtləşdirildi
53 yaşlı aktrisa gözəlliyi ilə heyran etdi-FOTO
Uşaqlar üçün sürpriz hazırlanır
Ramiz Həsənov: QMİ ancaq kəsim prosesinə nəzarət etməlidir
Aleynanın yeni klipi bəyənilmədi-VİDEO
Smartfonun batareyası çox qızırsa, nələrə fikir vermək lazımdır?
Dəbli kostyumlar (2)
Mövsümün ilk "El Klassiko"sunu qaçırmayın: "Real" "Barselona"nın qonağıdır
BÜRCLƏR bizə nə vəd edir? - 21 APREL
İnsan burnu, bir trilyon qoxunu qəbul edə bilir
Hamiləlikdə ayaqqabı secimi necə olmalıdır?
Sloveniya dondu
Referendumla bağlı Türkiyəyə gedəcək Azərbaycan nümayəndə heyətinin TƏRKİBİ
Bakı havası: bunun adı sükutlu sui-qəsddir
Bir neçə günə məşhurlaşmış Zao tətbiqi
Kraliça II Yelizaveta Keyti mükafatlandırdı
ABŞ-dan Avro-2016 ilə bağlı terror xəbərdarlığı
Desert üçün salat (foto resept)
Bakının rayonları üzrə koronavirusa yoluxma göstəriciləri açıqlanıb
Ən çox qazanc əldə edən film oldu
Toylarını mətbuatdan gizlədən məşhurlar
Uitni Hyuston haqqında bioqrafik film çəkilir
Rafael Dadaşov vəfat etdi
Sabah 36Лљ isti gözlənilir
Çiyələkli göyərti salatı (foto-resept)
Şokoladlı və fındıqlı muffin (foto-resept)
Dolu bədənli qadınlar haqqında bəzi həqiqətlər
Dollar yenə ucuzlaşdı
Ozge Ulusoy estetik əməliyyatdan danışdı-FOTO
Alimlər açıqladılar:"Bu kartofdan xörəklərdə istifadə etmək olmaz!"














