Bu xəbərim evlilik həyatına təsir edəcək təhlükələrdən bəhs edir. Hər bir ailə müqəddəsdir. Hər bir ailənin də vahidliyini qorumaq onun üzvlərinin əsas məsuliyyətidir. Hər ailədə olmasa da müəyyən ailələr var ki, təhlükələrə çox yaxındır və bu yaxınlıq evlilik həyatının məhvi deməkdir. Onun sağlam köklərinin qopması deməkdir. Bəs bu hansı təhlüklərdir? Əlbəttə ki, həmin təhlükələrdən qorunmaq üçün ilk növbədə onları tanımaq şərtdir. Bu təhlükələrin aradan qaldırmaması qurulmuş pak əlaqənin və müqəddəs bağın qırılmasına səbəb olacaq, ailə daxili münaqişələrə və xoşbəxtlik evlilik üçün əsl maneələrə gətirib çıxaracaq. Bu nəticələrə şahid olmamaq və ailənizin xoşbəxt gələcəyini "sığortalamaq" istəyirsinizsə aşağıda sadalayacağım bütün təhlükələri diqqətlə oxuyun. Bununla yanaşı ailənizin vahidliyi naminə o təhlükələrdən uzaq olmağa səy göstərin. O təhlükələrin yaranmasına şərait yaratmayın. Buyurun həmin ailə dağlmasına səbəb ola biləcək beş əsas təhlükələrə tanış olun:
Birinci təhlükə:
Öncə evlilik əlaqələrini məhv edəcək dağıdıcı bir faktora toxunaq. Bu, qısqanclıq alovudur. Qısqanclıq hissinin neçə ailəni dağıtdığına dair geniş izzahat verməyə gərək yoxdur. Kimisi üçün bu sevginin bir işarəsi kimi görünsə də, bir başqası üçün dözülməz inamsızlıq, etibarsızlıq hissi kimi görünür. Qısqanclığı bir tikanlı ərazi olaraq düşünün. Siz bu tikanlı bölgəyə girməyə cəsarət etsəniz, o da sizin və yoldaşınızın arxasından casusluq edər.
İkinci təhlükə:
Subaylıq günlərinin xatirələrindən onda bir şey qala bilər. Bu da təhlükəli ərazidir ki, oraya daxil olmayın. Yoxsa evlilik həyatının başlanğıcından başınız bəlalar çəkə bilər. Həll yalnız ikinizi razı edə biləcək şeyi əldə etməkdir.Qarşılıqlı anlayış və etibar hissi üçün əlinizdən gələni əsirgəməyin.
Üçüncü təhlükə:
Hər bir mübahisə şəraitində susmağı üstün tutmaq. Yoldaşınızda hər hansı bir çatışmazlıq sezdiyiniz zaman narazılıq və səs-küylə onunla mübahisə etməkdən qaçın. Əsəb və gərginliklə heç bir çətinliyi aradan qaldırmaq mümkün deyildir. Əksinə, işin kökünə zərər verər və qarşılıqlı anlayışa mənfi təsir edər.
Dördüncü təhlükə:
Zorakılıq, inad, qəzəb, tükənməz mübahisə qarşı tərəfi zəiflədir və anlaşılmazlığa gətirir. Buna görə də hər iki tərəf gərginlik və narazılıqdan uzaq xoş əlaqənin qurulması üçün səbr, qarşılıqlı anlaşma və rəğbətlə rəftar etməlidirlər. Zorakılığın dağıtmadığı ailə yoxdur. Onun sərhədləri aşılmayacaq dərəcədə görünməsi artıq təhlükəyə yaxınlaşmaqdır. Bu təhlükədən uzaq olun.
Beşinci təhlükə:
Tənbəllikdən uzaq durmaq. Bu problemdən xilas olmaq üçün hər bir tərəf üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Əlbəttə ki, təmbəlliyini qarşı tərəfin üzünə "vurmamaq" şərti ilə. Güc birliyi ilə bütün işlərin öhdəsindən asanlıqla gəlmək mümkündür.
Hər birinizə təməli sağlam və xoşbəxt ailəyə sahib olmağı arzu edirəm.
XƏBƏR LENTİ
Son 45 ildə İLK DƏFƏ - İraqlı qız dünya gözəllik yarışmasında - FOTO
Yay vaxtına keçid bizə nə verir?
Ali təhsildə yenilik
Yadda qalan günlər
Yediklərimiz dərimizə necə təsir edir?
İctimai Şuranın sədr müavini: “Distant dərslər təhsil prosesinin tənəzzülü ilə nəticələnə bilər”
İlgün, İlig...-Uşaqlara bu adlar qoyula bilər
HAVA necə olacaq?- 25 APREL
Koronavirusu daha rahat keçirməyin üsulu məlum oldu
Macar kababı (foto reept)
Hikmət Hacıyev: “Dünən Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb”
Cəbhədə nə baş verir?
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
"ASAN Xidmət" Mərkəzinin təşkilatçılığı ilə "Sən azərbaycanlısan" adlı konsert keçirildi
Bakıda yol qəzaları günün ən çox hansı saatlarında baş verir?
Məşhur müğənnidən gözlənilməz ETİRAF-FOTO
Türk aktrisa oğurluqda ittiham olunur-FOTO
Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar" - FOTO
Azərbaycan ordusu şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı
Alişan və Buse birlikdə veriliş aparacaqlar
Münasibəti məhv edən 5 xəta
Azərbaycanda teatrında yenilik
Sabahın hava proqnozu
Qohumla ailə qurmaq düzgündürmü?
“Ağıllı” saatlar üçün antivirus
Alimlər beyin skaneri yaratdılar
Günün qoroskopu: adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur
Dolunay Soysert çəkiliş vaxtı ciddi xəsarət aldı-FOTO
Oriqami ilə gül düzəldilməsi
Tənbəllikdən xilas ol
Hacı Şahin şəhidlərimizdən yazdı: "Bu olay onu göstərdi ki..."
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi
Milyarderlər harada dincəlirlər?
Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”
4000 miqrant xilas olundu
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi prosesi başa çatıb
Ərdoğan Quran oxudu - VİDEO
Pedaqoji təhsili olmayanlar üçün yeni qaydalar hökumətə təqdim edilib
Xərçəng xəstələrinə tövsiyələr
Stüardessanın qəribə hərəkəti birmənalı qarşılanmadı
Azərbaycanda iki gün iş olmayacaq!
VI sinfin bəzi dərsliklərində ciddi qüsurlar var
Hicablı xanımlar üçün
Bakıda misilsiz endirim başladı
Cazibədarlığınızı artıran davranışlar
Naxçıvanda orduya əmr verildi
Aleyna Tilki Bakıya gəlir - Pulsuz konsert
Bu rayonlarda sərt karantin rejimi ləğv edildi
Makiyaj fırçalarını necə təmizləməli?
Vəhşi qəbilələri müdafiə edən mütəxəssis elə onların atdığı oxdan öldü
- ŞƏRHLƏR