MADDİ YETƏRSİZLİK QORXUSU
Kişilərin gec evlənməsinə bir çox amillər təsir göstərir. Maddi durumu yaxşılaşdırmaq, karyera qurmaq istəyi gec evlənməyə səbəb olan amillərdəndir. Evlənmək fikrinə düşən gəncin ilk olaraq, öz maddi durumunu yaxşılaşdırmağı vacib şərtdir. Çünki maddi cəhətdən ətrafındakı insanlardan, xüsusilə də valideynlərindən asılı olan gəncin öz ailəsi ilə bağlı qərarlarda müstəqil olmayacağı məlumdur. Bu da öz növbəsində gənc ailənin sağlam təməllər üzərində formalaşmasına mane olacaq. Digər tərəfdən əvvəllər ailə qurmaq üçün kiçik maliyyə xərcləri tələb olunurdusa, indi valideynlərin köməyi olmadan gənclər təkbaşına bu işin öhdəsindən gələ bilmirlər. Hər bir gənc istəyir ki, öz məvacibi ilə ailəsini dolandırmaq gücünə malik olsun, sonra evlənsin. Bəzi kişilər maddi baxımdan ailəsini təmin edə bilməyəcəyindən qorxduğundan evlilik fikrinə soyuq yanaşır. Axı ailəsinin, həyat yoldaşının qarşısında kim gözükölgəli olmaq istəyər? Həmçinin ailə qurmaq üçün ilk növbədə mənzil lazımdır. Təhsil almaq, iş axtarmaq, öz ayaqları üzərində dayanmağı bacarmaq, bütün bunlar uzun illər tələb edir. Bu amillər də həmin gənclərin evliliyi ikinci plana atmasına səbəb olur.
MƏSULİYYƏTƏ HAZIR OLMAMAQ
Evlilikdən qaçanların bəziləri isə bunu psixoloji nüanslarla əlaqələndirirlər. Bəzi kişilər mənəvi baxımdan ailənin yükünü çəkə bilməməkdən qorxurlar. Hər zaman bütün problemlərini valideynlərinin üzərinə atan, sərbəst düşünməyi, qərar qəbul etməyi bacarmayan, bu səbəbdən də ailə başçısı rolunun öhdəsindən uğurla gələ biləcəyinə inanmayan oğlanlar evliliyi ağır bir yük kimi görüb, özlərini bu çətinliyə salmaq istəmirlər.
UĞURSUZ SEVGİ TƏCRÜBƏSİ
Bəzi hallarda isə valideynlər övladlarının seçiminə çox qarışırlar. Onlar oğullarının sevib-seçdiyi biri ilə ailə qurmasına qarşı çıxırlar. Bu da pis nəticəyə gətirib çıxarır. Gənc oğlan ruh düşkünlüyünə - depressiyaya düşür və ailə qurmaq fikrindən daşınır. Həmçinin gəncin sevdiyi qızla müxtəlif səbəblərdən münasibətinin alınmaması da, onu evlilikdən soyudur.
AZADLIĞI QORUMAQ İSTƏYİ
Oğlanların gec evlənməyinin psixoloji səbəblərindən biri də onların müstəqilliklərinin, azadlıqlarının itiriləcəyindən və ya məhdudlaşacağından qorxmalarıdır. Gənclər gec evlənməklə ailəyə bağlanıb qalmaqdan, həyat yoldaşından asılı olmaqdan qaçır, sərbəstliklərini qorumağa çalışırlar.
SEÇİM EDƏ BİLMƏMƏK
Elə oğlanlar var ki, seçim etməkdə çətinlik çəkirlər. “Kiminlə evlənim, mənim kriteriyalarıma uyğun bir qız da yoxdur” şüarını əldə bayraq edərək, illərini axtarışa sərf edirlər. Yaş artdıqca evlənəcəkləri qızda görmək istədikləri xüsusiyyətlər də çoxalır. Xüsusən də yaşı 30-a yaxınlaşan kişilər həddən artıq seçici olurlar. Onlar qarşı cinsdə hər bir xırdalığa fikir verirlər. İdeal insanın olmadığını bilsələr də, çox vaxt o idealı axtardıqlarına görə də evlənməkdən qaçırlar.
İNAMSIZLIQ, ŞÜBHƏ...
Çoxlu sayda “məhəbbət macərası” yaşamış oğlanlar da evlənməyə tələsmirlər. Bunun səbəbi onların qızlara qarşı olan inamının zədələnməsidir. Evlənəcəkləri insanın da bu yaşa qədər onun həyatında olan qızlar kimi zəngin “sevgi təcrübəsi”nə malik ola biləcəyini düşünərək, qızlara qarşı şübhə ilə yanaşırlar. Bu da nəticədə onların seçim etməsinə təsir göstərərək, gec evlənmələrinə səbəb olur. Bir sözlə evlənməmək istəyinin kökündə müxtəlif səbəblər dayanır. Ancaq yaşı artıq 30-u haqlamış kişilər, ailə qurmaq üçün elə də çox zamanlarının qalmadığını bilməlidirlər. Psixoloqlar kişilər üçün 25-30 yaşlarında ailə qurmağın daha məqsədəuyğun olduğunu hesab edirlər. Yaşları 30-dan yuxarı olan oğlanların evlənmək istəməməyi isə artıq valideynlərin həyəcan təbili çalmasına səbəb olmalıdır. Çünki bu yaşdan sonra evlənmək çox çətin olur. Hətta gec evlənməyin sağlamlığa təsir göstərdiyi də aparılan bir çox araşdırmalar nəticəsində müəyyən olunub. Və nəhayət, unutmayın ki, sözün əsl mənasında kişi olmaq o deməkdir ki, sən kiminsə dayağı, arxası, köməyisən, ailənin himayəçisisən...Güclü cinsin nümayəndələrinin gücü də məhz bundadır!
Mənbə: Axsam.az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Rusiya öz Wikipedia-sını açır: Böyük Rus Ensiklopediyası
Rihannadan 4 il sonra İlk Mahnı
Çinli turistləri sirkdən qovub birbaşa karantinə göndərdilər
Pensiya ilə bağlı yeni xəbər
Əhali arasında yayılan xəstəlik nədir? - Baş terapevtin CAVABI
Manat Asiyanın ən dəyərli valyutası oldu
Naominin 90-cı ildə çəkilən -FOTOları Gündəm oldu
Hava haqqında - 12.11.2013
"Son zəng" xəbərdarlığı edildi
2018-ci il kimlərə xoşbəxtlik gətirəcək? - Şərq təqvimi üzrə PROQNOZ
Rus dili dərs-28
Prezident Milli Məclisdə
Yaxın onilliklərdə Yer planetində yaşamaq mümkünsüz olacaq
Orta imkanlı amerikalı necə yaşayır? - FOTOSESSİYA
Bilik günü tədbir keçirilə bilər? - AÇIQLAMA
Tolqahan Sayışman efirdən uzaqlaşır-SƏBƏB
Sehirli realizmi əks etdirən şəkillər
50 yaşından yuxarı qadınlar üçün makiyaj
Zəlzələni 5 ay əvvəl proqnozlaşdıran türk alimdən - Qorxunc açıqlamalar
Günün ulduz falı
Hülya Avşar: "Kıvançdan xoşum gəlir"
Beyonsdan kababçı Nüsrətə şok təklif
Makedoniya prezidenti gəlir
Sabahın HAVAsı
İlham Əliyev Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşüb
Orta aylıq əməkhaqqı artıb - MƏBLƏĞ
Hava necə olacaq?
Beren Saatın makiyajsız halı diqqət çəkdi-FOTO
İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasında çıxış etdi - VİDEO
Azərbaycanda direktor olmaq istəyənlərin nəzərinə
Yüz ilin tapıntısı rekord qiymətə satılacaq
Ən gözəl qış ətirləri
İlham Əliyev Anar Kərimovu nazir təyin etdi - SƏRƏNCAM
"Qalatasaray" Con Terrini gözaltı edib
Yayın "qış" xəstəlikləri
Vanqanın 2018-ci il ilə bağlı proqnozları
Ayaqqabı və çantalar
Parisdə Novruz bayramı qeyd olunub - FOTO
Aktrisadan 30 il sonra eyni poz - FOTO
Türkiyədə müalicəsi başa çatan hərbçimiz sabah Bakıya qayıdır
Müstəqillik də bu bəladan qurtarmadı
Bundestaq erməni "soyqırımına" görə məhkəməyə verildi
Daxili İşlər Nazirliyinin rəhbərliyinə yeni səlahiyyət verildi
Tuba Ekinci Xocalı soyqırımından yazdı
Qeyri-adi ixtiralar
Münasibəti məhv edən 5 xəta
Səcdə zamanı burun da yerə dəyməlidirmi?
Pomidor bayramı
Dünyanın ən amansız diktatoru nüvə sınağına hazırlaşır
Son bir gündə dünyada rekord sayda koronavirusa yoluxma təsdiqlənib














