Uzunömürlülüyün sirri
Hamı çox yaşamaq istəyir. Amma necə? Bir televiziya proqramında uzun ömürlülərin yaşam sirlərini izlədim. Mənə ən çox maraqlı olan onların bir ortaq nöqtəsi oldu: hərəkət və sağlam qida.
105 yaşlı nənənin dedikləri: "Ay bala, heç bir sirrim yoxdur, mən həmişə dağda-döşdə çalışmışam, yediyim yağ-bal olub, inək südü içmişəm. Ən çox yediyim balıq və göy-göyərti olub. Biz əti qızardıb yeməmişik, həmişə qaynadıb yemişik. Bir də çalışıb əsəbiləşməmişəm, kişi nə deyib, necə deyib, onu da eləmişəm. İnsanın ömrünün uzanmasının səbəblərindən biri də sevgidir. Əgər ailədə sevgi varsa, bir-birini başa düşmək varsa, ömür də uzanır. Xoşbəxt olmuşam həmişə, bizim ailədə heç vaxt söz-söhbət olmazdı, can deyib can eşitmişəm".
Ümumiyyətlə, qəbul edilən qida itirlimiş enerjiyə bərabər olmalıdır. Qəbul etdiyimiz qida itirdiyimiz enerjidən çox olmamalıdır. Çox hərəkət etmək lazımdır. İndi çoxumuz bitki yağından istifadə edirik, bu da çox doğru deyil, itirdiyimiz enerjiyə görə bitki yağı ilə yanaşı, təmiz kərə yağından da istifadə etmək lazımdır. Orqanizmin inkişafı üçün mütləq hərəkət etməliyik. Tez həzm olunan qidalardan uzaq durmaq lazımdır. Hazır qidalardan, siqaretdən, spirtli içkilərdən uzaq olun.
Ağır yeməkləri səhər, nisbətən yüngül yeməyi günorta, axşama isə lap az və yüngül yemək gərəkdir. Meyvə-tərəvəzdən çox istifadə edin. Dərmanlardan uzaq olun. Bir də ən əsası, yuxu rejiminə diqqət edilməlidir. Günəşlə yatıb, günəşlə qalxan çox yaşayar. Stressdən uzaq durun, çalışın soyuqqanlı olun.
Xeyirxahlıq da uzunömürlülüyə səbəb olur. Həmişə hesab edilirdi ki, qadınlar kişilərdən uzunömürlüdürlər. Amma indi qadınların da kişilər kimi siqaret çəkməsi onların da ömrünün qısalmasına səbəb olur.
Çox yaşamaq istəyirsinizsə bunları unutmayın:
1. Aktiv həyat tərzi keçirin, çalışın çox hərəkət edin.
2. Qanda xolesterinin miqdarını həmişə normada saxlayın.
3. Qan təzyiqinə nəzarət edin. Yüksək qan təzyiqi sakit ölüm deməkdir.
4. Tütündən imtina edin. Onun tüstüsündən də uzaq olun.
5. Düzgün qidalanın. Xüsusi pəhriz saxlayın.
6. Sevgi ilə yaşayın, sevin, sevilin.
Çalışıb televizordan və kompüterdan uzaq olun. Sağlam həyat tərzi keçirin. Pozitiv düşünün, hər şeyə yaxşı baxın, həyəcandan uzaq olun. Mənfi enerjidən qaçın. Allaha təşəkkür edin.
Hər kim 100 il yaşamasa, günah onun özündədir.
XƏBƏR LENTİ
Kokoslu keks (foto resept)
Kosmos tarixində rekord: ən yaşlı qadın astronavt kosmosa uçub
Cennifer Lopez nişanlısına görə ağladı-FOTO
Düşmən Ağdam və Ağcabədi rayonlarının ərazisini atəşə tutur
Şahzadə Diananın naməlum şəkilləri üzə çıxıb
Qaçış - gözəllik və həyat hərəkətdədir...
Günah tələbədədir, yoxsa test üsulunda?
Ebrudan HAMİLƏLİK açıqlaması
Heyvanın faydaları
Koronavirusla bağlı son STATİSTİKA
Rihanna kirayə tutduğu evə 60 min ödəyib-FOTO
Şuşada Yeni il həyəcanı: Əsgərlərimiz Şam ağacı bəzədilər - FOTO
Ən çox qazanan futbolçu kimdir?
"Yahoo!" 5 ofisini bağlayacaq
Rusiya əcnəbi məzunlara vətəndaşlıq verir
Baş nazirdən övladlığagötürmə ilə bağlı VACİB QƏRAR
Botoks etdirən Əmrah yeni halı ilə təəccübləndirdi - FOTO
Pendirli muffin (foto-resept)
Baş infeksionistdən XƏBƏRDARLIQ
Aranızdakı pərdəni qoruyun
Urmiya gölü ətrafında 38 kənd boşalıb
WhatsApp-dan əla yenilik
Şrek real insan olub?
İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib - CANLI YAYIM
Sellofan torbalar sağlamlığımıza ziyandır
Azərbaycanda "WhatsApp"-ın fəaliyyəti məhdudlaşdırılacaq?
Nilay ana oldu_FOTO
Şahzadənin yeni fotoları
Dünyanı təhdid edən xəstəlik bitdi?
Keti Perri hamiləliyindən danışdı-FOTO
Tramp: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə asanlıqla nail ola bilər”
Həftənin ilk iş gününün hava proqnozu
61-ci Qremmi Mükafatlarının sahibləri
Seçkiyə hazırıqmı?
Yeni tədris ili ilə bağlı əsas hədəflər müəyyənləşdi
Günün ulduz falı - 09.08.2013
Dünya modasında ilk dəfə - çantaları dronlar göstərdilər
Jirinovskidən Azərbaycan proqnozu
HAVA necə olacaq?-13 Oktyabr
Türkiyənin tanınmış modelləri Bakıya gəlir
Bu gün Kiyevdə final gecəsidir - “Uşaq Eurovision-2013”
Sənədsiz yeni binalar sökülür?
Şuba salatı (foto resept)
Sobada qiyməli kartof (foto resept)
Sarkisyanla bağlı şok etiraf
Azərbaycanda koronavirusdan daha yeddi nəfər öldü – 478 yeni yoluxma
Qurban Bayramı üçün xüsusi kombinlər
Balqabaqlı sıyıq(foto resept)
Arnold Şvartsnegger Rusiya şirkətini məhkəməyə verdi-10 milyonluq təzminat
"Eurovision 2020" təxirə düşə bilər
- ŞƏRHLƏR