Sonralar doğulub ömür sürdüyümüz cəmiyyətdə həmişə bu rahatlığa qovuşmaq üçün dəridən-qabıqdan çıxacağıq. Amma heç vaxt körpə cənnəti dünyasındakı rahatlığı bir də tapa bilməyəcəyik. Dölün kiçik dünyasında baş verən bütün problemlər onun üçün kainat miqyaslıdır.
Körpənin yeganə ümid yeri İlahi ananın gücü və imkanıdır. Ana nə qədər sağlamdırsa, dölün kainatı bir Рѕ qədər ürəkaçan və firavan olacaq. Nəhayət, bu sevinc çox çəkmir. Günlərin birində gözlənilmədən bu kiçik kainat lərzəyə və təlatümə gəlir. Sanki qiyamət günü başlayırmış kimi onun yaşadığı dünya süqut etməyə hazırlaşır. Doğuş sancıları başlayır. İndiyə qədər onu sevən və əzizləyən bütün qüvvələr körpəyə düşmən kəsilir. Bu təmtəraqlı və mehriban dünya dağıldıqca ona elə gəlir ki, Ana adlı İlahinin qəzəbinə tuş gəlib. İndi bir azdan ona hökm oxunacaq. Yaranmış vahimə və qorxunun təsirindən cənnət dünya cəhənnəmi xatırladır. Bir tərəfdən dağılan dünya, digər tərəfdən də çarəsizlik. Özündən qat-qat güclü olan qüvvələrə itaət etməkdən başqa körpənin ayrı əlacı qalmır. Çox keçmir ki, körpənin heç gözləmədiyi və təsəvvür etmədiyi ümid dolu bir hadisə baş verir. Onun dağılmış dünyadan qovulması prosesi başlayır. Bu yol nə qədər əziyyətverici və çətindirsə, bir Рѕ qədər də sevindirici və ümidvericidir. Körpə üçün bu yol ən çətin sınaq yoludur. Bu zərif və incə məxluqa hər tərəfdən 50-60 kq ağırlıqlı təzyiqlə hansısa çox böyük bir qüvvə öz dünyası ilə vidalaşma və onu tərketmə əmri verir. Bu zaman körpənin hansı ağrılar və əziyyətlər çəkdiyini təsəvvür etmək çox çətindir.
Nəhayət, onun ümidləri gerçəkləşir. Yeni, tanımadığı bir dünyaya qədəm qoyur. Ünsiyyət dili olmayan, bu dünyanın qayda-qanunlarından xəbərsiz bu vəhşi körpənin əhliləşdirilməsi məsuliyyətini könüllü olaraq ana öz boynuna götürür. Söz yox ki, hələ uşaq ana bətnində olarkən bu məsuliyyətli iş artıq başlamışdır. Əgər ana əsəbləşərsə, nədənsə inciyərsə, qarın əzələləri gərginləşir və həmin anda döl tərəfindən hiss olunur. Ana qəmli və kədərli olarkən elə həmin andan da qəm-qüssə atmosferi uşağa ötürülür. Ona görə də hamiləlik dövrü heç bir dava-dalaş yolverilməzdir. Körpənin sağlamlığı və rahatlığı hər şeydən vacibdir. Anaya hirslənmək qadağandır!
Hamiləlik vaxtı sevinc içərisində yaşamaq lazımdır. Çünki sənə Tanrı özü qonaq gəlib. Sən İlahinin sifarişini yerinə yetirirsən. Bətnində gəzdirdiyin nemət Allah-Təalanın hədiyyəsidir. Qonaq dünyaya gələrkən səni ikinci böyük mükafat gözləyir. Söhbət təkcə körpənin dünyaya gəlməsindən yox, qadının anaya çevrilməsindən, daha doğrusu, yenidən doğulmasından gedir. Doğulan körpə qadına çox güclü təsir bağışlayır. Qadın zənginləşir, başqa bir insana çevrilir. Qadınla ana arasında isə təsəvvür edilməz dərəcədə böyük fərq var.
Ana olduğun üçün sən də uşağına borclusan. Amma nədənsə heç kim uşaq azadlığı haqqında fikirləşmir. Əgər bəzən körpə ağlayırsa, onun üçün çox da narahat olmağa dəyməz. İmkan ver qoy ağlasın. Dərhal onu sakitləşdirməyə çalışma. İlk baxışda bu canfəşanlıq körpəyə olan sevgi və qayğıya bənzəyir. Bəlkə də o, heç nə istəmir, sadəcə ağlamaq xoşuna gəlir. Çünki ağlamaqdan savayı onun başqa ünsiyyət vasitəsi yoxdur.
Uşaq köməksiz və təcrübəsiz olduğundan istənilən şəxsi ideyanı onun beyninə yeritmək mümkündür. Körpə yaxşı bilir ki, sənə qarşı çıxmaq çox riskli və təhlükəlidir. Ağıllı və təcrübəli ana öz körpəsinə tam azadlıq verir. Рћ, hətta ana ilə razılaşmamaq imkanından da uşağı məhrum etmir.
Körpə ilə əmr şəklində yox, sadəcə izah etmək, başa salmaq tərzində danışır. Ona qərar vermə anında qətiyyən təzyiq etmir. Körpəsinin səhv etmək hüququnu əlindən almır. Qoy körpə səhvlərini dərk edərək, onlarla barışaraq inkişaf etsin. Ancaq bu cür münasibətlə uşaq hərtərəfli inkişaf edib kamilləşə bilər. Əks halda, uşaq əfəl, qorxaq, yaltaq və bacarıqsız böyüyəcək. Рћ yaşa dolub qocalsa belə, ağıllı uşaq səviyyəsində qalacaq.
İnsanın orta əqli təfəkkür yaşı 13 il hesablanıb. Bu Рѕ deməkdir ki, onların kamillik dərəcəsi bu yaş dövründə öz inkişafını dayandırır. Sonralar isə Рѕ inkişaf etmir. Sadəcə, kiməsə oxşamağa, kiminsə yolunu getməyə çalışırlar. O, həyata sənə oxşamaq, səni yamsılamaq üçün gəlməyib. Sənin fikir və ideyaların qeyri-şərtsiz qəbul etməyə borclu deyil.
Uşağı gülünc mənbəyinə çevirmə! Öz həyat təcrübəni onunla bölüş. Amma heç vaxt şəxsi ideyalarını təlqin edib qəbul etdirməyə çalışma. Ancaq belə olan halda uşaq ağıllı, bacarıqlı, xoş xasiyyətli bir insana çevrilə bilər. Təsəvvür et ki, körpə incə və zərif qəlbli musiqi alətidir. Onunla kobud rəftar, qorxutmaq, hədələmək qətiyyən yol verilməzdir.
Milyonlarla kişi öz həyat yoldaşlarının dabanları altındadır. Bu ona görə olub ki, Рѕ kişilərin anası çox zəhimli qadın olub. Yaşadığımız həyatda əsəb xəstəliyinin böyük vüsət almasının əsas səbəblərindən biri də məhz ana ilə bağlıdır. Heç şübhəniz olmasın, ana məsuliyyəti insanın boynuna götürə biləcəyi ən böyük məsuliyyətdir. Dünyada ən güclü əsarət isə valideyn diktaturasıdır. Əgər valideyn ilə körpə arasında münasibət alınmırsa, onda həmin uşağın həyatı problemli və çətin olacaq. Çünki bu, körpənin həyat ilə ilk tanışlığı, ilk təcrübəsidir. Onun gələcək həyatı Рѕ təcrübənin üzərində qurulacaq. Ana olmaq incəsənətdir, onu dərindən öyrənmək lazımdır. Heç vaxt uşağa şəxsi mülk, var-dövlət kimi baxma! Uşağa ağalıq etməyə çalışma! Körpə dünyaya sənin sayəndə göz açır, amma sənin şəxsi malın deyil. Sadəcə, Tanrı onu dünyaya gətirmək üçün sənin xidmətindən istifadə edib. Sən körpəni sevərkən sanki özəlləşdirib öz təsirin altına salmaq istəyirsən, şəxsi mülkünə çevirirsən. Əşyanı isə sevmək olmaz, çünki o, cansızdır, nəfəs almır, ölüdür. İnsan isə əşya deyil! Əgər sevdiyin canlıdırsa, onu cansız maşın kimi idarə etmək olmaz. O, civə kimidir, ovcunda nə qədər çox sıxsan bir Рѕ qədər əlindən çıxmağa can atacaq. Çünki sərbəstlik, azadlıq hər kəsə lazımdır. Nə qədər ki, sevdiyin insandır, onun üzərində hökmranlıq qazana bilməyəcəksən. Əks halda, o, əşyaya, mülkə çevriləcək. Məhz elə ona görə də əsl sevgidən söhbət gedə bilməz. Həqiqətən də istər-istəməz, insanın könlündən hökmranlıq keçir. Uşağa hörmət bəsləmək Рѕ qədər də asan iş deyil. Onu hörmətdən salmaq isə çox asandır. O, köməksiz bir məxluqdur, səndən qisas almaq, adekvat reaksiya vermək iqtidarında deyil. Ona öz sevgini və enerjini ver, onun müdafiəsini təmin et! Həyatı dərk etməyi isə uşağın öz öhdəsinə burax.
Uşağa əmr vermə! Onsuz da Рѕ əmrləri heç kim yerinə yetirmək istəmir. Sadəcə, körpə yaltaq və yalançı insan kimi böyüməyə başlayır.
Uşağı təkcə sevməklə kifayətlənmə, ona hörmət et! Əgər hörmət yoxdursa, sevgi istismara çevrilir, sevdiyin insana heç vaxt sahib ola bilməzsən. "Sahiblik" sözünün özü iyrəncdir, Рѕ, hörmət bəsləməyi inkar edir.
Lovğalıq edib uşaq üçün hansı yaxşılıqlar etdiyini nəinki onun üzünə vurmaq, hətta hiss etdirmək belə yolverilməzdir. Yuxarıda söylədiyim fikirləri ümumiləşdirərək bir daha təkrar edirəm: öz sevgini körpənə hədiyyə et, amma əmr vermə! Ona hörmət et, amma mane olma! Öz ananın buraxdığı səhvləri təkrarlama, körpəyə təzyiq göstərmə. Uşağın azadlığını toxunulmaz saxla! Sizi əmin edirəm ki, peşman olmayacaqsınız.
XƏBƏR LENTİ
Son 45 ildə İLK DƏFƏ - İraqlı qız dünya gözəllik yarışmasında - FOTO
Yay vaxtına keçid bizə nə verir?
Ali təhsildə yenilik
Yadda qalan günlər
Yediklərimiz dərimizə necə təsir edir?
İctimai Şuranın sədr müavini: “Distant dərslər təhsil prosesinin tənəzzülü ilə nəticələnə bilər”
İlgün, İlig...-Uşaqlara bu adlar qoyula bilər
HAVA necə olacaq?- 25 APREL
Koronavirusu daha rahat keçirməyin üsulu məlum oldu
Macar kababı (foto reept)
Hikmət Hacıyev: “Dünən Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb”
Cəbhədə nə baş verir?
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
"ASAN Xidmət" Mərkəzinin təşkilatçılığı ilə "Sən azərbaycanlısan" adlı konsert keçirildi
Bakıda yol qəzaları günün ən çox hansı saatlarında baş verir?
Məşhur müğənnidən gözlənilməz ETİRAF-FOTO
Türk aktrisa oğurluqda ittiham olunur-FOTO
Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar" - FOTO
Azərbaycan ordusu şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı
Alişan və Buse birlikdə veriliş aparacaqlar
Münasibəti məhv edən 5 xəta
Azərbaycanda teatrında yenilik
Sabahın hava proqnozu
Qohumla ailə qurmaq düzgündürmü?
“Ağıllı” saatlar üçün antivirus
Alimlər beyin skaneri yaratdılar
Günün qoroskopu: adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur
Dolunay Soysert çəkiliş vaxtı ciddi xəsarət aldı-FOTO
Oriqami ilə gül düzəldilməsi
Tənbəllikdən xilas ol
Hacı Şahin şəhidlərimizdən yazdı: "Bu olay onu göstərdi ki..."
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi
Milyarderlər harada dincəlirlər?
Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”
4000 miqrant xilas olundu
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi prosesi başa çatıb
Ərdoğan Quran oxudu - VİDEO
Pedaqoji təhsili olmayanlar üçün yeni qaydalar hökumətə təqdim edilib
Xərçəng xəstələrinə tövsiyələr
Stüardessanın qəribə hərəkəti birmənalı qarşılanmadı
Azərbaycanda iki gün iş olmayacaq!
VI sinfin bəzi dərsliklərində ciddi qüsurlar var
Hicablı xanımlar üçün
Bakıda misilsiz endirim başladı
Cazibədarlığınızı artıran davranışlar
Naxçıvanda orduya əmr verildi
Aleyna Tilki Bakıya gəlir - Pulsuz konsert
Bu rayonlarda sərt karantin rejimi ləğv edildi
Makiyaj fırçalarını necə təmizləməli?
Vəhşi qəbilələri müdafiə edən mütəxəssis elə onların atdığı oxdan öldü
- ŞƏRHLƏR