Mütəxəssislərin fikrincə, bunun üçün ilk növbədə ər-arvad münasibətləri mədəniyyətini, nikah mədəniyyətini, bir sözlə, ailə mədəniyyətini yüksəltmək lazımdır.
Ümumiyyətlə, ailə mədəniyyəti çox geniş anlayışdır. Hər bir gənc aydın dərk etməlidir ki, ailə mədəniyyəti bir-birinə hörmətdən, səmimi münasibətdən, qarşılıqlı etimaddan, bir-birinin qayğısına qalmağı bacarmaqdan, fikir və hissləri qarşılıqlı, etimad tərzində bölüşməkdən, yeri gələndə, birinin digərinə qarşılıqlı güzəştə getməyindən, ağıllı, təmkinli yaşayışdan yaranır. Ailə mədəniyyətində böyük-kiçik məsələsi yoxdur... Özlüyündə kiçik sayılan məsələni böyütmək, ciddi münaqişə səviyyəsinə çatdırmaq, yaxud böyük münaqişələri səbr və təmkinlə həll etmək mümkündür. Buna görə cavanlar öz ailələrinin tamlığını qoruyub saxlamaq üçün ilk növbədə cəmiyyət qarşısında ciddi məsuliyyət daşıdıqlarını dərk etməlidirlər. Çünki nikahın əsasını məhəbbət hissi ilə borc və məsuliyyət hisslərinin vəhdəti təşkil edir.
Uşaqların yanında mübahisə açmamaq, açıq söhbət üçün münasib vaxt tapmaq, səmimi olmaq, həyat yoldaşının etiraz və iradlarına diqqətlə qulaq asmaq, onun bütün “dəlil və sübutlarını” aydınlaşdırmaq, mübahisəli məsələləri ağıllı surətdə həll etmək, həmişə xeyirxah mövqe tutmaq vacibdir. Ər və arvad bir-birini acı sözlə, tənə ilə deyil, işlə, şəxsi nümunə ilə öyrətməli, başa salmalıdır. Səbirli, təmkinli olmaq məsləhətdir. Hissə qapılmamaq, dalaşmaq, yaxud küsmək üçün bəhanə axtarmamaq lazımdır. Bu gün sosioloqlar və psixoloqlar ailə ixtilafları məsələlərindən danışarkən diqqəti hətta “küsmək (dalaşmaq) mədəniyyətinin” əhəmiyyətinə cəlb edirlər.
Ailədə baş vermiş xırda məsələləri unutmaq, yaddan çıxarmaq zəruridir. Münaqişə baş verdikdə, çalışmaq lazımdır ki, ər-arvad bir-birinə həyat yoldaşı, övladının atası və anası kimi hörmət etsin, insanlıq ləyaqəti və nüfuzları ilə həssaslaşsın, xırdalanıb, kiçilib, yad bir adama çevrilib həya pərdəsini götürməsin. Güzəştə gedə bilmək əzminə malik olsun, uşaqların yanında sözləşməsin, həmişə cəmiyyətin, ailənin və uşaqların mənafeyini nəzərə alsın. Bu, əsl insan hünəridir.
Ər-arvad “dərdini” dost və tanışlarına, rəfiqələrinə, qohumlarına mümkün qədər danışmamalıdır. Bəzi qadınlar və kişilər evin bütün söz-söhbətini ünvanlara, qəlbən yanmayan adamlara, dar düşüncəli dostlara və s. aparmaqla öz həyat yoldaşını, qaynanasını ələ salır, onlar haqqında pis sözlər danışırlar. Adi məsələ üstündə belə bir “qurban” bahasına başa gələn dava-dalaş mənasız deyilmi? Adi narazılığı, incikliyi məhəbbətlə xəyanətdən, vəfasızlıqdan qəti ayırmaq lazımdır.
Ailədə gümrahlıq, optimizm, mehribanlıq və dostluq ruhu hökm sürməlidir. O, ana və ataya, uşaqlara sevinc və fərəh bəxş etməlidir. Ata-ana hiss etməlidir ki, həyat yoldaşına və uşaqlarına gərəklidir, onun özü isə ailəsiz yaşaya bilməz. Onu ailəsi sevir, o da ailəsini sevir, onsuz həyat yoldaşının və uşaqların həyatı dolğun ola bilməz. Onun şəxsi həyatının mənasını məhz həyat yoldaşı və uşaqlar təşkil edir. Yalnız xoşbəxt adam bu hisslərlə yaşayır.
Sonda hamıya xoşbəxt ailə həyatı arzu edirəm. Allah heç kimin ailəsini dağıtmasın. Amin!
XƏBƏR LENTİ
Çiyələkli dondurma (foto resept)
Talış dağlarına qar yağdı, maşınlar yolda qaldı - VİDEO
Dünya futbolunun nəbzi bu gün vuracaq 9:16, 6 dekabr 2013
Azərbaycanda 30 kəndin adı dəyişir
“WhatsApp”dan yeni gizlilik müqaviləsi ilə bağlı AÇIQLAMA
Mango 2012 Günəş Eynəyi Kolleksiyası
Məşhur aktyorun boşanma işi uzanır-FOTO
Prezidentlərin görüşü gözlənilir
Məşhur aktrisa şəxsi həyatından danışdı-FOTO
Azərbaycanda zəlzələ olub
Can Yamanın yeni serialı bəlli oldu-FOTO
2011 çilçıraq modelləri
Ürək tortu (foto-resept)
Dərbənd qalasının bir hissəsi dağılıb
Yoldaşınızı yenidən sevməyin 4 yolu
Günün qoroskopu:Hisslərinizə uymayın!
Bakıda ekspress xətt avtobuslarının fəaliyyəti dayandırılır - RƏSMİ
Evdə oturmaqdan sıxılan uşaqlarla necə vaxt keçirməli?
Halit yeni İMİCDƏ-FOTO
İspan dili 14-cü dərs
Oyuncaq maşınla “avtoşluq” edib atasının həyatını qurtardı - FOTO
Dünyanın ən inadkar və bəxtli qadını
BÜRCLƏR bizə nə vəd edir? -7 İyul
DİN-dən əhaliyə növbəti XƏBƏRDARLIQ
Bu yaz qarderobunuzda nələr olmalıdır?
Moskvalı miqrantın çəkmələrini sildi - Video
HAVA necə olacaq?-21 FEVRAL
Emin Ağalarov italyan müğənni ilə duet oxudu - VİDEO
Yoqa (1)
Meyvəli maskalar
Stil ikonu kimdir?
Qızardılmış balıq küftəsi (foto resept)
Şeyma Subaşı qəfəsdə rəqs etdi tənqid olundu-VİDEO
Hədiyyə ilə bağlı etiket qaydaları-3 (son)
Qurban bayramının vaxtı açıqlandı
Ermənistan ordusu bir neçə istiqamətdə atəşkəsi pozub
4 təhlükəli oyuncaq
Tanış olun: yeni Jaguar
Yataq otağına hansı bitkiləri qoymalı?
Biz - insanlar...
500-700 bal toplayan abituriyentlərin sayını AÇIQLANDI
Telefonla oynayan uşaqlar təhlükədədir
Şəkili ustadan Bakı-2015 simvolu
Kəkələmə kişilərdə daha çox müşahidə edilir
Qar yağacaq - XƏBƏRDARLIQ
İsraildə yaşayan alimimiz vəfat edib
Günün tövsiyəsi: film, mahnı, kitab
Abort qadağan edildi
Azərbaycanda pulsuz internet olacaq?
Qatıq maskaları
- ŞƏRHLƏR