- Gəldin?... Xoş gəldin, uzun zamandır görüşmürdük, səndən ötrü darıxmışdım, əzizim! Hər an yolunu gözlədim, gecə-gündüz... Gecələr daha uzun olurdu, sabahlar açılmırdı sənsiz. Sənsizliyim ürəyimdə bir dərd idi.
- Mənə də çətin idi, əzizim! Gəldim ki, mənimlə gedəsən, axı illərdir sən də məni gözləyirsən! İllərdir qəlbim səni düşünür. Heç kimi sevə bilmədim səndən sonra. Uzun zamandır məni yaşadan tək sənin sevgin, sənin məhəbbətindir. Hər an mənə bir il kimi gəlir. Birlikdə gedək. Uzun bir səfərə çıxaq. Daha sənsizliyə dözə bilmirəm. Hər şey məni sıxır, hər yerdə, hər an gözüm səni axtarır. Düşünürdüm ki, qəfildən qarşıma çıxacaqsan. Səni görəcəyəm , deyə arxayın idim. Lakin, səni heç yerdə görə bilmirdim. Sanki sən yox olmuşdun. Dünya mənə boş görünürdü. Axı , harda idin? Hərdən mənə elə gəlirdi ki, səni tamamilə itirəcəyəm. Çox axtardım , səni, lap çox... Səni tapmaq mənə çətin oldu. İndi sən mənimsən. Mənimlə gedək.
- Hə, düz deyirsən, səndən ötrü mən də yaman darıxmışdım. Gözlərim yollara dikilmişdi, ürəyim bir söz deyirdi, dilim başqa söz. Ətrafdakılar da məni sıxırdı sanki. Günlərim bitmək bilmirdi, hər şeydə bir əzab görürdüm. Həyatımı nəyinsə, kiminsə xatirinə dəyişdim, yox-yox, anamın xatirinə dəyişdim. Axı mən anamı çox sevirdim. Onu incitmək, ona əzab vermək istəmirdim. O xəstə idi, həm də atamın qəfil ölümü ona bir dərd olmuşdu. Eh, sənsiz illər məni qocaltdı. Anam da xəstəliyindən dünyasını dəyişdi. Bu illər ərzində sanki içimdə min sual vardı. Axı sən hardasan? Niyə gəlmirsən? Elə mənimlə bir vətəndə olsaydın mənə bəs edərdi. Fikirləşərdim ki, bir az yaxınıq. Nə vaxtsa qarşılaşarıq. Onda ürəklərimiz özümüzdən gizlin məhəbbətdən danışar.
- Gedək mənimlə, bizim üçün orda yaxşı olacaq . Bir zamanlar xəyalımızda qurduğumuz o xoşbəxt həyatı orda birlikdə qura bilərik. Evimiz, ailəmiz , uşaqlarımız olar. Sonra onları böyüdərik. Mən səndən gözəl bir qızımın olmasını istərdim, elə sənin kimi gözəl! İkimiz də xoşbəxt olarıq. Gedək mənimlə, sevgilim! Amma geriyə baxma , sonra gec olar.
- Hə, əzizim, hazırlşmaq lazımdır.
- Yox, hazırlaşma , elə buradan gedək. Səni yenidən itirməyimdən qorxuram. Sənzisliyə dözmək mənə çox çətin oldu. Hər an arxanca gəlməyi düşünürdüm.
- Mənə də çətin idi. Mən də darıxırdım. Eh, artıq saçlarına da dən düşüb. Zaman nə tez keçdi!
- Hə, zaman sona çatmasın deyə, gedək. Birdən zamanımız qalmaz daha. Hər anın bir hökmü var. Dəqiqələr, saatlar bizə mane ola bilər. Vaxtında yaşaya bilmədiyimiz xəyallarımızı indi gerçəkləşdirək. Sevgilim, gəl gedək, tez ol, düşünmədən, geriyə baxmadan, gedək!
- Hə, getmək lazımdır, artıq, gecdir. Yalnız ikimiz gedirik?
- Hə, mən və sən.
- Axı...
- Yubanma, sənə görə gəlmişəm, dözmədim, ürəyim dözmür artıq, fikirlər yorur məni. Birlikdə olmağımız daha gözəldir. Dedim axı, tez ol , əlini ver.
- Hə, gedək. Dayan, səs gəlir...
Geriyə baxdı. Çox sonralar qurduğu evlilikdən iki qızı vardı, Aydanla , Fidan. Səs onların səsi idi. Leyla illərdən bəri sevdiyi kəslə uzun yola çıxa bilmədi.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR