Atalar sözüdür: "Başqasının bətbəxtçiliyi üzərində səadət qurulmaz! "Çox təssüf ki, bu məsəlin əvəzinə, "sevgi və səadət naminə bütün yollar (variantlar) keçərlidir!"-məsəlinə üstünlük verənlər çoxdur! İndi yazacağım məqalə yarı gerçək, yarı təxəyyül uydurmasıdır. Acı gerçəklərə, real həqiqətlərə əsaslanan, davamın, təxəyyülün axınına buraxdığım məqalə...
Onu deyim ki, belə faktlar kişilərə də rast gəlib....Amma ilk olaraq qadın taleyinə müraciət etdim...Qadınların bir çoxu belə faktlarla, hadisələrlə rastlaşsa da, bir qismi hələ həyatda gözləri tam açılmayanlara örnək olsun deyə...
1. "İki rəfiqə"... Rusiyadan gələndə sənəti-qadın bərbərliyi üzrə iş axtarmağa başladı. Kəmalə uca boylu, yaşından böyük görünən, bacarıqlı qız idi. Səmərəli iş yeri axtarırdı, evlərinə yaxın, özünə münasıb...Elnarənin işlədiyi salonda elan olmasa da, ora yaxınlaşdı. Bu yer çox münasıb gəlirdi ona...Elnarə şirin dilli, gözəl, bacarıqlı, müştərilərin sevimlisi idi. Onu da müştəri bildi, xoş qarşıladı. Müştərilərlə işini bitirib:"nə qulluq?" dedi. Kəmalə iş axtardığını, bu salonun onun üçün əlverişli olduğunu danışdı. Elnarədə paxıllıq hissi yox idi. Müdirlə danışıb ona həni-yoxu deməyə, çalışıb ona yanında iş düzəltməyə söz verdi. Əlaqə nömrəsini aldı, ayrıldılar...
İki gün sonra Kəmalə işlə təmin olmuşdu. Birgə deyə-gülə işləyirdilər. Tez də rəfiqə oldular. Sonra bir-birinə qonq getməyə, daha sıx yaxınlaşmağa başladılar. Kəmaləgilin ailəsi Rusiyada çox yaşamışdı, sadə, mehriban ailə idi. Elnarə onlara tez isinişdi. Elnarə isə həyat yoldaşı ilə kiçik evlərində qalırdı. Həyat yoldaşı Bəhruz taksi sürücüsü idi. Centlmen kimi pulsuz-parasız Kəmaləni də işdən evlərinə aparar, lazım olan yerə təmənnasız maşın sürərdi. Yaraşıqlı idi...Özünə fikir verən, səliqəli, bir qədər də sərt xarakterli idi. Kəmalənin Bəhruza ilk baxışdan gözü düşmüşdü. Rəfiqəsinin həyat yoldaşına qarşı qeyri-adi ehtirası, istəyi onun ağlına, qəlbinə hakim kəsilmişdi...Niyyəti təhlükəli, xəbis idi...Bəhruzu ələ keçirmək, özününki etmək istəyirdi.
2. "Şeytan qadın"...Qəlbini şeytana satmış, əqidəsini, amalını yeni məqsədinə qurban vermişdi, Kəmalə artıq yolunu seçmişdi. Bəhruz "şor göz", qadın düşkünü idi...Amma həyat yoldaşının rəfiqəsinə, Kəmaləylə pərdə saxlamağa çalışırdı...Amma Kəmalənin baxışları, hərəkətləri, qəfil bilməyərəkdən olubmuş kimi toxunuşları pərdəni ardan götürdü...Əvvəl əllə görüşəndə utanardı Bəhruzdan, indi təklikdə yüngül zarafatlar, yanaqdan, daha sonra əldən, ayaqdan....və s. çimdikləmələr, oynaşmalar, qaynaşmalar...Kəmalə bic idi, tülkü kimi..."Göz verir, işıq vermirdi". Bəhruzu özünə cəlb etmək üçün ona görünməyən sərhədlər qoymuşdu. Özü yaxınlaşmağa şərait yaradır, sonra da uzaqlaşırdı. Kişilərin psixalogiyasın əla bilirdi. Elnarə ilə aralarındakı hər şeyi rəfiqəsindən öyrənmişdi. Bunu Elnarəyə qarşı, onları ayırmaq üçün silah kimi istifadə edirdi.
3."Şeytan oyunları - sarmaşıq"...Məqam lazım idi ki, Bəhruzun ağlını başdan alsın. Bakıya getməli idi, universitetdə qiyabi oxuyurdu, imtahanların vaxtı çatmışdı. Bəhruza, Bakıya xalasıgilə gedəcəyini, orda üç gün imtahana gedib-gələcəyini, şəhəri tanımadığını dedi, ona üç gün yol-yoldaşılğı təklif etdi. Əlbəttə, Elnarədən xəbərsiz... Bəhruz bir fürsət olacağını düşünüb, beynində xəyallar qurub şəhərə gedəcəyini, orda ona yoldaşlıq edəcəyini dedi...
Tez-tez bir neçə günlük uzaq səfərə çıxan Bəhruz, iş dalınca gedəcəyini deyib evdən çıxdı. Kəmalə isə doğrudan da imtahana getməli idi...Yolda Bəhruzun maşınına mindi, xalasıgilə çatana qədər ilk dəfə tam təklikdə idilər...Bəhruzun bu görüşdən umacaqları çox idi. Ən azından Kəmaləyə sarılmaq, onu öpmək xayalı başında həsrətlə dolanırdı. Kəmalə gənc qız olsa da, çoxbilmiş, ayıq idi. O maşında arxada əyləşmişdi. Bəhruzun güzgüdən baxışlarını görmüşdü. Sinəsini, ayaqlarını, bədəninin sirli guşələrini ehmalca ona süzmək üçün şərait yaradır, şikarını çilvıləndirirdi. Yolda saxldılar. Pirə gedirdilər. Bəhruz ilk məqamda onun belinə əl atdı...Ay-hay...Kəmalə elə belə can deyildi. Tez sıyrldı, "pirdəyik, camat var, tanıyan olar, mənim səninlə gəldiyimi bilən olar"-dedi...Bəhruz Elnarənin yox, başqa yaxınlarının olacağından ehtiyatlandırdı. Səbrini sıxmalı oldu...Uzun yol sona çatdı. Kəmalənin xalasıgilə çatmağa az qalmış sağollaşdılar. Cəld və ani olaraq, Kəmalə hicrandan və ehtirasdan alışan şikarına yanaqdan bir öpüş "ərmağan elədi"...İlk gün beləcə, Bəhruz üçün "kiçik uğurla" ayrıldılar...
İkinci gün Bəhruz maşınsız, metro ilə Kəmaləni imtahana ötürürdü. Metroda tələbələr və insanlar hədsiz idi...Bakı metrosu...bir çox çılğınların gizli "məcara"sına əlverişli, "basabas"idi...Kəmalə burda Bəhuza ona toxunmaq, gizlicə sarılmaq, hətta çox yaxın, kip sıxılmaq üçün məqam yaratmışdı...Həsrətli, ehtiraslı cavan, nazik donlu, zərif xanım, bir də "basabas"la yırğalanan qatar...Mənzilə çatmaq da istəməz bu "yanıqlar"...
(P.S: Başqa nə ad verim ki?)
Üç gün eyni hal, imtahana gedəndə və gələndə...eləyir altı dəfə, təxminən 15 dəqiqədən götürsək-90 dəqiqə, Bəhruza elə bil "dünyanı" vermişdilər. Qalan vaxt isə heç cür Kəmalə təklikdə görüş şəraiti yaratmadı...
Geri qayıdanda Bəhruz onun bu "oynundan" bezdiyini, görüşmək, sevişmək istədiyini gizlətmədi. Kəmalə isə sakitcə cavab verdi: "mən ata-anamın ümidi, yeganə qızıyam, Rusiyada ismətimi qorumuşam, burda sənə qurban verəsi deyiləm. Məni sevirsən, boşan, evlənək. Ailəm heç buna da razı olmaz, amma mən onları razılığa vadar edəcəyəm..."
4. "Şikar torda"..Bəhruz Elnarəyə elə bir təklif etdi ki, yazığın ev başına hərləndi. Özündən getdi. Ayılanda elə bildi yuxu görüb...Amma nə yazıq...Bəhruz Kəmalə ilə kəbin kəsdirmək,onu özünə "halal" arvad etməkdə qərarlı idi...Yazıq qız bilmirdi neçə illik həyat yoldaşına qəzəblənsin, ya da "rəfiqəsi" bildiyi Kəmaləyə...Ev onun adına idi, atası şəhərdə işləyəndə almışdı...Bəhruzu qovmaqdan başqa əlacı qalmadı...
Bəhruz Kəmalənin torunda idi...Kəmalənin ailəsi narazı olsa da əlacsız idi. Qızın niyyəti qərəzli olsa da, ya onu kəbinlə ərə verməli idilər, ya da pozğun olub, "məşuqə" olmasına şərait yaratmalı idilər...Ya da onu öldürməkdən başqa yol qalmırdı...Ailə onun kəbinlə evlənməsinə razı olmalı oldu....Arada fasilə yarandı, Kəmalənin atası infarkt da krçirdi...Amma Kəmalənin məqsədi dəyişmədi...Bəhruzu əldən qaçırmaq niyyəti yox idi...Atası xəstəxanadan çıxan kimi toy hazırlığı başlandı...Bir ailəi dağltmaq hesabına, məkrlə də olsa, onlar yeni bir ailə qurmağa hazır idilər...
5. "Hiyləgər və şorgözün ailəsi"...Ehtiras, şəhvət, məkr və hiylə üzərində qurulan ailə...Qısqançlıq hər ikisinin canında idi. Sanki iki yırtıcı idilər...Atalar sözü var:"gözəl üzdən 40 gündə doyarsan,gözəl xasiyyətdən 40 il də doymaq olmaz"...İki bir-birinə zidd qütblər idi,maqnit kimi cəlb edib bitişmişdilər...Maqnit kimi də bir-birini əks qüvvə ilə uzaqlaşdırırdılar
Kəmalə təzə iş axtarırdı, Bəhruz isə yeni məcara, xisləti nakişilık idi axı...
6. "Oğurlanmış səadət"...Yenə bir məsəllə davam edəcəyəm: "Oğrudan oğruya halaldır!"...Kəmalənin bir vaxt Elnarədən oğurladığı səadəti uzun sürmədi..."Dinsizin öhdəsindən imansız gəlir"...Bəhruz başqa qıza ilişmişdi, yenə "su axıb, çuxurunu tapmışdı." Bəhruz həm şorgöz, həm də pulgir idi. Afət adlı dul qadının var-dövləti onu yoldan çıxarmış, Kəmalədən vaz keçməyə vadar etmişdi. Kirayədə Kəmalə ilə doyunca kefin sürmüş, orta təbəqə yox, varlı-zəngin olmaq istəyinə düşnüşdü.
Indi Kəmalə Bəhruzu Elnarədən ayıranda, Elnarənin çəkdiyindən pis əzab çəkirdi. Elnarə Bəhruzu qovmuş, həyatından, qəlbindən söküb atmışdı, Kəmalə isə tərk edildi...Bəhruz son vida məktubun qısa yazmışdı:"mən başqasın sevdim, məni axtarma, səndən və bu kasıb, mənasız həyatdan usandım, mən daha yaxşısına layiqəm, talaqını verəcəm..."
Başqa bir qadına bu sözləri rəva bilməzdim, amma Kəmalə tam layiqli cəzasını almışdı!...Yenə kimi isə bədbəxt edərdi, dinc durmazdı...amma bunlar azmış kimi, fikirli halda, yaş əllə elektrikə qurban oldu...Ölüsünü də, iyləndikdən sonra tapdılar...
7. "Bir nəsihət"... Bir psixoloq olmasam da bu barədə çox oxumuşam. Indi kitablar əlimin altında olsa idi lap ətraflı ədəbiyyatları da əks etirərdim. Insan Allaha və ya şeytana xidmət, sitayiş edə bilər, ruhi xəstələr istisnadır...Maddi, mənəvi, fiziki, ruhi dəyərlər yalnız insanlara xasdır. Amma mənfi xarakterlərdən kannibalizm və amoralizm (yaxın qohum, ata, ana, bacı, qardaşla əlaqə) kimi heyvani əlamətlər, xəyanət kimi mənfur xüsusiyyətləri olan insanlar da var bu dünyada! Qadın.Netin qaydalarını pozmayacam, insanları sadəcə Allaha inanmağa, dinin son, dəyişikliyə məruz qalmayan, müqəddəs kitabı Qurani Kərimə ən azı bir dəfə nəzər salmağa çağıracağam!
Daxili aləmi olmayan insan, heyvandan da təhlükəlidir! Allahsız insana qurtuluş var, əqidəsiz, ismətsiz, mənəviyyatsız...insaniyyətsiz kəsə bir çarə var, ondan qaçmaq, qorunmaq-ən vahiməli varlıq kimi onu qəbul etmək!...
Allah istəmədiyi kəslərin ağlını alar, ya da onların qəlbini, gözünü, qulağını öz sevgisindən məhrum edər...Allah sevgisindən məhrum olmayaq inşAllah!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR