İsmayıl bəy Qutqaşınlının eyni adlı hekayəsi əsasında lirik-dramatik pyes
İştirakçılar:
Rəşid bəy - gənc, yaraşıqlı, igid bir oğlan.
Səadət xanım – gənc və gözəl bir qız.
Əziz - Rəşid bəyin dostu.
Şamah - Səadət xanımın dayəsi.
(Ardı)
Rəşid - Hə, Əziz, söylə görək, mən gedəndən nə xəbərlər var buralarda?
Əziz - Xəbər çoxdur, sonra danışaram. İndi vaxt itirməyək. Bir azdan Səadət Şamahla burada olacaq. Səhər açılanacan biz burdan uzaqlaşıb getməliyik. Sən harda qalmışdın bəs? Nigarançılıqdan heç bilmirdim nə edim.
Rəşid - Eh... Əziz, Əziz, burdan gedəndən o qədər işlər görmüşəm ki. Zarafat deyil, həyatımın bəlkə də ən nəhəng, ən möhtəşəm hadisəsi ərəfəsindəyəm. Hər şeyi dəqiqliklə ölçüb biçmək, mühüm tədbirlər görmək lazımdır axı.
Əziz - Çətin olacaq işlər.
Rəşid - Niyə?
Əziz - (Söz azdıraraq.) Görmürsən necə yağır?
Rəşid - Əziz, sən məndən nəsə gizlətmək istəyirsən?
Əziz - Yox... sadəcə havanı nəzərdə tuturam.
Rəşid - Bundan da betər tufan olsa, mənim üçün qorxulu deyil. Qaldı ki, nəyəsə işarə vurmaq istəyirsənsə, bu barədə də narahat olmağına dəyməz. Bütün tədbirləri görmüşəm. Atlar hazırdır. Darvaza ağzındakı quraqlıqda gözləyir. Gedəcəyimiz yeri də dəqiqləşdirmişəm. Tikanlı kəndinə.
Əziz - Ora niyə?
Rəşid - Təsadüfən Mərdanla rastlaşdım. Mərdan yadındamı? Doğrudan da, yaxşılığı unudan oğlan deyilmiş. Onların kəndi ucqar, dalda bir yerdir. Ev şəraitləri də imkan verir ki, bir neçə gün orada gizlənək. Sonra gedib əhvalatı atama xəbər verəcəyəm.
Əziz - Əgər... əgər... birdən Kazım xan adamlarıyla hücum çəksə, necə olacaq bəs?
Rəşid - O məsələni də fikirləşib həll etmişəm. Sənə dediyim qaydaya ehtiyac qalmır daha. Heç bir silahlı toplamıram, güllə atılmır, qan tökülmür.
Əziz - Kazım xan da səni bağışlayır eləcə, hə?
Rəşid - Kazım xanın başqa əlacı qalmayacaq axı. Sənə dedim ki, belə gec gəlməkdə yatıb qalmamışdım. Bütün məsələləri yoluna qoymuşam. İndi mən sənə bir sirr açsam, inanarsanmı? Əsgər ağanı gecəynən oğurlayıb elə etibarlı adamların yanında gizlətmişəm ki, nə qədər axtarsalar da, tapa bilməzlər.
Əziz - Əsgər ağa bizim nəyimizə lazımdır?
Rəşid - Böyük bir savaşın, qırğının qarşısını almaq üçün bizə Əsgər ağa lazımdır. Səni göndərirəm elçi kimi Kazım xanın yanına. Deyirsən, oğlun girov götürülüb. Əgər onun sağ-salamat qayıtmasını istəyirsənsə, silahlı adamlarını geri çəkib gedirsən. Yox, əgər bircə nəfərə qarşı silah qaldırsanız, silaha hədəf ikinci adam Əsgər ağa olacaq. Başa düşdünmü hər şeyi?
Əziz - (Arxayınlaşaraq gülümsəyir.) Afərin, afərin mənim ağam. Doğrudan da, hər şeyi yaxşı götür-qoy etmisən.
Elə bu vaxt hənirti eşidilir. Səadətin səsi get-gedə yaxınlaşır.
Səadət - Ah, əziz dayəm, gör nə yaman günlərə qaldım. Mənim başımda nə bəlalar varmış. Nə çıxılmaz bir çətinliyə düşdüm. Mən sabah Əsgər ağanın elçiləri gətirdiyi cehizi və nişanları qəbul edib, onun əmisinə qoşulub getməyə məcburam. Yox, yox... Rəşid bəyə vəfasızlıq göstərməkdənsə, ona verdiyim sözdən dönməkdənsə, mənə ölüm daha yaxşıdır.
Rəşid “Ey mənim ruhum!” deyərək lap yaxından eşidilən səsin önünə qaçır və qaranlıqda gözdən itir və bir neçə an sonra Səadət və Şamah komaya daxil olur.
Şamah - Yağış bizim üçün yağır, dostlar, vaxt itirmədən yola çıxmaq lazımdır. Belə tufanda dalımızca düşən də olmaz.
Rəşid - Mənim əziz Səadətim. Taleyin ən dönümlü anı gəlib yetişdi. Gecənin bu çağında, bu yağışda, tufanda mənimlə yeni bir həyata doğru addımlamağa hazırsanmı?
Səadət - Bu nə sözdü, Rəşid? Əgər bilsəydin, bura gəlib çıxanacan necə əzablar, zülmlər aşmışam.
Rəşid - Sənsiz həyatın mənim üçün heç bir mənası yoxdur. Əgər başqa söz desəydin, bu qılıncı gözünün qabağındaca sinəmə sancar, ürəyimin qanıyla ayaqlarını yuyardım.
Səadət - Vaxt itirməyək, Rəşid. Ancaq bir şərtim var, Şamah da bizimlə getməlidir. Daha o, burada qala bilməz.
Əziz - (Sevincək halda Rəşidin yerinə dillənir.) Əlbəttə, əlbəttə, sabah onu alıb oturacaqlar, necə qaçdı, hara qaçdı, bəs sən hardaydın.
Rəşid - Getdik, dostlar. Allah bizə yar olsun. Gecənin qaranlığını, sakitləşmək bilməyən bu tufanı dəf etməyə bizə qüvvə versin İlahi...
Çıxırlar. Səhnə qaranlıqlaşır. Pərdə önü. Rəşid və Səadət.
Rəşid - Ey mənim ruhum... Sevimli Səadətim. Bir kəlmə sözümlə ana nəvazişindən, ata qayğısından, ailə qucağından ayrılaraq gecənin qaranlığında, yağışda, tufanda mənimlə belə ağır, dözülməz yollar aşıb gəldiyini, bütün həyatını mənə etibar etdiyini dərindən duyur və anlayıram.
Səadət - Ah, əzizim Rəşid, ata-anamdan söz salma... onların adı gələndə o qədər məyus oluram ki, az qala huşum başımdan çıxsın. O ki qaldı səninlə çəkdiyim əzab-əziyyətə, sıxıntılara, bu barədə narahat olma, bilsən, onlar mənim üçün nə qədər xoşdur. Səninlə bir yerdə olmaq bütün çətinlikləri, dərdləri unutdurur, mənə başqa bir cür sevinc və fərəh verir.
Rəşid - Görək də Əziz nə xəbərlə gəlir. Ümidvaram ki, hər şey qaydasınca olacaq. Tezliklə ata-ananla barışıq da edərik.
Elə bu an Əziz sevincək halda daxil olur.
Əziz - Mənim ağam, mənim ağam, təbrik edirəm sizi! Görün necə bir cavab gətirmişəm! Baxın görək Kazım xan nə yazıb? (Məktubu uzadır.)
Rəşid - (Məktubu açıb oxuyur.) Adına və şəxsiyyətinə sayğılar bəslədiyim Rəşid bəy, sizin, Səadət xanımın, hətta öz oğlumun yanında da günahkar olduğumu bildirirəm. Çünki mən oğlumu özündən iki dəfə yaşlı bir qızla evləndirmək fikrinə düşmüşdüm. Heç düşünməmişdim ki, həmin qız bir başqasını sevir və həmin başqası tərəfindən sevilir. Öz düşünülməmiş hərəkətimə görə üzr istəyirəm. Sizinlə barışıram. Göz dikdiyim yeganə oğlumdan, varisimdən məni məhrum etmək ixtiyarında ikən, onu mənə qaytarmağı təklif etdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Kazım xan.
(Sevincək halda) Çox sağ ol, Əziz, belə bir məktub gətirdiyin üçün. Mən inanırdım ki, Kazım xanın cavabı ancaq belə ola bilər. Gedim atamı muştuluqlayım. O bir daha öz xeyir-duasını vermişdi, ancaq bu məsələyə görə çox nigaran idi. Daha toya başlaya bilərik.
Şamah - (Xoş əhvalla daxil olur.) Mən də təbrik edirəm sizi! Bir xeyir xəbər də məndən. Kazım xan bir məktub da Səadət xanımın ata-anasına göndərib, onlardan da üzrxahlıq edib.
Rəşid - Ay Şamah, hardandı səndə belə gözəl xəbər?
Şamah - Şamah bilməyən işə qurd düşər.
Əziz - (Süni bir şəkildə məyus görkəm alır.) Bütün qaranlıqlar arxada qaldı, hər şey aşkarlandı, aydınlaşdı, yalnız... yalnız...
Rəşid - ( Gülümsəyir.) Yalnız nə, ay Əziz?
Əziz guya utanırmış kimi başını yerə dikir. Şamah da üzünü yana çevirib başını yerə dikir.
- Hə, niyə susursunuz? Ay sizi... Narahat olmayın... Toy toya qatışacaq. Başqa nə cür ola bilər ki? Xoşbəxtliyə qovuşmaq ürəkdən sevənlərin, həqiqi aşiqlərin əsl haqqıdır. Getdik.
Öndə Səadətlə Rəşid, arxalarınca Əziz və Şamah yavaş-yavaş səhnədən gedir.
Son
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
Koronavirusun müsbət tərəfləri açıqlandı - NƏLƏRİ DƏYİŞDİ?
Mobil nömrələrlə bağlı yenilik
"Barselona" "qızıl dubl"a imza atdı
Ölkədə 12 obyekt bağlandı
İmtahanla bağlı yenilik
Kişilər qadınlardan daha sürətli arıqlayır
Günəş tutulması baş verəcək
“Sen çal kapımı” serialı reytinqdə birinci yerə çıxdı
Qısa boğazlı çəkmələr
Nişanlanma xəbərləri yalan çıxdı-FOTO
Öləndə molla istəməyən yazıçımız
Xankəndinin ermənilər tərəfindən işğalından 23 il ötür
Parisdə 2020-ci ildən ictimai nəqliyyat pulsuz ola bilər
Azərbaycanda qadınların təxminən 1/3-də piylənmə müşahidə olunur
Günün qoroskopu: Mübahisə etməyin!
200 illik tarixi məzarlıq
Mart ayında HAVA necə olacaq?
Üzən şəhər tikiləcək
Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
“Koronavirusun sonu yaxında deyil” - ÜST-ün rəhbəri
Kim deyir ki, qadın zəif məxluqdur?
Keratinin faydaları və zərərləri
Badamın inanılmaz faydaları
Körpələr üçün yataq otağı modelləri
Hava haqqında
Günün qoroskopu - 06.11.2013
3D şəkillər
1 milyon avronu 3 saniyəyə qazanan qız
Azərbaycanda sutka ərzində daha dörd nəfər koronavirusdan öldü: 331 yeni yoluxma
Serenay Sarıkaya və Kerem Bürsin BARIŞDILAR!-FOTO
Dəniz daşlarından hazırlanmış bəzək əşyaları (2)
Türkiyədən ermənilərə "qırmızı işıq"
Ayın ilk interaktiv geoloji xəritəsini hazırladılar - FOTO
Unikal enerjili avtomobil
Cemli burma (foto resept)
Aslılıq yaradan qidalar
NASA kosmosa ilk dəfə qadınlardan ibarət qrup yollayacaq
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Lavrov: "Türkiyə ilə ehtiyac duyulan məsələlərin müzakirəsi üçün yaxşı imkan var"
Dollarda növbəti bahalaşma
Serenay Sarıkaya kökəldi-FOTO
Film festivalında jüri olacaq - FOTO
Əl işim olan xonçalar
Jurnalist olmaq istəyənlərin imtahanı başladı
Koronavirus xəstələri ictimai nəqliyyatda “super yoluxdurucuya” çevrilir - XƏBƏRDARLIQ
Azərbaycanın daha yeddi kəndi azad olundu
"Baku Fires" Qazaxıstan komandasına qalib gəldi
Kibritdən hazırlanan əşyalar
Saçda kölgələr















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]