İsmayıl bəy Qutqaşınlının eyni adlı hekayəsi əsasında lirik-dramatik pyes
İştirakçılar:
Rəşid bəy - gənc, yaraşıqlı, igid bir oğlan.
Səadət xanım – gənc və gözəl bir qız.
Əziz - Rəşid bəyin dostu.
Şamah - Səadət xanımın dayəsi.
(Ardı)
Rəşid bağban komasında yır-yığış edir.
Əziz - Ağa, mən sənin sadiq nökərinəm, hər tapşırığını yerinə yetirən yoldaşınam, dostunam. Odur ki, cəsarət edib deyirəm, sənin ondan ayrılmağın məsləhətdir. Yoxsa özünə və sevgilinə tükənməz əzablar, kiçik məmləkətimizə böyük bəla, atana dərin kədər bəxş etmiş olacaqsan. Atan bu işə razılıq verməyib, sənə xeyir-dua verməyib. Bu bəlalı bir sevdadır. Uzaq ol bu sevdadan.
Rəşid - Yox, sevimli Əziz! Mən onu elə bir duyğu ilə, ehtirasla sevirəm ki, uzaqlaşmağı ağlıma belə gətirə bilmirəm. Onun xəyalı daim mənim gözümün önündədir. İş o dərəcəyə çatıb ki, ondan başqa heç bir şey görmürəm. Bizim evlənməyimizə heç bir maneə yoxdur, çünki hər bir çətinlik bizim sevgimizi daha da artıracaq, cəsarətimizi iki qat çoxaldacaq və susuzluqdan yanan çiçəklər sulandıqda canlandığı kimi o da yeni qüvvə, yeni təravət alacaq. Atam üçün, məmləkətimiz üçün də heç bir təhlükə görmürəm. Əgər Kazım xan qarşımıza bir düşmən kimi çıxsa, o zaman mən öz igidlərimizdən başqa məni ürəkdən sevən qonşularımızdan da böyük bir dəstə toplaram. Bütün Dağıstan ellərini dolaşıb hökmran xanlardan kömək istərəm. Ondan sonra əldə qılınc, ürəkdə sevgi və intiqam atəşi öz qoşunumla rəqibimin qarşısına çıxaram. Bir neçə çarpışmadan sonra sən məni igid atlılarımla bir yerdə onun Ərəş sarayında görərsən... O ki qaldı atamın xeyir-duasına... nə tez unutdun, rədd cavabı ilə qayıtsa da, atam Səadətdən ötrü elçi göndərməmişdimi? Bu elə onun razılığı demək deyilmi? Ah, sevimli Əziz! Səadət və mən bir-birimiz üçün gəlmişik bu dünyaya. Bizim taleyimiz bir-birinə o qədər möhkəm tellərlə bağlanıb ki, heç bir qüvvə onu qıra bilməz, dağıda bilməz.
Əziz - Hər halda çətin olacaq işlər...
Rəşid - Nigaran olma... Mən daha burada qala bilmərəm. Gedim müəyyən hazırlıq işləri görüm. Sən hələ ki, burada qal. Səadətin dayəsilə əlaqə saxla. Sabah axşam qaranlıqlaşandan sonra özümü yetirəcəyəm bura. Razılaşdıqmı?
Əziz -Razılaşdıq... razılaşdıq.
Səhnə qaranlıqlaşır. Bağban koması. Axşam çağıdır. Əziz və Şamah.
Şamah - Oh, Səadət xanım boynuma elə bir ağır yük qoymuşdu ki, heç bilmirdim nə edim, necə edim. Vəziyyəti Tutu xanıma başa salmaq, onu razılığa gətirmək o qədər də asan deyildi. Ertədən də bacısı onun yanına gələrək elçilərin şəhərə daxil olduğunu demiş, gətirdikləri hədiyyələr, cehiz əşyaları barədə danışmışdı, xanımda tamamilə başqa bir əhval yaratmışdı. Qadın sevincindən heç bilmirdi nə etsin. Zarafat deyil, çox dəbdəbəli, təmtəraqlı bir elçilikdi bu. Başda Əsgər ağanın əmisi olmaqla təkcə elə iki yüz qiymətli libas geymiş atlı gəlirdi.
Əziz - Xırda-xuruş nəsə almağa bazara getmişdim. Onda mən də gördüm bu dəstəni. Bütün dükançılar səs-küyə tərəf qaçırdı. Dəstənin başında iki nəfər gözəl geyinmiş atlı, yedəklərində qar kimi dümağ cilovlu bəzəkli bir at gəlin üçün aparılırdı. Hər iki tərəfdən piyada həbəşi gəlirdi. Arxada zurna-balaban çalınır, bir dəstə pəhləvan mil oynada-oynada gedirdi. Bunlardan sonra at boyda iki qatıra qoşulmuş, qızıl-gümüşlə bəzədilmiş bir təxt-rəvan gəlirdi.
Şamah - Hələ çalğıçılar, xanəndələr, rəqs edən mütrüblər, çəngilər, üzləri rübəndlə qapanmış yengələr... Səadətin məktubundan tamam sarsılmış Tutu xanım çıxılmaz vəziyyətə düşmüşdü. Yazıq bilmirdi nə etsin. Mən iki aşiqin bir-birinə bəslədiyi məhəbbətdən, onların necə görüşmələrindən, daim bir yerdə yaşayacaqlarına and içdiklərindən müfəssəl danışdıqca biçarə qadın rəng alıb rəng verirdi. Sonra o, bacısıyla Səadətin otağına getdi. Səadət anasını görüncə özünü onun ayaqlarına döşədi. Qızının çəkdiyi əzab, rənginin solgunluğu, təlaş içində çırpınması Tutu xanımı yola gətirməyə səbəb oldu. Məhəbbət ananın yeganə qızına qarşı oyanmış qəzəbinə, hiddətinə qalib gəldi. Axırda Tutu xanım qızını bağrına basıb var qüvvəsilə toyun pozulmasına çalışacağına söz verdi.
Əziz - Deyəsən, gələnlər bu barədə nəsə eşidiblər.
Şamah - Səadətin xalasından şübhələnirəm. Mən məktubu gətirəndə o, bacısının yanında idi. Səadətin məşhur xana ərə getmək istədiyini deyirdi, bacısını danlıyırdı ki, birdən o başqa fikrə düşə bilər.
Əziz -Bu qadın işləri korlaya bilər.
Şamah - Səadətin keşiyini artırıb. Əsgər xanın adamlarına da ayıq-sayıq olmağı tapşıpıb. Bir sözlə, işlər müşkülə düşüb. Tutu xanım qonaqlarından bir günlük möhlət istəyib. Birisi gün məsələ həll edilməlidir. Bu gecə son gecədir. Səhərə qədər yatmayıb gözləyin. Bir fürsət tapıb qaçıb gələcəyik bura. Rəşid bəy tam hazır olmalıdır. Səadət məktub yazıb qoyacaq. Onlar duyuq düşənəcən, məktubu oxuyanacan biz burdan çox-çox uzaqlarda olmalıyıq. (Getdikcə güclənən külək səsinə diqqət kəsilir.) Hava pozulur. Allah eləyə, gecə yarısından sonra tufan başlaya. Keşikçilər belə havada daha heç nə olmaz deyə yıxılıb yatarlar... Daha mən qaçım gedim... (Aralanmaq istəyir.)
Əziz - Şamah, dayan...
Şamah - Nədir? (Ayaq saxlayıb mənalı-mənalı baxır.)
Əziz - Heç, sonra, sonra...
Şamah gedir. Səhnə qaranlıqlaşır. Hərdən şimşək çaxır. Bərkdən göy guruldayır. Qaranlıqda həyəcənla ulayan külək, getdikcə güclənən yağış səsi eşidilir. Bağban koması. Əziz şam işığında narahat-narahat gəzişir. Tez-tez pəncərədən boylanır. Arada ayaq saxlayaraq nəyəsə qulaq kəsilir.
Əziz - Allah, necə narahat gecədir. Yağış get-gedə şiddətlənir, külək də səngimək bilmir. Əsl tufandı. Şamah düz deyir, belə havada keşikçilər arxayınlaşıb başlarını atıb yatmış olacaqlar. Onların evdən çıxmalarına yaxşıca şərait yaranacaq. Ancaq Rəşid gəlib çıxmır. Harda ləngidi görəsən? Bu vaxtacan gəlməliydi axı. Bəlkə tufandı deyə heç gəlməyəcək. Səadət də bir təhər evdən çıxmış olsa, necə olacaq bəs? Bilmirəm... bilmirəm... Lap başımı itirmişəm. Gecə keçir. Saat neçə olar görəsən? Belə tufanda da havadan bir şey anlamaq olmur. Hər halda gecə yarıdan keçmiş olar. Hardasan, ay Rəşid bəy? Bu yağış, bu tufan sənin üçün qopub bəlkə də, bir daha çətin ki, belə fürsət ələ düşər.
Taqqıltı eşidilir. İri bir bürüncəyə bürünmüş Rəşid bəy içəri girir. “Off...” deyərək bürüncəyi kənara atıb yorğun halda taxta çökür.
(Ardı var...)
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
Koronavirusun müsbət tərəfləri açıqlandı - NƏLƏRİ DƏYİŞDİ?
Mobil nömrələrlə bağlı yenilik
"Barselona" "qızıl dubl"a imza atdı
Ölkədə 12 obyekt bağlandı
İmtahanla bağlı yenilik
Kişilər qadınlardan daha sürətli arıqlayır
Günəş tutulması baş verəcək
“Sen çal kapımı” serialı reytinqdə birinci yerə çıxdı
Qısa boğazlı çəkmələr
Nişanlanma xəbərləri yalan çıxdı-FOTO
Öləndə molla istəməyən yazıçımız
Xankəndinin ermənilər tərəfindən işğalından 23 il ötür
Parisdə 2020-ci ildən ictimai nəqliyyat pulsuz ola bilər
Azərbaycanda qadınların təxminən 1/3-də piylənmə müşahidə olunur
Günün qoroskopu: Mübahisə etməyin!
200 illik tarixi məzarlıq
Mart ayında HAVA necə olacaq?
Üzən şəhər tikiləcək
Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
“Koronavirusun sonu yaxında deyil” - ÜST-ün rəhbəri
Kim deyir ki, qadın zəif məxluqdur?
Keratinin faydaları və zərərləri
Badamın inanılmaz faydaları
Körpələr üçün yataq otağı modelləri
Hava haqqında
Günün qoroskopu - 06.11.2013
3D şəkillər
1 milyon avronu 3 saniyəyə qazanan qız
Azərbaycanda sutka ərzində daha dörd nəfər koronavirusdan öldü: 331 yeni yoluxma
Serenay Sarıkaya və Kerem Bürsin BARIŞDILAR!-FOTO
Dəniz daşlarından hazırlanmış bəzək əşyaları (2)
Türkiyədən ermənilərə "qırmızı işıq"
Ayın ilk interaktiv geoloji xəritəsini hazırladılar - FOTO
Unikal enerjili avtomobil
Cemli burma (foto resept)
Aslılıq yaradan qidalar
NASA kosmosa ilk dəfə qadınlardan ibarət qrup yollayacaq
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Lavrov: "Türkiyə ilə ehtiyac duyulan məsələlərin müzakirəsi üçün yaxşı imkan var"
Dollarda növbəti bahalaşma
Serenay Sarıkaya kökəldi-FOTO
Film festivalında jüri olacaq - FOTO
Əl işim olan xonçalar
Jurnalist olmaq istəyənlərin imtahanı başladı
Koronavirus xəstələri ictimai nəqliyyatda “super yoluxdurucuya” çevrilir - XƏBƏRDARLIQ
Azərbaycanın daha yeddi kəndi azad olundu
"Baku Fires" Qazaxıstan komandasına qalib gəldi
Kibritdən hazırlanan əşyalar
Saçda kölgələr















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]