İsmayıl bəy Qutqaşınlının eyni adlı hekayəsi əsasında lirik-dramatik pyes
İştirakçılar:
Rəşid bəy - gənc, yaraşıqlı, igid bir oğlan.
Səadət xanım – gənc və gözəl bir qız.
Əziz - Rəşid bəyin dostu.
Şamah - Səadət xanımın dayəsi.
(Ardı)
Yenə bağın sağ tərəfindəki söhbət köşkü. Səadət və Şamah yaxınlaşırlar. Səadət çox şən əhvaldadır. Əlində gül dəstəsi sanki rəqs edirmiş kimi danışa-danışa gəzişir. Şamah bir qədər qayğılı tərzdə onu dinləyir.
Səadət - Sevimli Şamah, sənə çox-çox minnətdaram ki, bu gün məni şəhər meydanındakı gənclərin at çapmaq, qılınc-tüfəng oynatmaq, ox atmaq yarışına apardın. Meydanda bayram paltarı geyib gözəl atlar minmiş cavanlar bir-bir gəlib keçir. Meydanın bir tərəfində qoca kişilər, bir tərəfində üzləri ağ rübəndli qadınlar oturub. Bu zaman... o da qəşəng bir atın belində meydana daxil olur. Onun qızıl yəhər və üzəngisinin, əlvan paltarının parıltısı az qala günəşin işığna üstün gəlirdi. Göstərdiyi igidliklər, məharətli oyunlar hamını heyrətə gətirir, gurultulu alqışlar qoparırdı.
Şamah - Sən elə bil sərxoş olmusan...
Səadət - Ah, əzizim Şamah... Dəfələrlə mən onun barəsində xoş təriflər eşitmişdim. Eşitmişdim ki, o, “mənəm-mənəm” deyən igidlərə qalib gəlməyi, bütün zəiflərə, ehtiyacı olanlara kömək etməyi sevir. Hətta alicənab kübar tərbiyəsi, qəhrəmanlıq dastanları oxuması, gözəl səsi barəsində də eşitmişdim. Lakin ilk dəfə idi ki, görürdüm özünü. Buna baxmayaraq məndə elə bir təsəvvür vardı ki, sanki çoxdan, lap uşaqlıqdan tanıyırdım onu. Çox mehriban, əziz, yaxın bir insan kimi... Ah, sevimli Şamah, mən çox istərdim ki, o gözəllikdə, o qoçaqlıqda bir qardaşım, yaxud bir sevgilim olsun. Ancaq təəssüflər ki, bu daha heç zaman mümkün olmayacaq. Anam onun elçilərini geri qaytardı, Rəşid bəy qürurunu sındırıb artıq heç vaxt mənə meyl etməz.
Şamah - Belə fikirləri at başından, unutma ki, sabah Kazım xanın elçiləri gəlir. Sənin taleyin həll olunur. Bir daha xam xəyallara qapılma.
Səadət - Ah, əhvalım yenə pozuldu. Bütün xoş əhvalım alt-üst oldu, yenə kədərlər qara buludlar kimi aldı üstümü. Mən nə edəcəyəm, nə edəcəyəm? Əziz Şamah, sən denən mənə, sevmədiyim, yaxından tanımadığım, yalnız var-dövlətilə seçilən bir adamla ömrümü necə başa vuracağam?.. Necə, necə? De necə?..
Şamah susur. Elə bu an yenə bağın dərinliklərindən o sehrli oxuma səsi eşidilir.
- Oh, yenə bu ecazkar səs?.. Kimdir, kimdir axı belə qüssə dolu üzüntüylə oxuyan? Doğrudanmı, sən bir şey öyrənə bilmədin? Anam deyir, bağ sehrlənib, müqəddəs bir dərviş gətirəcək, bağı paka çıxaracaq. O vaxtacan mənə bura gəlməyi qadağan edib. Ancaq mən burada üzüyümü itirmişəm. Onu axtarıb tapmaq bəhanəsilə bir təhər qaçıb gəlirəm. Üzük isə tapılmır. Əvəzində bu səs, bu oxuma... İnan Şamah, bu səsdə qəlbimi yerindən oynadan nəsə var. Bu səs elə-belə səs deyil. Bu səs sanki göylərdən gəlir, ilahi bir səsdir, taleyimin səsidir. Niyə susursan, Şamah?
Şamah - Xanım, bağışla məni. Keçən dəfə gördüyümü sənə söyləmədim. Mahnı oxuyan bizim təzə bağban imiş.
Səadət - Qocası, yoxsa yanındakı cavan oğlan?
Şamah - Qocanın özü.
Səadət - Nə danışırsan? Bu yaşda da elə səs, elə ürək? Heç inanılası deyil. Bəs nə üçün bunu məndən gizlədirdin?
Şamah - Fikirləşdim ki, birdən bağbana acığın tutar, onu qovarsan. Düzdü, onların burdan getmələrini istəmirəm.
Səadət - Bilirəm niyə. Bağbanın köməkçisi, deyəsən, xoşuna gəlir. Bir-iki dəfə şirin-şirin söhbət edəndə görmüşəm sizi.
Şamah bir söz demədən susur. Üzünü gizlətməyə çalışır.
- Görürsən, ürək seçən necə əzizdir. Qorxma, qovdurmaram onları. Gözəl oxuyur deyə bülbülü qəfəsə salırlar, açıb buraxmırlar. Get çağır gəlsinlər bura. Bilmək istəyirəm, görəsən, o qocanin dərdi nədir ki, elə yanıqlı oxuyur. Bəlkə nəyəsə ehtiyacı var, bir kömək lazımdı ona.
Şamah gedir.
(Öz-özünə.) Yox, mən yanılmamışam. Ürəyim məni aldatmayıb. Bu elə-belə oxumaq deyil. Bu səsdə, bu sözlərdə nəsə bir sirr var. Nə, nə ola bilər? Nə ola bilər görəsən?
Şamah bağban və bağbanın köməkçisilə qayıdıb gəlir. “Bağban” baxışlarını Səadətin üzündən çəkmədən heyranlıqla, təlaşla uzun-uzadı baxır. Səadət də baxışlarını onun üzündən ayıra bilmir.
Səadət - Möhtərəm qoca, sizi sevimli məşğuliyyətinizdən ayırdığım üçün, narahat etdiyim üçün məni bağışlayın. Qeyri-adi bir yanğı ilə oxumağınıza laqeyd qala bilmədim. Nədir dərdiniz? Bəlkə mənim sizə bir köməyim dəydi...
Rəşid - Ey zavallıların ümidi, pənahı, mənim elə bir dərdim var ki, heç bir dil onu izhar etməyə və bir kimsə ona əlac qılmağa qadir deyil.
Səadət - Sizin dərdinizin davası mənim qüdrətim xaricində olmasa, mən onu sizdən əsirgəmərəm. Əgər sizin cəsur bir dilavərə ehtiyacıniz varsa, o zaman bütün zavallıların yavəri Rəşid bəyə müraciət etməyinizi məsləhət bilərdim. Onun ləyaqət və cəsarətinə heç bir şey çatmaz. Mən onu dünən özüm gördüm...
Rəşid - (Bir neçə an duruxub qalır, sonra birdən qondarma paltarını, bığ-saqqalını bir tərəfə ataraq Səadətin qarşısında dizi üstə düşür.) Sizin bəhs etdiyiniz xoşbəxt Rəşid mənəm. Sizi görmək və dinləmək məqsədilə paltarımı dəyişib bağınızda bağbanlıq edən mənəm. Ah və naləni bir cadugər təranəsi edərək dərdli-dərdli oxuyan da mənəm. Nəhayət, sizi candan artıq sevən və sizə pərəstiş edən də mənəm. Mənim xoşbəxtliyim və taleyim sizin əlinizdədir. Mən yalnız bağda itirdiyiniz bu üzüyə sahib olduğum üçün yaşayıram. Ah Səadət, mənim sevgimi rədd etməyin, mənə nifrət etməyin, məndən etinanızı əsirgəməyin... Bu üzüyü də məndən... ayırmayın. Siz onu mənim əlimdən alsanız, o zaman mənim əllərim rəqibim Əsgər ağanın qanına boyanacaqdır. O halda Kazım xan oğlunun intiqamını almaq üçün bütün qoşununu atamın kiçik məmləkətinə yeridəcək. Atam isə mənim sizə bəslədiyim eşqin yolunda öz mülkünü, məni və bütün yavərlərini itirəcəkdir. İndi, Səadət, mənə bir cavab verin, taleyimin müqəddəratını həll edin.
Səadət özünü itirmiş halda yıxılmamaq üçün sanki havadan yapışır. Bir müddət özünə gələ bilmir. Sonra astadan pıçıldayır.
Səadət - (Sanki öz-özünə.) İlahi... Bu röyadırmı mən görürəm... Oyatma məni bu röyadan... Həyatda, doğrudan da, möcüzə olurmuş... İlahi, uzaqlaşdırma məni bu möcüzədən...
Rəşid - Nə üçün susub qalırsınız? Dediklərimə rəğmən bir söz söyləməyəcəksiniz?
Səadət - Rəşid bəy... mən də səni çoxdan... çoxdan sevirəm... (Qollarını uzadıb onun boynundan qucaqlayır.)
Sevgililər böyük bir mutluluq, məsudluq içində bir-birini bərk-bərk qucaqlayaraq yerindəcə fırlanırlar.
Rəşid - Əzizim...Sevgilim... Bizim izdivacımıza razı deyillər... Ancaq biz taleyimizin hökmü ilə uzaq və sakit bir məmləkətə çəkilməliyik. Heç nəyə məhəl qoymadan evlənməliyik. Bu dünyaya biz bir-birimiz üçün gəlmişik. Görürsənmi, əzizim, nə çətinliklə tapışdıq. Daha ayrılmağa, bir-birimizi itirməyə haqqımız yoxdur. Ulu yaradan buna görə bizi bağışlamaz...
Səadət - Mən səni sevirəm, sevirəm, Rəşid bəy. Səninlə dünyanın harasına desən, getməyə hazıram. Mən səninəm, əzizim. Üzüyüm də qalsın səndə. Lakin namusumun, şərəfimin ləkələnməməsi üçün, səni Allaha and verirəm, tez burdan çıx get, şəhərdə qal və məndən xəbər gözlə.
Rəşid - Gözləyəcəyəm. Gecə-gündüz, hər dəqiqə, hər an səndən xəbər gözləyəcəyəm. Allah amanında. (Əzizlə aralanıb gedir.)
Səadət skamyaya çöküb qalır. Gözlənilməz, qəfil hadisədən özünü itirmiş Şamah o üzə-bu üzə gəzişərək nə isə demək istəyir, ancaq bilmir sözü necə başlasın.
Şamah - Ah Səadət... sən nə etdin? Heç bilirsənmi nə etdin? Ata-ananın razılığı olmadan, onların xeyir-dualarını gözləmədən naməlum bir şəxsə könül verdin. İndi de görüm, ananın söz verdiyi oğlana biz nə cavab verəcəyik? Sabah elçilər gəlir...
Səadət - Əzizim Şamah, mənim bu qədər şiddətlə çırpınan könlümü sən də bir yandan həyəcana gətirmə. Mən Rəşidi ayaqlarıma döşənmiş görəndə ondan məhəbbətimi əsirgəyə bilərdimmi? Onun həssaslığı, gözəlliyi və cəsarətinin şöhrəti aləmə o qədər yayılıb ki, onu iki dəfə görməklə könlümdə bəslədiyim məhəbbəti gizlədə bilmədim. Mehriban Şamahım! Mənə yazığın gəlsin. Onu sevdiyimi söylədiyim üçün məni dərdə salma. Əksinə, aşıb-daşan sevgimin müqabilində onunla soyuq davrandığıma, ürəyimi tamam açmamaqda məni günahlandır, danla. Ah... mənim həqiqi duyğularımı ona izhar edəcək bir qüdrətə malik sözlər varmı?..
Şamah - Sən göylərdə uçursan, Səadət, en aşağı. Təsəvvür elə, anan bu əhvalatı eşidəndə nə hala düşəcək? Hələ bunu ona necə söyləyəcəksən?
Səadət - Mənim sevimli dayəm, məni yerdən sən götürəcəksən. Hər şeyi ətraflı surətdə bir məktuba yazacağam. O məktubu anama oxuyacaqsan, mənim yerimə yalvarıb-yaxacaqsan, vəziyyəti başa salacaqsan. Razı gətirəcəksən anamı. Mütləq razı gətirəcəksən anamı və sonra da oturub fikirləşəcəksiniz, görək elçilərə nə demək olar, onları necə yola salmaq olar. İnan, ürəyim deyir, anam başa düşəcək mənim hərəkətimi və çətinliklə də olsa, mənimlə razılaşacaq o, mütləq razılaşacaq. Yoxsa... həmişəlik itirməli olacaq yeganə qızını...
Şamah köks ötürüb susur. Səhnə qaranlıqlaşır.
(Ardı var...)
XƏBƏR LENTİ
Fırça və süngərin təmizlənməsi
Hitlerin dünyanı silkələyən kitabı nəşr ediləcək
Yaponlar bu dəfə də heyrətləndirdi
Bakıda satılan qəribə "kukla"-VİDEO
Alişan doğulacaq körpəsindən danışdı
Möhtəşəm ziyafət donları
Muzeyin görünməyən tərəfi
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO
Edgy tərzi necə olmalıdır?
Xəzər dondu
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Evdə istifadə edə biləcəyiniz 4 praktik məsləhət
Dəbdən düşməyən ayaqqabılar (2)
Sinem Kobala 30 minlik təklif-FOTO
"Jet Sosyete"nin yayımı təxirə salındı-SƏBƏB
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Aspirin maskası və dəriyə faydası
Azərbaycanda virus yayılandan indiyədək 153 baş iribuynuzlu heyvan tələf olub
Qat-qat xəmirdən çiçək(foto resept)
Dərinin sağlamlığını və gözəlliyini qoruyan qidalar
Ordu tarixində ilk: Bir qadın…
Bədənindən kətan kimi istifadə edən qadın
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Prezidentdən inanılmaz TƏLİMAT: deputatların telefonları yığışdırıldı
10 milyardlıq xəzinə tapıldı
Nüsret evlənir?-FOTO
Heyvanlar aləmindən
Son DƏQİQƏ: Koronavirusun yayılması Bu Tarixdə Dayanacaq
İştah kəsən 5 qida
Sağlam ayağı kəsən həkim istintaqa ifadə verib
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Dadlı piroq (foto resept)
İvana Sert efirə qayıdır
Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb
“Bakı Metropoliteni” hərəkət qrafikini dəyişir
Günün ulduz falı
Dünyanın ən zəngin varisləri: onların arasında azərbaycanlı da var
Keşiş: Qarabağı verməliyik
Bakı bir səyyahın dilindən
Maraqlı faktlar
14 kq-lıq yeniyetmə-FOTO
Geyim mağazaları ilə bağlı YENİLİK
Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO
29-30 iyulda keçirilmiş imtahanların nəticələri açıqlanıb
Onurğa üçün idman hərəkətləri
"Acı hayat"ın aktrisası ərə getdi
Peyğəmbər karikaturaları barədə KİV-ə xəbərdarlıq
Leysan yağacaq
Bu çiçəklər təəccüb doğurur
Messi "Real"a qarşı zədəli halda oynayıb
- ŞƏRHLƏR