Tərkibi:
1 ədəd kiçik toyuq
2 ədəd badımcan
Yarım sarı bolqar bibəri
Yarım qırmızı bolqar bibəri
1 ədəd yaşıl bibər
2 ədəd kartof
10-12 ədəd ağ göbələk
4-5 ədəd pomidor və ya "Bizim Tarla" soyulmuş pomidoru
Kəklikotu
"Wellington" kərə yağı
"Zeytun Bağları" zeytun yağı
Sous üçün:
1 st. toyuq bulyonu
2 x.q. "Bizim Tarla" "Bizim Tarla" tomat pastası
3-4 diş sarımsaq
3 x.q. sirkə, yaxud limon suyu
Duz,istiot
Hazırlanması:
İlk öncə badımcanları soyub uzun-uzun doğrayırıq və duzlu suya qoyub acısını çıxarırıq.
Daha sonra toyuğu dograyıb az suda qaynamağa qoyuruq. Bulyon dadlı olsun deyə, içinə kiçik baş soğanı iki yerə bölüb atırıq.
Bu arada sacı ocağın üzərinə qoyub isidirik. İçinə 1 x.q. kərə yağı və eyni miqdarda bitki yağı əlavə edib əridirik.
Bibərləri uzun-uzun və qalın doğrayıb sacın içinə yığırıq və qızarıdırıq.
Qızaran bibərləri ayrı qaba yığırıq. İndi isə saca 4 yerə böldüyümüz göbələkləri əlavə edirik və eyni ilə onları da qızardıb,bibərlərin üzərinə yığırıq.Yağa ehtiyac olduqca əlavə edə bilərik.
Acı suyunu sıxdığımız badımcanları saca düzüb, hər iki üzünü qızardırıq.
Kartofları halqa şəklində doğrayıb saca düzürük və bunların da hər iki üzünü qızarıdırq.
Qızartdığımız tərəvəzlərin hamısını bir qabda üst-üstə yığırıq və qaynamış toyuğu saca əlavə edib azca qızardırıq.
Toyuqlar qızaran müddətdə biz də sousumuzu hazırlayaq. Bunun üçün 1 st. toyuğun bulyonundan süzürük,içinə əzilmiş sarımsaq, tomat, limon suyu, duz, istiot əlavə edib qarışdırırıq.
Hazırladığımız sousu yavaş-yavaş toyuğun kənarından əlavə edirik və qarışdıra-qarışdıra bir neçə dəqiqə bişiririk. Sous qatılaşmağa başlayanda, iki yerə böldüyümüz pomidorları sacın kənarına düzürük və gözəl qoxu verməsi üçün üzərinə azca kəklikotu səpirik.
Sacın üzərinə qapaq örtüb, bir neçə dəqiqə az atəşdə bişməyə qoyuruq. Pomidorlar yumşalan zaman toyuğu və pomidorları ayrı bir qaba boşaldırıq.
İndi isə qızartdığımız tərəvəzləri sıra ilə saca düzürük və ən sonda pomidorlarla toyuğu yığırıq.
Və yeməyimiz hazırdır.
Nuş olsun!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Alimlərdən koronavirus haqqında maraqlı açıqlama
Toya gedənlər üçün tövsiyələr
Günün qoroskopu:Aktiv olun!
Onkoloqlardan vacib XƏBƏRDARLIQ: gecələr belə yatın
Azərbaycanda yeni kompüter oyunu yaradıldı
Şirin əkizlər
Kimlər fotoları daha çox paylaşır?
İnsan haqlarının vəziyyəti acınacaqlıdır
Südlü xurma plovu (foto resept)
Evi yeniləyərkən ilk hardan başlamalıyıq?
Məşhur model hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
Trampın pərəstişkarı onun COVID-19-a yoluxduğunu eşidəndən sonra öldü
Qısa ətəkli ziyafət geyimləri
Hüseyn Ərəblinski
Daimi makiyajın incəlikləri
Kriştianu Ronaldudan möhtəşəm rekord
Elman Rüstəmov manatın taleyi haqda danışdı
Bibərin faydaları
Aleyna Tilki məhkəməlik oldu
Günün qoroskopu: gərgin situasiyalar tədricən həllini tapır
Buse Varolun geyimi tənqid olundu-FOTO
Ayaqqabı modelləri
Uşaq avtooturacağına nə qədər önəm veririk?
Məşhur geyim markası bağlanır-SƏBƏB/FOTO
İslam bankçılığının Azərbaycana hansı xeyirləri ola bilər?
NASA-dan GÖZLƏNİLMƏZ QƏRAR
Məşhur aktrisa vəfat etdi-FOTO
Uşaqla alış-veriş etmənin qaydaları
2 yaşlı qız ilk kolleksiyasını yaratdı-FOTO
Çobanyastığı çayının faydaları
Dişə qulluqla bağlı 15 səhv və doğru
"Android" "iPhone"dan daha təhlükəsizdir?
Bakıda evlərin QİYMƏTİ DƏYİŞDİ
“Google” XƏBƏRDARLIQ EDİR: bu tətbiqləri dərhal silin!
Bakıda bu ərazilərdə evlər tikmək olmaz
Köməkçi internetsiz işləyəcək
Yağ əridən oolong çayı
Pendirli, göyərtili lavaş (foto resept)
Kişilərin cəlbedici hesab etdiyi xüsusiyyətlər
İspanaqlı keks (foto resept)
Koronavirusla bağlı SON STATİSTİKA
50 Cent 21 otaqlı mənzilini ucuz satdı
Asan və dadlı pizza xəmiri(foto resept)
Tarkan qızının üzünü ilk dəfə göstərdi - FOTO
Çində polis suyun üzərində qaçmağı bacardı – VİDEO
Pandemiya şəraitində Gürcüstanda hotellər necə fəaliyyət göstərəcək?
Ozan Güvən imicini dəyişdi-FOTO
Günün ulduz falı
Şəxsiyyət vəsiqəsinin alınmasında YENİ QAYDA
Möcüzəvi meyvələr (2)
- ŞƏRHLƏR