Qadin.NET / Saciçi toyuq (foto resept)

Saciçi toyuq (foto resept)

Tərkibi:
1 ədəd kiçik toyuq
2 ədəd badımcan
Yarım sarı bolqar bibəri
Yarım qırmızı bolqar bibəri
1 ədəd yaşıl bibər
2 ədəd kartof
10-12 ədəd ağ göbələk
4-5 ədəd pomidor və ya "Bizim Tarla" soyulmuş pomidoru

Kəklikotu
"Wellington" kərə yağı
"Zeytun Bağları" zeytun yağı
Sous üçün:
1 st. toyuq bulyonu
2 x.q. "Bizim Tarla" "Bizim Tarla" tomat pastası
3-4 diş sarımsaq
3 x.q. sirkə, yaxud limon suyu
Duz,istiot
Hazırlanması:
İlk öncə badımcanları soyub uzun-uzun doğrayırıq və duzlu suya qoyub acısını çıxarırıq. 

Saciçi toyuq (foto resept) 

Daha sonra toyuğu dograyıb az suda qaynamağa qoyuruq. Bulyon dadlı olsun deyə, içinə kiçik baş soğanı iki yerə bölüb atırıq. 

Saciçi toyuq (foto resept)

Bu arada sacı ocağın üzərinə qoyub isidirik. İçinə 1 x.q. kərə yağı və eyni miqdarda bitki yağı əlavə edib əridirik. 

Saciçi toyuq (foto resept)

Bibərləri uzun-uzun və qalın doğrayıb sacın içinə yığırıq və qızarıdırıq. 

Saciçi toyuq (foto resept) 
Saciçi toyuq (foto resept) 

Qızaran bibərləri ayrı qaba yığırıq. İndi isə saca 4 yerə böldüyümüz göbələkləri əlavə edirik və eyni ilə onları da qızardıb,bibərlərin üzərinə yığırıq.Yağa ehtiyac olduqca əlavə edə bilərik. 

Saciçi toyuq (foto resept) 

Acı suyunu sıxdığımız badımcanları saca düzüb, hər iki üzünü qızardırıq. 

Saciçi toyuq (foto resept)
Saciçi toyuq (foto resept) 

Kartofları halqa şəklində doğrayıb saca düzürük və bunların da hər iki üzünü qızarıdırq. 

Saciçi toyuq (foto resept) 

Qızartdığımız tərəvəzlərin hamısını bir qabda üst-üstə yığırıq və qaynamış toyuğu saca əlavə edib azca qızardırıq. 

Saciçi toyuq (foto resept)
Saciçi toyuq (foto resept) 

Toyuqlar qızaran müddətdə biz də sousumuzu hazırlayaq. Bunun üçün 1 st. toyuğun bulyonundan süzürük,içinə əzilmiş sarımsaq, tomat, limon suyu, duz, istiot əlavə edib qarışdırırıq. 

Saciçi toyuq (foto resept)
Saciçi toyuq (foto resept) 

Hazırladığımız sousu yavaş-yavaş toyuğun kənarından əlavə edirik və qarışdıra-qarışdıra bir neçə dəqiqə bişiririk. Sous qatılaşmağa başlayanda, iki yerə böldüyümüz pomidorları sacın kənarına düzürük və gözəl qoxu verməsi üçün üzərinə azca kəklikotu səpirik. 

Saciçi toyuq (foto resept)
Saciçi toyuq (foto resept) 

Sacın üzərinə qapaq örtüb, bir neçə dəqiqə az atəşdə bişməyə qoyuruq. Pomidorlar yumşalan zaman toyuğu və pomidorları ayrı bir qaba boşaldırıq. 

Saciçi toyuq (foto resept) 

İndi isə qızartdığımız tərəvəzləri sıra ilə saca düzürük və ən sonda pomidorlarla toyuğu yığırıq. 

Saciçi toyuq (foto resept)
Saciçi toyuq (foto resept)

Saciçi toyuq (foto resept)

Saciçi toyuq (foto resept)

Və yeməyimiz hazırdır. 

Saciçi toyuq (foto resept) 

Nuş olsun!

5 iyul 2013
GO BACK