Balqabaq- çiy və bişmiş, istənilən halda uşaqlar üçün xeyirlidir.Hətta tumlarının da xeyri var. Bu tərəvəz sentyabr-oktyabr aylarında yetişir.Qabaq və badimcan, pomidor və xiyarın mövsümü bitərkən balqabağın mövsümü hələ yeni başlayır. Onun məti çoxlu sayda pektin, kalium,kalsium,fosfor və maqnium ilə zəngindir. Balqabağın tərkibində həmçinin C, PP və B qrupu vitaminləri var. Bu tərəvəz ilə siz körpənizin rasionunu daha xeyirli və zəngin edə bilərsiz. Və əgər siz balqabağı düzgün saxlaya bilsəniz, körpənizi sevimli balqabağlı yeməklərlə hətta fevral ayında da sevindirə bilərsiz.
Uşaqlar üçün bolqabaq əvəzolunmaz qidadır.Diyetoloqlar onu uşaqların mədə-bağırsaqları pozulan zaman verməyi məsləhət görurlər. Balqabağın çiy məti mədə-bağırsaqın düzgün işləməsinə kömək edir.
Uşaqlara qəbizlik zamanı balqabaq verin: Qəbizlikdə və köp zamanı balqabaqın çiy şirəsi tövsiyyə edilir. Şirəni uşaqa içirtdikdən sonra qısa vaxtda köp və ağrı keçir.
Uşaqlarda yuxu pozqunluğunda balqabaq ilə yeməklər: Balqabaq şirəsi və bal sakitləşdirici effektə malikdir. Əgər uşaq narahatdırsa və heç cür yatmırsa bu dadlı içkidən ona içirdin.
Uşaqlarda anemiyada (qan azlığı) balqabaq ilə yeməklər: Balqabaq anemiyada uşaqların qidasında hər gün olmalıdır. Siz ondan şirə çəkə, salat və ya desert hazırlaya bilərsiz. Altı aylıq körpələrə baqabaq puresi vermək olar.
Balqabağı hazırlamaq üçün çox vaxta ehtiyac yoxdur. Bir dilim balqabaqı bişirin, blenderdən keçirin, bir xörək qaşıqı ana südü və ya həll edilmiş korpə smesi əlavə edib qarışdırın. İlk dəfə üçün bu qədər kifayətdir. Əgər uşağın xoşuna gələrsə, və heç bir allergik reaksiya olmazsa, rahatlıqla porsiyanı artıra bilərsiz.Daha böyük uşaqlar üçün çiy balqabaq və almadan salat hazırlaya bilərsiz. Daha da dadlı olması üçün yoqurt, kişmiş və xırdalanmış qoz əlavə etmək olar.
Balqabağın növləri
Balqabağın bir neçə əsas növü var. Onlardan hər birinin özünəməxsus xüsusiyyətləri var.
Qalınqabıq balqabaq - ən çox rast gəlinən növdür. Görünüşcə qabağa oxşayır, sadəcə rəngi narıncı və ya sarı olur. Bu növ balqabaq ən birinci yetişir və tumlarının dadı ilə tanınır.
İrimeyvəli balqabaq –meyvəsinin çəkisi və həcminə görə seçilir. Yəqin ki, Şarl Perro Zoluşkanın karetasını yazarkən bu balqabağı nəzərdə tuturmuş. Bu növ balqabaq çox şirin olur və onu çox saxlamaq olur.
Muskat balqabaq - əsl gözəl bir balqabaqdır. Yalnız bu növ əsrarəngiz forma və tünd narıncı mətə malikdir. Digərlərinə nisbətən bu növ daha gec yetişsə də bu balqabaq ən dadlı hesab edilir.
Balqabağı necə seçməli?
Balqabağı seçərkən onu yaxşıca nərəzdən keçirin. Onun səthində heç bir ciziq və ya zədə olmamalıdır. Yadda saxlayın ki, kəsilmiş balqabağı çox saxlamaq olmur. Onun mətinin tərkindəki şəkər və qidalı maddələr azalır. Odur ki, balqabağı kəsdirib az-az almaq və tez istifadə etmək məsləhətdir.Balqabaq soyuqu və birbaşa günəş şüasını sevmir. Bu cür şəraitdə o tez çürüyür. Bütöv balqabağı yaxşı havalanan yerdə 10-15 dərəcə temperaturda saxlayın. Əgər bunlara riayət etsəniz siz bütün qışı balqabaqdan rahatlıqla faydalana bilərsiz.
Balqabaq tumunun faydaları
Balqabaqın tumları dadlı olmaqla yanaşı həm də faydalıdır. Onun tərkibində orqanizm üçün faydalı olan yağlar,(xolesterinsiz), E, A, D, K vitaminləri və çox sayda makro və mikro elementlər var. Tumların tərkibində böyük miqdarda sink və dəmirin olması xüsusi dəyərləndirilir.Unutmayın tumlar əla soyuqdəymə əleyhinə vasitədir. Həmçinin işlədici effekti var. Bundan başqa qurd əleyhinə güclü kömək edir.
Bənzər xəbərlər...

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR