[center]
[/center]Dağlıq Qarabağ münaqişəsi zonasında apreli 1-də başlayan və aprelin 5-də başa çatan "dördgünlük müharibə" Ermənistanın işğalçı niyyətlərini bir daha təsdiqləməklə yanaşı, rəsmi Yerevanın regional təhlükəsizlik və stabillik üçün ən böyük təhlükələrdən biri olduğunu göstərdi."Dördgünlük müharibə"də uduzan, Azərbaycan ordusunun mövqelərinə etdiyi hücumun qarşısı alınan və silahlı qüvvələrimizin əks-hücumu nəticəsində geri çəkilərək strateji yüksəklikləri itirən Ermənistan həm də ağır siyasi məğlubiyyətə düçar oldu.
Belə ki, illərdən bəri "Dağlıq Qarabağda yalnız Ermənistandan getmiş könüllülər vuruşur" deyən İrəvanın yalanını "dördgünlük müharibə"də ermənilərin verdikləri itkilər alt-üst etdi. Döyüşlərdə həlak olan erməni hərbçilərin 99,6 faizi Ermənistan ordusunun qulluqçuları idilər və onların hamısı Ermənistanda dəfn olundular.
Bundan başqa, Ermənistan rəhbərliyi ilə yanaşı, Dağlıq Qarabağdakı separatçı rejim Azərbaycanı sürəkli hədələməyə başlayıblar. Həmin hədələrin ümumi leytmotivi belədir: "Azərbaycanın neft-qaz infrastruktur obyektlərini, o cümlədən neft və qaz boru kəmərlərini, su-elektrik stansiyalarını vura bilərik. Azərbaycanın neft-qaz mədənləri və yataqları da hədəflərimiz arasındadır".Daha konkret olsaq, Ermənistan rəhbərliyi ilə Dağlıq Qarabağdakı separatçılar bütün region üçün əhəmiyyətli olan enerji layihələrini hədəfə aldıqlarını, Azərbaycanın energetika sahəsinə yatırılmış əcnəbi investisiyaları "puç etmək" istədiklərini açıqlayıblar.
Əslində, belə idiotik hədələr əvvəllər də olmuşdu. Belə ki, 2014-cü ilin avqustunda Ermənistanın müdafiə naziri Seyran Ohanyan demişdi: "Ordumuz Azərbaycanın Mingəçevir şəhərindəki su-elektrik stansiyasını vura bilər. Bu stansiya Azərbaycanın ən böyük su anbarıdır və həmin stansiyanın, daha doğrusu, su bəndinin vurulması Azərbaycanın yarısını su altında qoya bilər".
Ermənilərin belə marazmatik, amma aqressiv ritorikasının səbəbləri var.
2012-ci ilin oktyabrın 1-13-də Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağda yerli separatçılarla birlikdə hərbi təlimlər keçirmişdi. Təlimlərə 42 min hərbçi və yüzlərlə hərbi texnika cəlb olunmuşdu.
Həmin təlimlər zamanı ermənilər Azərbaycanın neft-qaz infrastrukturuna hücum ssenariləri də "sınanmışdı".
Məhz həmin təlimlərdən sonra Ermənistan Dağlıq Qarabağda "Kub" və S-300R zenit-raket kompleksləri Dağlıq Qarabağ ərazində yerləşdirilməyə başlandı. Daha sonra isə Ermənistan Rusiyadan aldığı operativ-taktiki raket komplekslərini, o cümlədən "Skad-B" və "Toçka-U" sistemlərini, habelə "Smerç" və TOs-1A qurğularını Dağlıq Qarabağa yolladı.
Bu ilin aprelin 5-də Dağlıq Qarabağdakı separatçı rejimin "müdafiə naziri" isə bəyan etdi: "Azərbaycanın neft obyektlərinə "İskəndər", "Skad" və "Toçka-U" sistemləri vasitəsilə raket zərbələri endirə bilərik"."İskəndər" raket sistemlərinin Dağlıq Qarabağda yerləşdirilməsi isə Rusiyanı bilavasitə maraqlandırmalıdır. Ötən il Ermənistan Rusiya ilə danışıqlar aparmış, bu sistemləri almağa çalışmışdı. Moskva sonucda razılaşdı və "İskəndər"lər Ermənistana verildi.
Mayın 4-də isə Ermənistanın müdafiə naziri Seyran Ohanyan ölkə parlamentinin qapalı iclasında dedi: "Ermənistan ordusunda uzaqvuran silahın müxtəlif növləri var və onların arasında "İskəndər" də yer alır. Dağlıq Qarabağ münaqişəsi zonasında genişmiqyaslı hərbi əməliyyatlar başlanarsa, bu silahlardan Azərbaycana qarşı istifadə edə bilərik".
Bir qədər keçdi, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arsrun Hovannisyan dedi: "Bir çox ölkələrin malik olmadığı, onların yalnız arzulaya biləcəkləri silahlarımız və hərbi texnikamız da var".
Ermənilərin belə bəyanatları "dördgünlük müharibə"dən sonra ağır məğlubiyyətə uğrayan tərəfin isteriyası da sayıla bilər. Çünki rəsmi İrəvan yaxşı bilir ki, energetika infrastrukturuna daxil olan obyektlərin təhlüksizliyinin təminatı və bu sahədə görülən işlər Azərbaycanın hərbi doktrinası ilə yanaşı, milli təhlükəsizlik konsepsiyasında da yer alıb.
Ölkəmizin milli təhlükəsizlik konsepsiyası habelə, Azərbaycanın energetika sahəsinin Avroatlantika strukturlarına inteqrasiyasının xüsusi önəmini vurğulayır. Həmin konsepsiyanın 3.6-cı bəndində deyilir: "Azərbaycanın energetika infrastrukturuna qarşı yönəlmiş hərəkətlər ölkənin milli təhlükəsizliyinə təhdid təki dəyərləndirilir".
Azərbaycanın hərbi doktrinası isə torpaqlarımızın 20 faizinin erməni işğalında olmasını ölkənin milli təhlükəsizliyinə qarşı yönəlmiş başlıca hərbi təhdid sayır.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Qaymaqlı sosuda dadlı dairəciklər(foto resept)
İlk körpə həyəcanı
Bir həftəyə 4 kq arıqladan pəhriz
Yeni ildə qatarla səfərə çıxmaq istəyənlərə şad xəbər
Gecə lampaları
Azərbaycanda nikahdankənar uşaqların sayı azalıb
Braziliyalı Azərbaycan klubunda
Ən çox sevdiyim hobbi
Cəfəri maskası
Beyinin sevdiyi qidalar
Serenaya məhkəmədən rədd cavabı
Ekspert: "Azərbaycanda 10 ildən sonra avtomobillərin sayı 3 milyona çatacaq"
"Barselona" - "Deportivo" matçı ilə bağlı şok iddia
HAVA necə olacaq?- 18 APREL
Narahatlıq hissini artıran vərdişlər
Azərbaycanda 300-400 məktəbli filmə çəkilir
"Gəlinlik dəbi" moda həftəsində qeyri-standart gəlinliklər təqdim edildi-FOTO
Apteklər eyni dərmanı niyə müxtəlif qiymətə satır?
Bir neçə gün sonra Azərbaycanda hava soyuyacaq
Kaylinin qızı ən gənc sahibkar oldu - VİDEO
Kağızdan portretlər
Azərbaycanda fizika sahəsində nanoölçülü tədqiqatlara başlanılır
Dişləri ağardan sadə və effektli ÜSUL
Ebru Şallının 3 qızıl qaydası
Rusiyada kosmosdan reklam göstərmək üçün lazerlər sınaqdan keçirildi
Həcc savabına bərabər namaz
Tatar çakçakı (foto resept)
Prezidentin köməkçisi ermənilərin “fake” “suriyalı döyüşçü” yalanını ifşa etdi
Arı südünün faydaları
7 general Silahlı Qüvvələrin sıralarından ehtiyata göndərilib
Ermənistanda təkcə maaşla yaşamaq mümkün deyil
102 yaşlı azərbaycanlı qalib
Xəzərdə neftçi meyiti tapıldı
Xalq artisti ola bilməyən aktyorun son arzusu...
Leyla Əliyeva nərə balıqlarının Xəzərə buraxılması mərasimində -FOTO
Günün qoroskopu: Əzmkar olun!
Günün ulduz falı
Gələn il pulsuz qalacağıq
Vanqanın qorxulu xəbərdarlığı
Bakıda Quran Gecəsi keçiriləcək
Bakıya girişi bağlayırlar
Devid Bekhem ailəsi ilə Xorvatiyada dincəlir-FOTO
Azərbaycanda 40-dan çox orta təhsil müəssisəsi ləğv olundu - SİYAHI
Nyu-Yorkdakı Azadlıq heykəli bağlandı
Mədə-bağırsaq xəstəlikləri yay aylarında aktivləşir
Milyarderin sevgilisi FOTOsunu paylaşdı
Visente del Boske: "Onlar çox təhlükəli yığmalard
Saç dəbi: Qırmızı ombre
5 saniyəyə enerji yığan batareya hazırlandı
Güllü paltar modelləri














