Qadin.NET / Ermənilər Dağlıq Qarabağa raketləri YIДћIBLAR

Ermənilər Dağlıq Qarabağa raketləri YIДћIBLAR

[center]Ermənilər Dağlıq Qarabağa raketləri YIĞIBLAR[/center]Dağlıq Qarabağ münaqişəsi zonasında apreli 1-də başlayan və aprelin 5-də başa çatan "dördgünlük müharibə" Ermənistanın işğalçı niyyətlərini bir daha təsdiqləməklə yanaşı, rəsmi Yerevanın regional təhlükəsizlik və stabillik üçün ən böyük təhlükələrdən biri olduğunu göstərdi."Dördgünlük müharibə"də uduzan, Azərbaycan ordusunun mövqelərinə etdiyi hücumun qarşısı alınan və silahlı qüvvələrimizin əks-hücumu nəticəsində geri çəkilərək strateji yüksəklikləri itirən Ermənistan həm də ağır siyasi məğlubiyyətə düçar oldu.
Belə ki, illərdən bəri "Dağlıq Qarabağda yalnız Ermənistandan getmiş könüllülər vuruşur" deyən İrəvanın yalanını "dördgünlük müharibə"də ermənilərin verdikləri itkilər alt-üst etdi. Döyüşlərdə həlak olan erməni hərbçilərin 99,6 faizi Ermənistan ordusunun qulluqçuları idilər və onların hamısı Ermənistanda dəfn olundular. 
Bundan başqa, Ermənistan rəhbərliyi ilə yanaşı, Dağlıq Qarabağdakı separatçı rejim Azərbaycanı sürəkli hədələməyə başlayıblar. Həmin hədələrin ümumi leytmotivi belədir: "Azərbaycanın neft-qaz infrastruktur obyektlərini, o cümlədən neft və qaz boru kəmərlərini, su-elektrik stansiyalarını vura bilərik. Azərbaycanın neft-qaz mədənləri və yataqları da hədəflərimiz arasındadır".Daha konkret olsaq, Ermənistan rəhbərliyi ilə Dağlıq Qarabağdakı separatçılar bütün region üçün əhəmiyyətli olan enerji layihələrini hədəfə aldıqlarını, Azərbaycanın energetika sahəsinə yatırılmış əcnəbi investisiyaları "puç etmək" istədiklərini açıqlayıblar.
Əslində, belə idiotik hədələr əvvəllər də olmuşdu. Belə ki, 2014-cü ilin avqustunda Ermənistanın müdafiə naziri Seyran Ohanyan demişdi: "Ordumuz Azərbaycanın Mingəçevir şəhərindəki su-elektrik stansiyasını vura bilər. Bu stansiya Azərbaycanın ən böyük su anbarıdır və həmin stansiyanın, daha doğrusu, su bəndinin vurulması Azərbaycanın yarısını su altında qoya bilər".
Ermənilərin belə marazmatik, amma aqressiv ritorikasının səbəbləri var.
2012-ci  ilin oktyabrın 1-13-də Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağda yerli separatçılarla birlikdə hərbi təlimlər keçirmişdi. Təlimlərə 42 min hərbçi və yüzlərlə hərbi texnika cəlb olunmuşdu. 
Həmin təlimlər zamanı ermənilər Azərbaycanın neft-qaz infrastrukturuna hücum ssenariləri də "sınanmışdı".
Məhz həmin təlimlərdən sonra Ermənistan Dağlıq Qarabağda "Kub" və S-300R zenit-raket kompleksləri Dağlıq Qarabağ ərazində yerləşdirilməyə başlandı. Daha sonra isə Ermənistan Rusiyadan aldığı operativ-taktiki raket komplekslərini, o cümlədən "Skad-B" və "Toçka-U" sistemlərini, habelə "Smerç" və TOs-1A qurğularını Dağlıq Qarabağa yolladı.
Bu ilin aprelin 5-də Dağlıq Qarabağdakı separatçı rejimin "müdafiə naziri" isə bəyan etdi: "Azərbaycanın neft obyektlərinə "İskəndər", "Skad" və "Toçka-U" sistemləri vasitəsilə raket zərbələri endirə bilərik"."İskəndər" raket sistemlərinin Dağlıq Qarabağda yerləşdirilməsi isə Rusiyanı bilavasitə maraqlandırmalıdır. Ötən il Ermənistan Rusiya ilə danışıqlar aparmış, bu sistemləri almağa çalışmışdı. Moskva sonucda razılaşdı və "İskəndər"lər Ermənistana verildi.
Mayın 4-də isə Ermənistanın müdafiə naziri Seyran Ohanyan ölkə parlamentinin qapalı iclasında dedi: "Ermənistan ordusunda uzaqvuran silahın müxtəlif növləri var və onların arasında "İskəndər" də yer alır. Dağlıq Qarabağ münaqişəsi zonasında genişmiqyaslı hərbi əməliyyatlar başlanarsa, bu silahlardan Azərbaycana qarşı istifadə edə bilərik".
Bir qədər keçdi, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arsrun Hovannisyan dedi: "Bir çox ölkələrin malik olmadığı, onların yalnız arzulaya biləcəkləri silahlarımız və hərbi texnikamız da var".
Ermənilərin belə bəyanatları "dördgünlük müharibə"dən sonra ağır məğlubiyyətə uğrayan tərəfin isteriyası da sayıla bilər. Çünki rəsmi İrəvan yaxşı bilir ki, energetika infrastrukturuna daxil olan obyektlərin təhlüksizliyinin təminatı və bu sahədə görülən işlər Azərbaycanın hərbi doktrinası ilə yanaşı, milli təhlükəsizlik konsepsiyasında da yer alıb.
Ölkəmizin milli təhlükəsizlik konsepsiyası habelə, Azərbaycanın energetika sahəsinin Avroatlantika strukturlarına inteqrasiyasının xüsusi önəmini vurğulayır. Həmin konsepsiyanın 3.6-cı bəndində deyilir: "Azərbaycanın energetika infrastrukturuna qarşı yönəlmiş hərəkətlər ölkənin milli təhlükəsizliyinə təhdid təki dəyərləndirilir".
Azərbaycanın hərbi doktrinası isə torpaqlarımızın 20 faizinin erməni işğalında olmasını ölkənin milli təhlükəsizliyinə qarşı yönəlmiş başlıca hərbi təhdid sayır.

Mənbə: Milli.Az

12 may 2016
GO BACK